Ə. H.Əliyev, F.Ə.Əliyeva, V. M. Mədətova



Yüklə 66,66 Kb.
Pdf görüntüsü
səhifə71/102
tarix17.11.2017
ölçüsü66,66 Kb.
#10957
növüDərs
1   ...   67   68   69   70   71   72   73   74   ...   102

 
280 
Öyrənilmə üsulları.  Daxili sekresiya vəzilərinin fəaliyyətini 
öyrənmək üçün müxtəlif üsullardan istifadə olunur. 
1848-ci ildə Bertold hormonların müasir tədqiqinə başlanğıc 
verən metodlar nəşr etdirdi. Bu ilə qədər məlum idi ki, xoruzlarda 
kastrasiyadan sonra pipik atrofiyaya uğrayır və davranış az 
aqressivləşir. Bu haqda belə fikirləşirdilər ki, toxumluqla mərkəzi 
sinir sistemi arasında əlaqə hormonların köməyi ilə olur. Bertold  
xoruzları kastrasiya edib və onların toxumluğunu sonra qarın boş-
luğuna implantasiya etdi. Bu cür xoruzlarda böyük pipik domi-
nant aqressiv davranış saxlanıldı. Bu təcrübə göstərdi ki, toxum-
luqdan MSS-nə humoral siqnallar daxil olur. Anoloji yanaşmalar 
bu gün də hormonların təsir xarakterinin öyrənilməsində istifadə 
olunur. Bu məqsədlə əvvəlcə hormon sekresiya edən orqanı çıx-
ardırlar və sonra baş verən dəyişikliyi müşahidə edirlər. Hor-
monların təsirini bioloji metodlarla da öyrənmək olar. Bu heyvana 
hormonun yeridilməsi və bioloji effektin analizinə əsaslanır. Hal-
hazırda bu aşağı həssaslıqlı metodlar yüksək həssaslıqlı metodla – 
immunoloji metodlarla əvəz olunub: 
1. Ekstirpasiya – vəzi kəsib çıxarmaq, 
2. Transplantasiya – vəzi bədənə köçürmək. 
3.  Vəzin fəaliyyətini ləngitmək (hipofunksiya) əsas üsullardan 
biridir. Hipofunksiya törətmək üçün vəzi tam və ya hissəvi olaraq 
xaric edilir və yaxud orqanizmə müxtəlif spesifik təsirə malik 
kimyəvi maddələr yeridilir. Məsələn, metiltiourosil qalxanabənzər 
vəzinin tiroksin ifrazını, metapiron böyrəküstü vəzin hidrokor-
tizon ifrazını, allaksan mədəaltı  vəzi langerhans adacıqlarından 
insulin ifrazını  (
β-hüceyrələrin fəaliyyətini), kobalt isə buradakı 
α-hüceyrələrin fəaliyyətini ləngidir. 
4.  Vəzin fəaliyyətini artırmaq üsulu. Hipofunksiya yaratmaq 
üçün heyvana ya əlavə vəz köçürülür, ya da hormon yeridilir. 
5.  İki orqanizmdə ümumi qan dövranı yaradaraq birində  vəzi 
zədələyir və ya çıxarılır, baş verən fizioloji dəyişikliklər müşahidə 
edilir. 
6. Vəzə  gələn və ya vəzdən xaric olan qanın fizioloji 
fəallığının müqayisəsi. 
 
281 
7. Bioloji və kimyəvi metodlarla qanda və sidikdə müəyyən 
hormonların miqdarının təyini. 
8. Hormonların biosintez mexanizmlərini (daha çox nişanlan-
mış atomların, yəni radioaktiv izotopların köməyi ilə) öyrənmək. 
9. Hormonların kimyəvi strukturunu və süni sintezini təyin et-
mək. 
10. Bu və ya digər daxili sekresiya vəzinin sintez etdiyi hor-
mon heyvan orqanizminin bu və ya digər toxumasına səciyyəvi 
təsir edir və s. 
Bu metod spesifik antitel almağa imkan verir. Hansı ki, o da 
spesifik hormonla qarşılıqlı əlaqəyə girir və onların törəmələri ilə 
parçalanma məhsulları  və digər uyğun molekullar ilə  əlaqəyə 
girmir. Hormonun antitellə kompleksini ayırmaq və miqdarını 
müəyyənləşdirmək olar. Bu metodla bir sıra çoxmiqdarlı testlər 
(məsələn, hamiləlik testi) aparılır.  
Daha çox həssaslığa radio immunoloji analiz metodu malikdir 
(RİA). Bu metod radioaktiv hormon molekulları qarışığı ilə 
inkubasiya edən spesifik antitellərdən istifadəyə  əsaslanır. Bu 
halda hormon molekulunun ümumi (miqdarı) sayı antitelin 
birləşmə qabiliyyətini azaldır. Ona görə birləşmə yeri uğrunda 
rəqabət gedir. Əvvəlcə antitellə birləşmiş, sonra sərbəst hormon 
molekullarını ayırırlar. Sonra birləşmiş fraksiyanın radioaktivliy-
ini ölçürlər və bioloji nümunədə kalibrləmə  əyrisi ilə hormonun 
miqdarını ölçürlər. Bu cür müasir metodların köməyi ilə hor-
monun çox cüzi miqdarını belə ölçmək olar.  
 
7.4. Tənzimlənmənin endokrin zənciri 
 
Əks  əlaqə sistemləri. «-» əks  əlaqə prinsipinə görə  hədəf 
orqanının hüceyrəsinə hormonun təsiri zamanı onun cavabı hor-
mon sekresiya edən orqana təsir edərək onun zəifləməsinə səbəb 
olur (şəkil 7.8). 
 
downloaded from KitabYurdu.org


 
282 
 
 
Şəkil 7.8. Tənzimləmənin endokrin zəncirinin sxematik təsviri. 
 
«-» əks əlaqə siqnalı humoral və sinir təbiətli ola bilər. Çox 
nadir hallarda elə «+» əks əlaqəyə rast gəlinir ki, bu əlaqə hədəf 
orqanın hüceyrəsinin hormonun təsirinə qarşı cavabı öz 
növbəsində sekresiyanı artırır.  İstənilən halda əks  əlaqə yolu ilə 
siqnalın ötürülməsi, bu və ya dıgər sahədə kimyəvi yolla həyata 
keçirilir. Hədəf orqana sinir sisteminin tənzimləyici 
neyromediatorlar çıxış edir.  
Onurğasız heyvanların endokrin vəziləri.  Hazırda məlum 
olan onurğasız heyvanların hormonlarından bir çoxu böyümə  və 
inkişaf proseslərinə təsir edir. 
Funksiyanın hormonal tənzimlənməsi həşəratlar ilə xərçəng-
kimilərdə yaxşı  tədqiq olunmuşdur. Həşəratlarda baş  vəzisi 
bədənin ön hissəsinin endokrin vəzilərini fəallaşdıraraq, onlarda 
metamorfoz proseslərini idarə edən hormonların sekresiyasını 
gücləndirir. Bədənin ön hissəsinin hormonları canlı hüceyrələrin 
enerji mübadiləsi proseslərində vacib əhəmiyyət kəsb edən 
sitoxromun qurdların bədənində toplanmasına yardım edir. 
 
283 
Sitoxromların miqdarının artması zamanı maddələr mübadiləsi 
proseslərinin sürətlənməsinə, o da öz növbəsində heyvan 
orqanizmində metamorfoza proseslərini stimullaşdırır. 
Həşəratlarda və  xərçəngkimilərdə endokrin sistemi. Baş 
şöbəsinin səthində yerləşmiş interserebral vəzinin hasil etdiyi 
hormon heyvan orqanizmində bir çox fizioloji proseslərə – qabıq 
dəyişməyə  əhəmiyyətli təsir göstərir. Onun təsiri altında ön döş 
qəfəsinin qarşı tərəfində yerləşmiş digər daxili sekresiya vəzisinin 
– protorokal vəzisinin fəallığı da güclənir. Protorokal vəzi qabıq 
törəmə prosesini fəallışdıran steroid təbiətli eqdizon hormonunu 
hasil edir.  
Həşəratların inkişafında udlaqaltı sinir düyünündə hasil olunan 
diapauza hormonu iştirak edir. 
Xərçəngkimilərdə metamorfoza prosesləri göz gövdəsində 
yerləşən sinus vəzisində toplanan hormon vasitəsilə idarə olunur. 
O heyvan orqanizmində baş verən bir sıra fizioloji proseslərə 
tənzimləyici təsir göstərir.  
Xərçəngkimilərdə hormonlar sinir sisteminin sinir 
düyünlərinin neyrosekretor hüceyrələrində  əmələ  gəlirlər. Daha 
sonra bu hormonlar sinir hüceyrələrinin aksonları vasitəsilə 
onların qana daxil olduğu yerə daşınırlar. Xərçəngkimilərdə 
endokrin tənzimləmənin vacib orqanı göz gövdələrinin və yaxud 
orqanizmin baş  şöbəsində yerləşmiş digər sinir düyünləri ilə  sıx 
şəkildə əlaqədardırlar. Xərçəngkimilərin vəzi orqanlarında əmələ 
gələn hormonlar onurğalı heyvanların hipotalamusunda əmələ 
gəlmiş hormonal maddələrin analoqları kimi nəzərdən keçirilə 
bilərlər.  
Onurğalı heyvanların endokrin vəziləri. 
Onurğalı 
heyvanlarda endokrin vəzilər onurğasız heyvanlardan fərqli 
olaraq orqanizmin fizioloji sistemlərinin tənzimlənməsində daha 
da vacib rol oynayır. Daxili sekresiya vəziləri, insan da daxil 
olmaqla, bütün onurğalı heyvanlarda müstəsna hallarda həm 
quruluş, həm də funksiyanın vahid planına malikdirlər. 
Altı əsas ayrı-ayrı daxili sekresiya vəzilərindən başqa insanda 
hormonal maddələr digər fizioloji funksiyalara malik bir sıra di-
downloaded from KitabYurdu.org


Yüklə 66,66 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə