NADF NAD-dan nə ilə fərqlənir?
A)Tərkibində adenin qaliğının olması ilə
B) Tərkibində riboza qaliğının olması ilə
C) Tərkibində bir fosfat qaliğının artıq olması ilə
D) Tərkibində nikotinamid qaliğının olması ilə
E) Tərkibində turşu amidinin olması ilə
Oksidləşmə-reduksiya reaksiyalarındaNAD və NADF molekullarının hansı
hissəsi bilavasitə iştirak edir?
A)Riboza qalığı
B)fosfat turşusunun qalığı
C)adenin qalığı
D)nikotinamid qalığındakı azot və dördüncü karbon atomları
Fosfat qalığı NAD molekulunda hara birləşdikdə NADF alınır?
A)nikotinamid qalığı ilə bilavasitə birləşmiş riboza qalığının 3´karbon atomuna
B)nikotinamid qalığındakı dördüncü karbon atomu
C)adenin qalığındakı amin qrupuna
D)nikotinamidlə bilavasitə birləşmiş riboza qalığının 3´karbon atomuna
³N — CH
⁴
║ ║
²CH CH
⁵
\NH/¹
Birləşməsi halda deyilənlərdən hansılar doğrudur?
A) 1-ci azot piridin azotudur
B) 3-cü azot pirrol azotudur
C) Piridin azotu imidazola əsasi xasssə verir
D) Pirrol azotu imidazola əsasi xasssə verir
E) Ancaq əsasi xassəyə malikdir
³N — CH
⁴
║ ║
²CH CH
⁵
\NH/¹
Birləşməsi haqda deyilənlərdən hansılar doğrudur?
I. 1-ci azot piridin azotudur, o, 1,3-diazola əsasi xassə verir
II. 3-cü azot pirrol azotudur, o, 1,3-diazola turşu xassə verir
III. 1-ci azot pirrol azotudur, o, 1,3-diazola turşu xassə verir
IV. 3-cü azot piridin azotudur, o, 1,3-diazola əsasi xassə verir
V. Diazol-1,3 amfoter xassəli birləşmədir
A)I,II,III B)II,III,IV C)III,IV,V D)I,IV,V E)II,IV,V
Norsulfazol hansı birləşmənin törəməsidir?
A)İmidazolun B)Furanın C)Pirazol
D)Tiazolun E)Oksazolun
Hansı birləşmənin törəməsi naftizindir?
A)İzotiazol B)Tiazolidin C)Pirazol
D)Oksazol E)İmidazol
Antipirin,amidopiprin və analgin haqda deyilənlərdən hansı dogrudur?
A) Antipirin amidopirindən alınır
B) Amidopirin antipirindən alınır
C) Antipirin analgindən alınır
D) Antipirini almaq ücün ilkin maddədə olaraq etilasetat efirindən və
fenilhidrazindən istifadə edilir.
Antipirin,amidopiprin və analgin haqda deyilənlərdən hansı doğrudur?
I. Hər üçünün alınması üçün ilkin maddə kimi asetosirkə turşusunun etil
efirindən və fenilhidrazidindən istifadə edilir
II. Analgin antipirindən alınır III. Amidopirin
analgindən alınır
Kondensləşmiş altıüzvlü heterotsiklik birləşmələr haqda deyilənlərdən hansilar
səhvdir?
1) Bİr molekul benzolla furanın kondensləşməsindən alınır
2) İki molekul benzolla tiofenin kondensləşməsindən alınır
3) Furanla piridinin kondensləşməsindən alınır
4) Altıüzvlü heterotsiklik birləşmə ilə benzolun kondensləşməsindən alınır
5) Pirimidinlə benzolun kondensləşməsindən alınan birləşmə, kondensləşmiş
İndol hansı aminturşunun tərkibinə daxil olur və orqanizmdə necə alınır?
A) Prolinin tərkibinə daxil olur və zülalların həzmindən alınan prolinin
bağırsaqlarda çürüməsindən alınır
B) Histidinin tərkibinə daxil olur və onun mədədə çürüməsindən alınır
C) Triptofanın tərkibinə daxil olur və onun mədədə çürüməsindən alınır
D) Asparaginin tərkibinə daxil olur və onun bağırsaqlarda çürüməsindən alınır
Skatol molekulunda elektrofil əvəzolma hansı karbon atomu yanında gedir?
A) İkinci karbon atomu yanında B) Dördüncü
karbon atomu yanında
C) Beşinci karbon atomu yanında D) Altıncı karbon
Hansı maddənin beyində qatılığı dəyişdikdə insan ruhi xəstəlik olan
şizofereniya ilə xəstələnir?
Hansı maddə psixomimetik maddədir?
A) Serotonin B) Heteroauksin C) Psilotsibin D) Skatol E) İndol
Skatol indoldan nə ilə fərqlənir?
A) İndol molekulunun 2-ci karbon atomu yanında metil qrupunun olması ilə
B) İndol molekulunun 2-ci karbon atomu yanında hidroksill qrupunun olması
ilə
C) İndol molekulunun 3-cü karbon atomu yanında metil qrupunun olması ilə
D) İndol molekulunun 4-cü karbon atomu yanında metil qrupunun olması ilə
Urasil, timin və sitozin orqanizmdə necə alınır?
A) Sadə lipidlərin hidrolizindən
B) Karbohidratların hidrolizindən
C) Zülalların hidrolizindən
D) Nuklein turşularının hidrolizindən
E) Mürəkkəb lipidlərin hidrolizindən
Nukleofil əvəzolma reaksiyaları pirimidin nüvəsindəki hansı karbon atomu
yanında gedir?
A) Ancaq 2-ci karbon atomu yanında
B) Ancaq 4-cü karbon atomu yanında
C) 5-ci karbon atomu yanında
D) Ancaq 2-ci və 4-cü karbon atomı yanında
Barbitur turşusundakı hansı hidrogenləri hansı radikallarla əvəz etdikdə
lüminal adlı dərman preparatı alınır?
A) 1-ci azot atomu yanındakı hidrogeni etil radikalı ilə əvəz etdikdə
B) 3-cü azot atomu yanındakı hidrogeni fenil radikalı ilə əvəz etdikdə
C) 5-ci karbon atomu yanındakı hidrogenləri etil radikalı ilə əvəz etməklə
D) 5-ci karbon atomu yanındakı hidrogenləri fenil radikalı ilə əvəz etməklə
B1 vitamininə hansı maddələrin törəməsi kimi baxmaq olar?
A) Pirimidin və pirazolun B) Pirimidin və azolun
C) Purin və tiazolun D) Pirimidin və tiazolun
E) Piridin və tiazolun
Karboksilaza fermenti orqanizmdə gedən hansı proseslərə katalitik təsir
göstərir?
A) Ancaq oksidləşmə prosesinə
B) Ancaq reduksiya prosesinə
C) Ancaq dekarboksilləşmə proseslərinə
D) Ancaq karboksilləşmə proseslərinə
Kokarboksilaza haqda deyilənlrdən hansı doğrudur?
A) Kokarboksilaza tiaminin fosfat turşusu ilə əmələ gətirdiyi mürəkkəb efirdir
B) Kokarboksilaza B2 vitamininin pirofosfat turşusu ilə əmələ gətirdiyi
mürəkkəb efirdir
C) Kokarboksilaza B1 vitamininin pirofosfat turşusu ilə əmələ gətirdiyi
mürəkkəb efirdir
Dostları ilə paylaş: |