Ə. H.Əliyev, F.Ə.Əliyeva, V. M. Mədətova



Yüklə 66,66 Kb.
Pdf görüntüsü
səhifə63/102
tarix17.11.2017
ölçüsü66,66 Kb.
#10957
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   ...   102

 
251 
 
 
Şəkil 6.32. İnsanda böyük beyin yarımkürələri qabığı sahələrinin sito-
arxitektonik xəritəsi (Brodmana görə): a–beyin yarımkürələrinin 
xarici səthi, b–beyin yarımkürələrinin daxili səthi. Rəqəmlər 
hüceyrəvi sahələrin nömrəsini göstərir. 
Ontogenez baxımdan uc beynin əsasında ən tez əmələ gələn 
qanqlioz qabar, qoxu qabarları. Ammon buynuzları və hippokamp 
adlanan törəmələrdir. 
Beyin yarımkürələrinin inkişafında müşahidə edilən  ən 
 
252 
xarakter əlamətlərdən biri onların toxumasında girinti və çıxıntı-
ların əmələ gəlməsidir. 
7-12 yaşında yarımkürələrin şırım və qırışıqlarının anatomik 
mənzərəsi yaşlılarda olduğu kimidir. 
Yarımkürələr çəpkəndən (pallium) və qoxu beynindən 
ibarətdir. Hər yarımkürədə dörd pay – öndə alın, arxada ənsə, or-
tada təpə və yanlarda gicgah şöbəsi ayırd edilir. 
Yarımkürələrin alt səthindən Silvi çuxuru şəklində başlanıb 
beynin yan tərəfləri ilə yuxarı və öndən arxaya doğru uzanan yan 
şırım (silvi şırımı) gicgah payını alın və təpə paylarından ayırır. 
Yarımkürələri çıxarılmış quşu havaya buraxdıqda uçur, 
görmə, eşitmə qabiliyyətini saxlayır. Onlar qidanı və suyu sərbəst 
tapa bilmir, nəsil qayğısına qalmaq instinktlərini qismən itirir. 
Beyin yarımkürələri çıxarılmış it çox yatır, ətrafa laqeyd olur, 
yeməkdən imtina edir, iy seçə bilmir.  
Beyin yarımkürələrinin çıxarılmasını makak – rezus meymun 
çox ağır keçirir, uzun müddət yaşamır. 
Beyin yarımkürələri inkişaf etməmiş (anansefal) insan cəmi 
bir neçə gün yaşayır. Nadir hal kimi, bir anansefal uşaq 3 il 9 ay 
yaşamışdır. Bu uşağın beyin yarımkürələri yerində iki qalın 
divarlı qovuqcuq, aralıq beyin isə normaldır. 
Yarımkürələrin boz və 
ağ maddəsi. Beynin 
yarımkürələrinin səthi boz maddə ilə örtülmüşdür. Ona beyin 
qabığı (korteks) deyilir. Qabığın altında ağ maddə vardır. Yaşlı 
adamda onun qalınlığı orta hesabla 2,5-3 mm-ə bərabər olur. 
Qabıq beyində neyronların  ən çox toplaşdığı yerdir. 
Təxminən hesablamalara görə burada 12-20 milyarda qədər 
neyron vardır. Qabıqda qlial hüceyrələr bundan təxminən 10 dəfə 
çoxdur. 
Hər yarımkürədə alın, təpə, gicgah, ənsə  və adacıq 
paylarından başqa limbik və hippokamp payları da ayırd edilir. 
Beyin yarımkürələrinin qabığı quruluş  və funksiyasına görə 
seçilən 52 əsas sahəyə bölünür (şəkil 6.32). Bəzi müəlliflərə görə 
yaşlı adamın beyin yarımkürələri qabığında 200-ə  qədər müxtəlif 
sahə ayırmaq olar. Hər bir qabıq sahəsi orqanizmin bu və ya digər 
downloaded from KitabYurdu.org


 
253 
funksiyasının qabıq «nümayəndəliyini» təmsil edir. İ.P.Pavlov 
qabığa, müxtəlif analizatorların toplusu kimi baxırdı. Dəri və əzələ-
oynaq hissiyyatı yarımkürələrin mərkəzi şırımı boyunca uzanan ön 
mərkəzi qırışıqdakı 1, 2, 3 və qismən 5 və 6-cı sahələrlə bağlıdır. 
Arxa mərkəzi qırışıqdakı 6, 8, 9 və 10-cu sahələr dəri və  əzələ-
oynaq aparatının hərəki mərkəzləri sayılır. Mahmız  şırımının hər 
iki tərəfində yerləşən 17, 18 və 19-cu sahələr görmə  mərkəzləri, 
yuxarı gicgah qırışığını  və köndələn qırışığın ön hissəsini  əhatı 
edən 41-ci sahə  eşitmə, ona yaxın olan 37-ci sahə isə müvazinət 
hissi mərkəzi hesab edilir. Alın, gicgah və  təpə payları 
sərhədlərində yerləşən 42, 22, 44, 39 və 40-cı sahələr insanda nitq 
fəaliyyəti ilə bağlıdır. 
Beyin qabığının quruluşu.  Qabıq mikroskopik quruluşla, 
hüceyrələrin və liflərin yerləşməsində yüksək nizamlılıqla səciy-
yələnir (şəkil 6.33). 
 
Şəkil 6.33. Beyin qabığında neyronların (A) və sinir liflərinin (B) 
yerləşməsi sxemi (soldakı  rəqəmlər qabıq təbəqələrin nömrəsini 
göstərir). 
 
254 
Ali məməlilərin və insanın yetkin beyin qabığında 6-7 təbəqə 
vardır. Onlar aşağıdakılardır: 
1.
 
Xarici molekulyar təbəqə. O, xırda və seyrək 
hüceyrələrdən və üfüqi vəziyyətdə  sıx yerləşən sinir liflərindən 
əmələ gəlmişdir. 
2.
 
Xarici dənəli qat.  Burada çoxlu dairəvi, üçbucaq, çoxbu-
caq şəkilli xırda hüceyrələr toplaşmışdır. 
3.
 
Piramidal təbəqə. O, kiçik, orta və iri piramidal 
hüceyrələrindən əmələ gəlmiş üç yarımtəbəqəyə ayrılır. 
4.
 
Daxili dənəli qat. O, qabığın hərəki sahələrində zəif, hissi 
sahələrində, xüsusilə görmə qabığında, yaxşı inkişaf etmişdir. 
5.
 
İri piramidal neyronlar təbəqəsi.  Bu təbəqədən beyin 
qabığının səthinə  və qabıqaltı sahəyə doğru çoxlu miqdarda 
yoğun sinir lifləri gedir. 
6.
 
Müxtəlif formalı neyronlar təbəqəsi. Buradan çıxan neyron 
çıxıntıları yarımkürələrin ağ maddəsinə doğru uzanır. 
7.
 
İyvarı neyronlar təbəqəsi.  Bu təbəqənin neyronlarının 
lifləri 1-ci təbəqəyə, qabıqaltı və beyin sütunu mərkəzlərinə daxil 
olur. 
Yarımkürələrin ağ maddəsi. Ağ maddədən ibarət olan sinir 
lifləri yarımkürələrdə nəqledici yolları əmələ gətirir. Onlar:  
1) proyeksion liflər, beyin qabığından enən və beyin qabığına 
qalxan yolların tərkibinə daxildir. Onlar qabıq  şöbələrini 
piramidal yollar vasitəsilə mərkəzi sinir sisteminin aşağıda duran 
törəmələri ilə birləşdirir. 
2) Assosiativ liflərə eyni yarımkürənin ayrı-ayrı nahiyələrini 
birləşdirən liflər də aiddir. İnsanda qabığın assosiativ yolları daha 
yaxşı inkişaf etmişdir və böyük yarımkürələrin müxtəlif 
şöbələrinin incə əlaqələndirilmiş fəaliyyətinin həyata keçməsində 
mühüm rol oynayır. 
3) Kommissural və ya bitişdirici (spayk) liflər iki 
yarımkürəni öz aralarında və  həm də qabıqaltı  mərkəzlərlə 
birləşdirir. 
Ağ maddədən ibarət olan sinir liflərinin səthinin mielin 
təbəqəsi ilə örtülməsi onların quruluş  və funksiyalarının 
downloaded from KitabYurdu.org


Yüklə 66,66 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə