Ə. H.Əliyev, F.Ə.Əliyeva, V. M. Mədətova



Yüklə 66,66 Kb.
Pdf görüntüsü
səhifə57/102
tarix17.11.2017
ölçüsü66,66 Kb.
#10957
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   102

 
227 
neyronlarında, ya da afferent neyronlarında qurtarır. Uzun liflər 
isə uzunsov beynin nüvələrində qurtarır, oradan başlayan ikinci 
afferent neyronların lifləri ilə çarpazlaşaraq  əks tərəfə keçir və 
görmə qabarlarına doğru gedir. 
Onurğa beyni funksiyalarının həyata keçirilməsində enən 
sinir yollarının da mühüm əhəmiyyəti vardır. Onurğa beyninin 
enən sinir yollarına aşağıdakı lif dəstələri aiddir: 
Qabıq – spinal ön və ya düz piramidal yol. Qabığın hərəki 
mərkəzlərinin iri piramidal neyronların hərəki lifləridir, onurğa 
beyni ön buynuzlarının hərəki neyronlarında qurtarır.  İradi 
hərəkətləri təmin edən impulsları nəql edir. 
Qabıq-spinal yan və çarpazlaşmış piramidal yol. Qabığın 
hərəki zonalarından başlanır, uzunsov beyin səviyyəsində çar-
pazlaşaraq onurğa beyninin əks tərəflərindəki ön buynuzlarda 
qurtarır. Piramidal yollar yalnız məməlilərdə meydana çıxır və 
insanda özünün ən yüksək inkişafına çatır. 
Rubrospinal yol (Monakov dəstəsi). Hərəkət aktlarını təmin 
edən impulsları, orta beynin hərəki qırmızı nüvə neyronlarından, 
qabıqaltı nüvələrin dördtəpəli cismin və beyinciyin hərəki lifləri 
ilə birlikdə onurğa beyninə daxil olaraq onun hərəki 
mərkəzlərində qurtarır. 
Vestibulospinal yol. Bədən müvazinətini təmin edən hərəki 
siqnalları uzunsov beyindəki vestibulyar (müvazinət) 
mərkəzlərdən, onurğa beyninin ön köklərinə nəql edir. Əzələ to-
nusunun tənzimində iştirak edir. 
Piramid yollar ancaq məməlilərdə mövcuddur və insanda 
özünün ən yüksək inkişaf səviyyəsinə çatır. İnsanda piramid yol-
ların tərkibində 2 milyona qədər sinir lifi vardır. 
Bu bir daha göstərir ki, insanda baş beyin qabığından onurğa 
beynə  və onun vasitəsilə skelet əzələlərinə, habelə daxili 
orqanlara efferent impulsların verilməsində piramid yollar oldu-
qca mühüm rol oynayır. 
Əzələ tonusu reflektor təbiətlidir.  Əzələlərin reflektor to-
nusunda onurğa beyninin mərkəzləri iştirak edir. Bundan başqa, 
mərkəzi sinir sisteminin yuxarı  şöbələri  əzələ tonusunu nizam-
 
228 
lamaqla həlledici rol oynayır. 
 
6.19. Uzunsov beyin və onun funksiyaları 
 
Uzunsov beyin onurğa beyninin davamıdır.  İnsanda onun 
uzunluğu 2,5 sm-ə, ağırlığı isə 7 q çatır, konusvarı formadadır. 
Yuxarıdan Varol körpüsü aşağıdan qurtaracağı böyük ənsə dəliyi 
ilə sərhədlənir. Uzunsov beyin Varol körpüsü ilə birlikdə IV be-
yin mədəciyinin dibini təşkil edir. 
Onurğa beynində olduğu kimi, burada boz maddə daxilində
ağ maddə isə xaricdədir. O, mütəşəkkil və  həm də bir-birilə 
əlaqədə olan çoxlu nüvələrə bölünür. Uzunsov beyin nüvələrindən 
ən böyüyü zeytun və dişli nüvədir. Uzunsov beynin üst səthi ilə 
gedən dərin  şırım onu sağ  və sol paya ayırır, onlara piramidlər 
deyilir. Piramidaların tərkibinə daxil olan liflərin onurğa beyninin 
yan piramid dəstələrini, az hissəsi isə ön piramid dəstələrini əmələ 
gətirir. 
Uzunsov beyin eninə şırımla Varol körpüsündən qismən ara-
lanmışdır. Körpü uzunsov beyni beyinciklə  və beynin böyük 
yarımkürələri ilə birləşdirir. 
Uzunsov beyin dörd funksiyanı yerinə yetirir: 
a) bir sıra mürəkkəb reflektor aktları nizamlayır, b) qalxan və 
enən sinir impulslarının nəql olunmasında baş beyinlə onurğa 
beynin arasında körpü yaradır, v) əzələlərin tonusunda iştirak 
edir, q) 5-12 cüt beyin sinirlərinin köklərinə başlanğıc verir (Va-
rol körpüsü ilə birlikdə). 
Tənəffüs, həzm, qan-damar sistemi və  bəzi hiss üzvlərindən 
başlanan afferent sinirlər uzunsov beynə daxil olur. Uzunsov be-
yin mərkəzlərinin  əksəriyyəti hissi sinirlərlə orqanizmin daxili 
mühitindən interoreseptorlardan gələn qıcıqlara qarşı reflektor 
reaksiyalarının əmələ gəlməsində iştirak edir. 
Uzunsov beynin və Varol körpüsünün boz maddəsi həyat 
üçün vacib olan bir sıra funksiyaların reflektor sinir mərkəzlərini 
əmələ  gətirmişdir. 12 cüt beyin sinirindən 8 cütü (5-dən 12-yə 
qədər) uzunsov beyin və Varol körpüsü sahəsindən çıxır. Onlar 
downloaded from KitabYurdu.org


 
229 
aşağıdakılardır (şəkil 6.9): 
Üçlü sinir. Nüvəsi Varol körpüsündə yerləşmişdir. 
Uzaqlaşdırıcı sinir. Varol körpüsündən çıxır, hərəki sinirdir, 
bir əzələni – gözün xarici düz əzələsini sinirləndirir. 
Üz siniri. Varol körpüsü ilə uzunsov beyin sərhədindən çıxır, 
hərəki və sekretor liflərdən ibarətdir. 
Eşitmə siniri. Afferent sinirdir. Varol körpüsü ilə uzunsov 
beynin sərhədindən çıxır. İlbiz siniri daxili qulağın ilbiz aparatın-
dan başlanır və  eşitmə siqnalları  nəql edir, vestibulyar sinir isə 
daxili qulağın vestibulyar aparatından başlanır və bədənin fəzadə 
vəziyyəti haqqında siqnalları nəql edir. 
Dil-udlaq siniri. Uzunsov beyindən çıxır, qarışıq sinirdir. Af-
ferent qulaqyanı tüpürcək vəzilərini innervasiya edir. 
Azan sinir. Uzunsov beyindən çıxır, tərkibində spesifik vis-
seral, ümumi somatik efferent və ümumi somatik afferent liflər 
vardır. 
Əlavə sinir. Uzunsov beyindən başlanğıc alır, əsasən effektor 
liflərdən təşkil olunmuşdur, çiyin əzələlərini innervasiya edir. 
Dilaltı sinir. Uzunsov beyindən çıxır, ümumi somatik effer-
ent sinir olub, dil əzələlərini innervasiya edir. 
Uzunsov beyin bir neçə funksiya daşıyır: o, bir sıra reflektor 
aktların nizamlayıcısıdır, onurğa beynilə baş beynin yuxarı 
şöbələri arasında sinir əlaqələri yaradır, nəqledici vəzifəsini 
yerinə yetirir, əzələ tonusunun tənzimində iştirak edir, Varol kör-
püsü ilə birlikdə beyin sinirlərinin bir sıra nüvələrini əmələ gətirir 
ki, bu nüvələrin bəziləri qan dövranının, tənəffüsün, həzmin və 
digər vegetativ funksiyaların idarə olunmasında mühüm rol oy-
nayır. 
Uzunsov beyin və Varol körpüsünün içərisində, IV mədəcik 
ətrafında və nüvələrarası sahədə diffuz halda səpələnmiş neyron 
kütləsinin əmələ getirdiyi torabənzər törəmə – retikulyar formasiya 
vardır. Onun davamına orta və aralıq beyin şöbələrində rast gəlinir. 
Uzunsov beyində aşağıdakı mərkəzlər yerləşir: 
1.Əmmə  mərkəzi.  Əmmə refleksi məməlilərdə yeni doğu-
lanlarda müşahidə olunur. Uzunsov beynin tamlığı pozulduqda 
 
230 
əmmə refleksi əmələ gəlmir. 
2.Çeynəmə mərkəzi. Qida ağıza düşdükdə reflektor çeynəmə 
aktı baş verir. Bu aktda əmmə refleksində iştirak edən sinirlərdən 
başqa dil-udlaq sinirinin afferent lifləri və üçlü sinirin çeynəmə 
əzələlərini sinirləndirən hərəki liflər də iştirak edir. 
3.Ağız şirəsi (tüpürcək) ifrazı mərkəzi. Reflektor tüpürcək 
ifrazı qidanın ağıza düşməsi ilə başlanır. Uzunsov beyin 
zədələndikdə qidanın ağıza düşməsi tüpürcək ifrazına səbəb ol-
mur. 
4.Udma mərkəzi. Udma mürəkkəb aktdır. Bu aktda ağız və 
udlaq boşluqlarının  əzələləri iştirak edir. Uzunsov beynin pozul-
ması  nəticəsində yaranan əlamətlərdən biri də udma aktının 
pozulmasıdır. Bu halda bəzən qida burun boşluğuna və ya nəfəs 
borusuna düşə bilər. 
5.Mədə şirəsi ifrazı mərkəzi. Qida ağıza düşdükdə tüpürcək 
ifrazı ardınca mədə şirəsi ifraz olunur. 
6.Mədənin boşalma (evakuasiya) mərkəzi.  Qida mədədən 
onikibarmaq bağırsağa hissə-hissə keçir. Bu reflektor aktdır və 
onda azan və simpatik sinirlərin hissi və hərəki şaxələri iştirak edir. 
7.Qusma mərkəzi.  Qusma aktı müdafiə xarakterli reflektor 
reaksiyadır. Bu reaksiya mədəyə düşən yararsız və  zərərli 
maddələrin rədd edilməsinə yönəlmişdir. 
8.Mədəaltı  vəzi (pankreas) şirəsi ifrazı  mərkəzi.  Qida ba-
ğırsaq traktına düşdükdə buradakı hissi sinirləri qıcıqlandırır və 
oyanmalar uzunsov beyindəki pankreas sekretor sinirləri oyadaraq 
şirə ifrazına səbəb olur. Bu refleksdə  iştirak edən afferent liflər 
azan sinirə, sekretor liflər isə azan və simpatik sinirlərə aiddir. 
9.Öd ifrazı  mərkəzi.  Öd kisəsinə toplanan öd, onikibarmaq 
bağırsağa yağlı maddələrin düşməsi ilə  əlaqədar olaraq reflektor 
surətdə öd kisəsi tərəfindən sıxışdırılır və ümumi öd axacağının 
qurtaracağındakı sfinktorun açılması ilə onikibarmaq bağırsağa 
qovulur. 
10.Asqırma mərkəzi.  Asqırma – mürəkkəb reflektor 
nəfəsvermə aktı olub, müdafiə xarakteri daşıyır. 
Nəfəs yolunda selikli qişanı  qıcıqlandıran amil xaric edilir. 
downloaded from KitabYurdu.org


Yüklə 66,66 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə