Ə. H.Əliyev, F.Ə.Əliyeva, V. M. Mədətova



Yüklə 66,66 Kb.
Pdf görüntüsü
səhifə60/102
tarix17.11.2017
ölçüsü66,66 Kb.
#10957
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   102

 
239 
qabaraltı sahə əmələ gəlir. Görmə qabarları, vəziyyəti və inkişafı 
etibarilə onurğa beyninin arxa buynuzlarına müvafiq olub hissi 
vəzifə daşıyır. Görmə qabarları mürəkkəb quruluşa malikdir. 
Görmə qabarlarının arxa tərəfi yastıq adlanan törəməyə 
məxsusdur, onun altında daxili dizəbənzər cisim, üstündə isə 
xarici dizəbənzər cisim yerləşmişdir. III mədəciyin üzərində beyin 
çəpkəni, əsasında isə epifiz – epitalamus yerləşir. Əsas törəmələri 
talamus və hipotalamusdur. 
Talamusun fiziologiyası.  Ümumiyyətlə, talamusda 40-a 
qədər müxtəlif nüvə  aşkar edilmişdir. Onları funksional 
xassələrinə görə iki böyük qrupa ayırırlar. Birinci spesifik nüvələr 
qrupu öz liflərini beyin qabığının hissi və assosiativ zonalarına 
göndərir və onların neyronları ilə spesifik əlaqələr  əmələ  gətirir. 
Bu liflərə spesifik talamik yollar deyilir. İkinci qrup nüvələr öz 
liflərini qabığın  ən müxtəlif zonalarının neyronları ilə 
əlaqələndirir, bunlara qeyri-spesifik talamik yollar deyilir. 
Elektrofizioloji tədqiqatlar  əsasında Q.Casper belə  nəticəyə 
gəlmişdir ki, talamusun qeyri-spesifik sistemi beyin qabığının tez 
və qısamüddətli fəallaşmasında iştirak edir. Bunun əksinə olaraq, 
qabığın zəif və uzunmüddətli fəallaşması isə beyin sütununun 
retikulyar formasiyasının iştirakı ilə həyata keçirilir. 
Bəzi tədqiqatçılar (Q.Hed və b.) belə hesab edirlər ki, talamus 
ağrı hissinin ali mərkəzidir. Bu, bir sıra dəlillərlə isbat edilir. Əgər 
talamus qıcıqlanarsa, bu zaman kəskin ağrı və xoşagəlməz hisslər 
əmələ gəlir. Buna görə də talamusun bir sıra zədələnmələri zamanı 
ağrı hissi yaranır. Talamus pozulduqda, ən zəif qıcıqlanmalar 
(dəriyə toxunma, iynə batırma, səs və işıq qıcıqları) belə xəstələrdə 
dəhşətli ağrıya səbəb olur. Bəzən də talamusun pozulması zamanı 
ağrı hissi itir (analgeziya baş verir). Bütün bunlar göstərir ki, ağrı 
hissinin əmələ gəlməsində talamusun böyük rolu vardır. 
Hipotalamusun fiziologiyası. Hipotalamusun quruluşu da 
çox mürəkkəbdir. Diametri təxminən 5 mm-ə çatan iki məmə-
ciyəbənzər cisimdən və onların arasında yerləşən boz qabardan 
ibarət bu törəmə ən mühüm vegetativ mərkəz sayılır. Boz qabarın 
aşağı hissəsi daralaraq qıf adlanan ucu kor törəmə  əmələ  gətirir. 
Qıf, beyin artımı – hipofiz vəzisi ilə bitişmişdir. Boz qabarın 
önündə görmə sinirlərinin kəsişməsi yerləşmişdir. Məməli 
 
240 
heyvanların hipotalamusunda 32 cüt nüvə aşkar edilmişdir. 
Hipotalamus nüvələri beynin ali vegetativ mərkəzləri sayılır. 
Onun supraoptik və mamilyar nüvələri hipofizin hormon ifrazı 
fəaliyyətinə güclü təsir göstərir. Bəzi hipotalamik nüvələr 
neyrohormonlar, xüsusilə hipofizin sektor hüceyrələrinə  təsir 
göstərən rilizinq faktorlar adlanan neyropeptidlər hazırlayır. Bu 
maddələr sinir və humoral yollarla hipofizə daxil olur və onun 
fəaliyyətini tənzim edir. 
Hipotalamus nüvələrində orqanizmin ali vegetativ mərkəzləri 
yerləşmişdir və bunlar onun simpatik və parasimpatik şöbələrinin 
funksiyalarını tənzimləyir. 
Hipotalamusun ayrı-ayrı nüvələrini pozmaqla, onların 
funksiyaları haqqında daha dəqiq məlumatlar  əldə edilir. Belə 
tədqiqatlarla aşkar edilmişdir ki: 1) hipotalamusun arxa və orta 
nüvələrinin qıcıqlandırılması daxili üzvlərin fəaliyyətində bir sıra 
dəyişikliklər əmələ gətirir. Bu zaman qan təzyiqi yüksəlir, ürəyin 
fəaliyyəti artır, mədə-bağırsaq yolunun perestaltik hərəkətləri 
güclənir. 2) Hipotalamusun ön və yan nüvələri qıcıqlandıqda bu 
dəyişikliklər  əks xarakter daşıyır.  İstiqanlı heyvanlarda bədən 
temperaturu nisbi sabitdir və bu sabitlik iki mexanizmlə: istilik 
əmələgəlmə  və istilikvermə ilə  tənzimlənir. Bu mexanizmlər hi-
potalamusun fəaliyyəti ilə  əlaqədardır. Müəyyən edilmişdir ki, 
temperaturun nizama salınması  təkcə hipotalamusla deyil, digər 
qabıqaltı törəmələrin fəaliyyəti ilə də əlaqədardır. 
Aclıq və susuzluq reaksiyaları da hipotalamik törəmənin 
fəaliyyəti ilə sıx əlaqədardır. 
Hipotalamusun orta və yan nüvələrində ventrolateral 
nüvəsində «aclıq», ventromedial nüvəsində isə «toxluq» müvafiq 
mərkəzləri mövcuddur. Bu mərkəzlərin oyanması qidanın 
axtarılması, onun mənimsənilməsi və həzmi ilə əlaqədar olan bir 
sıra vegetativ və hərəki reaksiyalar baş verir. 
Hipotalamik nüvələr qandakı maddələrin kəmiyyət və 
keyfiyyət tərkibinin dəyişilməsinə qarşı da çox həssasdır. 
Hipotalamus neyronları, həmçinin osmoreseptorlara malikdir. 
Hipotalamusu qıcıqlandırmaq, yaxud pozmaqla aparılmış 
eksperimental və kliniki tədqiqatlar göstərir ki, burada cinsi çoxal-
manın dövriliyini nizamlayan xüsusi mərkəz vardır. Uşaqlarda 
downloaded from KitabYurdu.org


 
241 
erkən cinsi yetişkənlik halları bu mərkəzlərin fəaliyyəti ilə bağlıdır. 
Hipotalamusda cinsi davranışı nizama salan mərkəzin olması 
tədqiqatlarla sübut olunmuşdur. Müşahidələr göstərmişdir ki, arxa 
hipotalamik  şöbədə xüsusi «həzz mərkəzi» vardır.  Əgər, heyvana 
bu mərkəzi elektrik qıcığı ilə özü qıcıqlandırmağı öyrədirsə, o qı-
cıqlanmanı fasiləsiz və yüksək tezliklə etməyə başlayır. Öz-özünü 
qıcıqlandırma metodu ilə hipotalamusda bir sıra başqa mərkəzlərin 
(qorxu, hiddət, aclıq, susuzluq və s.) olduğu aşkar edilmişdir. 
Hipotalamusun mühüm funksiyalarından biri də onun yuxu 
və oyaq vəziyyətlərinin növbələşməsində iştirak etməsidir. Hipo-
talamusun müxtəlif nahiyələrinin qıcıqlandırılması ümumi soma-
tovegetativ dəyişikliklərlə yanaşı, yuxu və oyaqlığın 
növbələşməsinin pozulmasına da səbəb olur. 
Zolaqlı cismin funksiyası.  Mühüm qabıqaltı  mərkəzlərdən 
biri də zolaqlı cisimdir. 
Zolaqlı afferent impulslar cismə talamusdan və beyin 
qabığından gəlir. O, öz efferent impulslarını solğun nüvəyə 
göndərir. Zolaqlı cisim funksiyasını nizamlayan mühüm effektor 
mərkəzdir.  İnsanda zolaqlı cismin solğun nüvəyə  ləngidici təsiri 
nəticəsində  və ya zədələndikdə atetoz – ətrafların ritmik stereotip 
hərəkətləri və xoreya – güclü və düzgün olmayan hərəkətlər baş 
verir. 
Təcrübələrdən müəyyən olunmuşdur ki, burada həmçinin mad-
dələr mübadiləsini, istilik və vazomotor reaksiyalarını tənzim edən 
ali vegetativ koordinasiya mərkəzləri də yerləşir. Zolaqlı cisim 
özünün hipotalamusla əlaqəsi sayəsində vegetativ sinir sistemi 
vasitəsilə innervasiya olunan üzvlərə təsir göstərə bilir. 
Solğun nüvənin funksiyası. Aralıq beynə bitişik nüvələrdən 
biri solğun nüvə yaxud palliumdur. Solğun nüvə hərəki funksiya-
ları yerinə yetirir. Onun qıcıqlandırılması boyun, ətraf və gövdə 
əzələlələrinin əks tərəfə yığılmasına səbəb olur. Bu nüvə afferent 
impulsları talamusdan alır, efferent liflərini orta və arxa beyinə 
göndərir. 
Onun mühüm funksiyalarından biri də özündən aşağıda 
yerləşən nüvələri, xüsusilə orta beynin qırmızı nüvəsini tor-
mozlandırmasıdır. Solğun nüvə  qırmızı nüvəyə öz tormozlayıcı 
təsirini göstərə bildikdə skelet əzələlərinin tonusunu həddən artıq 
 
242 
yüksəldir. Solğun nüvənin qıcıqlandırılması, skelet əzələlərinin 
yığılmasını  ləngidir. Bu isə onun orta beynin qırmızı nüvəsi ilə 
əlaqədar olduğunu göstərir. 
Solğun nüvəsi zədələnmiş xəstələrdə bir sıra mürəkkəb aktlar 
itir, onlarda qəfildən verilən səsə, yaxud işıq qıcığına qarşı 
müdafiə reaksiyası müşahidə olunmur. 
 
6.20. Beyin sinirlərinin vəzifələri 
 
Beyindən çıxan (şəkil 6.29) 12 cüt sinirdən birinci cütü, yəni 
qoxu və ikinci cüt görmə sinirləri, mənşəyi və inkişafı etibarilə 
başqalarından fərqlənir. Görmə sinirləri beynin çıxıntısı xarici 
mühitə açılan pəncərəsi olduğu halda, qoxu siniri xüsusi qoxu 
çuxurunun böyüməsindən əmələ gəlir. 
 
 
Şəkil 6.29. Beyin sütunu əsasının sxemi: 1-qoxu yolu, 2-görmə siniri, 
3-görmə qabarı, 4-adacıq, 5-məsaməli ön maddə, 6-məməciyəoxşar 
cismlər, 7-məsaməli arxa maddə, 8-beyin ayaqcıqları, 9-gözün hərəki 
siniri, 10-blokaoxşar sinir, 11-üçlü sinir, 12-Varol körpüsü, 13-
downloaded from KitabYurdu.org


Yüklə 66,66 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə