Ə. H.Əliyev, F.Ə.Əliyeva, V. M. Mədətova


  Ca-un homeostazının patafiziologiyası. Birincili hiper-



Yüklə 66,66 Kb.
Pdf görüntüsü
səhifə75/102
tarix17.11.2017
ölçüsü66,66 Kb.
#10957
növüDərs
1   ...   71   72   73   74   75   76   77   78   ...   102

 
296 
Ca-un homeostazının patafiziologiyası. Birincili hiper-
paratireoz. Çox nadir hallarda qalxanabənzər  ətraf vəzilərində 
adenoma yaranan xəstəliyi müşahidə edilir. Bu xəstəlik zamanı 
böyrək simptomları-poliuriya və polidipsiya daha çox büruzə 
verir. Bundan başqa xəstələrdə asteniya, reflekslərin zəifləməsi 
kimi nevroloji simptomlar inkişaf edir.  
İkincili hiperparatireoz. Xroniki böyrək çatışmamazlığı 
zamanı (vitamin D)-hormon yaranması pozulur, ona görə Ca 
böyrəklərdə pis sorulur. Xroniki hipokalsemiya nəticəsində para-
thormon daima sekresiya olunur ki, bu zəif osteopatik 
dəyişikliklərdən skeletin güclü zəifləməsinə  və sümüklərin 
müxtəlif dərəcəli degalsifıkasiyasına gətirir.  
Hipoparatireoz. Hipoparatireoz halları  daha  az  rast  gəlinir. 
Pozulmanın ilk növbədə daha çox səbəbi tireondektomiya zamanı 
qalxanabənzər ətraf vəzilərinin çıxarılması hesab olunurdu. Lakin 
axır vaxtlarda hipoparatireoz daha çox autoimmum xəstəlikləri 
nəticəsində inkişaf edir. Uşaqlarda bəzən qırtlağın spazması ink-
işaf edir ki, bu vaxt səs tellərinin yığılması boğulmadan ölümə 
gətirə bilər.  
Kalsitonin sekresiyasının pozulması. Elə hallar olur ki, 
qalxanabənzər  ətraf vəzilərin C-hüceyrələri ya çoxlu, ya da az 
miqdar kalsitonin hazırlayır. Kalsitoninin artıq yaranması C-
hüceyrələrinin bəd xassəli olması ilə əlaqədar ola bilər.  
(Vitamin D) hormonun çatışmamazlığı. Bu zaman raxitin əla-
mətləri inkişaf edir. Belə ki, bağırsaqda Ca-un sorulması pozul-
duğundan sümüklər kifayət qədər kalsifıkasiya olunmurlar, kalsi-
umun qanda qatılığı isə aşağı düşür. (vitamin D) hormonun çatış-
mamazlığı  səbəblərindən biri də onların qida məhsullarında 
kifayət qədər olmaması hesab olunur. Lakin raxid böyrəklərin 
xəstəlikləri nəticəsində və ya genetik pozulmalar zamanı da ink-
işaf edə bilər. 
 
7.7. Böyrəküstü vəzilər 
 
Böyrəküstü vəzi qarın boşluğunda böyrəklərin üstündə 
 
297 
yerləşir. Çəkisi orta hesabla 5-8 qr olub, cərrahi yolla çıx-
arıldıqdan sonra, heyvan bir neçə gün yaşıya bilər. Böyrəküstü 
vəzilər iki müxtəlif qatdan – struktur və funksional baxımdan 
fərqlənən daxildən beyin və xaricdən qabıq maddədən ibarətdir. 
Böyrəküstü vəzilərin beyin maddələrinin endokrin funksiyası
Xromaffin toxumadan təşkil olunan böyrəküstü vəzilərin beyin 
maddəsi orqanizmin bir sıra fizioloji sistemlərinə, ilk növbədə isə 
qan dövranı orqanlarına tənzimləyici təsir göstərən adrenalin və 
noradrenalin hormonunu sintez edir. Adrenalin və noradrenalin 
katexolaminlər qrupuna daxil olaraq, tirozinin amin turşusunun 
dekarboksilazalaşması nəticəsində əmələ gələn aminlərdirlər. Hər 
iki hormon ürəyə, qan damarlarına, saya əzələlərə, karbohidrat 
mübadiləsinə  təqribən eyni cür təsir göstərirlər. Adrenalin və 
noradrenalin qlikogenin qlükozaya çevrilməsinə yardım edir. 
Onların arasında bəzi fərqli cəhətlər mövcuddur: noradrenalin 
bəzi orqanların kapilyarlarının, damar divarlarının  əzələ 
təbəqələrini fəallaşdırır. O, adrenalindən fərqli olaraq miokardin 
oyanmasını artırmayaraq, həm sistolik, həm də diastolik qan 
təzyiqinin çoxalmasına səbəb olur. Adrenalin əsas mübadiləni 
sürətləndirir, tüpürcək və göz yaşı vəzilərinin, qida borusunun və 
tənəffüs yollarının selikli vəzilərinin ifrazını stimullaşdırır.Ürəyə 
müsbət inotrop, xroponotrop, dromotrop və batmotrop təsir gös-
tərib, kiçik arteriya və arteriolların daralmasına səbəb olaraq, arte-
rial qan təzyiqini artırır. Emosional gərginlik, stress zamanı 
böyrəküstü vəzilərin beyin maddəsindən adrenalin ifraz olunur. 
Böyrəküstü vəzilərin beyin maddəsində hormonların sekresi-
yası yalnız simpatik sinir sistemi vasitəsilə tənzimlənir. 
Adrenalin və noradrenalin katexol törəmələri olduqları üçün 
birlikdə katexolaminlər adlanırlar. Onlar həm də simpatomimetik 
aminlər adlanırlar. Qanda və toxumalarda simpatomimetik 
amilləri aminooksidaza fermenti parçalayır. Adrenalin ifrazını 
tənzim edən mərkəz hipotalamusda yerləşir. Onu dağıtdıqda 
adrenalin ifrazı azalır, qıcıqlandırdıqda isə artır. Qanda şəkərin 
miqdarı artdıqda hipotalamus vasitəsilə böyrəküstü vəzidən 
adrenalin ifrazı azalır; insulin ifrazı isə çoxalır və qlükozanın 
downloaded from KitabYurdu.org


 
298 
qaraciyər hüceyrələrinə keçiriciliyin artması  nəticəsində 
qlikogenə çevrilir. Əksinə, az olduqda adrenalin ifrazı nəticəsində 
qanda şəkərin miqdarı əks əlaqə sistemi vasitəsilə bərpa olunur. 
Böyrəküstü vəzilərin beyin maddəsinin hiperfunksiyası –za-
manı qanda adrenalinin miqdarı artır, nəticədə  arterial təzyiqin 
kəskin şəkildə çoxalmasına, dəri örtüklərinin solması, taxikardiya, 
titrəmə, ümumi zəiflik müşahidə olunur. Xromaffinli toxumaya 
orqanizmin müxtəlif vəzilərində rast gəlindiyindən hipofunksiya 
insanda və heyvanda müşahidə olunmur. 
Katexolaminlər tirozin amin turşusundan sintez olunan 
noradrenalin simpatik sinir sisteminin postsinaptik neyronlarının 
neyromediatoru olub, presinaptik mediatoru asetilxolindir.  
Stress zamanı təsiri. Sakitlik vəziyyətində bu hüceyrələr daima 
az miqdar adrenalin və güman ki, noradrenalin sekresiya edirlər. 
Lakin qana daxil olan noradrenalinin böyük hissəsi simpatik ney-
ronların terminalları ilə ifraz olunur. Xarici və daxili stress fak-
torlarının təsiri ilə  məsələn, böyük fiziki və ya zehni gərginlik 
tələb edən hallarda, həmçinin infeksiya, travma və ya hipoqlike-
miya zamanı böyrəküstü vəzinin beyin qatının və simpatik sinir 
sisteminin hüceyrələri tərəfindən adrenalin və noradrenalinin sek-
resiyası  və ifraz olunması çox artır. Stress zamanı bu hormonlar 
vacib requlyator rolu oynayırlar. Onlar ürək fəaliyyətini artırır, 
daxili orqanların damarlarının daralmasını  və  əzələlərdən olan 
damarların genişlənməsini təmin edirlər. Bundan başqa, onlar 
mədə-bağırsaq traktının peristaltikasını  zəiflədir və bronxların 
genişlənməsini təmin edirlər. Damar effektləri orqanizmin 
fizioloji vəziyyətinə uyğun gələn dəyişikliklərə  gətirir.  İnsan və 
ya heyvan təhlükədə olan anda mübarizə  və ya qaçmaq üçün 
əzələlərə O
2
 və qlükoza lazımdır, ona görə də bronx və damarların 
genişlənməsi əzələni qanla zəngınləşdirır.  
Metabolik effektləri. Orqanizmdə əsas enerji mənbəyi qlüko-
zadır. Ona görə katexolaminlər qaraciyər və  əzələlərdə qlüko-
genin parçalanmasını induksiya edir, həmçinin qaraciyərdə qlüko-
genezi təmin edir. Belə ki, bu effektləri  əsasən adrenalin görür. 
Hər iki katexolaminlər piy toxumasında lipolizi və qaraciyərdə 
 
299 
proteolizi stimulə etməklə energetik materialın ödənilməsini 
təmin edirlər. Katexolaminlərin bu metobolik effektləri, həmçinin
hipoqlikemiyanın qarşısının alınması üçün vacib əhəmiyyət kəsb 
edir. Qanda şəkərin birdən aşağı düşməsi zamanı beyin qatında 
katexolaminlərin sekresiyası dərhal artır və onlar hipoqlikemiyanı 
qlükoqonla sinergik təsir edərək yox edirlər. Bundan başqa hər iki 
katexolaminlər adacıq hüceyrələri tərəfindən insulinin sekresi-
yasını  zəiflədirlər ki, bunun hesabına bütün insulindən asılı 
proseslər tormozlanır. Bu effekt ekstremal şəraitdə qlükozanın 
yüksək qatılığının saxlanılmasına xidmət edir.  
Reseptor sistemlər. Adrenalin və noradrenalinın ən azı iki re-
septoru mövcuddur – alfa və beta-reseptorlar. Bu tiplərin hər biri 
formakoloji preparatlarla uyğunluğa görə sonradan alfa1-, alfa2-, 
beta1-, beta2-reseptorlara ayrıla bilər. Reseptor növlərinin bu cür 
müxtəlifliyi katexolaminlərin müəyyən orqana yüksək spesifik 
təsirini izah edir. Belə ki, məsələn qarın boşluğunda damarların 
yığılması alfa reseptorla əlaqədar olduğu halda, metobolik 
effektlər və  əzələlərdə olan damarların genişlənməsi beta resep-
torlarla bağlıdır. İnsulinin sekresiyasının zəifləməsi alfa reseptor-
ların iştirakı ilə olur, lipolitik təsir və ürək əzələsinə təsir isə beta 
reseptorla 
əlaqədar olur. Beta reseptorlarla əlaqədar 
katexolaminlərin təsiri adrenilatsiklazanın aktivləşməsi və tsiklik 
AMF-in II hüceyrədaxili vasitəçinin yaranması ilə  əlaqədardır. 
Müxtəlif tip reseptorların mövcud olması kliniki vacib 
əhəmiyyətə malikdir, belə ki, bu reseptorları blokada edən 
maddələrdən ürək-damar xəstəliklərinin və orqanlarının qan ilə 
təchizatının pozulmasında müalicə üçün istifadə olunur.  
Böyrəküstü vəzinin beyin qatının peptidləri.  Bu yaxınlarda 
müəyyən olundu ki, böyrəküstü vəzinin beyin qatının hüceyrələri 
adrenalin və noradrenalindən başqa MSS-də  və  mədə-bağırsaq 
traktında tənzimləmə funksiyasını yerinə yetirən peptidlər hazır-
layır. Bu peptidlərdən müasir dövrə  qədər P-maddəsi, ihtestinal 
vazoaktiv polipeptid, samostatin, beta-enkefalin və 
xolesistokininə oxşar maddələr idendifıkasiya olunur..  
Böyrəküstü vəzilərin qabıq maddəsi. Böyrəküstü vəzilərin 
downloaded from KitabYurdu.org


Yüklə 66,66 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə