Ə. H.Əliyev, F.Ə.Əliyeva, V. M. Mədətova


  irilizosiyanın digər simptomları olur (klitorun böyüməsi və s.)  Mineralokortikoidlər



Yüklə 66,66 Kb.
Pdf görüntüsü
səhifə78/102
tarix17.11.2017
ölçüsü66,66 Kb.
#10957
növüDərs
1   ...   74   75   76   77   78   79   80   81   ...   102

 
308 
irilizosiyanın digər simptomları olur (klitorun böyüməsi və s.) 
Mineralokortikoidlər.  Onlar böyrəküstü vəzin yumaqcıqlı 
zonada sintez olunurlar. Bu qrupun daha vacib nümayəndəsi 
aldosterondur. 
O, elektrolit mübadiləsinin və su balansının tənzimində iştirak 
edir. Aldosteron böyrək kanalcıqlarında Na-un reabsorbsiyasını 
artırır, hansı ki, əlaqə eyni zamanda aldosteron K
+
-un xaricə 
buraxılmasına  şərait yaradır. Anoloji təsiri o, bağırsaqlarda, 
tüpürcək vəzilərində ionların və suyun nəqlinə göstərir. 
Aldosteron ifrazı artdıqda böyrəklərdən natriumun geriyə 
sorulması, bu isə öz növbəsində qanda və toxumalarda natrium 
xlorun miqdarının çoxalmasına, sonuncu isə orqanizmdə suyun 
çoxalmasına səbəb olur. Bu isə orqanizmdə osmotik və qan 
təzyiqinin yüksəlməsinə  səbəb olur. Bu hal odem və alkoloza 
səbəb olur, ona görə  də, bəzən mineralokortikoidləri «iltihab 
hormonları» da adlandırırlar. 
Qanda Na ionlarının artması aldosteronun sekresiyasını 
ləngidir, azalması isə onu artırır. Bu funksiyalar hipotalamusun 
nəzarəti ilə  həyata keçirilir. Əgər hipotalamus cərrahi yolla 
dağıdılarsa, Na və K ionlarının qanda azlığı  və çoxluğu 
mineralokortikoidlərin ifrazını  dəyişmirlər. Hipotalamus aldos-
teron tənzimini vegetativ sinir sistemi və humoral yolla 
tənzimləyir.  
Aldosteronun sintez və sekresiyasının tənzimlənməsi bir neçə 
yolla olur. Birincisi aldosteronun sekresiyası qanda Na-un çatış-
mamazlığı ilə  və K-un yüksək miqdarı  şəraitində artır.  İkincisi 
əgər qanda Na-un qatılığının azalması böyrəkdə qanaxma ilə mü-
şayət olunursa, böyrəklərin afferent damarlarının epitelial hücey-
rələri renin buraxır. Onun təsirilə angioenzinogendən (qaraciyərdə 
yaranan qlobulin) angiotenzin I əmələ  gəlir. Qanda və  ağ-
ciyərlərdə olan və çevirici fermentlər adlandırılan peptidazaların 
təsiri ilə dekapeptin angiotenzin I aktiv oktapeptid-angiotenzin II-
yə çevrilir. Hansı ki, bu əlavə amin turşu qalıqlarının ayrılmasın-
dan angiotenzin III-ə çevrilə bilər. Angeotenzin II iki təsirə 
malikdir-damarların ayrılmasını  və aldosteronun sekresiyasını 
 
309 
stimulə edir. Aldosteron distal kanalcıqlarında və  yığıcı boru-
cuqlarında Na-un reabsorbsiyasını artırmaqla böyrəklərdə suyun 
saxlanılmasını artırır. 
Reninin sekresiyası, həmçinin katexolaminlər və peptidlərin 
böyrəküstü vəzinin beyin qatından ifrazı ilə həyata keçirilə bilər. 
Reninin sekresiyasına karotid sinusunda yerləşmiş baro reseptor-
ların qıcıqlanması, həmçinin simpatik sinir sistemini stimulə edən 
digər daxili və ya xarici faktorlar səbəb ola bilər.  
 
7.9. Steroid hormonların qısa xarakteristikası 
 
Quruluşu və sintezi. Steroid hormonlar lipid təbiətli 
birləşmələrdir. Bütün steroidlərin sələfi xolesteroldur. Desmo-
plazmanın ferment sisteminin təsiri ilə xolesterolun yan 
zəncirlərinin parçalanması nəticəsində steroid hormonların hamısı 
üçün ümumi olan sələf-preknenolon yaranır ki, o, zəif progesteron 
təsirə malikdir. Preqnenolon steroidlərin biosintezinin aralıq 
məhsuludur və qanda praktiki olaraq tapılmır. Yumurtalıqda o 
proqesterona çevrilir. Proqesteronun çox hissəsini sarı cisim və 
plasenta hüceyrələri sekresiya edir. Esterogenlərin sintezi 
androgenlərin mütləq əmələ gəlməsini (aralıq məhsul kimi) təmin 
edir. Böyrəküstü vəzinin qabığında preqnenolon digər steroidlərə 
– mineralokortikoidlərə  və androgenlərə çevrilir. Bütün 
androgenlər harada – böyrəküstü vəzi, toxumluq və yumurtalıqda 
əmələ gəlməsindən asılı olmayaraq steroidlərdilər. 
Sintezi, nəqliyyatı və parçalanması. Digər hormonlar steroid 
hormonların sekresiyasını  tənzimləyir. AKTH böyrəküstü 
vəzilərin qabıq maddəsi tərəfindən kortizolun sintez və buxarlan-
masını və androgenlərin sintez və sekresiyasını stimulə edir. An-
giotenzin (II) böyrəküstü vəzinin qabıq maddəsindən aldostero-
nun sintezi və qana buraxılmasını stimulə edir. FSH və LH 
estrogenlərin və progesteronun yumurtalığın qranulez 
hüceyrələrində sintezinin artmasına səbəb olur. LH toxumluğun 
interstnal hüceyrələrində testosteronun yaranmasını stimulə edir.  
Bütün lipidlər kimi steroidlər suda pis həll olur, ona görə 
downloaded from KitabYurdu.org


 
310 
qanda onlar plazmanın zülalları ilə qeyri-kovalent birləşir, ancaq 
steroidlərin qanda miqdarı sərbəst şəkildə olur və bu sərbəst frak-
siya bioloji aktivliyə malikdir. Bəzi steroidlər yalnız hədəf 
hüceyrələrinə daxil olduqdan sonra aktiv birləşmələrə çevrilir. 
Belə ki, məsələn, testosteron bu strukturların hüceyrələrində 5-
alfa-dihidrotestosterona çevrildikdən sonra aktivliyi əldə edir. 
Eyni zamanda əks  əlaqə prinsipi üzrə  mərkəzi sinir sisteminə 
siqnal testosteronun özü ilə təmin olunur. Burada o, testosteronun 
reseptorları ilə birləşir. Həm dişi, həm erkəklərin mərkəzi sinir 
sistemində testosteronu aromatlaşdıran fermentlər – aromatozalar 
mövcuddur. Qandakı steroid hormonların  əsas hissəsi hədəf 
hüceyrəsi ilə  təsirdə olur və qlukuronidə çevrilməsi nəticəsində 
inaktivləşir. Hormonlar bu səkildə suda yaxsı  həll olur və 
böyrəklərlə xaric oluna bilir. 
Böyrəküstü vəzinin qabıq maddəsinin hipofunksiyası zamanı 
Adisson xəstəliyi inkişaf edir. Bu xəstəliyi 1855-ci ildə ingilis 
alimi Tomas Adisson öyrənmişdir və onun adı ilə Adisson 
xəstəliyi adlanır. Dəri kəskin piqmentləşdiyi üçün bürünc və ya 
tunc xəstəliyi də adlanır. Bu xəstəlik zamanı  dəri tunc rəngində 
olur. Adisson xəstəliyi orqanizmdən külli miqdarda duzların xaric 
olunması, hüceyrədən kənar maye həcminin azalması, qanaxma-
lar,  əsəbilik, iştahın itməsi, qanda qlükozanın miqdarının azal-
ması, dəridə külli miqdarda melanin piqmentinin toplanması, 
eləcə də mədə-bağırsaq traktı funksiyaları müxtəlif cür pozulması 
ilə xarakterizə olunur. 
 
7.10. Mədəaltı vəzi 
 
Mədəaltı  vəzi qarışıq vəzilərdən olub, axacaqları olan hissəsi 
həzm  şirəsi, axacaqları olmayan hormon hazırlayır. Hormon 
hazırlayan hüceyrələr vəzidə adacıqlar şəklində paylanmışdır. Bu 
adacıqlar onları 1869-cu ildə ilk dəfə  kəşf etmiş alimin adı ilə 
Langerhans adacıqları adlanır. 
1889-cu ildə alman alimləri Merinq və Minkovski mədəaltı 
vəzinin xarici sekresiya fəaliyyətinin həzm prosesində rolunu 
 
311 
öyrənmək məqsədilə ilk dəfə vəzini itin bədənindən ekstripatsiya 
etmişlər. Bu zaman diabet xəstəliyinin  əlamətlərini müşahidə 
etmişlər. Belə ki, qanda qlükozanın miqdarı artır, sidiklə  şəkər 
ifraz olunmağı başlayır. Mədəaltı  vəzini yenidən bədənə trans-
plantasiya etdikdə diabetin əlamətləri yox olmuş, qanda qlükoza-
nın səviyyəsi normallaşmışdır.  
Şəkərli diabet xəstəliyinin  əsas  əlaməti qanda şəkərin 
miqdarının normadan (80-120 mq% və ya 4,44-6,66 mmol/l-dən) 
çox olmasıdır. Çox olmasına,  hiperqlikemiya, az olmasına  hipo-
qlikemiya deyilir. 
Diabet zamanı orqanizmdən xaric olan sidiyin miqdarı xeyli 
artır (poliuriya), bu xəstələr çox su içirlər (polidipsiya). Mədəaltı 
vəzin hormonunu almaq o qədər də asan olmamışdır. Belə ki, ilk 
dəfə 1923-cü ildə rus alimi L.V.Sobolyevin təklif etdiyi üsulla 
(mədəaltı  vəzin onikibarmaq bağırsağa açılan axacaqlarını bağ-
lamağı  təklif etmişdir) Kanada alimi Bantiq və  tələbəsi Best  
Langerhans adacıqlarından insulin preparatını aldılar. 
Orqanizmdə insulin çatışmamazlığı qanda qlükozanın 
miqdarının kəskin şəkildə çoxalması ilə nəticələnərək, şəkər dia-
beti xəstəliyinin inkişaf etməsinə şərait yaradır. Diabet xəstəliyinə 
yoluxan xəstələrdə qanda külli miqdarda şəkərin olmasına bax-
mayaraq orqanizmin toxumaları onu mənimsəməyərək, əsas enerji 
mənbəyi olan qlükozaya qarşı daima çatışmamazlıq hiss edirlər. 
Bu orqanizmin digər enerji mənbəyi olan yağlarla zülallardan 
istifadə olunması ilə nəticələnir. 
Mədəaltı  vəzin hormonları.  Qanda  şəkərin normal 
səviyyəsinin saxlanmasında iştirak edən hormonlar – insulin, qlu-
kaqon və samotostatin-mədəaltı  vəzin Langerhans adacıqlarında 
(alfa, beta, qamma hüceyrələr adlanan hüceyrələrdə) sintez olunur. 
Adacıqların 60%-i insulin hazırlayan beta hüceyrələr, 25%-i qlu-
koqon sintez edən alfa hüceyrələr, 15%-i samostatin sintez edən 
qamma hüceyrələrdir. Qeyd olunan hormonların sekresiyasını 
müəyyən edən tənzimləyicilər və sekresiyanın qida maddələrindən 
və parakrin təsirindən asılılığı  şəkil 7.15-də göstərilib. Adacıq 
hüceyrələrinin normal fəaliyyəti üçün tireoid və cinsi hormonların, 
downloaded from KitabYurdu.org


Yüklə 66,66 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə