Ə. H.Əliyev, F.Ə.Əliyeva, V. M. Mədətova



Yüklə 66,66 Kb.
Pdf görüntüsü
səhifə67/102
tarix17.11.2017
ölçüsü66,66 Kb.
#10957
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   ...   102

 
267 
1 2 3 

Uzunsov və  həlqəvi 
əzələlər 
Sfinktorlar 
Hərəkəti qüvvətləndirir 
Boşalmasına 
Hərəkəti zəiflədir 
 
Yığılmasına 
α, β 
 
α 
Dalağın kapsulu 
Sidik kisəsi 
Detruzor 
Daxili sfinkter 
"------" 
Yığılmasına 
"------" 
"------" 
"------" 
Boşalmasına 
Yığılmasına 
α 
α 
β 
α 
Cinsiyyət orqanları 
Toxum qovuqcuğu 
Toxumçıxarı kanal 
Uşaqlıq 
"------" 
"------" 
"------" 
"------" 
"------" 
"------" 
"------" 
Boşalmasına (heyvanın 
növündən və hormonal 
fondan asılı olaraq) 
α 
α 
α 
β 
Gözün daxili əzələsi 
Bəbəyi genəldən əzələ 
Bəbəyin sfinktoru 
Siliar əzələ 
 
"------" 
Yığılmasına (mioz) 
Yığılması 
(akkomodasiya) 
 
Yığılmasına (midriaz) 
"------" 
Nəzərə çarpmayan 
boşalma 
 
α 
β 
Traxeya bronxial əzələlər 
Tükü qaldıran əzələ 
Enzokrin vəzilər 
Tüpürcək vəziləri 
 
 
Göz yaşı vəziləri 
Həzm vəziləri 
 
 
Dil-udlaq vəziləri 
Bronxial vəzlər 
Tər vəziləri 
Yığılma 
 
"------" 
"------" 
Seroz maddənin bol 
ifrazı 
 
Sekresiyasına 
"------" 
 
 
"------" 
"------" 
"------" 
Boşalma (əsasən 
adrenalin təsiri ilə) 
Yığılmasına 
"------" 
Az miqdarda selik 
maddənin ifrazı 
(çənəaltı vəzidən) 
"------" 
Şirə ifrazının azal-
masına və sekresiyasına 
(xolinerqik)  
"------" 
"------" 
"------" 
β 
 
α 
 
α 
 
 
 
α 
Metabolizm  
Qaraciyər 
 
Piy vəziləri 
 
 
İnsulinin sekresiyasına 
(Langerhan adacıqların 
hüceyrələri) 
"------" 
"------" 
 
"------" 
 
 
"------" 
 
Qlikogenoliz 
Qlikoneogenez 
Lipoliz (qanda sərbəst 
yağ turşularının 
səviyyəsinin 
yüksəlməsi) 
Azalmasına 
 
β 
 
β 
 
 
α 
 
Simpatik sinir liflərinin qıcıqlanması  nəticəsində ürəyin 
fəaliyyəti sürətləndiyi və qüvvətləndiyi halda, parasimpatik sinir 
 
268 
liflərinin (azan sinirin) qıcıqlanması isə əks effektə səbəb olur. 
Parasimpatik sinirlərin (azan və çanaq sinirlərinin) oyanması, 
mədə, nazik və yoğun bağırsaqların hərəkətini qüvvətləndirdiyi 
halda, simpatik sinirlərin oyanması  əksinə, həmin hərəkətləri 
ləngidir. Parasimpatik sinirlərin qıcıqlanması  nəticəsində alınan 
tüpürcək miqdarca çox və qeyri-üzvi maddələrlə  zəngindir
simpatik təsirdən alınan tüpürcək isə azdır, amma qatı  və üzvi 
maddələrlə zəngindir. 
Azan sinirin qıcıqlandırılması insulin ifrazını artırır, qaraciyər 
və  əzələ hüceyrələrində qlikogenin daha çox toplanmasına və 
beləliklə, qanda şəkərin azalmasına səbəb olur. 
Sinir sisteminin trofik funksiyası haqqında təlim  İ.P.Pavlov 
tərəfindən irəli sürülmüşdür. O müəyyən etmişdir ki, mərkəzi 
sinir sistemi orqanların fəaliyyətini nizama salmaqla yanaşı, 
onlarda gedən maddələr mübadiləsini də dəyişdirir. Mərkəzi sinir 
sisteminin trofik təsiri əsasən, vegetativ sinir sistemi və beyincik 
vasitəsilə  həyata keçirilir. Vegetativ sinir sisteminin trofik təsiri 
onun ürəyə  təsirində daha aydın görünür. Onun simpatik şöbəsi 
ürəyin hərəkətini gücləndirmək və  zəiflətmək qabiliyyətinə 
malikdir. Bu isə ürək  əzələsində gedən maddələr mübadiləsinin 
müvafiq istiqamətdə dəyişməsi ilə əlaqədardır. 
Azan sinir əsasən mədə və bağırsaqların peristaltik hərəkətini 
yaradır, lakin bunların saya əzələlərinin tonusu artdığı  və 
təqəllüsə  gəldiyi anda azan siniri qıcıqlandırsaq peristaltik 
hərəkətlər artmır, əksinə zəifləyir. 
Vegetativ sinir sistemi skelet əzələlərinin fəaliyyətinə də təsir 
göstərir. Simpatik sinirlərin skelet əzələlərinə göstərdiyi təsirə 
adaptasiya – trofik təsir deyilir. 
Orqanizmin trofik funksiyalarının həyata keçirilməsində 
mərkəzi sinir sisteminin bütün şöbələrinin, xüsusilə, hipotalamus 
və beynin digər törəmələri mühüm əhəmiyyətə malikdir. 
Vegetativ sinir sistemi mühitdə baş verən dəyişikliklərə qarşı 
orqanizmin verdiyi cavab reaksiyalarında mühüm rol oynayır. 
Belə cavablar özünü, bir qayda olaraq, əzələ  fəaliyyətində 
göstərir. Məsələn, ürək fəaliyyəti sürətlənir, daxili orqanların 
damarları daralır, tənəffüs güclənir və  dərinləşir, karbohidrat 
downloaded from KitabYurdu.org


 
269 
depolarındakı qlikogen qlükozaya çevrilərək qana sorulur və s. 
Vegetativ sinir sistemi orqanizmin emosional reaksiyalarında 
da iştirak edir. Vegetativ sinir sistemi müsbət və mənfi emosiya-
ların yaranmasında bilavasitə  iştirak edir. Məsələn, sevinəndə 
ürəyin döyünməsi, damarların genəlməsi nəticəsində üzün qı-
zarması  və digər müsbət reaksiyalar baş verir, əksinə, kədərli 
olarkən rəngin solması, qorxudan tərləmə, tüklərin biz-biz olması, 
tüpürcək ifrazının ləngiməsi sayəsində boğazın quruması  və s. 
mənfi emosiyaya misal ola bilər. 
Bu halda, ilk növbədə böyrəküstü vəzilərin beyin maddəsində 
adrenalin ifrazı artır. 
Emosional reaksiyalarda təkcə simpatik sinir sistemi deyil, 
həmçinin, parasimpatik sinir sistem idə mühüm rol oynayır. 
Məsələn, pişik ona hürən iti görəndə onun qanında insulinin 
miqdarı artır, buna səbəb isə azan sinir vasitəsilə mədəaltı vəziyə 
– (pankrasa) gələn impulsların artması  və  nəticədə onun 
fəaliyyətinin yüksəlməsidir. 
Beynin müxtəlif  şöbələrinin qıcıqlandırılması  və pozulması 
göstərir ki, ali vegetativ mərkəzlər aralıq beynin nüvələrində 
yerləşmişdir.  
Qabaraltı nahiyədə damarları, tər vəzilərini dərindəki saya 
əzələləri və daxili orqanları eləcə  də zülal, yağ, karbohidrat, su-
duz mübadiləsini, bədən temperaturunu tənzimləyən mərkəzlər 
vardır. 
Aralıq beyindən əlavə, vegetativ funksiyaları tənzimləyən ən 
ali mərkəzlər də mövcuddur. Bunlar beyin yarımkürələrinin 
zolaqlı cismində  və alın payında yerləşərək boz qabarla 
əlaqədardır. Boz qabara gələn impulslar müəyyən sinir lifləri 
vasitəsilə orta, uzunsov və onurğa beyində yerləşmiş  mərkəzlərə 
ötürülür. 
Qabaraltı nahiyənin induksion cərəyanla qıcıqlandırılması 
parasimpatik, medial şöbənin qıcıqlandırılması isə simpatik təsirə 
malikdir. Bundan əlavə, qabaraltı nahiyənin qıcıqlanması 
maddələr mübadiləsinin dəyişməsinə, sidik ifrazı, bədən tempera-
turunun çoxalmasına, boz qabara iynənin batırılması isə adrenalin 
ifrazını gücləndirməklə qanda şəkərin miqdarını artırır, yağ 
 
270 
mübadiləsinin pozulmasına və heyvanın piylənməsinə səbəb olur. 
İnsanda boz qabarın zədələnməsi su mübadiləsini pozur və 
şəkərsiz diabet əmələ gətirir. 
 
 
downloaded from KitabYurdu.org


Yüklə 66,66 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə