Ə. H.Əliyev, F.Ə.Əliyeva, V. M. Mədətova



Yüklə 66,66 Kb.
Pdf görüntüsü
səhifə65/102
tarix17.11.2017
ölçüsü66,66 Kb.
#10957
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   ...   102

 
259 
ibarətdir. 1-ci tip neyronlar onurğa beyni və beyin sütununda 
yerləşir. Periferik vegetativ efferentin ikinci neyronları  mərkəzi 
sinir sisteminin hüdudlarından kənarda – vegetativ düyünlərdə 
yerləşir. Hüceyrə cisimləri vegetativ düyündə olan aksonları isə 
düyündən çıxaraq işçi orqanlara yönələn bu neyronlara postqan-
qlionar neyronlar deyilir. Periferik vegetativ sinir efferentinin 
mərkəzi neyronlarının cisimləri mərkəzi sinir sistemində yerləşir, 
aksonları isə vegetativ düyünlərə gəlir və burada postqaanqlionar 
neyronların cisimlərində sinaptik təmaslar  əmələ  gətirir. Bunlara 
preqanqlionar (düyün önü) neyronlar deyilir. 
Vegetativ sinir sisteminin hər iki şöbəsi hipotalamusda, lim-
bik sistemdə  və sütun törəmələrdə yerləşən ali vegetativ 
mərkəzlərə tabedir. 
Simpatik sinir sistemi. Preqanqlionar simpatik neyronların 
cisimləri onurğa beynin döş və bel seqmentlərinin boz maddəsinin 
yan buynuzlarında yerləşir. 
Simpatik sinir sisteminin neyronları bütün daxili orqanları 
(qan damarları, həzm, ifrazat, tənəffüs və cinsiyyət orqanları, saya 
əzələlər, ürək, bəzi vəzilər – tər, göz yaşı, ağız şirəsi, cinsi vəzilər, 
böyrəküstü vəzi, beyin maddəsi və s.) sinirləndirir. 
Simpatik sinirlər (şəkil 6.36) onurğa beynindən çıxdıqdan 
sonra onurğa sütununun sağ və sol tərəfi ilə üstdən aşağı uzanmış 
olan və  zənciri xatırladan düyünlərə  tərəf yönəlir və bu düyün-
lərdən keçir. Bu düyünlər bir-biriləri ilə birləşərək hüdud sütunu 
deyilən bir boylama sütun əmələ  gətirir. Bu sütun onurğa 
sütununa müvafiq olaraq boyun, döş, bel, oma və büzdüm 
şöbələri adı ilə beş  şöbəyə bölünür. Düyünlərin sayı, 
ümumiyyətlə, fəqərələrin sayına bərabərdir, yalnız boyun və buz-
dum  şöbələrində düyünlər nisbətən azdır, məsələn: boyun 
nahiyəsində üç düyün olduğu halda, büzdüm şöbəsində bir düyün 
vardır. Bu düyünlərdən döş boşluğunda və qarın boşluğunun yux-
arı hissəsində yerləşənləri birləşdirici  şaxələr (rami communi-
cantes) deyilən liflər vasitəsilə onurğa beynilə əlaqədardır.  
Bu hüdud sütundan başqa, şəkildən göründüyü kimi, simpatik 
sinir sisteminə beş sinir düyünü daxildir ki, bunlar da kiprikli 
 
260 
düyün, üst boyun düyünü və qarın boşluğunda yerləşmiş olan 
günəş kələfi, üst və alt müsariqə düyünləridir. Həmin bu düyünlər 
də hüdud sütunundakı düyünlərdən keçən liflər vasitəsilə onurğa 
beynilə  əlaqədardır. Onurğa beynindən çıxan simpatik sinirlərin 
hamısı düyünlərdə  qırılır, yəni simpatik düyünlərdə yeni ney-
ronlar başlayır. Bu düyünlərdən başlayan simpatik liflər isə ya 
xüsusi simpatik dəstələr şəklində və ya onurğa beyni sinirlərinin 
tərkibində üzvlərə yönəlir və o üzvləri simpatik liflərlə  təchiz 
edir. 
Parasimpatik sinir sistemi. Yuxarıda qeyd etdiyimiz kimi, 
parasimpatik sinir sisteminin mərkəzləri orta beyində, uzunsov 
beyində  və onurğa beynin oma nahiyəsində yerləşmişdir (şəkil 
6.37). Ona görə  də parasimpatik sinir lifləri də  həmin yerlərdən 
çıxır. Orta beyindən çıxan parasimpatik liflər beyin sinirlərindən III 
cütün, yəni, gözün hərəki sinirinin tərkibində  bəbəyi daraldan 
əzələyə  və eləcə  də kiprik əzələsinə gedir. Uzunsov beyində 
yerləşən parasimpatik mərkəzdən çıxan liflər beyin sinirlərindən 
VII, IX və X cütün tərkibinə daxil olur. VII cütün tərkibinə daxil 
olan parasimpatik liflərin bir qismi təbil siniri adı ilə müəyyən 
düyündən keçdikdən sonra çənəaltı  və dilaltı tüpürcək vəzlərinə 
daxil olur. Liflərin digər qismi isə başqa ad altında gözyaşı 
vəzlərinə damağın burun boşluğunun və udlağın üst şöbəsinin selik 
vəzlərinə gedir. 
IX cütün tərkibinə daxil olan parasimpatik liflər isə Yakob-
son sinir adı altında  ğulaqaltı tüpürcək vəzlərinə gedərək onun 
şirə ifrazını təmin edir. 
Parasimpatik liflərin  əsas qismi X cüt olan azan sinirin 
tərkibinə daxil olur və yuxarıda qeyd etdiyimiz kimi, qırtlaqdan 
başlamış kiçik çanağa qədər yerləşmiş daxili üzvləri sinirləndirir və 
onların fəaliyyətini (hərəkətini, şirə ifrazını və sairəni) dəyişdirir. 
Onurğa beyninin oma nahiyəsindən çıxan parasimpatik liflər 
qarınaltı  kələf vasitəsilə çanaq üzvlərinin düyünlərinə gedir və 
çanaq siniri adı altında düz bağırsağı, S-ə oxşar, enən çəmbər 
bağırsağı, sidik kisəsi və tənasül üzvlərini sinirləndirir. 
Vegetativ sinir sisteminin düyünlərə yaxınlaşan liflərinə 
downloaded from KitabYurdu.org


 
261 
düyünqabağı (preqanqlionar), düyünlərdən sonrakı liflərinə isə 
düyünsonrası (postqanqlionar) liflər deyilir (şəkil 6.36, 6.37). 
 
Şəkil 6.36. Simpatik liflərin düyünlərdən keçməsini göstərən sxem. 
Bütöv xətlərlə – düyünqabağı liflər, qırıq xətlərlə – düyünsonrası 
liflər göstərilmişdir
 
Şəkil 6.37. Parasimpatik sinir sisteminin sxemi. 
 
Vegetativ düyünlərin vəzifəsi.Vegetativ düyünlərin 1) mühüm 
vəzifəsi, düyünsonrası liflərlə sinirlənən üzvlərin hüceyrələri aras-
 
262 
ında oyanmanı yaymaq və bölüşdürməkdir. Belə  fərz edək ki, 
azan sinirin hər bir lifi, üzvün divarında 100 sinir hüceyrəsilə 
sinirin hər bir lifi, üzvün divarında 100 sinir hüceyrəsilə əlaqəyə 
girir, hər hüceyrə isə 100 əzələ  və ya 100 vəzi hüceyrəsini 
sinirləndirir. Nəticədə azan sinirin hər lifi, mühitin üzvün 10 000 
hüceyrəsini idarə etmiş olur və beləliklə, düyünqabağı sinir lifinin 
təsir sahəsi xeyli genişlənmiş olur. Sinirlənən hüceyrələrin sayca 
çoxalmasına, yəni aralıq neyronu vasitəsilə düyünqabağı lifin təsir 
sahəsinin genişlənməsinə sinir liflərinin  multiplikasiya fenomeni 
deyilir. 
Akson-reflekslər. Vegetativ sinirlərdən bəzisini 
qıcıqlandırarkən bir çox maraqlı bir hadisəyə rast gəlirik. Məlum 
olduğu kimi n.hypogastricus alt müsariqə düyünündən çıxaraq 
sidik kisəsinə gedir. 1874-cü ildə Kazan fizioloqu N.M.Sokovnin 
pişikdə alt müsariqə düyününü tamamilə onurğa beynindən ay-
ırdıqdan sonra həmin bu siniri kəsib, onun mərkəzi ucunu 
qıcıqlandırmış  və o zaman, sidik kisəsinin təqəllüsə  gəldiyini 
görmüşdür. Buna səbəb, oyanmanın qarınaltı sinirin mərkəzi ucu 
ilə düyünə  və oradan da digər qarınaltı sinir vasitəsilə sidik 
kisəsinə getməsidir. Düyünqabağı lifləri kəsmiş olsaq yenə  də 
həmin refleksi ala bilərik. Düyünə nikotin sürtməklə sinapsı 
zəhərləsək və beləliklə, həmin refleksi almaq mümkün olmay-
acaqdır. Bu cür reflekslərə akson reflekslər deyilir. Buradan belə 
nəticəyə gəlmək olar ki, bu reaksiya düyünqabağı liflər düyündə 
şaxələndiyindən oyanma bir yoldan digərinə keçir. 
Sonradan akson reflekslər ürək və bir sıra daxili üzvlərdən 
ötrü də tapılmışdır. 
Daxili orqanların hissi aparatları. Visseral reseptorların 
daxili orqanların hissi reseptorlarından başlanan afferent yollar 
əzələ-dayaq apparatı  və  dəri reseptorlarından başlanan somatik 
sensor yollarla onurğa beyninə daxil olur. Əksəriyyəti isə azan 
sinir ilə beyin sütunu şöbələrinə gedir. 
Vegetativ reflekslər.  Vegetativ sinir sistemi bir çox 
reflekslərin (vissero-visseral, visserokutan, visseromotor) həyata 
keçirilməsində iştirak edir. Gözə güclü işıq düşdükdə bəbəyin da-
downloaded from KitabYurdu.org


Yüklə 66,66 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə