19 ❘ Uşaq Hüquqları və Biznes
Prinsipləri
© S
A
V
E T
H
E C
H
IL
D
R
E
N
NÜMUNƏVİ
TƏCRÜBƏ:
Uşaq əməyinin əsas
səbəblərinin aradan
qaldırılması
Bütün işgüzar fəaliyyətləri və
münasibətlərində də olmaqla, uşaq əməyinin
aradan qaldırılmasına töhfə verməlidir
ittifaqları, hüquq-mühafi zə orqanları, əmək müfəttişləri və digər müvafi q tərəfl ərlə
əlaqələr qurmaq.
iv. Yerli, dövlət və milli səviyyələrdə təmsiledici işə götürən təşkilatlarda uşaq əməyi
üzrə işçi komitəni yaratmaq və ya fəaliyyətində iştirak etmək.
v.
Milli səviyyədə uşaq əməyinə qarşı mübarizə məqsədilə yürüdülən əsas siyasət
və institusional mexanizmlərin bir hissəsi kimi uşaq əməyinə qarşı milli fəaliyyət
planının hazırlanması və icrasını dəstəkləmək.
vi. İşləmək üçün minimum yaş həddini keçmiş gənc çalışanlar üçün gənclərin
məşğuliyyətini, bacarıqların inkişaf etdirilməsini və iş yerində təlim imkanlarını təşviq
etmək məqsədi daşıyan proqramlarda iştirak etmək.
vii. İstehsalatı formal iqtisadiyyat sahəsində cəmləşdirmək və uşaq əməyinin
yaranmasına töhfə verə biləcək qeyri-rəsmi əmək fəaliyyətlərindən uzaq durmaq.
Qlobal miqyasda fəaliyyət göstərən məişət avadanlıqları şirkəti öz təchizat zəncirində
uşaq əməyinin qarşısını almaq üçün hərtərəfl i yanaşma sistemi yaratmışdır. Buna
əsasən, uşaq əməyi halı müəyyən edildikdə korrektiv fəaliyyət planını tətbiq etmələri
məqsədilə təchizatçılara dəstək verilir və bu zaman yaşı, ailə və sosial statusu, o
cümlədən təhsil səviyyəsi də daxil olmaqla uşağın ən ümdə maraqları nəzərə
alınır. Fəaliyyət planında vurğulanır ki, uşaq əməyinə qarşı cavab tədbirləri yalnız
həmən uşaq əməyi halının bir təchizatçının iş yerindən digərinə ötürülməsi ilə
kifayətlənməməli, əksinə təsirə məruz qalmış uşaqlar üçün daha uyğun və davamlı
alternativlərlə təmin etməlidir. 2000-ci ildən başlayaraq şirkət kənd yerlərində uşaq
əməyinin qarşısının alınması və aradan qaldırılması məqsədilə uzun-müddətli
əməkdaşlıqlar qurmuşdur. Bu əməkdaşlıqlara, həmçinin, həm qızların, həm də
oğlanların öz təhsillərini başa vurmaları üçün məktəb davamiyyəti səfərlərinin
təşkili və təhsilin keyfi yyətinin artırılması ilə bağlı olaraq məlumatlılığı artırmaq
və yerli icmaları səfərbər etmək məqsədi daşıyan geniş həcmli proqramların
dəstəklənməsi daxildir. Digər mühüm komponent isə, kənd yerində yaşayan
qadınlar arasında özünə-yardım qruplarının yaradılmasıdır ki, bu da onlara kredit
və digər gəlir imkanlarına çıxışlarını artırmaqla öz iqtisadi, sosial və hüquqi
statuslarını yaxşılaşdırmağa kömək edir. Bu həmçinin ailələrin uşaqlarını işləməyə
göndərməsinin ən başlıca səbəbi olan borc yükünün azaldılmasına da yardım edir.
20 ❘ Uşaq Hüquqları və Biznes Prinsipləri
3
© S
A
V
E T
H
E C
H
IL
D
R
E
N
“Bizim
valideynlərimizə
uyğun əmək
haqqı ödəyin ki,
uşaqlar məktəbdən
yayınmalı
olmasınlar”.
Hindistandan olan 13 yaşlı
oğlan, ‘Uşaqların Korporativ
Sosial Məsuliyyətdə (KSM)
iştirakı’, 2010, Save the
Children
Buna prinsipə əsasən hörmətlə yanaşmaq üzrə korporativ məsuliyyətə
daxildir:
a. Gənc çalışanlar üçün layiqli işin təmin edilməsi
İşləmək üçün minimum yaş həddinin üzərində olan uşaqların hüquqlarına hörmətlə
yanaşmanın mövcud olması, iş yerində sosial dialoq və hüquqların təşviq edilməsi,
təhlükəsiz iş şərtlərinin təmin edilməsi, sui-istifadə və istismardan müdafi ə, eləcə də
genderə uyğun su, sanitariya və gigiyena xidmətlərinə çıxışın olması.
b. Minimum yaş həddinin üzərində olan gənc çalışanların həssaslığına qarşı
cavabdehliyin olması
i. bütün biznes strukturları, zorakılıq və sui-istifadən müdafi ə olunma hüquqları da daxil
olmaqla, uşaqlar və gənc çalışanların hüquqları ilə bağlı yürüdülən siyasət üzrə öz
öhdəliyini qəbul edərək onu ən yüksək səviyyədə təsdiq etməlidir. Yürüdülən siyasət
minimum yaş həddinin üzərində olan uşaqları təhlükəli işdən qoruyaraq müntəzəm
işində saxlamalıdır; digər məqamlarla yanaşı, bu həmçinin iş saatına müəyyən
sərhədlərin qoyulmasını; uşaqların təhlükəli yüksəklikdə, eləcə də təhlükəli aparat,
avadanlıq və alətlərlə işləməsinə; ağır yükləri daşımasına və təhlükəli maddələr və ya
əməliyyatlarla təmasda olmasına məhdudiyyətlərin qoyulmasını da nəzərə almalıdır.
Bununla yanaşı, yürüdülən siyasət minimum yaş həddini keçmiş uşaqları gecə işi, və
ya gənc çalışanın işəgötürənin iş yerinin sərhədlərindən kənara çıxa bilmədiyi iş kimi
ağır iş şərtlərindən qorumalıdır.
9
Bu siyasətin icrası şirkət rəhbərliyinin səlahiyyətləri
çərçivəsinə daxil olunmalı və ya şirkət tərəfi ndən həmin siyasətin icrasına
cavabdeh
ayrıca rəhbər vəzifə müəyyən oluna bilər.
ii. Biznes strukturları tərəfi ndən təqibə qarşı yürüdülən siyasət gənc çalışanların
bununla bağlı həssaslığına diqqət yetirməlidir. Bu cür siyasət müntəzəm olaraq
həyata keçirilməli və, bununla bağlı olaraq, işçilər və şirkətin mülkündə çalışan
digər şəxslər təlimdən keçməlidirlər. Bu zaman, şikayətlərin ünvanlandırılması
mexanizmləri eff ektiv və həmçinin gənc çalışanlar üçün əlçatan olmalıdır.
iii. Biznes Strukturları rəhbərliklərdən gənc çalışanların hüquqlarının müdafi əsinə
xüsusi diqqət yetirmələrini tələb edə, o cümlədən, bununla bağlı olaraq,
həmkarlar ittifaqları və onların seçilmiş nümayəndələrini təşviq edə bilərlər.
Həmkarlar ittifaqları gənclərin iş şərtlərini yoxlamaq üçün gənc çalışanlar
arasından nümayəndələr/nəzarətçilər seçə bilərlər; bu həmin həmkarlar
ittifaqının müstəqil qərarı ilə bağlıdır.
Bu prinsipə əsasən dəstək məqsədilə korporativ öhdəliyin olmasına daxildir:
c. Gənc çalışanlar üçün layiqli işin təmin edilməsi
Gənc çalışanlar üçün yaşa uyğun sosial müdafi ə, səhiyyə məlumatı və digər
xidmətlər də daxil olmaqla, layiqli iş imkanlarının təşviq edilməsi. Burada yaşayışını
qazanmaq imkanı kimi, keyfi yyətli təhsil və müvafi q peşə hazırlığı və dolanışığın
inkişafı proqramları da xüsusi önəm daşıyır.
9
Əlavə məlumat üçün Beynəlxalq Əmək Təşkilatının ‘R190 Uşaq Əməyinin ən Pis Formaları haqqında Konvensiyasına’ baxın,
http://www.ilo.org/ilolex/cgi-lex/convde.pl?r190
BÜTÜN BİZNES
STRUKTURLARI