Ə. H.Əliyev, F.Ə.Əliyeva, V. M. Mədətova



Yüklə 66,66 Kb.
Pdf görüntüsü
səhifə69/102
tarix17.11.2017
ölçüsü66,66 Kb.
#10957
növüDərs
1   ...   65   66   67   68   69   70   71   72   ...   102

 
270 
Bir çox hormonların molekullarının nisbətən kiçik ölçüləri 
onların damarların qan kapilyarlarının endoteliyalarından və 
hüceyrə membranından asanlıqla keçməsini mümkün edir. 
Onlardan bir çoxu hüceyrə membranında və yaxud hormonların 
hüceyrəsinə daxil olaraq səciyyəvi reseptorlar ilə birləşirlər. 
Fermentlərdən fərqli olaraq hormonal maddələrə hüceyrəsiz 
mühitdə kimyəvi təsir göstərmirlər: onlar hüceyrə quruluşunda 
yalnız həyat fəaliyyəti proseslərinə  təsir göstərirlər. Belə ki, 
qalxanvari vəzi hormonu – tiroksin – yalnız canlı hüceyrələrin 
mitoxondrilərində hüceyrə metabolizminin proseslərinə səciyyəvi 
stimullaşdırıcı təsir göstərir. 
Daxili sekresiya vəzilərinə qalxanvarı, qalxanvari ətraf 
vəziləri, mədəaltı  vəzin langerhans adacıqları, böyrəküstü vəzi, 
cinsiyyət vəziləri, timus və ya çəngələbənzər vəzi, cift, hipofiz və 
epifiz aid edilir (şəkil 7.2). 
Onlar hüceyrədə davam edən fizioloji proseslərə təsirinə görə 
aşağıdakı kimi təsnif olunurlar:  
1.
 
Metabolik (maddələr mübadiləsinə);  
2.
 
Morfogenetik (formalaşma, böyümə, metomorfoz);  
3.
 
Kinetik (icraedici orqanların fəaliyyətinə); korreksiyaedici 
(orqan və toxumaların funksiya intensivliyini dəyişdirən) təsir 
edirlər. Belə ki, 1 ml adrenalin on milyon qurbağanın təcrid 
edilmiş ürək fəaliyyətini artırmağa, 12-5000 ada dovşanının 
qanında şəkərin miqdarını azaltmağa bir qram insulin kifayət edir. 
4.
 
Hər bir hormon spesifik təsirə malikdir. Məsələn, insulin 
hormonu  şəkərin hüceyrə daxilinə keçməsinə, tiroksin isə 
hüceyrədə oksidləşmə prosesinə səbəb olur. 
5.
 
Bəzi hormonlar hüceyrə membranına fiksə olub, ancaq 
daxilinə keçə bilmir. Məsələn, katexolaminlər, neyropeptidlər, hü-
ceyrədaxili vasitəçi mediatorlar (AMFS – adenozinmonofosfat, 
QMFS – quanozinomonofosfat, prostoqlandinlər, Ca və s. keçirir). 
6.
 
Hormonların sintezi «əks  əlaqə» prinsipinə  əsaslanır və 
sinir-hormonal yolla tənzim olunur. Belə ki, qanda hər hansı bir 
maddənin azlığı və ya çoxluğu hipotalamusda olan nüvələrin sinir 
uclarının oyanmasına, hipotalamus isə digər daxili sekresiya 
 
271 
vəzilərinə sinir impulsları  və rilizinq hormonlarla təsir etməklə 
həmin vəzilərin orqanizmin tələbinə uyğun hormonlar hazırla-
masına ya da hormon sintezinin ləngiməsinə səbəb olur və ya lən-
giyir. 
 
 
Şəkil 7.2. Daxili sekresiya vəziləri: 1-epifiz; 2-hipofiz; 3-qalxana-
bənzər; 4-qalaxanabənzər ətraf vəzi; 5-çəngələbənzər vəzi (timus); 6-
downloaded from KitabYurdu.org


 
272 
Böyrəküstü vəzi; 7-böyrəklər; 8-mədə-bağırsaq traktı; 9-mədəaltı 
vəzi; 10-yumurtalıq; 11-plasenta; 12-toxumalar. 
 
Bu və ya digər hormonun fizioloji effektinin qiymətləndirilmə-
si bioloji vahidlərlə yerinə yetirilir. Hormonun fəaliyyətinin bio-
loji vahidi səciyyəvi fizioloji effektinin alınması üçün zəruri olan 
hormonal preparatın miqdarı adlanır. Bioloji vahid çox olduqda
hormonal preparatın fəallığı da çox olur. 
Hormonların funksiyaları. Kimyəvi birləşmələr olan hor-
monlar daxili sekresiya vəziləri tərəfindən hazırlanaraq qana bu-
raxılır və  bədənə yayılır. Fiziologiyanın bu birləşmələri öyrənən 
sahəsi endokrinologiya adlanır. Hormonlar (kimyəvi) 
məlumatların kimyəvi daşıyıcılarıdırlar. Onlar hədəf orqanına 
çataraq, ona spesifık təsir göstərirlər. Hormonların spesifık təsiri 
hüceyrədə molekulların – reseptorların olması ilə  təmin edilir. 
Uyğun hormonun reseptorlarına yalnız kimyəvi kodlaşdırılmış 
məlumatı olan hədəf orqanının hüceyrələri malikdir. 
Hormonların təsiri altında orqanizmin funksiyalarının işə salın-
ması və tənzimi üçün dəqiqələr və ya saatlar tələb olunur. Bu halda 
orqanizmin ətraf və ya daxili mühit amillərinə qarşı cəld reaksiya 
verınəsini təmin edən sinir sistemindən fərqli olaraq, hormonlarla 
məlumatların ötürülməsi dəfələrfə zəif həyata keçirilir. 
Hormonların hazırlanması. Hormonlar sekretor hüceyrələr 
tərəfindən hazırlanır. Hazırlanmış hormonlar sitoplazmadan mem-
branla ayrılan hüceyrədaxili orqanlarda qranulalarda saxlanılır. 
Qranulada çoxlu miqdarda zülal matriksinə söykənmiş hormon 
molekulu saxlanılır. Qranulanın membranı plazmatik membran ilə 
birləşir və birləşmə yerində yarıq  əmələ  gəlir. Spesifik stimula 
cavab olaraq azad olan hormon molekulu hüceyrəarası mayeyə 
atılır. Bu prosesə ekzositoz deyilir. Qranulalar və ekzositoz 
prosesi morfoloji cəhətdən çox yaxşı öyrənilib. Hormonların sek-
retor hüceyrələrdən ekzositoz prosesi neyromediatorların sinir 
hüceyrələri uclarından xaric olması prosesinə oxşayır.  
Hormonların təsnifatı. Bildiyimiz kimi, hormon tərəfindən 
ötürülən məlumat onun molekulyar strukturunda kodlaşdırılıb. 
Bütün hormonlar ya zülal (o cümlədən amin turşu törəmələri) 
 
273 
təbiətli, ya lipidlərdirlər. Hədəf orqanın hüceyrələrində reseptor-
ların lokolizasiyasından asılı olaraq hormonları 3 qrupa ayırırlar:  
l. Lipid təbiətli hormonlar. Yağda həll olduqlarına görə onlar 
hüceyrə membranından asanlıqla keçirlər və bir qayda olaraq 
hüceyrə daxilində – sitoplazmada yerləşən reseptorlarla qarşılıqlı 
əlaqəyə gırirlər.  
2. Zülal və peptid hormonlar. Onlar amin turşulardan təşkil 
olunur, daha yüksək molekul çəkisinə malikdirlər. Ona görə  də 
plazmatik membrandan çətin keçirlər. Bu hormonların reseptorları 
hüceyrə membranının səthində yerləşirlər. Ona görə  də ikinci 
qrup hormonlar hüceyrəyə daxil olmurlar. 
3.  Tireoid hormonlar. Bu hormonlar aşağı molekullu hor-
monlardır ki, bunlar 2 amin turşu qalığından formalaşıb və bunlar 
bir-biri ilə efir əlaqələri ilə birləşiblər. Bu hormonlar bədənin 
bütün hüceyrələrinə asanlıqla keçir və nüvədə lokalizə olunmuş 
reseptorlarla əlaqəyə girir. Bu və ya digər hüceyrə hər 3 tip hor-
monların reseptorlarına malik ola bilər. Həmçinin bir hüceyrədə 
bir tipin müxtəlif reseptorları ola bilər. Məsələn, hüceyrə mem-
branının səthində müxtəlif peptid və ya zülal hormonlarının resep-
torları ola bilər. 
 
7.2. Hormonların təsir mexanizmi 
 
B-reseptoru sitoplazmadakı reseptorla əlaqəyə girib kompleks 
əmələ  gətirir ki, bu nüvəyə translasiya olunur və genə  təsir edir 
(məsələn, nüvə DNT-nin sintezini dəyişir) ki, bu da zülal 
sintezində dəyişikliyə səbəb olur. V hormonu da B-yə təsir edir. 
Lakin onun reseptoru bilavasitə nüvədə lokallaşıb (şəkil 7.3). 
 Bütün endokrin funksiyaların həyata keçməsinin  əsas  şərti 
hədəf hüceyrələrdə spesifik reseptorların olmasıdır. Hormonun 
reseptorla qarşılıqlı əlaqəsi zamanı (sitoplazmadakı, nüvədəki, ya 
da membran səthindəki) hormon-reseptor kompleksi yaranır. 
Hormonların təsirinin 2 mexanizmi mövcuddur ki, bunlar bir-
birindən hormon-reseptor kompleksinin hüceyrənin harasında – 
daxilində, yoxsa səthində əmələ gəlməsindən asılıdır.  
downloaded from KitabYurdu.org


Yüklə 66,66 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə