Ə. H.Əliyev, F.Ə.Əliyeva, V. M. Mədətova



Yüklə 66,66 Kb.
Pdf görüntüsü
səhifə49/102
tarix17.11.2017
ölçüsü66,66 Kb.
#10957
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   102

 
195 
Yuxarıda göstərildiyi kimi sinapslarda oyanmanın nəql ol-
unması əsas üç prosesdən asılıdır:  
1) Aksonla gələn impulsların təsirindən mediatorların ifrazı, 
buna sərf olunan vaxt 0,5 milli/saniyə davam edir;  
2) Mediatorun sinaps boşluğundan postsinaptik membrana 
diffuziya etməsi;  
3) Mediatorun təsirindən oyandırıcı postsinaptik potensialın 
əmələ gəlməsi. 
Beləliklə, bir sinapsdan oyanma 2-3 milli saniyəyə  nəql ol-
unur. Refleks müddəti mərkəzi sinir sisteminin vəziyyətindən asılı 
olaraq qüvvəli qıcıqdan zəif qıcığa nisbətən qısa olur. Yorğunluq 
zamanı refleks müddəti uzanır. 
3)
 
 Sinir mərkəzlərinin fizioloji xüsusiyyətlərindən üçüncüsü, 
onların oyanma ritmini transformasiya etməsi, yəni dəyişməsidir. 
Sinir mərkəzlərində qıcıq ritminin dəyişməsi əsasən mərkəzə 
tək-tək qıcıqlar göndərdikdə onlara qarşı işçi üzvə efferent sinirlə 
müəyyən ritmə malik oyanmalar gəlir. Obrazlı şəkildə desək, tək 
atəşə qarşı sinir mərkəzləri yaylım atəşilə cavab verirlər. 
Sinir mərkəzi vəziyyətindən asılı olaraq fəaliyyətə  gətirdiyi 
üzvə saniyədə 50-dən 200-ə  qədər impuls göndərir. Məsələn, 
ştrixinin vasitəsilə oyanıcılığı yüksəlmiş  mərkəzi sinir sistemi, 
efferent sinirlərlə saniyədə 400 impuls göndərir. Sinir mərkəzləri 
soyudulduqda impulslar azalır. Bədən temperaturu 38
°C olduqda 
nəfəsalma zamanı diafraqma siniri ilə saniyədə 110-140 impuls 
gəldiyi halda, 28
°C-də bu ritm azalaraq saniyədə 50 impulsa çatır; 
4) Sinir mərkəzinin xassələrindən dördüncüsü, onların oyanma 
qüvvəsini dəyişdirə bilməsidir. Təcrübələr vasitəsilə müəyyən 
edilmişdir ki, reflektor reaksiyanın qüvvəsi, hər zaman, o refleksə 
səbəb olan qıcığın qüvvəsindən çox olur. Qıcığın qüvvəsini 
tədricən artırdıqda alınan reflektor reaksiyanın qüvvəsi çox vaxt 
artırsa da, bu iki hadisə paralel inkişaf etmir; 
5) Sinir mərkəzlərinin beşinci xassəsi, onların uzun təsir son-
rası dövrə malik olmasıdır.  Əzələ ilə birləşmiş olan siniri 
qıcıqlandırsaq, o zaman qıcıq davam etdiyi müddət ərzində əzələ 
təqəllüs etmiş halda qalacaqdır. Qıcıq kəsiləndən 0,1 saniyə sonra 
 
196 
da əzələ təqəllüsünü davam etdirir. Sinir mərkəzində bu hal daha 
çox davam edir. Burada qıcıq kəsiləndən sonra reflektor 
reaksiyalar bir müddət mühafizə olunur. Reaksiyanın təsirdən 
sonra müəyyən müddət mühafizə olunmasına təsir sonrası deyilir. 
Məsələn, tüpürcək vəzilərinə fistula qoyulmuş itə qida verdikdə 
bu qidaya qarşı tüpürcək alırıq. Qidanın verilməsini dayandırmış 
olsaq tüpürcək ifrazı  dərhal kəsilməyib bir müddət davam edir. 
Bu, təsir sonrasıdır. 
Təsirsonrasının mexanizmini necə izah etmək olar. Bunu 
başa düşmək üçün biz yenə  də neyronlar arasında kimyəvi 
maddənin  əmələ  gəldiyini və oyanmanın bir neyrondan digərinə 
nəql olunmasında bu maddənin nə kimi rol oynadığını yadımıza 
salmalıyıq. Bu maddə parçalanıncaya qədər təsir göstərir. Onun 
parçalanması üçün də müəyyən vaxt tələb olunur. Həmin vaxt 
yuxarıda qeyd etdiyimiz təsirsonrası hadisəsini verir. 
6) Sinir mərkəzlərinin altıncı xüsusiyyəti onların oyanmaları 
yekunlaşdıra bilməsidir. Refleks qövsünün malik olduğu bu xassə 
ilk dəfə 1863-cü ildə  İ.M.Seçenov tərəfindən təsvir edilmişdir. 
Reseptorlara, hər biri ayrı-ayrılıqda qıcıq qapısından aşağı 
(subliminal) olan bir neçə çox kiçik fasiləli qıcıqla təsir göstərsək 
refleks ala bilərik. 
Ümumiyyətlə, baş beyni çıxarılmış heyvanlara spinal 
heyvanlar deyilir. Spinal itin dərisinə, induksion cihaz vasitəsilə 
ayrı-ayrı  qıcıqlar göndərsək, o zaman qıcıqların böyük qüvvəyə 
malik olmasına baxmayaraq qaşınma refleksi almaq olmur. Tək 
qıcıqlar  əvəzinə  zəif olsa da ritmik qıcıqlar göndərmiş olsaq, o 
zaman qaşınma refleksini almaq mümkün olacaqdır. Lakin bu 
halda saniyədə 18 qıcıq verilməli və  qıcıq iki və üç saniyə 
müddətində  təsir göstərməlidir. Qurbağada silmə şərtsiz refleksini 
almaq üçün də bu cür etmək lazımdır. Yəni burada da qurbağanın 
dərisini və ya dərinin müvafiq reseptiv sahəsindən gedən hissi siniri 
induksion cərəyanla ritmik sürətdə  qıcıqlandırmaq lazımdır. 
Halbuki eyni yerdən göndərilən tək-tək qıcıqlar silmə refleksini 
vermir. Bəzi reflekslərin alınması üçün 100 və 100-dən çox ayrı-
ayrı qıcıq olunur. 
downloaded from KitabYurdu.org


 
197 
Buna səbəb nədir?  İş burasındadır ki, hər bir qıcıq mərkəzi 
sinir sistemində, həmin qıcıq düşən yerin oyanıcılığını yüksəldir 
və beləliklə, sonradan gələn qıcıqların oyanma verməsi üçün 
müəyyən əlverişli şərait yaradır. Bunu aşağıdakı təcrübə ilə isbat 
etmək olar.  
Oyanmaların toplanması ardıcıl (vaxta görə) və yerə görə 
olur. Vaxta görə – impulslar mərkəzlərdən afferent sinirlərlə bir-
birinin ardınca fasilələrlə verilən zaman yaranır. Yerə görə – top-
lanmanı bir reseptiv sahədən eyni zamanda müxtəlif reseptorları 
bir və ya bir necə dəfə qıcıqlandırdıqda almaq olar. 
7) Sinir mərkəzlərinin xassələrindən yeddincisi, yüngülləşmə 
və ya yolun acılmasıdır. Alimlərin tədqiqatı göstərmişdir ki, hər 
hansı bir sinir mərkəzinin qıcıqlanması, yalnız o mərkəzin deyil, 
qonşu mərkəzlərin də oyanıcılığını yüksəldir. Bəzi halda bu 
yüksəlmə uzun müddət mühafizə olunub, bütün sinir sisteminə 
yeni yol salınır və nəticə etibarilə müxtəlif qıcıqlara qarşı alınan 
reflekslər çox qüvvəli və coşğun olur. Öz-özlüyündə  hərəkət 
reaksiyası verməyən işıq və  səs qıcıqlarının mərkəzi sinir 
sisteminin oyanıcılığını artırması da bununla izah olunur. Bunu 
isbat etmək üçün hələ 1909-cu ildə akademik Pavlovun 
laboratoriyasında Demidov tərəfindən qoyulan təcrübələri 
göstərmək olar. Demidov öz təcrübələrini,  əvvəlcədən hər iki 
yarımkürəsinin ön yarısı  kəsilib çıxarılmış itlər üzərində 
aparmışdır. Belə heyvanlarda onurğa beyninin reflektor fəaliyyəti 
çox yüksəlir. Bu cür itin dərisinə, ayrılıqda qaşınma refleksi 
verməyən və ya çox zəif reaksiya törədən mexaniki qıcıq versək 
və bu qıcıqa, təklikdə qaşınma refleksi verməyən qüvvəli səs 
qıcıqı qoşmuş olsaq, o zaman bu iki qıcığın, yəni zəif mexaniki 
qıcıqla səs qıcığının birlikdə təsiri sayəsində biz mütləq qaşınma 
refleksinin alındığını və ya onun qüvvətləndiyini görəcəyik. Buna 
ikinci misal da göstərmək olar. Dediyimiz kimi, işıq və ya səs 
qıcığı  təklikdə  hərəkət reaksiyası vermir, lakin bu qıcıqlar 
mərkəzi sinir sisteminin oyanıcılığını xeyli yüksəldir. Ona görə 
də, işıq və ya səs qıcığından sonra dərhal verilən mexaniki qıcıq, 
güclü reflektor fəaliyyətin alınmasına, yəni  ətrafın  şiddətlə 
 
198 
bükülməsinə səbəb olur; 
8) Sinir mərkəzlərinin xassələrindən səkkizincisi, onların 
fizioloji plastik olmasıdır. Fizioloji plastik olmaq, başqa sözlə, 
sinir mərkəzlərinin geniş miqyasda bir-birini əvəz etməyə qabil 
olmasıdır. Kəsilmiş müxtəlif sinirlərin ucqar və  mərkəzi ucları 
son dərəcə incə iynə vasitəsilə bir-birinə tikilir. Heç şübhə yoxdur 
ki, sinir kəsiləndən sonra əvvəlcə o sinirə daxil olan liflər 
degenerasiya edir, lakin bir müddətdən sonra onların tamlığı 
regenerasiya nəticəsində  bərpa olunur. Lavrentyev əmələ  gələn 
yeni sinir uclarının quruluşunu öyrənərək belə nəticəyə gəlmişdir 
ki, bu uclar sinir üçün deyil, o sinirin soxulduğu üzv üçün 
səciyyəvi olan uclardır. Məsələn, skelet əzələsinə birləşdirilmiş və 
ona soxulmuş olan azan sinir, əzələdə, ümumiyyətlə, hərəki sinir 
üçün səciyyəvi olan uc lövhələri, simpatik sinirə birləşdiyi zaman 
isə simpatik sinir üçün səciyyəvi uclar əmələ gətirir. Buradan belə 
məlum olur ki, sinir uclarının  əmələ  gəlməsində  kəsilmiş ucqar 
üzvün təsiri rol oynayır. 
Müxtəlif fizioloji əhəmiyyətə malik olan sinirləri bir-birinə 
tikmək təcrübələri ilk dəfə xoruzlarda aparılmışdır. Xoruzun orta 
sinirinin (n.medianus) mərkəzi ucunu mil sinirinin (n.radialis
ucqar ucuna tikmişlər. Bu sinirlər xoruzun qanadındakı əzələlərin 
hərəkətinə səbəb olur; belə ki, orta sinirin qıcıqlanması sayəsində 
qanadda bükülmə  hərəkəti, mil sinirinin qıcıqlanması sayəsində 
isə qanadda açılma hərəkətləri baş verir. Bu sinirlər kəsilərək 
çarpaz tikildikdən bir müddət sonra, mil sinirinə tikilmiş orta 
sinirin qıcıqlanması qanadın açılmasına səbəb olur. Bu təcrübələr 
göstərir ki, bir neçə aydan sonra qanadın həm reflektor və həm də 
iradi hərəkətləri tədricən bərpa edilir. 
Bu təcrübələr sonralar bir çox alimlər tərəfindən müxtəlif 
şəkildə  təkrar edilmişdir. Məsələn, Anoxin dili sinirləndirən dil-
altı siniri kəsib, tüpürcək vəzisini sinirləndirən təbil sinirinə 
tikmişdir. Nəticədə tüpürcək refleksi bərpa olunmuş və bu yol ilə 
tüpürcək almaq mümkün olmuşdur. Meymunda dilaltı sinirin 
mərkəzi ucu diafraqma sinirinin ucqar ucuna tikilmiş  və birinci 
sinir yeni liflərilə ikinci sinirə soxulduğundan, nəticədə sinir 
downloaded from KitabYurdu.org


Yüklə 66,66 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə