4
I FƏSİL
İNSAN VƏ HEYVAN
FİZİOLOGİYASINA GİRİŞ
İnsan və heyvan fiziologiyası bioloji elmlərin bölmələrindən
biridir və digər bioloji elmlər kimi canlı təbiət aləminin dinami-
kasını öyrənir. Fiziologiya yunan dilində hərfi tərcümədə
fizio –
təbiət,
loqos – elm deməkdir.
Fiziologiya – canlı orqanizmin və onu təşkil edən orqan, hü-
ceyrə və molekulların funksiyalarının dinamik öyrənilməsi haq-
qında elmdir. Bu elm daima tibb elmi ilə yanaşı, inkişaf etmişdir.
Əsrlər boyu, elə indi də insan fiziologiyası (tibbi fiziologiya)
məqsəd və vəzifələri, hər şeydən əvvəl, insanların və heyvanların
sağlamlığını öyrənməyə yönəlmişdir. O, orqanizmin quruluşunu
öyrənən anatomiya elminə əsaslanır
və öz tarixi mənşəyini
anatomiya elmindən götürür. Bizim yüzillikdə biokimya elminin
(fizioloji kimya) fiziologiyadan ayrılıb müstəqil bir elm kimi
fəaliyyət göstərməsinə zəmin yaratmışdır. Məsələn, fiziologiya
elmi canlı orqanizmin onu əhatə edən xarici mühitlə mübadilə
prosesində əlaqəsini təmin edən fizioloji prosesləri öyrənməklə
yanaşı, orqanizmin xarici təsirlərə cavab reaksiyalarını və öz növ-
bəsində orqanizmin özünün də xarici mühitə təsir yollarını
öyrənir.
Beləliklə, fiziologiya orqanizmin funksional prosesləri və
fəaliyyəti arasında qarşılıqlı əlaqəni bir bütöv – tam kimi öyrənir.
Fiziologiyanın son məqsədi funksiyanın mexanizmini elə
dərindən dərk etməkdir ki,
bu ona funksiyaya istənilən
istiqamətdə fəal təsir etməyi təmin edə bilsin.
Tibb elminin nəzəri əsasını təşkil edən fiziologiya klinik
təbabətin inkişafında əsas rol oynayır.
1.1.Fiziologiyanın tədqiqat obyekti
5
İnsan və heyvan fiziologiyası canlı orqanizmin dəyişkən hə-
yat şəraitinə uyğunlaşması, hüceyrələrin, toxumaların, orqanların
və sistemlərin funksional mexanizmləri haqqında elmdir. İnsan və
heyvan orqanizminin varlığını təmin edən fizioloji proseslər
qıcıqlanma, oyanma, maddələr və enerji mübadiləsi, sinir və psixi
proseslər fiziologiyanın tədqiqat obyekti hesab olunur.
1.2.Fiziologiyanın əsas bölmələri
Fiziologiya iki sərbəst elm sahəsindən ibarətdir:
1. Bitki fiziologiyası;
2. İnsan və heyvan fiziologiyası.
İnsan və heyvan fiziologiyası müxtəlif istiqamətlərdə inkişaf
edərək sərbəst əhəmiyyət kəsb edən
və bir-birilə əlaqəsi olan
bölmələr əmələ gətirmişdir:
1.
Ümumi fiziologiya – bütün canlı varlıqlara xas olan
fizioloji funksiyaları tədqiq edir. O canlı varlığın əsasını təşkil
edən maddələr və enerji mübadiləsinin ümumi termodinamik
qanunauyğunluqlarını, qıcıqlanma formalarının təbiətini və
təkamülünü, doğum, qocalma və ölüm problemlərini, orqanizmin
ətraf mühitə münasibətini və həyat fəaliyyətinin digər ümumi
təzahürlərini nəzərdən keçirir. Orqanizmin xarici mühitin təsirinə
qarşı reaksiyasının ümumi qanunauyğunluqlarını izah edir.
Hüceyrə fiziologiyası da ümumi fiziologiyanın
sahələrindən
biridir.
2.
Müqayisəli fiziologiya – fərdi inkişafın müxtəlif
mərhələlərində olan növlərin və eyni növ fərdlərin
orqanizmlərinin funksiyasının spesifik xüsusiyyətlərini postnatal
inkişafın müxtəlif dövrlərində öyrənir. Müqayisəli fiziologiyanın
son pilləsi olan təkamül fiziologiyası bir və çoxhüceyrəli
heyvanların müxtəlif sistematik qruplarına aid olan canlıların
həyat fəaliyyətinin qanunauyğunluqlarını öyrənir.
3.
Müxtəlif həyati prosesləri və onlar arasında qarşılıqlı
əlaqəni öyrənən
xüsusi fiziologiya sahəsi:
1)
Ayrı-ayrı sinif və heyvan qruplarının (kənd təsərrüfatı
downloaded from KitabYurdu.org
6
7
heyvanları, quşlar, həşəratlar);
2)
Ayrı-ayrı heyvan növlərinin (qoyun, inək, keçi);
3)
Ayrı-ayrı orqanların fiziologiyasını (qaraciyər, ürək,
böyrək və s. toxumalar (sinir və əzələ));
4)
Müxtəlif sistemlərin (ürək-damar, həzm, tənəffüs sistemi
və s.) funksiyalarını öyrənir.
Fiziologiyanın xüsusi sahələrindən
daha çox insan və heyvan
fiziologiyası və tibbi fiziologiya öyrənilir. İnsan fiziologiyasının
(tibbi fıziologiya) daha çox əmək, idman, yaş, qida rasionu,
aviasiya və yeni sahəsi olan kosmik fiziologiya sahələri inkişaf
etmişdir. Kosmik fiziologiya insan və heyvanların orqanizminin
həyat fəaliyyətini yerdən fərqli olaraq kosmosda havasız şəraitdə
öyrənir. Həyati prosesləri normal insan və heyvanların
orqanizmində öyrənən normal fıziologiyadan fərqli olaraq,
patoloji fiziologiya xəstə orqanizmlərdə həyati proseslərin
əmələgəlmə mexanizmini öyrənir.
Bioloji elmlər təkamül islahatlarını, ekologiyanı, növ
xüsusiyyətlərinin məhsuldarlığını, davranışını nəzərdən keçirərək,
bioloji varlıqların canlı mühitə uyğunlaşmalarını öyrənir. Lakin
fiziologiya – maddələr mübadiləsi, qan dövranı,
tənəffüs,
əzələlərin, sinir sisteminin fəaliyyəti kimi proseslərin və
orqanizmin digər funksiyalarının qanuna uyğunlaşmalarının
mexanizmini aydınlaşdırır.
Sosial varlıq olan insanın fəaliyyətini humanitar elmlərlə
öyrəndikləri halda, fiziologiya bu fəaliyyətin canlı orqanizmdə nə
cür icra olunduğunu və bu zaman orqanizmdə nə baş verdiyini tə-
yin edir. Məsələn, uşaqlar məktəbdə təhsil alırlar. Müəllimin təd-
ris prosesini didaktikanın (təlim prosesinin) tələblərinə
müvafiqliyi baxımdan nəzərdən keçirərək, davamiyyətin tərbiyə
prosesində effektliyini qiymətləndirir. Psixoloq şagirdlərin
gündəlik dərs prosesi ərzində yaddaşlarını, diqqətlərini,
fərdi psixi
xüsusiyyətlərini, mücərrəd təfəkkürün inkişafını öyrəndiyi halda,
fizioloq A.A.Uxtomskinin mülahizəsinə əsasən, «beyində fikrin,
ideyanın nə cür istehsal olunduğunu» öyrənir.
Yaş fiziologiyası ilk növbədə uşaqlarda, yeniyetmələrdə və
yaşlı insanlarda fizioloji funksiyaların xüsusiyyətlərini tədqiq edir.
Bu məlumatlar pedaqogikanın praktiki məsələlərinin həllində,
yeniyetmənin əmək şəraitini nizama salan qaydaların işlənib
hazırlanmasında, yaşlı insanlarda qocalma prosesinin təbiətini
öyrənmək və insan ömrünü uzatmaq kimi məqsədlərə xidmət edir.
Əmək və idman fiziologiyası sürətli hərəkətlər yerinə
yetirməyə dair bacarıqların formalaşması üçün, optimal qərarların
qəbul olunması və dəqiq hərəkətlər kompleksinin yerinə
yetirilməsi ilə sıx şəkildə əlaqədardır. İdmançıya
funksional
imkanlarının maksimal hərəkətliyinə nail olmağa imkan verən
orqanizmin ehtiyatlarını tədqiq edir.
Qidalanma fiziologiyası insanın müxtəlif həyat şəraitində
qida rasionlarının işlənib hazırlanması üçün elmi əsaslar təqdim
edir.
Ekstremal şəraitdəki fiziologiyanı süni və təbii mühitin
fövqəladə şəraitlərində insan orqanizminin funksiyalarının
uyğunlaşmalarının yenidən qurulmasının öyrənilməsi
adlandırmaq olar. Belə ki, aviasiya və kosmik fiziologiya
yüklənmə, sürətləndirmə, çəkisizlik və psixoloji streslər kimi
eksperimental amillər ilə sıx şəkildə əlaqədar olur. İnsan
fiziologiyası xüsusi iqlim-coğrafi şəraitlərdə insanın Arktikada və
Antarktidada, yüksək dağlıq
rayonlarda, susuz səhralarda və
rütubətli tropiklərdə mövcud olan həyat şəraitinə uyğunlaşmasının
fizioloji mexanizmlərini nəzərdən keçirir.
Kənd təsərrüfatı heyvanlarının fiziologiyası diqqətini
heyvanın təsərrüfat məhsuldarlığını öyrənməyə yönəldir. Həzm
və maddələr mübadiləsinin xüsusiyyətlərini nəzərə almaqla
müxtəlif heyvanlar və quşlar üçün ət, süd və digər qida
məhsullarının daha yüksək məhsuldarlığını təmin edən qida
rasionlarını işləyib hazırlayırlar. Heyvanların davranışının idarə
olunmasına əsas etibarilə qidalandırıcı və müdafiəedici şərti
reflekslərin təşkilinə əsaslanan metodlar vasitəsilə nail olunur.
Belə ki, müəyyən gündəlik rejimə riayət olunması sürüdə
inəklərin, quşçuluq fermasında toyuqların və ördəklərin davranış
stereotipinin işlənib hazırlanmasına yardım edir. Təlim prosesi
downloaded from KitabYurdu.org