Ə. H.Əliyev, F.Ə.Əliyeva, V. M. Mədətova



Yüklə 66,66 Kb.
Pdf görüntüsü
səhifə45/102
tarix17.11.2017
ölçüsü66,66 Kb.
#10957
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   102

 
179 
plazma deyilir. Neyron xaricdən plazmatik membranla, akson isə 
mielin qişa ilə örtülmüşdür. 
Sinir hüceyrəsi bir nüvəyə, iki və üç nüvəciyə malikdir. 
Sinir hüceyrəsinin sitoplazmasında digər xarakter komponent 
nazik liflər – neyrofibrillər hesab olunur. 
Sinir hüceyrəsinin həyat fəaliyyətində neyroqliya aparatı da 
mühüm rol oynayır. O neyronları  hər tərəfdən  əhatə edərək, 
mərkəzi sinir sisteminin stromasını  əmələ  gətirir. Neyroqliya 
hüceyrələri və onların çıxıntıları bir tərəfdən mexaniki-müvazinət 
vəzifəsini yerinə yetirir, digər tərəfdən isə izoləedici rol oynayır. 
Sinir hüceyrəsinin qişa ilə örtülü olan çıxıntılarına sinir lifləri 
deyilir. Qişanın quruluşundan asılı olaraq sinir lifləri mielin qişalı 
və mielin qişasız olurlar. Mielinli və mielinsiz sinir lifləri dəstəsi 
birləşdirici toxuma pərdəsi ilə örtülü olub, mielinli sinir lifində 
müəyyən məsafədə Ranvye buğumları yerləşir (şəkil 6.6, 6.13). 
Neyronların təsnifatı. Sinir lifləri sinir uc aparatı ilə qurtarır. 
Vəzifəsinə görə üç cür sinir ucu ayırd edilir. Deməli, mərkəzi 
sinir sistemində: 1) hissedici və ya reseptor, 2) hərəki, sekretor və 
effektor və 3) neyronlararası kontakt neyronlar (şəkil 6.14, d, c). 
Reseptor və ya sensor və ya hissi neyronlara bipolyar sinir hü-
ceyrələri aiddir. Onlar oyanmanı xarici (ekstroreseptorlar), daxili 
(intero reseptorlar) və oynaq, bağ, vətər (proprioreseptorlar) və s. 
üzvlərdən qəbul edərək mərkəzi sinir sisteminə  nəql edirlər. Re-
septor neyronların cisimləri mərkəzi sinir sistemindən kənarda – 
onurğa beyin düyünlərində yerləşir. Neyronun uzun çıxıntısı re-
septorlarda qurtarır.  İkinci çıxıntı onurğa və ya uzunsov beyinə 
daxil olub, ara və effektor neyronlarla sinapslar əmələ gətirir. Re-
septor neyronların sayı effektor neyronlardan təxminən 5 dəfə 
çoxdur. 
Effektor neyronlar. Onlar hərəki və sekretor olurlar (şəkil 
6.14, d). Oyanma periferiyaya neyronların uzun aksonları ilə 
daşınır. Skelet əzələrinə gedən hərəki sinir lifləri  əmələ  gətirən 
effektor neyronlar-motor və ya hərəki neyronlar adlanırlar. 
Bunların cismi onurğa beyni boz maddəsinin ön buynuzlarında 
yerləşir. Hərəki sinir ucları  əzələ toxumasında hərəki 
 
180 
hüceyrələrində neyritlərin uclarının şaxələnməsi olub, sinir əzələ 
ucları adlanır. 
Vegetativ sinir sisteminin effektor neyronları  mərkəzi sinir 
sistemindən kənarda, periferik düyünlərdə yerləşirlər. Ara və ya 
kontakt və ya qondarma neyronlar mərkəzi sinir sisteminin əsas 
kütləsini təşkil edirlər. Onlar reseptor və effektor neyronlar aras-
ında əlaqə yaradır. Ara neyronlar törətdiyi effektə görə oyandırıcı 
və ləngidici olmaqla iki qrupa bölünürlər. 
Sekretor uclar vəzilərdə sinir-vəzi uclarını əmələ gətirir. 
XIX əsrin axırlarında neyronlarının bir-birilə əlaqəsi haqqında 
iki nəzəriyyə neyron və neyrofibrilyar nəzəriyyə hökm sürurdü.  
Neyron nəzəriyyəsinin tərəfdarları olan fizioloqlar bir sıra 
fizioloji hadisələri təhlil edərək belə  nəticəyə  gəlmişlər ki, ney-
ronlar bir-birindən ayrıdırlar və iki qonşu neyron arasında 
birləşdirici səth vardır. Bu birləşdirici səth yarımkeçirici zar olub, 
sinir impulslarını bir neyrondan digərinə verir. İki neyronu bir-
birilə birləşdirən bu səthə  sinaps deyilir (şəkil 6.13). Neyronlar 
arasında sinapsların olması  mərkəzi sinir sistemində oyanmanın 
bir tərəfə nəql olunmasına səbəb olmuşdur. 
Zəlinin, xərçəngin sinir sisteminin quruluşunu tamamilə başqa 
cür izah edən bir də neyrofibrilyar nəzəriyyə vardır. Bu nəzəriyyə 
tərəfdarlarının fikrinə görə, sinir impulslarının nəql olunması 
üçün maddi substrat olan neyrofibrillər qırılmadan bir neyrondan 
digərinə keçir və bütün sinir sistemi boyunca yayılır. Bu 
nəzəriyyəni əsaslandırmaq üçün lazım gələn müşahidələr başlıca 
olaraq onurğasız heyvanların səpkin və düyünlü sinir sistemləri, 
onurğalı heyvanların rüşeym dövründə inkişaf etməkdə olan sinir 
toxuması üzərində aparılmışdır. 
Hər iki nəzəriyyə  tərəfdarlarının topladığı müşahidə  və 
təcrübələrə yekun vursaq deyə bilərik: çox ehtimal ki, sinir sis-
temi inkişafının aşağı pillələrində neyrofibrillər fasiləsiz olaraq 
bir neyrondan digərinə keçir. İnkişafın nisbətən yüksək 
pillələrində fibrillər qırılır və ayrı-ayrı neyronlar arasında yeni 
əlaqə forması – sinaps əmələ gəlir. 
Hazırda müəyyən edilmişdir ki, yalnız aşağı sinif onurğasız 
downloaded from KitabYurdu.org


 
181 
heyvanlarda – bağırsaq boşluqlularda sinir hüceyrələrinin çıxıntı-
ları protoplazmatik əlaqə yaradır. 
Onların sinir sistemi sinsit tiplidir. Belə sinsit neyropil adını 
almışdır. Neyropil oyanmanı diffuz şəkildə, yəni hər tərəfə  nəql 
edə bilir. Yuxarı sinif onurğasız heyvanlar və bütün onurğalıların 
mərkəzi sinir sistemində neyronlar çıxıntılar vasitəsilə  əlaqəyə 
girirlər. Hər bir neyronun aksonu başqa sinir hüceyrəsinin cisminə 
və dendritlərinə müvafiq çoxlu şaxələrə bölünür. Hər bir şaxə 
sinapsın elementidir (şəkil 6.15, 6.17). 
 
 
 
Şəkil 6.17. Neyronun cismində  və dendrtlərində sinapsların 
yerləşməsi. 
6.8. Sinapsların formalaşması 
 
Sinir sisteminin fiziologiyasında çoxdan qəbul olunmuş neyron 
nəzəriyyəsinə görə, sinir toxuması bir-birilə eləcə  də  işçi 
orqanlarla  əlaqələrə girmiş neyronlardan təşkil olunmuşdur. 
 
182 
Sinaps sinir üçün əlaqə formasıdır. 
1901-ci ildə ingilis alimi Ç.Şerinqton neyronlararası  əlaqənin 
anatomik əsası kimi elmə sinaps anlayışını daxil etmişdir. 
Sinir sistemində erkən ontogenezdə, hələ sinapslar formalaşana 
qədər desmosoma tipli əlaqə rabitələrinə rast gəlinir.  Əksər 
toxumalarda hüceyrələr bir-birilə öz sərhəd membranları ilə 
təmaslanır. 
Sinapsın formalaşmasının birinci fazasında neyron 
çıxıntılarının böyümə konusunun filopodiləri hədəf hüceyrələrin 
membranına yaxınlaşır, amma ona yapışmır və sabit adgeziv 
zonalar əmələ gətirir. Bu, desmosomaları xatırlatsa da, səciyyəvi 
neyron əlaqəsi deyil. 
Sinaptik  əlaqələrin  əmələ  gəlməsinin sonrakı fazası çütləşmiş 
membran törəmələrinin 
əmələ 
gəlməsilə 
səciyyələnir. 
Peresinaptik membrana aid olan zonada mediator maddələri dolu 
qovucuqlar formalaşır, postsinaptik membranda iki membran 
arasında sinaptik yarıq əmələ gəlir. 
Bundan sonra sinaps öz əsl formasını alır. Stabil sinaptik quru-
luş siqnalları  nəqletmə qabiliyyəti ilə müəyyənləşir. Morfoloji 
cəhətdən formalaşmış sinaps funksional cəhətdən fəal sinaps 
deyil. Sinapsların formalaşmasının, son mərhələsi sinaptik sahə 
ətrafında qlial hüceyrələr təbəqəsinin, beyinin bəzi törəmələrində 
isə xüsusi kapsulun əmələ gəlməsidir. 
Növləri və quruluşu. Neyronla onun innervasiya etdiyi toxuma 
(əzələ və bəzi epitel) arasındakı rabitə sinapslar vasitəsilə qurulur. 
Onlar sinir-əzələ və sinir-epitel sinapsları adlanır. 
Mərkəzi sinir sistemi sinapslar haqqındakı  məlumatları 
ümumiləşdirərək, onları morfoloji, fizioloji və neyrokimyəvi 
xüsusiyyətlərinə görə aşağıdakı kimi təsnif edirlər: 
1. Anotomik və morfoloji quruluşlarına görə sinapslar ney-
ronlararası və üzv sinapslarına bölünürlər. 
Neyronlararası sinapsların bir neçə növü vardır: 
1) Aksosomatik sinaps – bir neyronun aksonunun uc şaxəsi 
digər neyronun hüceyrə cismi ilə təmasda olduqda yaranır. 
2)  Aksodenritik sinaps – aksonun uc şaxəsi digər neyronun 
downloaded from KitabYurdu.org


Yüklə 66,66 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə