Ə. H.Əliyev, F.Ə.Əliyeva, V. M. Mədətova



Yüklə 66,66 Kb.
Pdf görüntüsü
səhifə64/102
tarix17.11.2017
ölçüsü66,66 Kb.
#10957
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   ...   102

 
255 
müəyyənləşməsində mühüm rol oynayır. Yenidoğulmuşlarda sinir 
ləfləri, demək olar ki, mielinləşmiş olur, lakin bu proses insanda 
1-2 yaşda başa çatır. Onurğa beyni liflərinin mielinləşməsi isə 3 
yaşa kimi qurtarır. Nadir hallarda mielinləşməsi 5-10 yaşlarına 
kimi davam edə bilər. 
İnkişafın aşağı pilləsində duran heyvanlarda beyin qabığını 
təşkil edən hüceyrələr  əsasən dənəli hüceyrələrdir. Piramid 
neyronlar ilk dəfə sürünənlərdə müşahidə edilmişdir, lakin bunlar 
hələ təkmilləşməmiş və az çıxıntılıdır. Sürünənlərdən sonra gələn 
heyvanlarda piramid hüceyrələrin sayı artır. 
İnsanın beyin qabığında nitqlə  əlaqədar olan sahələr vardır, 
insanabənzər meymunlarda bunlar yoxdur. Bütün bunlar göstərir 
ki, heyvan və insanın sinir sisteminin quruluşunda və 
funksiyalarında ümumi cəhətlərlə yanaşı fərqli cəhətlər də vardır. 
Qabığın somatik hissi (sensor) sahələrindən birincisi dəri və 
əzələ oynaq aparatının, ikincisi isə daxili orqanların reseptor 
aparatlarının proyeksiya olunduğu yerlərdir. Buraya həmçinin 
talamusun nüvələrindən müxtəlif afferent liflər də daxil olur (şəkil 
6.34).  
 
 
Şəkil 6.34. İnsanda beyin yarımkürələri qabığının somatosensor 
zonasında bədən hissələrinin proyeksiyası (Penfildə və Rasmussenə 
görə): 1-cinsiyyət üzvləri, 2-barmaqlar, 3-ayaq pəncəsi, 4-diz, 5-
 
256 
bud, 6-bədən, 7-boyun, 8-baş, 9-çiyin, 10-dirsək oynağı, 11-dirsək, 
12-said, 13-bilək, 14-əl, 15-çeçelə barmaq, 16-adsız barmaq, 17-
orta barmaq, 18-göstərici barmaq, 19-baş barmaq, 20-göz, 21-
burun, 22-üz, 23-üst dodaq, 24-dişlər, 25-alt dodaq, 26-damaq, çəeə 
və dişlər, 27-dil, 28-udlaq, 29-daxili üzvlər. 
 
Görmə analizatorunun qabıq mərkəzi  və ya qabıq 
qurtaracağı  hər iki yarımkürənin  ənsə payında, mahmız  şırımını 
əmələ  gətirən nahiyədə yerləşmişdir. Qabığın ilkin görmə 
sahəsinə impulslar bilavasitə ara, orta beyinin ön təpələrindən 
beynin xarici dizəbənzər cismindən və talamusdan daxil olur. 
Eşitmə analizatorunun qabıq mərkəzi  hər iki yarımkürənin 
gicgah payının köndələn qırışığında yerləşmişdir. 
Dadbilmə  mərkəzi.  Əsasən gicgah payının aşağı hissəsində 
qoxu mərkəzləri yaxınlığında dadbilmə yollarının qabıq mərkəzi 
yerləşir.  İnsanda dadbilmə  mərkəzi gicgah nahiyəsində, Silvi 
şırımında yerləşmişdir. 
Embrional inkişaf zamanı  əmələ  gələn qoxu qabarları qoxu 
beyninə başlanğıc verir. 
1-ci cüt kəllə beyin siniri olan qoxu siniri burunun selikli 
qişasının reseptor sahələrindən başlanıb beynin qoxu qabarlarında 
qurtarır. Qabarlardakı neyronların lifləri qoxu siqnallarını 
Ammon buynuzu və hippokamp qırışığındakı ali qoxu 
mərkəzlərinə ötürür.  
Qoxu mərkəzi yolunun birinci neyronu (iybilmə hüceyrələri) 
burunun selikli qişasında, ikinci neyronu isə qoxu soğanağında 
yerləşir.  İkinci neyronun çıxıntıları görmə qabarlarından 
(talamusdan) keçməyən qoxu reseptorlarının yolunu əmələ gətirir 
ki, bunun da lifləri qabığın ön armudvarı nahiyəsində qurtarır. 
Qabığın hərəki mərkəzi. Qabığın ali hərəki sahəsi Roland 
şırımının ön mərkəzi qırışığında cəmləşmişdir. Burada nəhəng 
piramid neyronlar yığılmışdır ki, onların aksonları onurğa beyninə 
enərək onun aralıq və hərəki neyronlarında qurtarır (şəkil 6.35). 
Sensor sahədə olduğu kimi burada da əsas sahəni  əl, üz, 
dodaq, dil əzələlərinin nümayəndəliyi, az sahəni isə, gövdə  və 
aşağı ətraf əzələlərinin nümayəndəliyi tutur. 
downloaded from KitabYurdu.org


 
257 
Qabığın premotor mərkəziHərəki mərkəzdən bir qədər öndə 
yerləşən qırışıq qabığın mərkəzi adlanır, burada iri piramidal 
neyronlar çoxdur, onların akson lifləri zolaqlı cismə, quyruqlu 
nüvəyə, qırmızı nüvəyə, qara maddəyə, beyincik nüvələrinə  və 
onurğa beyninin hərəki mərkəzlərinə daxil olur. 
Bir yarımkürənin premotor sahəsinin qıcıqlandırılması 
bədənin əks tərəfində əzələlərin yığılmasına səbəb olur. 
Qabığın assosiativ sahələri. Xarici mühitdən beyin qabığına 
gələn siqnallar təkcə onun hissi sahələrində deyil, onlarla təmasda 
olan digər neyronların ən çox cəmləşdiyi qabıq hissələri assosiativ 
sahələr kimi qəbul edilən sahələrdə də yayılır. 
Qabığın alın, təpə  və gicgah paylarının sahələri  ən güclü 
assosiativ mərkəzlər hesab olunur. 
Pişiyin beyin qabığının assosiativ sahəsində  eşitmə, görmə, 
proprioseptiv qıcıqları  qəbul və analiz edən neyronlar aşkar 
edilmişdir. 
 
Şəkil 6.35. İnsanda beyin yarımkürələri qabığının mərkəzi qırışığında 
hərəki funksiyaların proyeksiyası (Penfildə  və Rasmussenə görə): 1-
barmaqlar, 2-topuq, 3-diz, 4-bud, 5-gövdə, 6-çiyin, 7-dirsək, 8-bilək, 
9-əl, 10-çeçələ barmaq, 11-adsız barmaq, 12- orta barmaq, 13-
göstərici barmaq, 14-baş barmaq, 15-boyun, 16-qaş, 17-göz qapaqları 
və göz alması, 18-üz, 19-dodaqlar, 20-çənə, 21-dil, 22-qırtlaq, (18-22-
nitq funksiyaları ilə əlaqədar olan hərəki orqanlar). 
İnsanda görmə və eşitmə assosiativ sahəni tamamilə pozduq-
da korluq əmələ  gəlmir, ancaq xəstə gördüklərini qiymətləndirə 
 
258 
bilmir, oxuduğu sözlərin mənasını  dərk etməkdə  çətinlik çəkir, 
eşidilən sözlərin mənasını ayırd elə bilmir.  
 
6.21. Vegetativ və ya avtonom sinir sistemi 
 
Vegetativ funksiyaların sinir tənzimi.  Vegetativ və ya av-
tonom sinir sisteminin funksiyası daxili mühitin sabitliyini qoru-
maq və ya onu xarici mühitin dəyişən  şəraitinə uyğunlaşdır-
maqdır. 
İnsan və heyvan orqanizmi qidalanır, tənəffüs edir, onda 
maddələr, qazlar və enerji mübadiləsi baş verir, lazımsız maddələr 
bədəndən xaric olunur. Bütün bunlar vegetativ funksiyalardır. 
Bu sistemin tənəffüs, qan dövranı, maddələr mübadiləsi, qi-
dalanma, ifrazat, çoxalma və sairə kimi vegetativ prosesləri beyin 
yarımkürələrinin başcılığı ilə qeyri-iradi olaraq həyata keçirir. 
Somatik sinir sistemi skelet əzələlərinin iradi olaraq tənzim 
etməklə, vegetativ sinir sistemindən fərqlənir. Hər iki sistemin 
şöbələri qarşılıqlı əlaqə və təsirdə fəaliyyət göstərir.  
Vegetativ sinir sisteminin mərkəzləri sütun və onurğa beyn-
inin hər yerinə  səpilməyib, onların müəyyən nahiyələrində to-
plaşmışdır. Bu yerlər: 1) orta beyin, 2) uzunsov beyin, 3) onurğa 
beyninin döş və bel şöbəsi, 4) onurğa beyninin oma şöbəsi olmaq 
üzrə dörddür (şəkil 6.36, 6.37). 
Bundan başqa yuxarıda qeyd etdiyimiz kimi, ara beyin və uc 
beyninin zolaqlı cismində ali vegetativ mərkəzlər vardır ki, bu 
mərkəzlərin vəzifəsilə orqanizmin bir çox üzv və sistemlərinin 
fəaliyyətini birləşdirmək və nizama salmaqdır. Vegetativ sinir sis-
teminin orta və uzunsov beynində  və onurğa beyninin oma 
nahiyəsində yerləşən mərkəzlərindən çıxan lifləri parasimpatik 
sinir sistemini, onurğa beyninin döş  və bel nahiyələrində 
yerləşmiş  mərkəzlərindən çıxan və simpatik düyünlərdə  qırılan 
lifləri isə simpatik sinir sistemi əmələ gətirir. Vegetativ sinir sis-
teminin mühiti hissəsi uc hissəyə – simpatik, parasimpatik və en-
tral (bağırsaqların intramural neyronları bura aid edilir) bölünür. 
Vegetativ sinir sistemi ardıcıl birləşmiş iki tip neyronlardan 
downloaded from KitabYurdu.org


Yüklə 66,66 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə