Ə. H.Əliyev, F.Ə.Əliyeva, V. M. Mədətova



Yüklə 66,66 Kb.
Pdf görüntüsü
səhifə72/102
tarix17.11.2017
ölçüsü66,66 Kb.
#10957
növüDərs
1   ...   68   69   70   71   72   73   74   75   ...   102

 
284 
gər orqanlarda hasil olunurlar. Belə ki, hormonal maddələr 
mədədə, onikibarmaq bağırsaqda  əmələ  gəlir. Mədənin pilorik 
şöbəsinin selikli qişasında cüzi pH və pepsin tərkibinə malik 
mədə  şirəsinin fazalarını stimullaşdıran qastrin hormonu əmələ 
gəlir. Onikibarmaq bağırsağın seliyində  mədəaltı  vəzinin xarici 
ifrazat funksiyasını  fəallaşdıran sekretin öd kisəsinin motorlu 
fəallığını stimullaşdıran xolesistokinin ifraz olunur. Onikibarmaq 
bağırsağın seliyində  mədənin sekretor və motor fəaliyyətinə 
tormozlayıcı təsir göstərən enteroqastron hormonu sintez edilir. 
Qalxanabənzər vəzin daxili sekresiyası. Qalxanabənzər vəzi 
boyun nahiyəsində yerləşib, iki paydan ibarətdir. Vəzi çəkisi 25-
30 qr-a çatır. Bir saat ərzində vəzidən 5-6l-ə qədər qan keçir. 
Vəzi toxumasının  əsasını kublu epitel hüceyrələri təşkil edir. 
Qalxanabənzər vəzinin mikroskopik quruluşu bütün onurğalı 
heyvanlarda eynidir. Qalxanabənzər vəzinin quruluş vahidi 
divarları epitel hüceyrələrindən təşkil olunmuş içiboş kisə – 
folikuldur. Folikul divarlarının epitel follikulu boşluğuna 
yodtərkibli yarımmaye halında olan kolloid maddə ifraz edir. 
Vəzin hormonları follikulların kolloid hissəsində tireoqlobin 
halında olur və irimolekullu olduğu üçün hüceyrə membranından 
keçə bilmir. Hipofizin ifraz etdiyi treotrop hormonun təsirindən 
treoqlobulinin proteolitik parçalanması baş verir. Bu zaman 
yodlaşmış amin turşuları – mono diyodtirozin əmələ  gəlir.  İki 
molekul diyodotriozin birləşərək trioksin (tetrayodtrironin) bir 
molekul monoyodotrirozin birləşərək triyodtrionin hormonunu 
əmələ gətirir. 
Trioidli hormonların sekresiyasının normal səviyyəsinin müt-
ləq  şərti kifayət qədər miqdarda yodun qida məhsulları ilə 
orqanizmə fasiləsiz şəkildə daxil olmasıdır. 
Tireoid hormonların sintezinin baş verməsi üçün yodun 
sutkalıq qəbulu 150 mkq olmalıdır. Qida ilə  qəbul olunmuş yod 
bağırsaqdan qana sorulur və oradan qalxanabənzər vəzin 
hüceyrələri tərəfindən udulur. 
Yoda olan sutkalıq tələbatın çoxu bağırsaqda tam şəkildə 
sorulma ilə  təmin olunur. Axırıncı qandan qalxanabənzər vəzin 
 
285 
hüceyrələri tərəfindən udulur və molekulyar yoda qədər 
peroksidaza ilə oksidləşir. Qalxanabənzər vəzdə tireozin ilə 
zəngin treoqlobilin sintez olunur və yodla qarşılıqlı təsirdə olur. 
Tireoid hormonlarının sintezinin tənzimlənməsi.  1969-cu 
ildə  Şali və Qyullemin tərfindən rəhbərlik edilən 2 qrup və biri 
digərindən xəbərsiz donuz və qoyunun hipotalamusdan hipofiz 
tərəfindən TTH-nun sekressiyanın stimulə edən tripeptid aldılar. 
Bu kimyəvi cəhətdən öyrənilən və sintetik yolla alınmış tretropin-
rilizinq-hormonu (TRH) idi. Bu peptid hipotalamusun 
neyronlarında hazırlanır və qapı sisteminə buraxılır və qapı 
sistemi ilə hipofizə düşür, buradan isə treotrop hormonun (TTH) 
sekresiyasını stimulə edir. TTH qalxanabənzər vəzidə tiroksinin 
(T4) həmçinin triyodtironinin  (T3)  yaranmasını induksiya edir. 
Həmçinin triyodtironinin (T3) hipofizə, mümkünsə hipotalamusa 
əks  əlaqə mexanizmi üzrə  təsir edərək TTH-nun seleksiyasını 
zəiflədir. Əks əlaqə mexanizmi üzrə tireoid hormonlar hipofiz və 
hipotalamusa təsir edər və haçan ki, onların qanda qatılığı 
maksimal olur, onda TTH-nun sekresiyası minimuma enir. 
Əksinə, tireoid hormonların qatılığı aşağı olanda TTH-un yüksək 
sürətli sekresiyasını təmin edir. 
Tiroksin və triyodtironinin az miqdarı qaraciyər və böyrəklərdə 
deyodlaşmaya məruz qala bilər və bu prosesin hesabına yoda olan 
sutkalıq tələbatın bir hissəsi (təxminən 50 mkq) ödənilə bilər. 
Qalxanabənzər vəzinin kolloidində tireoid hormonların kifayət 
qədər ehtiyatı saxlanılır. Bu orqanizmin yod olmadan bir neçə ay 
keçinə bilməsini təmin edir. Ancaq qidada yodun uzunmüddətli 
çatışmaması zamanı artıq tireoid hormonların orqanizmin normal 
həyat fəaliyyətini təmin edə biləcək qədər yarana bilmir. 
 
 
7.5. Tireoid hormonların funksiyaları 
 
Tireoid hormonlar həyati  əhəmiyyətli funksiyalar görür. Belə 
ki, o, bütün orqanizmdə metobolizmi stimulə edir. 
Triyodtironin güman ki, hüceyrələrinin nüvəsindəki reseptorla 
downloaded from KitabYurdu.org


 
286 
birləşir və genlə  təsirdə olaraq transkripsiya və translyasiyanı 
sürətləndirərək bunun nəticəsində orqanizmin bütün 
hüceyrələrində zülal sintezini stimulə edir. Bundan əlavə tireoid 
hormonlar Na+ ionlarının hüceyrədən çıxmasına, K+ isə daxil 
olmasına təsir edir. Nəhayət, onlar bir çox fermentlərin, ilk 
növbədə, karbohidratların parçalanmasında iştirak edən 
fermentlərin aktivliyini artırır. Ona görə  də tireoid hormonların 
yüksək səviyyəsində xüsusilə karbohidratların metabolizminin 
intensivliyi artır.  
Belə ki, göstərilən bu proseslərdən çoxu hüceyrələrin 
mitoxondrilərində gedir. Tireoid hormonların yüksək 
səviyyəsində bu orqonoidlərin aktivliyi çox artır və onlar ölçücə 
böyüyürlər. Tireoid hormonların təsiri ilə fermentlərin 
aktivliyinin artması energetik mübadilənin sürətinin artması ilə 
müşayiət olunur. Ona görə  də  əsas mübadilənin intensivliyilə 
qanda tireoid hormonların qatılığı arasında düzünə  əlaqə 
mövcuddur.  
Uşaqlarda tireoid hormonlar fıziki boy atmağı təmin edir. Xü-
susilə bu effekt postnatal dövrdə beyinin normal inkişafı üçün 
vacibdir. Döl uşaqlıqda olduğu müddətdə qalxanabənzər vəzin 
çatışmamazlığı qorxulu deyil, belə ki, o, tireoid hormonların 
kifayət qədərini anadan alır. 
Qalxanabənzər vəzinin insan və heyvan orqanizmində boy ar-
tımı, inkişaf və differensasiya proseslərinə  təsiri çox güman ki, 
tireoidli hormonların toxuma və yaxud hüceyrə mübadiləsinə 
təsiri ilə əlaqədardır. Qanda tireoidli hormonların miqdarının azal-
ması zamanı orqanizmin şəkərə olan tələbatı  aşağı enir: şəkərin 
çoxu sidik vasitəsilə ifraz olunduğu üçün böyrəyin həcmi azalır. 
Tireoidli hormonlar yağ mübadiləsinə  əhəmiyyətli təsir 
göstərirlər. Orqanizmdə tireoidli hormonunun kəskin azalması 
adətən metabolizmin səviyyəsinin kəskin  şəkildə azalması ilə 
müşayət olunaraq, lipidlərin miqdarının çoxalması ilə nəticələnir. 
Qalxanabənzər vəzi hormonları sinir mərkəzlərinin, ürək 
əzələlərinin oyanma səviyyəsini tənzimləyirlər. Qalxanabənzər 
vəzi hormonlarının sinir toxumasının inkişafı və diferensasiyasına 
 
287 
əhəmiyyətli təsiri müəyyən olunmuşdur. Erkən yaşlarda 
qalxanabənzər vəzinin qeyri-kafi endokrin fəallığı  uşaqların  əqli 
inkişafının geridə qalması ilə nəticələnir.  
Qalxanabənzər vəzidə parathormon kimi orqanizmdə Ca və P 
mübadiləsinin tənzimlənməsində  fəal  şəkildə  iştirak edən, lakin 
həmin vəzin follikullarından kənarda yerləşən hüceyrələr 
tərəfindən hazırlanan daha bir hormon – tireokalsitonin hasil ol-
unur. Bu hormonun təsirindən sümük toxumasının  əmələ 
gəlməsinə  səbəb olan ostioblastların fəaliyyəti artır,  əksinə os-
teoklastların fəaliyyəti isə  zəifləyir, nəticədə, qanda kalsium 
ionlarının mənimsənilməsi çətinləşir. 
Qalxanabənzər vəzinin hipo və hiperfunksiyaları zamanı 
orqanizmdə baş verən funksional pozğunluqlar. Qalxanabənzər 
vəzi hormonunun molekulunda yodun varlığı  vəzinin funksional 
fəallığı ilə qidadakı yod tərkibi arasındakı sıx əlaqəsini izah edir. 
Dəniz suyunun, dəniz mənşəli məhsulların, dəniz sahillərində 
bitən mədəni bitkilərin tərkibində külli miqdarda yod olur. Qidada 
və suda yodun çatışmaması zamanı zob kimi məlum olan en-
demik ur və ya zob xəstəliyi meydana çıxır (şəkil 7.8). Bu 
xəstəlik qalxanabənzər vəzi toxumasının çox böyüməsi zamanı 
müvafiq hormonal çatışmamazlığı ilə xarakterizə olunur. Zob 
xəstəliyini cərrahi yolla müalicə etmək olar. Endemik zob 
müəyyən coğrafi regionlarda, əsas etibarilə isə yüksək dağlıq 
sahələrdə və yaxud qitələrin ucqarlarında inkişaf edir. Hal-hazırda 
bu coğrafi sahələrin  əhalisində zob və ya ur xəstəliyi inkişafı 
yodun xörək duzuna əlavə edilməsi ilə aradan qaldırılır. Böyümüş 
bu cür vəzi normal miqdarda hormon ifraz edir (şəkil 7.9). 
 
downloaded from KitabYurdu.org


Yüklə 66,66 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə