Downloaded from KitabYurdu org



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/30
tarix29.11.2017
ölçüsü5,01 Kb.
#13168
1   ...   6   7   8   9   10   11   12   13   ...   30

38 
 
göndərilənləri təbliğ et”. 
-  Əli-İmran  surəsi,  138-ci  Ayə:  “Bu  insanlara  bir  təbliğatdır,  yol 
göstərmək və nəsihətdir”. 
-  İbrahim  surəsi,  4-cü  Ayə:  “Onlara  aydın  olsun  deyə  hər 
peyğəmbəri öz millətinin dili ilə göndərdik”. 
-  Bəqərə  Surəsi,  119-cu  Ayə:  “Ey  Məhəmməd,  biz  səni  haqq  ilə 
müjdəçi və xatırladan olaraq göndərmişdik”. 
-  Ən-Nəhl  surəsi,  82-ci  Ayə:  “Ey  Məhəmməd,  Bütün  bunlara 
rəğmən üz  çevirirlərsə, şübhə yoxdur ki, üzərinə düşən borcun aydın 
olaraq təbliğ olunduğunu bil.” 
28 
Bəqərə Surəsi, 164-cü Ayə 
29 
Əlhəmdülillahi Rəbbil Aləmin 
30 Bu  mövzuda  yazarın  “Müsəlmanlıq  nədir”  adlı  kitabından  da 
faydalana bilərik. 
31 M.Raif  Oğan  -  “Türkiyədəki  Masonluq,  daxili  tərəfi  və  sirləri”, 
səh. 5 və 33 
32 
Heydər Rüfətin “Farmasonluq” adlı əsəri 
33 M. Sədəddin Evrin  - “Müsbət Mənəviyyat  Etüdləri”, 1959, səh. 

34 
Kəmaləddin Apaq - “Türk Mason tarixi”, səh. 228 
MASONLUQDA İNSAN SEVGİSİ 
(“Yeni qəzet”dən istifadə olunub) 
Masonluq  “Stuart  MiU”in  fəlsəfi  təliminə  uyğun  olaraq  həm 
fərdiyyətçi,  həm  də  sosialdır.  Fərdi  bir  dəyər  olaraq  qəbul  etməsi  və 
həqiqətə  ancaq  şəxsi  səylə  çatmağın  mümkünlüyünü  öyrətməsi 
downloaded from KitabYurdu.org


Masonluğun  fərdiyyətçiliyini  ortaya  qoyur.  İnsan  ancaq  əzmi  və 
iradəsi  sayəsində  öz  iş  və  hərəkətlərini  qurtaracaqdır.  Fəqət  insan, 
sadiq  bir  rəhbərin  kömək  və  təlimi  ilə  hərəkət  edərsə,  müştərək 
qüvvətlər  eyni  məqsədə  yönələrsə  həqiqətə  aparan  yol  daha  rahat  və 
daha tez tapılır. Bu qüvvələrin birləşə bilməsi üçün də səmimiyyət və 
sevgi lazımdır. Qüvvələrin bütöv təşkil edilməsi və fərdlərin bu birlik 
içərisində  özünə  xas  dəyər  daşıması  Masonluğun  sosiallığım  ortaya 
qoyur. 
Masonlar, ancaq Masona qardaş deyirlər. Ancaq bu davranış bütün 
xeyir  və  yaxşılıq  sahiblərinin,  Mason  olmasalar  da  qardaş  kimi 
tanınmasına  və  beləcə  bilinməsinə  maneə  olmur.  Masonluq, 
Masonlarm iddiasına görə, insan sevgisinin 
bir  tumurcuğunu  verməkdə  və  bu  tumurcuğun  inkişaf  etməsi, 
yayılması ilə sevgi məbədinin kainatda yerləşməsini istəyir. Masonluq 
sevgidən məhrum olan bir cəmiyyətin, bu fəziləti (igidliyi, doğruluğu) 
yox  edən  bir  batildən  hərəkət  etdiyinə  inanır.  Masonluğa  görə 
qardaşlıq sevgisinin bütün dünyaya yayılması, nəfsə hakimliyin, ağıla 
etimadın,  Masonluq  fəzilətlərini  tətbiq  etmənin  bir  nəticəsi  olaraq 
yaranır.  Masonlar  bəşəriyyətdə  humanist  bir  düşüncə  içərisində 
normal  olan  insanların  qarşılıqlı  sevgi  və  hörmət  hissləri  ilə  hərəkət 
etməlidirlər. Ancaq ağılı öldürən, məntiqi silən cəhalət və pislik hirsi 
yaratmış  və  insanlar  arasındakı  qardaşlıq  sevgisini,  sülh  və  sakitliyi 
yox etmişdir. Masonluq nəfsə hakimiyyəti, başqasına yaxşılıq etməyi, 
hörməti təlqin etdiyi üçün qardaşlıq sevgisini də gerçəkləşdirəcəkdir. 
Masson  olan  bir  şəxs  bu  eqoist  hissləri  və  hirsi  tərk  etdiyinə  görə 
downloaded from KitabYurdu.org


40 
 
qardaşlıq  sevgisinə  çatmış  və  birlik  zəncirini  qurmuşdur.  Qəlbdən 
gələn  dostluğun  insanları  məmnun  edəcəyi,  səmimiyyətsiz  bir 
qardaşlığın isə dəyərsiz olduğu təlqin edilir. 
Masonluq,  bütün  Masonluğun  Şərqdən  Qərbə,  Şimaldan  Cənuba 
bir qardaşlıq zənciri təşkil etdiyini, qəlbdən gələn sevgi bağlan ilə bir-
birilərinə bağlandıqlarını qəbul etmişdir. Hər Mason bu xarici zəncirə 
əlavə  olunmuş  bir  həlqədir.  Masonluq  ideallarına  çatdığı  gün,  bütün 
bəşəriyyət bu zəncirin bir həlqəsi olacaqdır. 
MASONLUQDA VƏTƏN SEVGİSİ 
(Yeni qəzetdən istifadə olunmuşdur) 
1717-ci  ildə  Londonda  Anderson,  G.Payne,  Teophyle  Desaguliers 
kimi böyük  Masonlarm hazırladıqları  əsaslara uyğun  olaraq  1723-cü 
ildə  yaradılan  Masonluq  Konstitusiyanın  “Köhnə  vəzifələr”  deyilən 
hissəsində  vətən  sevgisi,  onun  səadət  və  yaxşılığı  üçün  işləmək, 
Masonlarm  ən  böyük  vəzifəsi  olaraq  göstərilir.  Mason  olacaq  şəxsin 
vətənini sevməsi xüsusi bir şərt kimi qəbul edilir. Aşağıda görüləcəyi 
kimi,  bir  insan  Masonluğa  namizəd  olduğu  zaman,  Masonluğa  giriş 
mərasimindən əvvəl ona bəzi suallar verilir. Bu suallardan biri də, bir 
insanın  vətəninə  qarşı  borcunun  nədən  ibarət  olduğudur.  Əcnəbi 
deyilən  Mason  namizədinin  Masonluğa  qəbul  edilib-  edilməməsi  bu 
suala  verəcəyi  cavaba  bağlıdır.  IX  dərəcə  mərasimində,  məbədin 
doqquz  işığı  müəyyən  Masonluq  fəzilətləri  ilə  göstərilir.  Bu  doqquz 
işığa  uyğun  doqquz  fəzilətin  ən  önəmlisi  “Vətənpərvərlikdir”.  IX 
dərəcədə, vəzifəlilər doqquz 
işığı  əldə  edərkən,  hər  biri  fəzilətlərdən  birini  dilə  gətirir. 
downloaded from KitabYurdu.org


Vətənpərvərlik fəzilətini isə bir Lojanm ən üstün və fəzilətli vəzifəlisi 
sayılan  çox  bacarıqlı  Ustad  söyləyir.  Bu  dahi,  Masonluğun 
vətənpərvərliyə  verdiyi  dəyəri  göstərmək  üçün  edilir.  Bu  dərəcəyə 
yüksəlmə  mərasiminin  sonunda  çalışqan  Ustadın  söhbətində  eyni  bu 
sözlər  yer  almışdır.  “Bu  dərəcə  həqiqətə,  heç  bir  qərəz  və  əvəzi 
olmayan  saf  vətənpərvərliyin  və  xalqı  təlim  və  məlumatlandırmaq 
işinin  əhəmiyyət  və  ülviyyətinə  həvalə  edilmişdir.  Bunlar  mütləqa 
qəbul etdiyiniz vəzifələrdir”. 
Masonluğa  görə,  vətənə  qarşı  edilən  hörmət,  sevgi  və  sədaqət 
bütün  digər  dəyərlərin  təməlini  təşkil  edir.  Bu  baxımdan,  Masonluq 
qaydalanna görə, hər cür  milli şərəf,  milli  mədəniyyət,  milli dəyərlər 
və millət fikri qəbul edilməlidir. 
Fəqət 
vətən 
sevgisi 
və 
milli 
hisslər 
şovinizm  ruhunda 
mənimsənilməməlidir.  Masonluq  ağlın  hakimiyyətini  və  azadlığını 
məhdudlaşdıran bütün fanatizmlərə və qərblilərə qarşı olduğunu iddia 
etdiyi  kimi,  şovinistliyə  də  düşməndir.  Bundan  çıxan  məna  belədir: 
Mason nəzəri olaraq öz millət və 
vətəninə sadiq və sevgi bəsləməklə bərabər, digər millət və vətənlərə 
hörmət  etməli,  onların  da  haqq  sahibi  olduqlarını  qəbul  etməlidir. 
Mason,  hər  insandakı  doğru,  yaxşı  və  gözəli  sevdiyinə  görə,  bütün 
insan cəmiyyətlərini də sevmək məcburiyyətindədir. 
Masonluğun vətən sevgisi  mövzusundakı diqqət və inancı - bütün 
milli  dəyərləri,  millət  məfhumunu,  vətən  sevgisini  rədd  etdiyi 
şəklindəki  hücumlan  görünüşdə  haqsız  çıxarmaq  üçündür.  Ayrıca, 
Masonluğun bir təşkilat olaraq milli hüdudlardan kənarda, beynəlxalq 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə