Ə. H.Əliyev, F.Ə.Əliyeva, V. M. Mədətova



Yüklə 66,66 Kb.
Pdf görüntüsü
səhifə61/102
tarix17.11.2017
ölçüsü66,66 Kb.
#10957
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   102

 
243 
beyincik, 14-uzaqlaşdırıcı sinir, 15-üz siniri, 16-eşitmə siniri, 17-dil-
udlaq siniri, 18-azan sinir, 19-əlavə sinir, 20-dilaltı sinir, 21-uzunsov 
beynin piramidləri, 22-zeytun nüvə, 23-onurğa beynin ön şırımı, 24-
onurğa beynin ön sütunu, 25-onurğa beynin yan sütunu, 26-birinci 
boyun sinirinin ön kökü. 
 
Hər bir beyin siniri haqqında qısa da olsa aşağıda məlumat 
verilmişdir. 
I cüt – qoxu siniri (n.olfactorius). Saf hissi sinir olub, bu-
runun selikli qişasından başlayaraq incə tellər  şəklində  xəlbir 
sümüyünün xəlbir səfhəsindəki xırda dəliklərdən keçir və qoxu 
soğanaqları deyilən hissəyə çatır. Qoxu sinirləri həmin qoxu 
soğanaqlarından sonra ilk qoxu mərkəzlərindən keçərək Amon 
buynuzu və dəniz atı alt qırışındakı ali qoxu mərkəzində qırmaq 
və dənizatı qırışığının qırmağa yapışan hissəsində yerləşir. 
II cüt – görmə siniri (n.opticus). Saf hissi sinir olub, gözlərin 
torlu qişasındakı sinir hüceyrələrindən başlayır. Göz yuvasındakı 
görmə  dəliyindən keçərək kəlləyə girən bu sinirlər beynin alt 
səthilə gedərək orada çarpazlaşır və görmə çarpazı əmələ gətirir. 
İbtidai fəqərəlilərdə bu çarpaz tam çarpaz olduğu halda
məməlilərdə torlu qişanın gicgah hissəsindən çıxan liflər 
çarpazlaşmayıb, yalnız burun hissəsindən çıxan liflər 
çarpazlaşırlar. Ona görə  də görmə sinirləri və ya sinirlərin 
mərkəzləri birtərəfli pozulduqda göz tamamilə kor olmayıb, sağ 
və sol gözdən hər birinin yarısı  sıradan çıxır və hemianopsiya 
deyilən pozğunluq alınır. Görmə yolunun lifləri somatik afferent 
sinir lifləri olub, görmə qabarlarının balışında və dördtəpəli 
cismin ön iki təpəsində qurtarır. Görmə yolu bu iki mərkəzdən 
daxili kapsula vasitəsilə beynin ənsə payındakı mahmız yarığına 
gedir və oradakı ali görmə mərkəzində mahmız şırımında yerləşir. 
Dördtəpəli cisimdən bir qrup lif ayrılaraq gözün hərəki 
sinirinin nüvələrinə gedir və  bəbək refleksinin qövsü buradan 
keçir. Bu refleks sayəsində işıq təsirindən bəbək daralır. 
III cüt – gözün hərəki siniri  (n.oculomotorius). Bu sinir üç 
növ lifdən təşkil olunmuşdur. Göz almasının altı əzələsindən dör-
dünü (üst, alt, içəri düz və aşağı çəp əzələ) sinirləndirir. Bu liflər, 
 
244 
orta beyində yerləşən n.oculomotorius-un nüvəsini təşkil edən 
hüceyrələrin neyritlərindən ibarətdir. Beləliklə, bəbəyi daraltmaq 
və büllur cisimin akkomodasiyasını  təmin etmək vəzifəsini 
daşıyır. 
IV cüt – blokaoxşar sinir (n.trochlearis). Saf somatik sinir 
olub, göz almasının blokaoxşar və ya üst çəp  əzələsini 
sinirləndirən efferent liflərdən və həmin əzələnin propriosetiv af-
ferent liflərindən ibarətdir. Bu sinirin nüvəsi üçüncü cütün nüvəsi 
ilə yanaşı olub, orta beyində yerləşmişdir. Bu sinir zədələndikdə 
göz sagital ox ətrafında çevrilmiş olur. 
V cüt – üçlü sinir (n.trigeminus). Beyin sinirlərindən yeganə 
sinirdir ki, quruluşca onurğa beyni sinirlərinə oxşayır. Üçlü sinirin 
uzunsov beyində yerləşmiş nüvəsi vardır. 
Üçlü sinir üzün hissi siniridir. Bu sinir zədələndikdə üzün bir 
tərəfi hissiyyatdan məhrum olur. Xüsusən göz daha çox zərər 
çəkir. Belə hallarda göz, gözə düşən çirkli şeylərə qarşı qırpma və 
göz yaşını qüvvətləndirməklə cavab verə bilmir. Ona görə  də 
əksərən bu hal buynuz qişanın iltihabına səbəb olur. 
VI cüt – uzaqlaşdırıcı sinir (n.abducens). Bu sinirin nüvəsi 
Varol körpüsü nahiyəsində rombaoxşar çuxurun dibində 
yerləşmişdir. Bu sinir yalnız gözün bayır düz əzələsini 
sinirləndirir. Bu sinir xarab olduqda göz alması burun tərəfə 
çevrilir. 
VII cüt – üz siniri (n.facialis). Bu sinir səkkizinci cüt sinirlə 
birlikdə Varol körpüsünün arxa hissəsindən, zeytunların yanından 
çıxırsa da, bunların nüvələri ayrı-ayrıdır. Məməlilərdə üz siniri, 
demək olar ki, tamamilə hərəki sinir olub, çeynəmə əzələlərindən 
başqa üzdə olan bütün əzələləri (mimik əzələləri) və eləcə də di-
laltı sümüyün bəzi  əzələlərini göz yaşı  vəzlərini və eləcə  də 
çənəaltı və dilaltı tüpürcək vəzlərini sinirləndirir. Bunun tüpürcək 
vəzlərinə gedən liflərinə təbil siniri (chorda tyumpani) deyilir. Bu 
liflər sinir sisteminin parasimpatik hissəsinə aid olub, xüsusi 
nüvəyə malikdir ki, bu nüvə  də üz sinirinin nüvəsi yaxınlığında 
yerləşmişdir. 
Üz siniri zədələndikdə üzün mimik hərəkətləri pozulur və 
downloaded from KitabYurdu.org


 
245 
xəstə udquna bilmir. Üzün zədələnən sinirə müvafiq gələn yarısı 
hərəkətsiz qalır və ifadəsini itirir. 
VIII cüt – eşitmə siniri (n.acusticus). Saf hissi sinir olub iki 
yerə bölünür, bir qismi iç qulağın ilbiz hissəsinə gələrək oradakı 
eşitmə üzvünü sinirləndirdiyindən buna ilbiz siniri deyilir (n.. 
cochlearis), digəri isə iç qulağın dəhliz və yarımdairəvi kanal-
larına gedərək oradakı müvazinət və  hərəkət duyğusu üzvünü 
sinirləndirir və özü də  dəhliz siniri (n.vestibularis) adlanır. Bu 
sinir iki vəzifə daşıdığından uzunsov beyində onun bir çox nüvəsi 
vardır. Səkkizinci cüt sinirin zədələnməsi nəticəsində eşitmə, mü-
vazinət və hərəkət duyğuları pozulur. 
IX cüt – dil-udlaq siniri (n.glossopharyngeus). Bu sinir, bun-
dan sonra gələn azan sinirlə birlikdə uzunsov beyindən və onun 
zeytun deyilən hissəsinin arxasındakı şırımdan çıxır. Bu sinir dilin 
kökünə gedərək onu dad lifləri və ümumi hissi liflərlə təchiz edir. 
Bundan başqa bu sinirin tərkibində  bəzi udlaq əzələlərinə gedən 
hərəki liflər və qulaqaltı tüpürcək vəzisinə gedən sekretor liflər də 
daxildir. Beləliklə, doqquzuncu cüt sinir qarışıq sinirlərdəndir. Bu 
sinirin tüpürcək vəzisinə gedən lifləri parasimpatik sinir sisteminə 
aid olub, ona Yakobson siniri deyilir. 
X cüt – azan sinir (n.vagus). Bu sinir fizioloji cəhətcə qarışıq 
sinirlərdən olub, tərkibinə hissi, hərəki, həm də sektor liflər dax-
ildir. Azan sinirin nüvəsi uzunsov beyində olub üç yerə bölünür. 
Bu nüvənin birinci hissəsi, sinirin tərkibinə daxil olan çoxlu para-
simpatik liflərin başlanğıcını təşkil edir. 
Azan sinir əsas parasimpatik sinir olub baş, boyun 
nahiyəsində bəzi üzvləri sinirləndirdikdən sonra döş və qarın boş-
luqlarına daxil olub, orada bütün daxili üzvləri parasimpatik 
liflərlə təchiz edir. 
Azan sinir nüvəsinin ikinci və üçüncü hissəsi bundan əvvəlki 
dil-udlaq siniri ilə birlikdə hissi və  hərəki nüvələri təşkil edir. 
Azan sinir qırtlaq, udlaq, qida borusu, mədənin selikli qişasını və 
bir çox başqa üzvləri hissi liflərlə təchiz edir. Bunlardan ən mü-
hümü ağciyər və aorta kökündən başlayan hissi liflərdir. Azan 
sinirin efferent liflərindən damağa, qırtlaq və udlağa, nəfəs 
 
246 
borusuna və bronxlara gedən hərəki lifləri, qida borusuna, mədə 
və bağırsaqlara, mədə vəzilərinə, mədəaltı vəzi və qara ciyərə və 
böyrəklərə gedən sekretor lifləri göstərmək olar. 
Bundan başqa azan sinirin tərkibinə ürəyi ləngidən liflər və 
bir çox damarları genəldən liflər də daxildir. 
XI cüt – əlavə sinir (n.accessorius). Bu sinir yalnız məməli 
heyvanlarda müstəqil sinirdir; başqa onurğalılarda isə onun 
vəzifəsini azan sinirin arxa kökləri daşıyır. Bu sinir saf hərəki 
sinir olub, döş-körpücük-məməyəoxşar və trapesəoxşar  əzələləri 
sinirləndirir. Bu sinir zədələndikdə baş geriyə meyl etdiyi kimi 
kürək sümüyünün də vəziyyəti dəyişir. 
XII cüt - dilaltı sinir (n.hypoglossus). Onurğalı heyvanlarda 
isə onurğa beyni sinirlərindən hesab olunur. Bu sinirin nüvəsi 
uzunsov beyində yerləşmişdir. Bu sinir zədələndikdə dilin və 
eləcə də dilaltı sümük əzələlərinin hərəkət vəzifəsi pozulur və dil 
ağızdan xaricə çıxaraq zədələnmiş tərəfə meyl edir. 
Beləliklə, baş-beyin sinirləri də bədənin müvafiq hissələrini, 
xüsusilə baş  və gövdə hissələrini sinir lifləri ilə  təmin edir. Bu 
liflər bir tərəfdən dad, qoxu, eşitmə, görmə üzvləri kimi oy-
anıqlığı son dərəcə yüksək olan hiss üzvlərini, digər tərəfdən üzün 
mimiki əzələlərini, dil və göz əzələlərini və bu kimi incə və zərif 
hərəkətlərə qabil olan əzələləri sinirləndirir (şəkil 48). Bəzi 
sinirlər somatik funksiyalarla yanaşı, vegetativ funksiyalara da 
təsir göstərir. 
Bütün baş-beyin sinirlərinin (12 cüt) nüvələri beyin qabığı ilə 
sıxı surətdə əlaqədardır. 
Bu nüvələrin fəaliyyətinə baş-beyin qabığı başçılıq edir. 
Xarici mühiti faktorları beyin qabığı vasitəsilə bu sinirlərin 
nüvəsinə, buradan da daxili üzvlərə təsir göstərir. 
Törabənzər törəmə – retikulyar formasiya. Torabənzər 
törəmə beynin bütün şöbələri ilə qarşılıqlı  əlaqədədir. Bu təsir 
həm fəallaşdırıcı, həm də  ləngidicidir. Torabənzər törəmədən 
retikulospinal yolla onurğa beyninə efferent beyin sütununa affer-
ent və efferent siqnallar gedir. 
Beyin sütununun mərkəzi hissəsində uzunsov beyindən orta 
downloaded from KitabYurdu.org


Yüklə 66,66 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə