Ə. H.Əliyev, F.Ə.Əliyeva, V. M. Mədətova



Yüklə 66,66 Kb.
Pdf görüntüsü
səhifə68/102
tarix17.11.2017
ölçüsü66,66 Kb.
#10957
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   ...   102

 
266 
VII FƏSİL 
 
 
ÜMUMİ ENDOKRİNOLOGİYA 
 
 
7.1. Hormonlar məlumat daşıyıcıları kimi 
 
İnsan və heyvan orqanizmində endokrin sistem sinir sistemi ilə 
qarşılıqlı təsirdə olub, bioloji koordinasiya mexanizminin yüksək 
effektivliyini təmin edir. 
İnsan və heyvan orqanizmində  fəaliyyət göstərən vəzilərə 
xarici, daxili və qarışıq vəzilər aiddir. 
Axacaqları olan vəzilərə ekzokrin (ekzo – xaricə, krino – ifraz 
etmək) və ya xarici sekresiya vəziləri deyilir. Məsələn, ağızsuyu 
vəziləri (şəkil 7.1). 
Axacaqları olmayan, hazırladıqları hormonları birbaşa qana 
ifraz edən vəzilərə endokrin və ya daxili sekresiya vəziləri deyilir. 
Bu vəziləri öyrənən elm endokrinologiya adlanır (şəkil 7.1). 
Hər iki funksiyanı – həm xarici, həm də daxili sekresiya funk-
siyasını yerinə yetirən vəzilərə  qarışıq vəzilər  deyilir (məsələn, 
mədəaltı və cinsiyyət vəziləri). 
Endokrinologiya sözünün yunanca mənası endo – daxilə, krinon 
–  ifraz etmək,  loqos – elm deməkdir. «Hormon» termini isə yu-
nanca  hormao – oyadıram, hərəkətə  gətirirəm deməkdir. «Hor-
mon» terminini ilk dəfə 1902-ci ildə Beylis və Starlinq elmə daxil 
etmişlər. Endokrinologiya ümumbioloji və ümumtibbi elmdir. 
Endokrinologiyanın inkişafını 4 dövrə bölmək olar: yazılıeks-
perimental, hormonların təmiz  şəkildə alınması  və onların 
kimyəvi strukturlarının müəyyən edilməsi, hormonların sintezi və 
onların törəmələrinin süni yolla alınması. 
Endokrinologiyanın bir elm kimi inkişafı XIX əsrin ortalarına 
təsadüf edir. 1849-cu ili endokrinologiya elminin yaranma tarixi 
kimi qəbul etmək olar. Həmin ildə ilk dəfə Adolf Bertold kastra-
siya olunmuş xoruzun qarın boşluğuna toxumluqları köçürmüş-
 
267 
dür. Elə  həmin illərdə S.E.Broun-Sekar heyvanlarda böyrəküstü 
vəziləri çıxartmaqla bu vəzilərin həyati əhəmiyyətini sübut etdi.  
1855-ci ildə Klod Bernar baş beyinin IV mədəciyinə iynə 
batırmaqla qanda şəkərin artmasını  və sidiklə  şəkərin xaric ol-
masına səbəb olduğunu müşahidə etdi.  
 
 
Şəkil 7.1. Xarici sekresiya vəziləri: 1-gözyaşı vəziləri; 2-ağızsuyu 
vəziləri; 3-qaraciyər; 4-mədəaltı vəzi. 
 
1889-cu ildə O.Minkovski və J.Merinq əvvəlcə itin mədəaltı 
vəzisini ekstripasia etdikdən sonra qanda, sidikdə  şəkərin 
miqdarının artması haqqında məlumat verdilər. Çıxarılmış 
mədəaltı  vəzini öz yerinə transplantasiya etdikdə isə qanda 
şəkərin normallaşdığını sübut etdikdən sonra, şəkərli diabetlə 
mədəaltı  vəzinin funksiyaları arasında  əlaqənin olduğunu sübut 
etdilər. 
1889-cu ildə Broun-Sekar Paris Biologiya Cəmiyyətinin 
iclasında cinsiyyət vəzisindən aldığı  şirəni özünə inyeksiya 
downloaded from KitabYurdu.org


 
268 
etdikdən sonra cavanlaşdırmada rolu haqqında məlumat verdi. 
XX  əsrin  əvvəli və ortaları endokrin orqanlardan hormonlar 
sırasının alınması ilə  əlaqədar oldu: trioksin (Kendall, 1955); 
insulin (Bantik və Best, 1921); progesteron (Butenant, 1934); 
adrenokortikotrop hormon (Li və Sayres, 1943); triyodtironin 
(Qross və Lembland, 1950). 
1935-ci ildə Dayzo qadın cinsiyyət hormonunu estradiolu 
sintez etdi, 1954-cü ildə böyrəküstü vəzinin qabıq maddəsinin 
yumaqcıqlı zonasının hormonu – alldesteron kəşf olundu 
(Simpson və Tayt), 1963-cü ildə qalxanabənzər vəzinin III 
hormonu – triodkalsitonin aşkar olundu (Kopp). 
Endokrinologiya elminin inkişafında böyük hadisə 
hipotalamusdan hipofizin trop hormonlarının sekresiyasını 
aktivləşdirən (liberinlər), ya da zəiflədən (statinlər) maddə rilizinq 
amillər (rilizinq – hormonlar) alınması oldu. 1962-ci ildə 
hipotalamusdan somatoliberin (somototropin – rilizinq amil, 
Frans), 1970-ci ildə tiroliberin (tritropin – rilizinq amil, Selli, 
1968; Qillemln, 1970), 1972-ci ildə isə somatostatin 
(somatotropin – rilizinbirləşdirici amil, Aillemen) sintez edildi. 
1975-1978-ci illərdə ingilis biokimyaçıları D.Xynz və Q. 
Kosterliq  əvvəlcə donuzun, sonra digər heyvanların baş 
beynindən peptidlər qrupuna aid olan endogen ağrıkəsici 
maddələr – enkefalinlər və endrofillər ayırdılar. 
Müasir endokrinologiya, fiziologiya və morfologiyanın 
uğurları orqanizmin müxtəlif funksiyalarının tənzimi 
mexanizmlərini daha əlaqəli öyrənməyə imkan verir. 
İndi elmə  məlumdur ki, ümumi sinir və endokrin 
tənzimləmədən  əlavə, hüceyrə neyroendokrin tənzimi də 
mövcuddur. 1969-cu ildə ingilis A.Pris orqanizmdə sinir 
hüceyrələri ilə ümumi xassələrə və ümumi əcdada malik və  həm 
zülal hormonlar, həm də neyromediatorlar kimi funksiya yerinə 
yetirən biogen amillər hazırlayan, endokrin hüceyrələri əhatə edən 
funksional sistemin mövcud olması haqqında nəzəriyyə 
formalaşdırdı. Bu sistem APUD sistem adını aldı (ingiliscə – 
amine content preuaursor uptace decarboxylation – hormonların 
 
269 
hüceyrələrin mövcud sistemə aidiyyatını müəyyən edən amillərin 
saxlanmasını, sələflərini udulması və dekarboksilləşmə). 
Mədə-bağırsaq hormonlarının öyrənilməsi uğurla inkişaf edir 
(həzmin endokrinologiyası). Müəyyən olunmuşdur ki, hələ 1902-
ci ildə U.Beylis və E.Starlinq tərəfindən ayrılmış sekretindən baş-
qa, həzm orqanlarının APUD-sisteminin (Apudositləri) növbəti 
neyroendokrin hüceyrələri həmçinin polipeptid hormonlar sintez 
edir: qastrin, xolesistokinin-pankreozmin, motilin, bombezin, 
enkofelin, serotoinin və melatonin və s. 
Beləliklə, xarici sekresiya vəzilərindən fərqli olaraq daxili 
sekresiya vəzilərinin axarları yoxdur və hazırladıqları maddələri 
qana, limfaya və digər toxuma mayelərinə buraxırlar. «Daxili 
sekresiya» termini tanınmış fransız fizioloqu Klod Bernar 
tərəfindən 1855-ci ildə verilib. Bernar geniş  mənada bütün 
orqanları hazırladıqları maddəni qana buraxdığı üçün daxili 
sekresiya vəziləri adlandırırdı. Dar mənada isə böyrəküstü vəzi, 
qalxanabənzər vəz, zob vəzi və s. aid edirdi. O, qaraciyəri 
qlükozanı qana, ödü isə bağırsağa buraxdığı üçün həm daxili, həm 
də xarici sekresiya vəzisi hesab edirdi.  
Son 60 il ərzində kimyanın nailiyyətlərinə  əsaslanaraq 
hormonların kimyəvi təbiəti, biosintezi, təsir mexanizmi haqqında 
fundamental dəlillər alındı və bir sıra hormonların sintezi həyata 
keçirildi. Canlı  təbiətin mövcudluğunun ilkin mərhələsində 
fizioloji proseslərin humoral tənzimi mövcud olmuşdur. 
Təkamülün sonrakı  mərhələsində isə sinir sistemi inkişaf etmiş 
heyvanlarda spesifik kimyəvi maddə – hormon hazırlayan xüsusi 
orqan və ya hüceyrə qrupları yarandı. Ona görə  də humoral 
tənzimləmə, sinirlə tənzimləmədən çox əvvəl yaranmaqla, həm də 
həqiqi sinir sistemi inkişaf etmiş heyvanlarda meydana çıxdı.  
Daxili sekresiya vəzilərinin reflektor tənzimlənməsi vegetativ 
sinir sistemi vasitəsilə təmin olunur. Beləliklə, formalaşmış daxili 
sekresiya vəziləri sisteminə  və sinir strukturlarına malik olan 
heyvanlarda hər iki sistemlər bir-biri ilə sıx şəkildə əlaqədar olub, 
heyvan orqanizminin fizioloji sistemlərinin vahid neyrioendokrin 
tənzimlənməsini təşkil edir. 
downloaded from KitabYurdu.org


Yüklə 66,66 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə