Ə. H.Əliyev, F.Ə.Əliyeva, V. M. Mədətova



Yüklə 66,66 Kb.
Pdf görüntüsü
səhifə66/102
tarix17.11.2017
ölçüsü66,66 Kb.
#10957
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   ...   102

 
263 
ralması, yemək yeyəndə tüpürcəyin və ya mədə şirəsinin ifrazı və 
bir çox başqa reflekslər vegetativ reflekslərə misal ola bilər. Bir 
daxili orqandan digər daxili orqanlara reflektor təsirlər visserovis-
seral reflekslər adlanır. Qarına zərbə endirdikdə ürək fəaliyyətinin 
yavaşıması  və ya dayanması ürək fəaliyyətinin dəyişməsi və 
genişlənməsinə  səbəb olur. Visserokutan reflekslərə daxili 
orqanlar qıcıqlandıqda dərinin saya əzələlərinin və tər vəzilərinin 
fəaliyyətinin dəyişməsi misal ola bilər. 
Bunlardan başqa visseromotor reflekslər də yarana bilər. Vis-
seromotor reflekslərə misal olaraq ağrı qıcıqlarına qarşı orqaniz-
min müdafiə reaksiyası olan və mədə xəstəliyində, bağırsağın kor 
çıxıntısının iltihabında, qarın  əzələlərinin, xüsusən qarnın düz 
əzələsinin təqəllüsü və «qarın basması» deyilən halları göstərmək 
olar. 
Vegetativ sinir liflərinin fizioloji xüsusiyyətləri. Vegetativ 
sinir liflərinin bir sıra morfoloji və fizioloji xüsusiyyətləri vardır. 
Ucqar vegetativ sinirlərin ikineyronlu quruluşa malik olmasını, 
yəni bu sinirlərin sinir düyünlərində  qırılmasını, vegetativ 
sinirlərin mərkəzi sinir sisteminin ayrı-ayrı nahiyələrindən çıxma-
sını və onların ucqarlarda paylanmasında seqmentar prinsipin ol-
mamasını morfoloji xüsusiyyət kimi göstərmək lazımdır (şəkil 
6.38). 
Vegetativ sinir liflərinin fizioloji xüsusiyyətlərinə gəlincə aşa-
ğıdakıları göstərmək olar. Əvvələn, bu liflərin oyanıcılığı  və mü-
təhərrikliyi somatik sinirlərin oyanaclığı  və mütəhərrikliyinə 
nisbətən azdır. Somatik sinirlərin xronaksiyası 0,4-0,75 millisaniyə 
olduğu halda, vegetativ sinirlərin xroniksiyası 3-8 milli saniyədir. 
İkinci vegetativ sinir liflərinin refraktor dövrü somatik sinirlərə 
nisbətən daha uzundur. Məsələn: məməlilərdə düyünqabağı sinir 
liflərinin mütləq refraktor dövrü 2,2-4,5 siqmaya, düyünsonrası 
sinir liflərinin refraktor dövrü isə 4-5 siqmaya bərabərdir. 
Ucqar vegetativ sinir liflərində oyanmanın yayılma sürəti, 
somatik sinirlərə nisbətən azdır. Məsələn: somatik sinir liflərində 
bu sürət bir saniyədə 60-100 metr olduğu halda düyünqabağı 
liflərdə 3-20 metrə, düyünsonrası liflərdə isə 1-5 metrə bərabərdir. 
 
264 
Vegetativ sinir liflərin hüceyrə  və toxumalarda qurtaran uc 
cihazları bəzi zəhərlərə, hormon və ionlara qarşı xüsusi reaksiya-
larına diqqəti cəlb edir. 
 
 
Şəkil 6.38. Vegetativ (avtonom) sinir sisteminin sxemi - parasimpatik (A), 
simpatik (B): 1-simpatik sistemin yuxarı boyun düyünü, 2-onurğa beyninin 
yan buynuzu; 3-yuxarı boyun ürək siniri; 4-döş ürək və  ağciyər siniri; 5-
böyük daxili sinir; 6-Günəş və qarın kələfi; 7-aşağı musariqə kələfi; 8-yuxarı 
və  aşağı qarın kələfi; 9-kiçik daxili sinir, 10-beldaxili sinir; 11-omadaxili 
sinir; 12-oma parasimpatik düyün, 13-çanaq daxili sinir; 14-çanaq 
(parasimpatik düyünü); 15-parasimpatik düyün (orqan kələflərinin 
downloaded from KitabYurdu.org


 
265 
tərkibində); 16-azan sinir; 17-qulaq (parasimpatik) düyünü, 18-çənəaltı 
(parasimpatik) düyün, 19-xəlbir dammar (parasimpatik) düyünü; 20-
kirpikcikli (parasimpatik) düyün; 21-azan sinirin dorzal düyünü, 22-aşağı 
tüpürcək ifrazı nüvəsi; 23-yuxarı tüpürcək ifrazı, 24-gözün hərəki sinirinin 
əlavə nüvəsi. Sinir impulslarının orqanlara gedən yolu xətlərlə göstərilib.  
 
Bəzi zəhər və hormonların üzvlərə göstərdikləri təsir sim-
patik sinirlərin, bəziləri isə parasimpatik sinirlərin təsirinə 
oxşayır. Birincilərə  simpatikomimetik, ikincilərə isə  parasim-
patikomimetik maddələr deyilir. 
Simpatikomimetik maddələrdən adrenalini göstərmək olar. 
Bu hormonun tər vəzlərindən başqa göstərdiyi təsir tamamilə 
simpatik sinirlərin üzvləri göstərdiyi təsirə oxşayır. 
Parasimpatikomimetik maddələrdən muskarini, fizostiqmini, 
pilorakpini, sintetik preparat olan protiqmini və heyvan 
orqanizmlərində çox yayılmış olan xolini, onun törəməsi olan 
asetilxolini və histamini göstərmək olar, onlar parasimpatik sinir 
liflərinin göstərdiyi təsir kimi iş görür. 
Parasimpatik sinir lifləri qıcıqlanarkən onların uc 
cihazlarında, sinapslarında asetilxolin əmələ  gəlir. ona görə  də 
bütün bu sinir liflərinə xolinergik sinirlər deyilir. 
Asetilxolinin təsiri çox qısa müddət davam edir, çünki qanda 
və toxumalarda xolinesteraza deyilən xüsusi ferment vardır ki, bu 
ferment asetilxolini parçalayır. Ona görə  də  qıcıq kəsilər-
kəsilməz, asetilxolinin təsiri də dərhal ortadan çıxır. 
Simpatik sinirlər qıcıqlanarkən o sinirlərin uclarından  sim-
patin deyilən mediator ifraz olunur. 
Bu mediator kimyəvi tərkibi etibarilə adrenalinə yaxındır. 
Tər vəzlərinin sinirlərindən başqa bütün düyünsonrası sinir 
liflərinin uclarında simpatin əmələ gəlir. 
Simpatin üzvlərə adrenalin kimi təsir göstərdiyindən və kim-
yəvi tərkibi etibarilə ona yaxın olduğundan, düyünsonrası sim-
patik sinirlərə və onların uclarına adrenergik sinirlər adı verilir. 
 
6.22. Orqanizmin funksiyalarının tənzimində vegetativ  
sinir sisteminin mərkəzlərinin rolu 
 
266 
 
Vegetativ sinir sisteminin əsas funksiyası beyin qabığı ilə 
birlikdə daxili orqanların fəaliyyətini nizamlamaqdan ibarətdir. 
Daxili orqanlar həm simpatik, həm də parasimpatik sinirlərlə in-
nervasiya olunaraq ikiqat sinirlənməyə məruz qalır (cədvəl 6.1). 
 
Cədvəl 6.1 
Simpatik və parasimpatik siniroləin müxtəlif orqanlara təsiri 
 
Stimulyasiyası 
Orqan və ya sistemlər 
parasimpatik simpatik 
Ad
ren
o- 
res
ep
torla

 
1 2 3 

Təqəllüsün tezliyi  
azalır 
Təqəllüsün tezliyi  
azalır 
β 
Ürək  
Təqəllüsün qüvvəsi  
azalır (qulaqcıqlarda) 
Təqəllüsün qüvvəsi  
azalır (qulaqcıqlarda) 
β 
Qan damarları 
 
 
 
Selikli qişa və  dəri ar-
teriyaları 
– Daralmasına 
α 
Qarın boşluğu arterii-
yaları 
– 
"------" 
α 
Skelet 
əzələlərinin 
arteriyaları 
– 
"------" 
α 
  
Genəlməsinə (ancaq 
qanda olan adrenalinin 
təsiri ilə) 
β 
  
Genəlməsinə 
(xolinerqik) 
β 
Ürəyin arteriyası 
(koronar) 
Genəlməsinə (P) 
Daralmasına 
Genəlməsinə (ancaq 
qanda olan adrenalinin 
təsirilə)  
β 
Cinsiyyət üzvlərinə 
(klitor və kiçik cinsiyyət 
dodaqları) arteriyaları 
Dodaq 
Genəlməsinə 
 
α 
 
 
 
β 
Venalar 
Beyinin damarları  
"------" 
Genəlməsinə 
Daralmasına 
"------" 
α 
α 
Mədə-bağırsaq traktı 
 
 
 
downloaded from KitabYurdu.org


Yüklə 66,66 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə