195
Yuxarıda göstərildiyi kimi sinapslarda oyanmanın
nəql ol-
unması əsas üç prosesdən asılıdır:
1) Aksonla gələn impulsların təsirindən mediatorların ifrazı,
buna sərf olunan vaxt 0,5 milli/saniyə davam edir;
2) Mediatorun sinaps boşluğundan postsinaptik membrana
diffuziya etməsi;
3) Mediatorun təsirindən oyandırıcı postsinaptik potensialın
əmələ gəlməsi.
Beləliklə, bir sinapsdan oyanma 2-3 milli saniyəyə nəql ol-
unur. Refleks müddəti mərkəzi sinir sisteminin vəziyyətindən asılı
olaraq qüvvəli qıcıqdan zəif qıcığa nisbətən qısa olur. Yorğunluq
zamanı refleks müddəti uzanır.
3)
Sinir mərkəzlərinin fizioloji xüsusiyyətlərindən üçüncüsü,
onların oyanma ritmini transformasiya etməsi, yəni dəyişməsidir.
Sinir mərkəzlərində qıcıq ritminin dəyişməsi əsasən mərkəzə
tək-tək qıcıqlar göndərdikdə onlara qarşı işçi üzvə efferent sinirlə
müəyyən ritmə malik oyanmalar gəlir. Obrazlı şəkildə desək, tək
atəşə qarşı sinir mərkəzləri yaylım atəşilə cavab verirlər.
Sinir mərkəzi vəziyyətindən asılı olaraq fəaliyyətə gətirdiyi
üzvə saniyədə 50-dən 200-ə qədər impuls göndərir. Məsələn,
ştrixinin vasitəsilə oyanıcılığı yüksəlmiş mərkəzi sinir sistemi,
efferent sinirlərlə saniyədə 400 impuls göndərir. Sinir mərkəzləri
soyudulduqda impulslar azalır. Bədən temperaturu 38
°C
olduqda
nəfəsalma zamanı diafraqma siniri ilə saniyədə 110-140 impuls
gəldiyi halda, 28
°C-də bu ritm azalaraq saniyədə 50 impulsa çatır;
4) Sinir mərkəzinin xassələrindən dördüncüsü, onların oyanma
qüvvəsini dəyişdirə bilməsidir. Təcrübələr vasitəsilə müəyyən
edilmişdir ki, reflektor reaksiyanın qüvvəsi, hər zaman, o refleksə
səbəb olan qıcığın qüvvəsindən çox olur. Qıcığın qüvvəsini
tədricən artırdıqda alınan reflektor reaksiyanın qüvvəsi çox vaxt
artırsa da, bu iki hadisə paralel inkişaf etmir;
5) Sinir mərkəzlərinin beşinci xassəsi, onların
uzun təsir son-
rası dövrə malik olmasıdır. Əzələ ilə birləşmiş olan siniri
qıcıqlandırsaq, o zaman qıcıq davam etdiyi müddət ərzində əzələ
təqəllüs etmiş halda qalacaqdır. Qıcıq kəsiləndən 0,1 saniyə sonra
196
da əzələ təqəllüsünü davam etdirir. Sinir mərkəzində bu hal daha
çox davam edir. Burada qıcıq kəsiləndən sonra reflektor
reaksiyalar bir müddət mühafizə olunur. Reaksiyanın təsirdən
sonra müəyyən müddət mühafizə olunmasına təsir sonrası deyilir.
Məsələn, tüpürcək vəzilərinə fistula qoyulmuş itə qida verdikdə
bu qidaya qarşı tüpürcək alırıq. Qidanın verilməsini dayandırmış
olsaq tüpürcək ifrazı dərhal kəsilməyib bir müddət davam edir.
Bu, təsir sonrasıdır.
Təsirsonrasının mexanizmini necə izah etmək olar. Bunu
başa düşmək üçün biz yenə də neyronlar arasında kimyəvi
maddənin əmələ gəldiyini və oyanmanın bir neyrondan digərinə
nəql olunmasında bu maddənin nə kimi rol oynadığını yadımıza
salmalıyıq. Bu maddə parçalanıncaya qədər təsir göstərir. Onun
parçalanması üçün də müəyyən vaxt tələb olunur. Həmin vaxt
yuxarıda qeyd etdiyimiz təsirsonrası hadisəsini verir.
6) Sinir mərkəzlərinin altıncı xüsusiyyəti onların oyanmaları
yekunlaşdıra bilməsidir. Refleks qövsünün
malik olduğu bu xassə
ilk dəfə 1863-cü ildə İ.M.Seçenov tərəfindən təsvir edilmişdir.
Reseptorlara, hər biri ayrı-ayrılıqda qıcıq qapısından aşağı
(subliminal) olan bir neçə çox kiçik fasiləli qıcıqla təsir göstərsək
refleks ala bilərik.
Ümumiyyətlə, baş beyni çıxarılmış heyvanlara spinal
heyvanlar deyilir. Spinal itin dərisinə, induksion cihaz vasitəsilə
ayrı-ayrı qıcıqlar göndərsək, o zaman qıcıqların böyük qüvvəyə
malik olmasına baxmayaraq qaşınma refleksi almaq olmur. Tək
qıcıqlar əvəzinə zəif olsa da ritmik qıcıqlar göndərmiş olsaq, o
zaman qaşınma refleksini almaq mümkün olacaqdır. Lakin bu
halda saniyədə 18 qıcıq verilməli və qıcıq iki və üç saniyə
müddətində təsir göstərməlidir. Qurbağada silmə şərtsiz refleksini
almaq üçün də bu cür etmək lazımdır. Yəni burada da qurbağanın
dərisini və ya dərinin müvafiq reseptiv sahəsindən
gedən hissi siniri
induksion cərəyanla ritmik sürətdə qıcıqlandırmaq lazımdır.
Halbuki eyni yerdən göndərilən tək-tək qıcıqlar silmə refleksini
vermir. Bəzi reflekslərin alınması üçün 100 və 100-dən çox ayrı-
ayrı qıcıq olunur.
downloaded from KitabYurdu.org
197
Buna səbəb nədir? İş burasındadır ki, hər bir qıcıq mərkəzi
sinir sistemində, həmin qıcıq düşən yerin oyanıcılığını yüksəldir
və beləliklə, sonradan gələn qıcıqların oyanma verməsi üçün
müəyyən əlverişli şərait yaradır. Bunu aşağıdakı təcrübə ilə isbat
etmək olar.
Oyanmaların toplanması ardıcıl (vaxta görə) və yerə görə
olur. Vaxta görə – impulslar mərkəzlərdən afferent sinirlərlə bir-
birinin ardınca fasilələrlə verilən zaman yaranır. Yerə görə – top-
lanmanı bir reseptiv sahədən eyni zamanda müxtəlif reseptorları
bir və ya bir necə dəfə qıcıqlandırdıqda almaq olar.
7) Sinir mərkəzlərinin xassələrindən yeddincisi, yüngülləşmə
və ya yolun acılmasıdır. Alimlərin tədqiqatı göstərmişdir ki, hər
hansı bir sinir mərkəzinin qıcıqlanması, yalnız o mərkəzin deyil,
qonşu mərkəzlərin də oyanıcılığını yüksəldir. Bəzi halda bu
yüksəlmə uzun müddət mühafizə olunub,
bütün sinir sisteminə
yeni yol salınır və nəticə etibarilə müxtəlif qıcıqlara qarşı alınan
reflekslər çox qüvvəli və coşğun olur. Öz-özlüyündə hərəkət
reaksiyası verməyən işıq və səs qıcıqlarının mərkəzi sinir
sisteminin oyanıcılığını artırması da bununla izah olunur. Bunu
isbat etmək üçün hələ 1909-cu ildə akademik Pavlovun
laboratoriyasında Demidov tərəfindən qoyulan təcrübələri
göstərmək olar. Demidov öz təcrübələrini, əvvəlcədən hər iki
yarımkürəsinin ön yarısı kəsilib çıxarılmış itlər üzərində
aparmışdır. Belə heyvanlarda onurğa beyninin reflektor fəaliyyəti
çox yüksəlir. Bu cür itin dərisinə, ayrılıqda qaşınma refleksi
verməyən və ya çox zəif reaksiya törədən mexaniki qıcıq versək
və bu qıcıqa, təklikdə qaşınma refleksi
verməyən qüvvəli səs
qıcıqı qoşmuş olsaq, o zaman bu iki qıcığın, yəni zəif mexaniki
qıcıqla səs qıcığının birlikdə təsiri sayəsində biz mütləq qaşınma
refleksinin alındığını və ya onun qüvvətləndiyini görəcəyik. Buna
ikinci misal da göstərmək olar. Dediyimiz kimi, işıq və ya səs
qıcığı təklikdə hərəkət reaksiyası vermir, lakin bu qıcıqlar
mərkəzi sinir sisteminin oyanıcılığını xeyli yüksəldir. Ona görə
də, işıq və ya səs qıcığından sonra dərhal verilən mexaniki qıcıq,
güclü reflektor fəaliyyətin alınmasına, yəni ətrafın şiddətlə
198
bükülməsinə səbəb olur;
8) Sinir mərkəzlərinin xassələrindən səkkizincisi, onların
fizioloji plastik olmasıdır. Fizioloji plastik olmaq, başqa sözlə,
sinir mərkəzlərinin geniş miqyasda bir-birini əvəz etməyə qabil
olmasıdır. Kəsilmiş müxtəlif sinirlərin ucqar və mərkəzi ucları
son dərəcə incə iynə vasitəsilə bir-birinə tikilir. Heç şübhə yoxdur
ki, sinir kəsiləndən sonra əvvəlcə o sinirə daxil olan liflər
degenerasiya edir, lakin bir müddətdən sonra onların tamlığı
regenerasiya nəticəsində bərpa olunur.
Lavrentyev əmələ gələn
yeni sinir uclarının quruluşunu öyrənərək belə nəticəyə gəlmişdir
ki, bu uclar sinir üçün deyil, o sinirin soxulduğu üzv üçün
səciyyəvi olan uclardır. Məsələn, skelet əzələsinə birləşdirilmiş və
ona soxulmuş olan azan sinir, əzələdə, ümumiyyətlə, hərəki sinir
üçün səciyyəvi olan uc lövhələri, simpatik sinirə birləşdiyi zaman
isə simpatik sinir üçün səciyyəvi uclar əmələ gətirir. Buradan belə
məlum olur ki, sinir uclarının əmələ gəlməsində kəsilmiş ucqar
üzvün təsiri rol oynayır.
Müxtəlif fizioloji əhəmiyyətə malik olan sinirləri bir-birinə
tikmək təcrübələri ilk dəfə xoruzlarda aparılmışdır.
Xoruzun orta
sinirinin (n.medianus) mərkəzi ucunu mil sinirinin (
n.
radialis)
ucqar ucuna tikmişlər. Bu sinirlər xoruzun qanadındakı əzələlərin
hərəkətinə səbəb olur; belə ki, orta sinirin qıcıqlanması sayəsində
qanadda bükülmə hərəkəti, mil sinirinin qıcıqlanması sayəsində
isə qanadda açılma hərəkətləri baş verir. Bu sinirlər kəsilərək
çarpaz tikildikdən bir müddət sonra, mil sinirinə tikilmiş orta
sinirin qıcıqlanması qanadın açılmasına səbəb olur. Bu təcrübələr
göstərir ki, bir neçə aydan sonra qanadın həm reflektor və həm də
iradi hərəkətləri tədricən bərpa edilir.
Bu təcrübələr sonralar bir çox alimlər tərəfindən müxtəlif
şəkildə təkrar edilmişdir. Məsələn, Anoxin dili sinirləndirən dil-
altı siniri kəsib, tüpürcək vəzisini sinirləndirən təbil sinirinə
tikmişdir. Nəticədə tüpürcək refleksi bərpa olunmuş və bu yol ilə
tüpürcək almaq mümkün olmuşdur. Meymunda dilaltı sinirin
mərkəzi ucu diafraqma sinirinin ucqar
ucuna tikilmiş və birinci
sinir yeni liflərilə ikinci sinirə soxulduğundan, nəticədə sinir
downloaded from KitabYurdu.org