Ə. B. Nəcəfov



Yüklə 18,94 Kb.
Pdf görüntüsü
səhifə13/42
tarix03.10.2017
ölçüsü18,94 Kb.
#3103
1   ...   9   10   11   12   13   14   15   16   ...   42

Əzizağa Nəcəfov 
 
 
38 
əsnafi-hünərdən  şahidi-nəzminə pirayələr mürəttəb qıldım. Və 
tədric ilə  tətəbbüi-təfasir və  əhadis edib, fəziləti-şeirə  məzəmmət 
isnadi-töhmət olduğunun həqiqətin bildim”. (77, 19)  
Sitatdan aydın olur ki, orta əsrlər  Şərq  şairi sadəcə hisslərlə 
yaşayan, ruhi-emosional halətindən asılı olaraq yaradıcılıqla məşğul 
olan adam deyil, eyni zamanda, düşündürməyi bacaran bir mütəfək-
kir olmalı, ilk növbədə, oxucu, yaxud dinləyən  şəxsin intellektinə 
söykənib, yüksək saray elitasının sənət haqqında tələblərini ödə-
məli, müxtəlif sahələrdə  hərtərəfli biliyi ilə onları  təəccübləndir-
məyi, bənzətmələrinin elmiliyi ilə heyrətləndirməyi bacarmalı idi. 
Özünün “Çəhar məqalə” adlı  əsərində  şeir sənəti də daxil olmaqla 
müxtəlif peşələrə dair fikir söyləyən XII əsr müəllifi Nizami Əruzi 
Səmərqəndi də bu məsələyə toxunaraq yazır: “Şair gərək təmiz 
ruhlu, geniş ürəkli, səmimi və bəsirətli olsun. O, bütün elmlər barə-
sində ətraflı məlumata yiyələnməli, müxtəlif adətlərlə hərtərəfli ta-
nış olmalıdır. Çünki şeir bütün elmlərə faydalı ola bildiyi kimi, hər 
elm də  şeirdə  tətbiq oluna bilər”. (146, 59) Göstərilən müəllif adı 
gedən  əsərində Füzuli dibaçələri ilə  səsləşən  şair ilhamının müəy-
yən təmrinlərlə  tərbiyə edilməsi probleminə  də toxunur. O, şair 
təbinin lazımi səviyyəyə çatması üçün yaradıcı  şəxsin sələflərinin 
minlərlə beytini əzbər bilib, müasirlərinin irsi ilə yaxından tanış 
olmasını  əsas tələb kimi irəli sürürdü. Çünki Nizami Əruzinin 
fikrincə, başqalarını mütəmadi oxumayan şairdə öz istedadından 
arxayınlıq hissi yaranır və o, kamilliyə, yeniliyə can atmır. Bu isə 
poetik təfəkkürün, estetik zövqün təkamülünə mane olur.  
Bəs şeirin özü necə yaranır? Emosional vəziyyət: güclü stres, 
təhqir hissi, həzz, yaxud vurğunluq insanda yaşadıqlarını bölüşmək 
ehtiyacı doğurur ki, bu da ya konkret hədəfə, ya da insanın öz mə-
nəvi aləminə ünvanlanmış olur. Yaradıcılıq iki: yaratmaq və cilala-
maq mərhələsindən ibarətdir ki, bu da bədii  əsərin ilkin forma və 
təkmil  şəkildə meydana çıxmasını  şərtləndirir. Məna özü məqbul 
formanı doğurur, məzmuna uyğun janr, janra uyğun dil tərzi seçilir. 
Beləliklə, mənəvi maddiləşir və şeir yaranır. 
Yuxarıda yaradıcılığına müraciət etdiyimiz Nizami Əruzi 


Füzuli – şairin yaradıcılıq psixologiyası 
 
 
39 
Səmərqəndi bədii sənət növlərinə dair yazdığı adı gedən traktatında 
yüksək sənətkarlıq nümayiş etdirilən bir beyti misal gətirərək  şeir 
üçün yeddi əsas  əlamətin vacib olduğunu yazırdı: “Bu beytin 
gözəlliyini yeddi sənət üsulu təşkil edir: I mütabiq - uyğunlaşdırma, 
II mütəzad - qarşılaşdırma, III mürəddaf - rədiflənmə, IV bəyani-
müsavat - ümumiliyin açıqlanması, V azubət - lakoniklik, VI 
fəsahət - fikrini aydın və gözəl ifadə etmək qabiliyyəti, VII cəzalət - 
bütövlük; (146, 64) Sözsüz ki, bu göstəricilər, ilk növbədə, bədii 
təxəyyülün maddi təcəssümü ilə bağlıdır və artıq ideyanın 
formalaşma anının yekunudur.  
Müasir Qərb alimləri isə  bədii  əsərin  ərsəyə  gəlməsi prose-
sinin ilk mərhələsini araşdırarkən fantaziya və şüuraltının müstəsna 
əhəmiyyətini ön plana çıxarırlar. Bu da insanda yuxu ilə ayıqlıq 
arası bir psixoloji andır ki, onun aktivliyi ümumi ədəbiyyatda ilham 
kimi xarakterizə olunur. 
Orta  əsr  şərq  ədəbiyyatşünaslığında da bir çox müəlliflərin 
bəlağət və onun tərkib hissələri olan fəsahət, məani, bəyan, bədi kimi 
klassik elm sahələrinə aid yazılmış müxtəlif tədqiqatlarında,  şeir 
nəzəriyyəsinə dair müxtəlif janrlarda qələmə alınan poetika əsər-
lərində yuxarıda irəli sürülən suallara qismən də olsa toxunulmuş, 
dəyərli fikirlər söylənilmişdir. Bu baxımdan elmi əhəmiyyətinə görə 
Əbdürrəhman Caminin “Əl-vafi fil-qafiyə”, Əlişir Nəvainin “Müha-
kimətül-lüğəteyn”, Zəhirəddin Baburun “Mizanül-övzan” adlı  əruz 
haqqında traktatı ilə müqayisə edilə biləcək Məhəmməd Füzulinin 
türkcə “Divanı”na yazdığı,  şairin bir şərq mütəfəkkiri kimi dünya 
görüşünü aydınlaşdıran dibaçəsi də  dəyərlidir. Məlumdur ki, adı 
çəkilən  şairlərdən fərqli olaraq, Füzuli poetikaya dair xüsusi əsər 
yazmamışdır, lakin dibaçələrində qaldırdığı bir çox elmi-nəzəri prob-
lemlər onu bir ədəbiyyatşünas kimi də xarakterizə edir. Burada şaira-
nə bir incəliklə işıqlandırılan məsələlərin hər biri klassik ədəbiyyat-
şünaslıq mənbələrində irəli sürülən  əksər fikirlərlə  səsləşir, Füzuli 
tezisləri onlara dayaq olub, yeni estetik konsepsiyanı əsaslandırır. Biz 
isə  şairin toxunduğu bəzi məsələlərə münasibətimizi bildirəcək, 
onları müasir elmi nailiyyətlər  əsasında, yaxud dünya poetik 


Əzizağa Nəcəfov 
 
 
40 
təcrübəsi ilə müqayisədə işıqlandırmağa çalışacağıq. 
Füzulinin adı gedən dibaçəsində qaldırılan və hər biri ayrılıq-
da xüsusi tədqiqat mövzusu kimi çıxış edə biləcək bədii söz, onun 
insana məftunedici təsiri, çatdırma üsulları, bu sahədə irəli çıxan 
maneələr və s. kimi məsələlərlə yanaşı, əksər şərq ədiblərini də dü-
şündürən “şeir və Quran”, “şairlik və peyğəmbər vəhyi” problemi 
də diqqət mərkəzinə çəkilir.  
Məlumdur ki, VII əsrin I yarısında şeirə, mənzum kəlama yük-
sək qiymət verən, dəvə karvanının vəznli yerişi ilə musiqi zövqünü 
kökləyən, bütün düşüncə və duyğuları ilə şeir dünyasında yaşayan, 
bir ədibin sözü ilə hərbə girib, sülh bağlayan, onların şah əsərlərini 
Kəbə divarlarına qızıl hərflərlə yazıb, şairləri milli qəhrəman sanan 
ərəblər Quranın möcüzəli bəyanları ilə rastlaşdıqda ona heyran 
olublar: “Şeir desək olmaz, kahin kəlamına heç bənzəməz, cənnət 
ifadəsi desək, kimsə inanmaz. Təptəzə, çox gözəl, olsa-olsa sehr ola 
bilən, çox təsirli və  məftunedici bir şeydir”,  − demələri ilə yeni 
mübahisələrə zəmin yaratdılar. Kamil və bənzərsiz dil, yeni düşüncə 
tərzi, səslənmə və adət edilməmiş üslubu baxımından seçilən Quran 
mətni ilə qarşılaşan dindən kənar şəxslərin də İslamın bu möcüzə-
sini sehr, yaxud gözəl deyilmiş  şeir, Məhəmməd rəsul ul-lahı isə 
sehrbaz,  şair adlandırmaları bu ali kitabda şeirə,  şairə dair bəzi 
ayələrin gəlməsinə və onların zaman-zaman düzgün olmayan təfsiri 
isə nizamlı söz sənətinə neqativ münasibətin yaranmasına səbəb 
oldu. (Məlumat üçün bax: 119, 5; 122, 67)  
Füzulinin bu məsələyə yeni baxışı, bu fikirlərə qarşı Qurandan 
gətirdiyi alternativ ayələr və onların yeni rakursdan şərhi həmin 
müddəaları tar-mar etdi, Şərqdə  şeirə olan qeyri-ciddi münasibəti 
dəyişib, kamil şeirin bir elm kimi dərkinə zəmin yaratdı. 
Həqiqətən, səcli nəsrlə, metaforik bənzətmələrlə zəngin, təkrar-
sız poetik quruluşa malik bir dildə vəhy edilən Quran İslama müxalif 
qüvvələrin Məhəmməd peyğəmbəri  şair adlandırmağına imkan 
yaradırdı. Quranda isə “Yasin”, “Şüəra” və “Qiyamət” surələrində 
təkidlə bu müddəa təkzib olunur. “Yasin” surəsinin 69-cu ayəsində: 
“Yox, biz ona şeir öyrətmədik”, − kəlamı ilə peyğəmbərin şair, Alla-


Yüklə 18,94 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə