Ə. H.Əliyev, F.Ə.Əliyeva, V. M. Mədətova



Yüklə 66,66 Kb.
Pdf görüntüsü
səhifə41/102
tarix17.11.2017
ölçüsü66,66 Kb.
#10957
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   102

 
161 
ilə oyanma fəaliyyət potensialı vasitəsilə mielinləşməmiş sinir 
liflərilə sanki membranın bir sahəsindən digər sahəsinə  tədricən 
hərəkət edir (şəkil 6.7A). Mielinləşmiş sinir lifində isə Ranvye 
buğumu ilə oyanmanın  əmələ  gəlməsi və  sıcrayışlarla 
ötürülməsində əsas rol oynayır.  
Sinirlərdə oyanmaların nəqlolunma sürəti. Sinir lifi üzrə 
oyanmaların hərəkət sürətini dəqiq ölçmək mümkündür. 
Sinirlərdə impulsların hərəkət sürətini təyin etmək sahəsində ilk 
təcrübələr məşhur alman fiziki və fizioloqu Q.Helmols (1821-
1894) tərəfindən aparılmışdır. O, müəyyən etmişdir ki, sinir lifi 
oyanmaları 120 m/san sürəti ilə nəql edir. 
Dəqiq analizlər göstərmişdir ki, sinir lifində oyanmanın nəql 
olunma sürəti təxminən onun diametri ilə düz mütənasibdir. Yəni 
lifin diametri (qalınlığı) artdıqca oyanmanın nəqlolunma sürəti də 
artır. 
Hazırda oyanmanın nəqlolunma sürətinə görə sinir liflərini A, 
B, S hərflərilə  işarə edilən üç əsas tipə bölürlər. A qrupuna aid 
olan liflər dörd yarım qrupa - A
α
, A
β
, A
γ
… və  A
δ
 ayrılır. Onlar 
mielin qişası ilə örtülür. Ən böyük diametri A
α
 lifləridir. İnsanda 
və istiqanlı heyvanlarda onların diametri 1-22 mk, oyanmanın 
nəqlolunma sürəti 5-120 m/san-dir. Onlar oyanmanı onurğa 
beynindən skelet əzələlərinə  və  əzələ reseptorlarından sinir 
mərkəzlərinə daşıyırlar. 
Əsrimizin 30-cu illərinin axırlarında C.Erlenger və Q.Qasser 
dəqiq ölçmələr  əsasında periferik sinirlərdə elektrik impulslarını 
müxtəlif sürətlə nəql edən üç tip liflərə birinci tip (A tip) liflər im-
pulsları 5-100 m/san, ikinci tip (B-tip) liflər impulsları 3-14 m/san, 
üçüncü tip (C-tip) liflər impulsları 0,3-3 m/san nəql edir) təsadüf 
edilir. Qeyd etmək lazımdır ki, bu tədqiqatlara görə Erlenger və 
Qasser 1944-cü ildə Nobel mükafatına layiq görülmüşlər. 
Sinirdə maddələr mübadiləsi və yorulmazlığı.  Oyanma 
zamanı sinir liflərində zülal mübadiləsi güclənir, qanda çoxlu 
azotlu maddələr toplanır. 
Sinir uclarından ifraz olunan asetilxolin və noradrenalin sinir 
impulslarının kimyəvi ötürüçüləri-mediatorlardır. 
 
162 
Sakit halda və oyanma zamanı sinirdə maddələr 
mübadiləsinin vəziyyəti bununla əlaqədar enerji mənbəyi olan 
fosfor birləşmələri-adenozintrifosfat və kreatinfosfat parçalaması, 
qlükoza və qlikogenin hesabına daha çox süd turşusu  əmələ 
gətirməsi və onun istilik əmələ gətirməsi ilə müəyyən etmək olar. 
Sakit vəziyyətdə sinir oksigen mənimsəyir, karbon qazını bu-
raxır. Oksigensiz mühitdə maddələr mübadiləsinin pozulması 
nəticəsində natrium-kalium nasosunun işi dəyişilir. Siniri oksi-
genli mühitə qaytardıqda sükunət potensialı tezliklə bərpa olunur 
və oyanmanın nəql olunması qaydaya düşür. 
1884-cü ildə N.E.Vvedenski ilk dəfə müəyyən etmişdir ki, 
atmosfer havasında siniri uzun müddət (8 saata qədər) fasiləsiz 
qıcıqlandırdıqda oyanmanın nəql olunması  dəyişmir. Yəni açıq 
havada sinir, təcrübi olaraq yorulmur və ya az yorulur. 
Sinirin tamamilə yorulmadığını düşünmək səhv olardı. Onun 
fəaliyyəti zamanı bir sıra fizioloji dəyişikliklər-refraktor dövrün 
uzanması, nəqletmənin zəifləməsi və s. baş verir. 
 
6.5. Oyanıcılıq, qıcıq qüvvəsi xronaksiya,  
refraktorluq, parabioz, adaptasiya 
 
Canlı hüceyrənin oyanıcılığı vardır. Yəni hər bir canlı 
hüceyrə mühitin dəyişikliklərinə qarşı maddələr mübadiləsini 
dəyişdirməyə qabildir. Oyanıcılığa malik toxumalardan bəhs 
edərkən sinir, əzələ və vəzi toxumasını nəzərdə tuturlar. 
Hazırda fiziologiya elmi son dərəcə incə tədqiqat üsullarına – 
istilik və elektrik hadisələrini, milyon dəfə gücləndirən cihazlara, 
saniyəni mində biri içərisində baş verən hadisələri qeyd etməyi 
qabil aparatlara, maddələr mübadiləsini öyrənməyə imkan verən 
incə kimyəvi metodlara malikdir. 
Oyanma bütünlükdə orqanizmin və eləcə  də onun üzv 
toxuma və hüceyrələrinin mühitin təsirinə qarşı verdikləri cavaba 
deyilir. Üzv, toxuma və hüceyrələrin nisbi sakitlik halından 
fəaliyyət halına keçməsinə  səbəb olan amillərə  qıcıq,  qıcıqların 
üzv, toxuma və hüceyrələrə göstərdiyi təsirə qıcıqlanma deyilir. 
downloaded from KitabYurdu.org


 
163 
Təbiəti etibarilə qıcıqlar mexaniki, istilik, elektriki və kimyəvi 
olaraq bir neçə növə bölünür. Bioloji əhəmiyyətinə görə isə 
qıcıqlar adekvat (xüsusi) və inadekvat (ümumi) adlanaraq iki yerə 
ayrılır. Adekvat qıcıqlar təbii  şəraitdə ancaq müəyyən üzvə  təsir 
edən qıcıqlara deyilir. Təkamül – hadisəsində üzvlər müəyyən 
qıcıqlara qarşı uyğunlaşmışdır. Məsələn, gözün torlu qişası üçün 
işıq spektrinin görünən hissəsi, daxili qulaqda birləşmiş Korti 
üzvü üçün səs dalğaları, dildəki dad mədəcikləri üçün qida 
içərisində olan müxtəlif kimyəvi maddələr, skelet əzələləri üçün 
hərəki sinirlər vasitəsilə gələn impulslar adekvat qıcıqlanır. 
İnadekvat qıcıqlar ümumi qıcıqlara, üzvlərdən ötrü 
xüsusiləşməmiş  qıcıqlara deyilir. Belə  qıcıqlar üzvlərin bir 
çoxuna təsir edir. Məsələn, turşu, əsas elektrik cərəyanı, zərbə və 
sairə təsirilə əzələni, siniri, vəzi oyatmaq olar. 
Əslində  hər bir diri hüceyrə yuxarıda saydığımız qıcıqlar 
(mexaniki, istilik, elektriki və kimyəvi) təsiri altında müəyyən 
dərəcədə oyanmağa qabildir. 
Elektrik qıcığının inadekvat qıcıq olmasına baxmayaraq 
fizioloq təcrübə zamanı  əksərən bu qıcıqdan istifadə edir. Ona 
görə ki, elektrik qıcığının başqa qıcıqlara nisbətən bir çox 
əhəmiyyətli və bütün cəhəti vardır. Bu üstün cəhətlərdən birincisi 
odur ki, elektrik qıcıqlandırıcı başqa qıcıqladıcılara nisbətən 
toxumaları az zədələyir. İkinci üstün cəhəti ondan ibarətdir ki, bu 
qıcıqlandırıcının qüvvəsini asanlıqla dəyişdirmək olur. Bir çox 
təcrübələr vasitəsilə müəyyən edilmişdir ki, toxumanın oyanması 
üçün, qıcıqladıcı müəyyən qüvvəyə və müəyyən təsir müddətinə 
malik olmalıdır. Qıcığın  ən kiçik oyanma törədən  ən kiçik qüv-
vəsinə aşağı qıcıqlama qapısı deyilir. Fərz edək ki, 0,40 volt elek-
trik cərəyanı  təqəllüs törətmədiyi halda 0,41 volt həmin  əzələni 
çox zəif təqəllüsünə səbəb olur. Deməli, əzələnin ən zəif təqəllüs 
verməsinə səbəb olan ən kiçik cərəyan gərginliyi 0,41 voltdur. Bu 
gərginlik həmin əzələ üçün aşağı qıcıqlama qapısı və ya reobaza 
sayılır. Qıcıqların aşağı  qıcıqlama qapısına qədər olan 
qüvvələrinin verdiyi oyanmalara subliminal  (qapıaltı), aşağı  qı-
cıqlama qapısından yuxarı olan qüvvələrinin verdiyi oyanmalara 
 
164 
supraliminal (qapıüstü) oyanmalar deyilir. Supraliminal oyanma-
lar da submaksimal, yəni maksimumdan aşağı,  maksimal, yəni 
maksimum və supramaksimal, yəni maksimumdan çox oyanmalar 
olmaq üzrə üç yerə bölünür. 
Subliminal qıcıqlara qarşı, yuxarıda qeyd etdiyimiz kimi 
təqəllüs alınmır. Lakin buradan belə  nəticə  çıxarmamalıdır ki, 
subliminal qıcıqlar  əzələdə heç bir dəyişiklik törəmir. Kimyəvi 
analiz göstərmişdir ki, subliminal qıcıqların təsirinə məruz qalan 
əzələ çoxlu miqdarda fosfor ifraz edir. Deməli, belə qıcıqlar əzələdə 
nəzərə çarpan oyanma törətmirsə  də,  əzələnin daxilində oyanma 
üçün səciyyəvi olan dəyişikliklərə səbəb olur. 
Böyük qüvvəyə maliki qıcıqlar verməklə skelet əzələsinin 
fəaliyyətini ya tamamilə dayandırmaq və ya da zəiflətmək müm-
kündür. Bu hadisəni ilk dəfə kəşf edən rus fizioloqu Vvedenski bu 
hala pessimum hal (ən pis hal) və bu halı törədən sıx və qüvvəli 
qıcıqlara isə pessimal qıcıqlar adı vermişdir. Əzələnin maksimum 
təqəllüsünə səbəb olan, yəni əzələnin fəaliyyəti üçün ən əlverişli 
şərait yaradan qıcığa isə yenə  də Vvedenski tərəfindən  optimal 
(ən yaxşı) qıcıqlar adı verilmişdir. 
Oyanma hadisəsini tədqiq edən ilk alimlər elə  zənn edirdilər 
ki, oyanmanın alınması üçün elektrik qıcığının təsir müddəti rol 
oynamır. Yəni cərəyanın toxumadan neçə müddətə: 1 saniyə, 5 sa-
niyə  və ya 1 dəqiqə  və i.a. keçməsinin oyanmanın alınması üçün 
heç bir əhəmiyyəti yoxdur. Onlar elə  zənn edirlər ki, oyanmanın 
əmələ  gəlməsi yalnız qıcığın qüvvəsindən, özü də  qıcığın mütləq 
qüvvəsindən yox, o qüvvənin artıb  əksilmə sürətindən asılıdır. 
Lakin sonrakı tədqiqat göstərdi ki, oyanmanın alınması üçün elek-
trik cərəyanının toxumaya təsir etdiyi müddətin də  əhəmiyyəti 
vardır. Məsələn, qurbağanın mədə  əzələsini təqəllüsə  gətirmək 
üçün qıcığın təsir müddəti 1/2 saniyəyə bərabər olmalıdır. Qıcığın 
təsir müddəti 1/2 saniyədən az olsa, o zaman belə  qıcıq aşağı 
qıcıqlama qapısından çox olsa da təqəllüs törətməz. Bu sahədə apa-
rılan bir sıra tədqiqat nəticəsində aydın olmuşdur ki, təqəllüslərin 
alınması üçün qıcıq müəyyən müddət təsir göstərməlidir. 
Qüvvəsi iki reobaza olan cərəyanın təsir göstərə bilməsindən 
downloaded from KitabYurdu.org


Yüklə 66,66 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə