179
plazma deyilir. Neyron
xaricdən plazmatik membranla, akson isə
mielin qişa ilə örtülmüşdür.
Sinir hüceyrəsi bir nüvəyə, iki və üç nüvəciyə malikdir.
Sinir hüceyrəsinin sitoplazmasında digər xarakter komponent
nazik liflər – neyrofibrillər hesab olunur.
Sinir hüceyrəsinin həyat fəaliyyətində neyroqliya aparatı da
mühüm rol oynayır. O neyronları hər tərəfdən əhatə edərək,
mərkəzi sinir sisteminin stromasını əmələ gətirir. Neyroqliya
hüceyrələri və onların çıxıntıları bir tərəfdən mexaniki-müvazinət
vəzifəsini
yerinə yetirir, digər tərəfdən isə izoləedici rol oynayır.
Sinir hüceyrəsinin qişa ilə örtülü olan çıxıntılarına
sinir lifləri
deyilir. Qişanın quruluşundan asılı olaraq sinir lifləri mielin qişalı
və mielin qişasız olurlar. Mielinli və mielinsiz sinir lifləri dəstəsi
birləşdirici toxuma pərdəsi ilə örtülü olub, mielinli sinir lifində
müəyyən məsafədə Ranvye buğumları yerləşir (şəkil 6.6, 6.13).
Neyronların təsnifatı. Sinir lifləri sinir uc aparatı ilə qurtarır.
Vəzifəsinə görə üç cür sinir ucu ayırd edilir. Deməli, mərkəzi
sinir sistemində: 1) hissedici və ya reseptor, 2) hərəki, sekretor və
effektor və 3) neyronlararası kontakt neyronlar (şəkil 6.14, d, c).
Reseptor və ya sensor və ya hissi
neyronlara bipolyar sinir hü-
ceyrələri aiddir. Onlar oyanmanı xarici (ekstroreseptorlar), daxili
(intero reseptorlar) və oynaq, bağ, vətər (proprioreseptorlar) və s.
üzvlərdən qəbul edərək mərkəzi sinir sisteminə nəql edirlər. Re-
septor neyronların cisimləri mərkəzi sinir sistemindən kənarda –
onurğa beyin düyünlərində yerləşir. Neyronun uzun çıxıntısı re-
septorlarda qurtarır. İkinci çıxıntı onurğa və ya uzunsov beyinə
daxil olub, ara və effektor neyronlarla sinapslar əmələ gətirir. Re-
septor neyronların sayı effektor neyronlardan təxminən 5 dəfə
çoxdur.
Effektor neyronlar. Onlar hərəki və sekretor olurlar (şəkil
6.14, d). Oyanma periferiyaya neyronların uzun aksonları ilə
daşınır. Skelet əzələrinə gedən hərəki sinir lifləri əmələ gətirən
effektor neyronlar-motor və ya hərəki neyronlar adlanırlar.
Bunların cismi onurğa beyni boz maddəsinin ön buynuzlarında
yerləşir. Hərəki sinir ucları əzələ toxumasında hərəki
180
hüceyrələrində neyritlərin uclarının şaxələnməsi olub,
sinir əzələ
ucları adlanır.
Vegetativ sinir sisteminin effektor neyronları mərkəzi sinir
sistemindən kənarda, periferik düyünlərdə yerləşirlər. Ara və ya
kontakt və ya qondarma neyronlar mərkəzi
sinir sisteminin əsas
kütləsini təşkil edirlər. Onlar reseptor və effektor neyronlar aras-
ında əlaqə yaradır. Ara neyronlar törətdiyi effektə görə oyandırıcı
və ləngidici olmaqla iki qrupa bölünürlər.
Sekretor uclar vəzilərdə sinir-vəzi uclarını əmələ gətirir.
XIX əsrin axırlarında neyronlarının bir-birilə əlaqəsi haqqında
iki nəzəriyyə neyron və neyrofibrilyar nəzəriyyə hökm sürurdü.
Neyron nəzəriyyəsinin tərəfdarları olan fizioloqlar bir sıra
fizioloji hadisələri təhlil edərək belə nəticəyə gəlmişlər ki, ney-
ronlar bir-birindən ayrıdırlar və iki qonşu neyron arasında
birləşdirici səth vardır. Bu birləşdirici səth yarımkeçirici
zar olub,
sinir impulslarını bir neyrondan digərinə verir. İki neyronu bir-
birilə birləşdirən bu səthə
sinaps deyilir (şəkil 6.13). Neyronlar
arasında sinapsların olması mərkəzi sinir sistemində oyanmanın
bir tərəfə nəql olunmasına səbəb olmuşdur.
Zəlinin, xərçəngin
sinir sisteminin
quruluşunu tamamilə başqa
cür izah edən bir də
neyrofibrilyar nəzəriyyə vardır. Bu nəzəriyyə
tərəfdarlarının fikrinə görə, sinir impulslarının nəql olunması
üçün maddi substrat olan neyrofibrillər qırılmadan bir neyrondan
digərinə keçir və bütün sinir sistemi boyunca yayılır. Bu
nəzəriyyəni əsaslandırmaq üçün lazım gələn müşahidələr başlıca
olaraq onurğasız heyvanların səpkin və düyünlü sinir sistemləri,
onurğalı heyvanların rüşeym dövründə inkişaf etməkdə olan sinir
toxuması üzərində aparılmışdır.
Hər iki nəzəriyyə tərəfdarlarının topladığı müşahidə və
təcrübələrə yekun vursaq deyə bilərik:
çox ehtimal ki, sinir sis-
temi inkişafının aşağı pillələrində neyrofibrillər fasiləsiz olaraq
bir neyrondan digərinə keçir. İnkişafın nisbətən yüksək
pillələrində fibrillər qırılır və ayrı-ayrı neyronlar arasında yeni
əlaqə forması – sinaps əmələ gəlir.
Hazırda müəyyən edilmişdir ki, yalnız aşağı sinif onurğasız
downloaded from KitabYurdu.org
181
heyvanlarda – bağırsaq boşluqlularda sinir hüceyrələrinin çıxıntı-
ları protoplazmatik əlaqə yaradır.
Onların sinir sistemi sinsit tiplidir. Belə sinsit neyropil adını
almışdır. Neyropil oyanmanı diffuz şəkildə, yəni hər tərəfə nəql
edə bilir. Yuxarı sinif onurğasız heyvanlar və bütün onurğalıların
mərkəzi sinir sistemində neyronlar çıxıntılar vasitəsilə əlaqəyə
girirlər. Hər bir neyronun aksonu başqa
sinir hüceyrəsinin cisminə
və dendritlərinə müvafiq çoxlu şaxələrə bölünür. Hər bir şaxə
sinapsın elementidir (şəkil 6.15, 6.17).
Şəkil 6.17. Neyronun cismində və dendrtlərində sinapsların
yerləşməsi.
6.8. Sinapsların formalaşması
Sinir sisteminin fiziologiyasında çoxdan qəbul olunmuş neyron
nəzəriyyəsinə görə, sinir toxuması bir-birilə eləcə də işçi
orqanlarla əlaqələrə girmiş neyronlardan təşkil olunmuşdur.
182
Sinaps sinir üçün əlaqə formasıdır.
1901-ci ildə ingilis alimi Ç.Şerinqton neyronlararası əlaqənin
anatomik əsası kimi elmə sinaps anlayışını daxil etmişdir.
Sinir sistemində erkən ontogenezdə, hələ sinapslar formalaşana
qədər desmosoma tipli əlaqə rabitələrinə rast gəlinir. Əksər
toxumalarda hüceyrələr bir-birilə öz sərhəd membranları ilə
təmaslanır.
Sinapsın formalaşmasının birinci fazasında neyron
çıxıntılarının böyümə konusunun filopodiləri hədəf hüceyrələrin
membranına yaxınlaşır, amma ona yapışmır və sabit adgeziv
zonalar əmələ gətirir. Bu, desmosomaları xatırlatsa da,
səciyyəvi
neyron əlaqəsi deyil.
Sinaptik əlaqələrin əmələ gəlməsinin sonrakı fazası çütləşmiş
membran törəmələrinin
əmələ
gəlməsilə
səciyyələnir.
Peresinaptik membrana aid olan zonada mediator maddələri dolu
qovucuqlar formalaşır, postsinaptik membranda iki membran
arasında sinaptik yarıq əmələ gəlir.
Bundan sonra sinaps öz əsl formasını alır. Stabil sinaptik quru-
luş siqnalları nəqletmə qabiliyyəti ilə müəyyənləşir. Morfoloji
cəhətdən formalaşmış sinaps funksional cəhətdən fəal sinaps
deyil. Sinapsların formalaşmasının,
son mərhələsi sinaptik sahə
ətrafında qlial hüceyrələr təbəqəsinin, beyinin bəzi törəmələrində
isə xüsusi kapsulun əmələ gəlməsidir.
Növləri və quruluşu. Neyronla onun innervasiya etdiyi toxuma
(əzələ və bəzi epitel) arasındakı rabitə sinapslar vasitəsilə qurulur.
Onlar sinir-əzələ və sinir-epitel sinapsları adlanır.
Mərkəzi sinir sistemi sinapslar haqqındakı məlumatları
ümumiləşdirərək, onları morfoloji, fizioloji və neyrokimyəvi
xüsusiyyətlərinə görə aşağıdakı kimi təsnif edirlər:
1. Anotomik və morfoloji quruluşlarına görə sinapslar
ney-
ronlararası və
üzv sinapslarına bölünürlər.
Neyronlararası sinapsların bir neçə növü vardır:
1)
Aksosomatik sinaps – bir neyronun aksonunun uc şaxəsi
digər neyronun hüceyrə cismi ilə təmasda olduqda yaranır.
2)
Aksodenritik sinaps – aksonun
uc şaxəsi digər neyronun
downloaded from KitabYurdu.org