231
Zökəmli xəstənin tez-tez asqırması xəstəlik
sayəsində selikli
qişanın çoxlu ifraz etdiyi seliyin həmin qişadakı sinirləri
qıcıqlandırmasından irəli gəlir. Bu refleksdə üçlü, dil-udlaq, azan
dilaltı sinirlərin şaxələri və bir sıra onurğa beyni sinirləri iştirak
edir.
11.Öskürmə mərkəzi. Öskürmə də asqırma kimi mürəkkəb
müdafiə refleksidir. Bu refleks qırtlaq, traxeya və bronxların se-
likli qişasının qıcıqlanması nəticəsində baş verir.
12. Fonasiya mərkəzi. Uzunsov beyində fonasiya (səs çıxar-
ma) mərkəzi də vardır.
13. Gözqırpma mərkəzi. Bu zaman hissi sinirləri qıcıqlan-
dıran amil konyuktiv kisəyə toplanan göz yaşıdır.
14. Göz yaşı ifrazı mərkəzi. Göz yaşı ifrazı refleksinin mex-
anizmi də gözqırpan refleks kimidir.
15. Tənəffüs mərkəzi. Uzunsov beynin rombvarı çuxurunun
alt hissəsində yerləşir və tənəffüs hərəkətlərini tənzim edir.
Tənəffüs mərkəzi sinir tənzimindən əlavə, humoral
tənzimləmə mexanizminə də malikdir. Asqırma və öskürmə
refleksləri, burun və qırtlağın qıcıqlanmasına qarşı alınan şəklini
dəyişmiş tənəffüs hərəkətləridir. Bu, onların tənzimində də
tənəffüs mərkəzlərinin iştirak etdiyini göstərir.
16.Ürək fəaliyyətinin tənzimi mərkəzi. Vaxtilə İ.P.Pavlov
müəyyən
etmişdir ki, azan sinirin ürəyə gələn şaxələri ürək
fəaliyyətini zəiflədir və tormozlayır. Bu sinirin nüvəsi uzunsov
beyində yerləşir, humoral və reflektor yolla oyanır.
17.Vazomotor mərkəz. Uzunsov beyində qan damarlarının
daralmasını və genişlənməsini nizamlayan vazomotor mərkəz
yerləşir. Vazomotor mərkəz simpatik sinir sistemi ilə sıx
əlaqədardır. Sinir borusunun uzunsov beynindən bir qədər aşağı
nahiyədə kəsilməsi dammar tonusunu zəiflədir. Bu bir daha
göstərir ki, qan damarlarının ilkin (bazal) tonusunu tənzim edən,
uzunsov beyindəki vazomotor mərkəzdir.
18.Tər ifrazı mərkəzi. Dəridə olan tər vəzilərini tənzim edir.
19.Maddələr mübadiləsi mərkəzi. Uzunsov beynin müxtəlif
sahələrinin qıcıqlandırılması maddələr mübadiləsində bir sıra
232
dəyişikliklər törədir. Su və duz mübadiləsinin tənzimində də
uzunsov beyin iştirak edir.
Uzunsov beyin həm də bəzi davranış aktlarının
formalaş-
masında iştirak edir.
Onun fəaliyyəti beyin yarımkürələri qabığına tabedir.
Uzunsov beynin və Varol körpüsünün ikinci mühüm vəzifəsi
onurğa beynilə beynin yuxarı şöbələri arasında müəyyən əlaqə
yaratmaqdır. Onurğa beynin ön, arxa və yan sütunları tərkibində
qalxan və enən sinir yolları mütləq uzunsov beyin və Varol kör-
püsü sahəsindən keçir.
Uzunsov beynin digər mühüm funksiyalarından biri də onun
əzələ tonusunun tənzimində iştirak etməsidir. Onları bükmək və
açmaq üçün çox qüvvə sərf etmək lazım gəlir, ətrafları qatlayıb
buraxan kimi ayaq yenə də əvvəlki gərgin vəziyyətə qayıdır.
Boyunun açıcı əzələləri o qədər gərginləşir ki, baş arxaya doğru
qatlanır, onurğa sütunu yuxarı əyilərək qövsvarı forma alır. Buna
deserebrasiya qıclığı (rigidliyi) deyilir.
Bir sözlə, uzunsov beyni
beynin başqa şöbələrindən ayırdıqda bütün əzələlərin tonusu
kəskin şəkildə artır və uzun müddət bu halda qalır. Deserebrasiya
qıclığında açıcı əzələlərin tonusu, bükücü əzələlərin tonusundan
yüksəkdir. Orta beyinlə uzunsov beynin əlaqəsi pozulmasa, onda
deserebrasiya rigidliyi müşahidə olunmur. Belə heyvanın qabaq
və arxa ətrafları həddindən artıq gərilir (şəkil 6.27). Dəhliz siniri
nüvəsini və xüsusilə onun Deyters
nüvəsi adlanan hissəsini poz-
duqda deserebrasiya qıclığı zəifləyir. Deyters nüvəsi ilə birlikdə
uzunsov beynin retikulyar formasiyası pozulduqda deserebrasiya
rigidliyi tamamilə kəsilir.
Beynin daha ali şöbələrinə tabe olan uzunsov beyin onurğa
beynin geniş yayılmış funksiyalarını birləşdirərək öz nəzarəti
altında saxlayır.
Orta beyin. Beynin kiçik bir hissəsini orta beyin təşkil edir.
Erkən embriogenezdə orta beyin qovuqcuğu arxa beyin
qovuqcuğuna nisbətən gec inkişaf edir. Sonralar burada bazal
hüceyrə sütunları anatomik bölgüyə məruz qalır. Belə ki, bazal
sütunun hüceyrələri hesabına iki nüvə – 3-cü cüt –
gözün hərəki
downloaded from KitabYurdu.org
233
sinirinin və 4-cü cüt – blokvarı sinirin nüvələri formalaşır.
Qanadvarı sütunun hüceyrələri hesabına isə quşlarda ikitəpəli,
məməlilərdə isə dördtəpəli törəmə, qırmızı nüvə, qara maddə və
retikulyar formasiya nüvələri formalaşır.
Morfoloji cəhətdən orta beyin əsasən iki şöbədən – dördtəpəli
cismdən və yarımkürə ayaqcıqlarından ibarətdir. Dördtəpənin
arxa təpələri eşitmə mərkəzləri, ön təpələr ilkin görmə mərkəzləri
hesab olunur. Eşitmə və görmə sinirinin
lifləri bu təpələrdə qur-
tarır.
İşıq qıcığı ilə bağlı olan bir sıra refleks qövsləri ön təpələrdən
keçir. Bunların arasında işığa qarşı yaranan bələdləşmə refleksini
göstərmək olar. Beyin yarımkürələri çıxarılmış, lakin orta beyni
saxlanılmış heyvan işığa qarşı bəzi hərəki reaksiyalarla cavab
verir.
Şəkil 6.27. Orta beyinlə uzunsov beyin arasında kəsik apardıqda
heyvanda müşahidə edilən bəzi xarakterik hərəki pozğunluqların
234
sxematik təsviri (A.B.Korobkov və Çesnakovdan götürülmüşdür,
1987).
Dördtəpəli cismin arxa təpələri səsi yaxşı eşitmək qulaqları
şəkləmək, başı və bədəni yeni səs mənbəyinə çevirmək kimi
hərəkətləri idarə edən mərkəzlər vardır.
Orta beynin qırmızı nüvə və qara maddə adlanan törəmələri
daha mürəkkəb reflektor hərəkətlərin nizamlanmasında,
skelet
əzələlərinin tonusunun tənzimlənməsində iştirak edir.
Orta beynin funksiyasından danışarkən əsasən dördtəpəli
cisim, qırmızı nüvə və qara maddənin rolu nəzərdə tutulur.
Orta beynin mühüm effektor mərkəzi qırmızı nüvədir.
Qırmızı nüvə bədən əzələlərində tonusun paylanmasında mühüm
rol oynayır. Qırmızı nüvə orta beynin retikulyar formasiya
nüvələri ilə birlikdə əzələ tonusunu nizamlayır. Onların arasında
əlaqə pozulduqda deserebrasiya qıclığı yaranır (şəkil 6.27).
Orta beyindəki qara maddənin funksiyası əzələ tonusunun
plastikliyinin nizamlanmasında və barmaq hərəkətlərinin idarə
olunmasında mühüm rol oynayır.
Orta beyni olan heyvanlar işıq və səs qıcıqlarına normal
cavab verir. Əzələ tonusu ayrı-ayrı əzələ qrupları arasında dəqiq
bölünür.
Beyincik. Beyincik kütləcə arxa beynin ən böyük hissəsidir.
Beyincik iki kiçik yarımkürədən və onları birləşdirən
soxulcanvarı cisimdən ibarətdir.
Ayrı-ayrı heyvanlarda beyincik müxtəlif dərəcədə inkişaf
etmişdir. Suda-quruda yaşayanlarda, sürünənlərdə ibtidai şəkildə
olan beyincik quşlarda daha yaxşı inkişaf etmişdir. Məməlilərdə,
xüsusilə insanda, beyincik öz inkişafının ən
yüksək mərhələsinə
çatmışdır. İnsanda beyincik beyin yarımkürələrinin ənsə payının
altında, Varol körpüsü ilə uzunsov beynin üstündə yerləşmişdir.
Beyinciyin soxulcanvarı hissəsi, filogenez etibarilə nisbətən
köhnə şöbəsi olub, köhnə beyincik, onun yarımkürələri isə daha
cavan şöbə olub, yeni beyincik adlanır.
Beyincik üç cüt ayaqcıqla beynin demək olar ki, bütün
hissələri ilə birləşib çox mürəkkəb afferent və efferent yollara
downloaded from KitabYurdu.org