Downloaded from KitabYurdu org



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/30
tarix29.11.2017
ölçüsü5,01 Kb.
#13168
1   ...   8   9   10   11   12   13   14   15   ...   30

46 
 
struktura  çevriləcəyi,  eləcə  də  qardaşlığın  bir  əsas  şərti  olacağı 
qənaətini irəli sürürlər. Reallıqda tolerantlıq, 
məzmunca  Masonluğun  çevrəsinin  şərtlərinə  görə  dəyişdiyini  də 
düşünməyə əsas verir. 
Masonlar  bu  məfhumları  qarşılaşdıra  və  onlan  birləşdirən,  bir-
birindən  ayıran  şeyləri  daha  yaxşı  reallaşdıra  bilərlər.  Yenə  də  qeyd 
edək ki, onları birləşdirən, Masonluğun nail olduğu təməllər (əsaslar), 
simvollar və Masonluğun içində tapdıqları azadlıqdır. 
Obediyanslara  ayrılmış  Masonluğun  səbəbi,  fərqli  sosioloji 
fikirlərə  bağlı  insanların  meydana  gətirdiyi  bir  nəticədir.  İnsanlar 
tolerant  olduqları  zaman  o  da  tolerantdır,  insanlar  dikbaş  olduğu 
(doktriner)  zaman  o  da  dikbaşdır.  İnsanlar  azadlıq  üçün  darıxdığı 
zaman  o  da  azadlığı  müdafiə  edər,  insanlar  zülmə  məruz  qaldıqları 
zaman o da zülmə məruz qalar. 
Fərdlər  şəklində  birləşən  Masonlarm  gücü,  onları  bir-  birindən 
ayıran  şeyləri  bilmək  və  qardaşları  ilə  bir  araya  gəlməklə  bağlı 
iradələrindən  yaranır.  Onların  gücü  həqiqi  tolerantlığı  bilməklərində 
və onun tətbiqindədir. Həqiqi tolerantlıq, insanların bir-birindən fərqli 
olduqlarını qəbul edər və hamısının bir-birinə oxşamasını istəməyinin 
bir xəyal 
olduğunu  anlayar.  Tolerant  olmaq,  əslində  müvəffəq  olmanın  və 
simvolların  anlaşılmasının  bir  nəticəsi  olmaqla  bərabər,  Masonik 
həyatın əsas zərurətidir. 
Bununla  bərabər,  zaman-zaman  baş  verən  kədərli  hadisələr  olur. 
Bunlardan  hansına  səbirlilik  lazım  olduğunu  yaxşı  bilməliyik. 
downloaded from KitabYurdu.org


Hadisəni  görüb  səbirlə  qarşılaşdığımızda  bu  səbir  bir  növ  islah 
yaradacaqsa,  yerində  bir  dözümlülük  olacaqdır.  Amma  etibarsız 
davranışları  xasiyyət  halına  gətirmiş  olana  göstərilən  davamlı 
tolerantlıq, bir növ pis davranışı təşviqə yol açar. 
Tolerantlığı gözəl bir nümunə ilə yekunlaşdıraq: 
1936-cı  ildə  Münih  Olimpiyadasında  “üstün  irq”  boş  sözlərinə 
qapanan  Hitlerdən,  nailiyyətlərinə  görə  təriflənəcəyini  gözləsə  də, 
əksinə  təhqir  eşidən  J.Ovensin  1972-ci  ildə  Almaniyada  keçirilən 
Olimpiadadakı danışığı belədir: 
“1936-cı il Olimpiadasında, yəni 36 il əvvəl atalarınız, əmiləriniz, 
babalarımzla tanış, dost  və  qardaş  oldum. Onlara qarşı və  onlann da 
mənə qarşı bəslədiklərinə inandığım SEVGİ hər keçən gün daha bir az 
da artdı. Üstündən keçən müharibə 
bu  hisslərimi  azaltmaq  əvəzinə  artırdı  və  sonucda  insanları  və 
insanlığı sevmək prinsipinə yönəltdi. 
İndi  isə  sizlərə  səslənirəm.  Bərabər  olduğunuz  dostlarınızı  sevin. 
Bu  sevgini  məmləkətlərinizə  aparıb  mühafizə  edin;  qardaşlığınız 
davam  etsin  və  çevrənizdəki  insanları  sevmək  əsas  prinsipiniz 
olsun...” 
Bu mövzunun bir qismində “Bulletin D” İnformation De La Ligue 
Universelle  des  Franc-Maçons”  nəşrindən  hörmətli  Tayfur  Tərxanm 
etdiyi tərcümədən faydalanmışdır. 
36  RİT  -  müəyyən  məqsəd  üçün  təyin  olunan  müəyyən  yol, 
dərəcələr, müqəddəs ayin və dini mərasimlər sisteminin adı 
MASONLUQ VƏ FƏLSƏFƏ 
downloaded from KitabYurdu.org


48 
 
(Hörmətli  Ömər  Muhib  Burtçənə-nin  bir  yazısından  istifadə 
olunmuşdur) 
Fəlsəfə  əslən  yunanca  philosofia,  sevgi  mənasına  gələn  (philo)  və 
məlumat  mənasına  gələn  (sophia)  sözlərindən  meydana  gəlir  və 
beləcə  “Məlumat  sevgisi”,  “Hikmət  sevgisi”,  “Həqiqət  sevgisi” 
mənasını yaradır. 
Fəlsəfə sözünün ən dəyişməyən, ən sabit izahatı isə belədir: ümumi 
bir dünya anlayışıdır ki, insanın həyat qarşısında bu və ya belə tərzdə 
davranışı bu mənadan yaranar.37 
İ.Ö.  V  əsrdə  yaşamış  Fisagora  (Pythagoras)  qədər  fərqli  şeyləri 
bütün  hadisələrin  mənşəyini  (causualite)  axtaran  şəxslərə  (sofoi) 
hakim  deyilirdi.  Fisagor  isə  özünə  böyük  bir  təvazökarlıq  ilə 
“filosofoi” dedi ki, bu söz “hikmət sevən” mənasına gəlir. Deyirdi ki, 
“insanın ömrü bütün şeyləri bilmək üçün kifayət deyildir, bu səbəb ilə 
mən ancaq filosof, hikmət sevən bir insan ola bilərəm”. 
Əflatun  (Platon)  da  fəlsəfəyə  “ağlın  həqiqət,  yaxşılıq  və  gözəllik 
kimi  ən  yüksək  dəyərlər  üzərində  öz-özünə  etdiyi,  qənaətə  gəldiyi 
düşüncələr” deyər. 
ı - Fəlsəfənin mövzusu 
Ümumiyyətlə,  fəlsəfə  insanın,  kainatın  quruluşu  və  yaradılışı,  bir 
də  öz  varlığı  və  yaranma  səbəbi  üzərində  düşünərək  meydana  gəlib. 
Bundan  əlavə  fəlsəfənin  tənqidçi  bir  quruluşu  da  vardır.  Belə  ki,  bu 
elm şərhlərinə özündən əvvəlki fikirlərin tənqidi ilə başlar, buna qarşı 
çıxışlar da fikrin inkişafına təkan verər. 
Fəlsəfənin heyrətlə başladığı söylənilir; amma bu heyrət fövqəladə 
downloaded from KitabYurdu.org


hala  qarşı  duyulan  təəccüb  deyil,  adiyə  qarşı  duyulan  heyrətdir. 
Məsələn,  insanın  günəşin  doğması  qarşısında  duyduğu  heyrətdən 
nəticə çıxarmağa başladığı şərhlər kimi. 
Elə heyrət ilə başlayan insanın çevrəsi və özü haqqında ilk şərhləri 
sehr-cadunu  yaratmışdır.  Bu  şərhlərin  simvolları  isə  izahı  ibtidai 
sənəti - mağara divarlarındakı rəsmləri yaradır. 
Simvollar  ilə  edilən  bu  şərhlər  əslində  bir  düşüncənin  ifadə 
olunması, mücərrədləşməsidir. Düşüncəsini bəzi abstrakt 
simvollarla  yazılı  və  şifahi  ifadə  edə  bilən  tək  varlıq  insandır. 
Simvollarla düşünülənlərin ünsiyyəti dil vasitəsilə olur. Ona görə də, 
simvol qarşılığı olmayan bir şey haqda düşünülə bilməz. Düşüncənin 
ancaq  mücərrədləşərək  simvollarla  ifadə  olunması  və  ifadə  olunan 
məlumatın insanları və kainatı öyrənmək üçün istifadəsi fəlsəfənin bir 
“həqiqət  sevgisi”  olmasını  və  bunun  da  sonsuz  sərbəst  bir  mühitdə 
inkişafım mümkün edər. 
2 - Masonluqda vəziyyət 
Masonluq  ruhun,  kainatın,  dolayısıyla  Allahın  varlığını  və  onun 
yaratdığı insan sevgisi ilə əlaqədar həqiqətləri öyrədir. Bu səbəblə də 
“fəlsəfidir”  deyə  bilərik.  Halbuki,  bir  çox  şəxslər  çox  zaman 
Masonluğun  bir  fəlsəfəsinin  olmadığını  iddia  edərlər.  Hətta  bəziləri 
“Masonluğun bir fəlsəfəsi olmadığı kimi, bağlandığı - müdafiə etdiyi 
bir elmi, siyasi sistemi də yoxdur” deyərlər. 
Bu  iki  zidd  fikir  zamanla  sərt  müzakirələrə  belə  yol  açar.  Xürafat 
(Hurafe-dinə  sonradan  daxil  olan  yanlış  inanclar)  və  Çevik  (feli  - 
əməli, hərəkətli) Masonluq dövrü bir tərəfə 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə