Ə. H.Əliyev, F.Ə.Əliyeva, V. M. Mədətova



Yüklə 66,66 Kb.
Pdf görüntüsü
səhifə62/102
tarix17.11.2017
ölçüsü66,66 Kb.
#10957
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   ...   102

 
247 
beyinə  qədər neyron və sinir liflərinin tərkibinə  və düzülüşünə 
görə beynin digər törəmələrindən kəskin surətdə  fərqlənən 
anatomik törəmə yerləşmişdir. Mikroskop altında tor kimi görün-
düyünə görə  hələ keçən  əsrin ikinci yarısında O.Deyters həmin 
nahiyəyə torabənzər törəmə  və ya retikulyar formasiya adı ver-
mişdir. Onun neyronlarında çoxlu miqdarda afferent liflər qur-
tarır. Bu yollar bir tərəfdən beyin borusundan keçən uzun hissi lif 
dəstələrinin şaxələnmiş çıxıntıları, digər tərəfdən isə beynin yux-
arı şöbələrindən enən efferent sinirlərin çıxıntılarından ibarətdir. 
Belə ki, o, enən yollar vasitəsilə onurğa beynin reflektor 
fəaliyyətinə həm ləngidici, həm də fəallaşdırıcı təsir göstərə bilir. 
O, qalxan yollarla beyin yarımkürələri qabığına daha çox oyadıcı 
təsir göstərir. 
Retikulyar formasiya neyronları müxtəlif hormonlara, bir çox 
mübadilə məhsullarına, ayrı-ayrı kimyəvi birləşmələrə qarşı oldu-
qca həssasdır. Retikulyar formasiya beyində sanki yüksək fəallıq 
əmələ gətirən «qurğu» funksiyasını yerinə yetirir. 
Retikulyar formasiyadan gələn impulslar birbaşa onurğa 
beyninin hərəki neyronlarına ləngidici təsir göstərə bilir. 
Retikulyar formasiyada onurğa beyni hüceyrələrini 
fəallaşdıran neyronlar da vardır. 
Beyin sütunun yuxarı  şöbələrində retikulyar formasiyanın 
pozulması heyvanı dərin yuxu vəziyyətinə gətirir. 
Orta beyin beyin qabığına fəallaşdırıcı təsir göstərir. 
Orqanizmin reseptorlarından impulsları talamusa gətirən affer-
ent liflər retikulyar formasiyaya çoxlu miqdarda şaxələr verir. Bun-
dan əlavə, retikulyar formasiya beyincikdən, qabıqaltı düyünlərdən, 
limbik sistemdən və beyin yarımkürələri qabığından impulslar alır 
və onların fəallığını saxlamaqla yanaşı, eyni zamanda özü də 
onlardan daimi gələn impulsların təsirinə məruz qalır. 
Retikulyar formasiya qabıqaltı nüvələr və hipotalamusla sıx 
əlaqədədir. C.Oldsun təcrübəsi bunu bir daha sübut edir. O, siçan 
beyninin müxtəlif şöbələrinə – hippokampa, arxa hipotalamus və 
orta beynə xroniki elektrodlar yerləşdirib onları stimullaşdırıcı ci-
hazla birləşdirdi və heyvana elektrik dövrəsini açıb-bağlayan 
 
248 
tutqacı ayaqla basa bilmək imkanı yaratdı. Əgər elektrod arxa hi-
potalamusda və ya orta beynin retikulyar formasiyasının müəyyən 
nahiyələrinə düzgün yerləşdirilmişsə belə  qıcıqların heyvanın 
beyninə stimullaşdırıcı təsirindən heyvan həzz alırsa, heyvan onu 
basıb öz beyninin mərkəzlərini qıcıqlandıracaqdır. Siçan özünün 
digər fəaliyyət aktlarını  kəsərək onda o, tutqacı reflektor olaraq 
saatlarla basmaqla məşğul olacaqdır. Bu təcrübələrdən Olds belə 
qərara gəlmişdir ki, heyvanlarda orta və aralıq beynin bəzi nahi-
yələrinin qıcıqlandırılması müsbət, digər nahiyələrin 
qıcıqlandırılması isə  mənfi reaksiyalara səbəb olur. Belə beyin 
sahələri obrazlı olaraq «cənnət» və ya «cəhənnəm» nöqtələri ad-
landırılmışdır. 
Deməli, beyinin bu nahiyələrinin qıcıqlandırılması heyvanda 
mənfi emosiya (qorxu, hiddət və s.) əmələ gətirir. 
Retikulyar formasiyanın ayrı-ayrı hissələri tənəffüs 
hərəkətlərində, həmçinin ürək-damar sisteminin nizamlanmasında 
mühüm rol oynayır. 
Limbik sistemin funksiyası.  Limbik sistem beyin 
yarımkürələrindən başlayaraq aralıq beynə, hətta orta beynə qədər 
yayılmış geniş bir sahəni əhatə edir. Limbik sistemə hippokamp, 
parahippokampal qırışıq, qurşaq və qoxu payının filogenetik 
cəhətdən köhnə törəmələri, alın və gicgah paylarının alt hissələri 
və badamcıq aiddir. Limbik sistemin tərkibinə daxil olan qabıqaltı 
törəmələrə badamcıq (amiqdal), septal nüvələr, talamusun və hi-
potalamusun öz nüvələri (perioptik sahə) və mamillyar cisimcik 
aiddir. 
Limbik sistemə aid edilən bu törəmələr həm öz aralarında, 
həm də beynin digər  şöbələri ilə mürəkkəb qarşılıqlı  əlaqədədir. 
Ona görə  də, onları  şərti olaraq ayrıca sistem halında 
birləşdirmişlər. Qabıq və qabıqaltı limbik törəmələr hipotalamus 
və mamillyar cisimlər vasitəsilə orta beyinlə  əlaqələnir (şəkil 
6.30). 
downloaded from KitabYurdu.org


 
249 
 
 
Şəkil 6.30. Limbik sistem. A-limbik sistem dövrəsi: 1-qurşaq 
qırışığı; 2-döyənək cismi; 3-mərkəzi  şırım; 4-təpə payı; 5-mahmız 
şırımı; 6-ənsə payı; 7-hippokamp; 8-hippokampönü qırışıq; 9-
gicgah payı; 10-Qarmaq; 11-badamcıq; 12-qoxu soğanağı; 13-ön 
bitişmə; 14-alın payı.  B-limbik sistemin afferent və efferent 
əlaqələri. OBLS – orta beynin limbik sistemi: 1-qurşaq qırışığı; 2-ön 
talamus; 3-qurşaq; 4-tağ; 5-terminal xətt; 6-hippokamp; 7-
hippokampönü qırışıq; 8-gicgah qabığı; 9-məməcikli cisim; 10-
badamcıq; 11-hipotalamus; 12-uc beyinin medial dəstəsi; 13-qoxu 
soğanağı; 14-arakəsmə; 15-alın qabığı (C.Dudel və b.1985) 
Limbik sistemin əsas törəmələri hippokamp və amiqdaladır. 
Hippokampa, hətta limbik sistemin «ürəyi» də deyilir. 
Amiqdalektomiya məruz qalmış meymun sürünün digər 
üzvlərindən kənarlaşır, onlardan qaçır, narahat və iradəsiz olur. 
Limbik sistem hər fərd üçün xüsusi fizioloji əhəmiyyət qaza-
 
250 
nır, onun məqsədyönlü davranışını müəyyən edir, daim dəyişilən 
xarici mühit şəraitinə uyğunlaşmasını asanlaşdırır. Limbik sistem 
visseral, somatik və endokrin reaksiyalara da tənzimləyici təsir 
göstərir. 
Uc beyin – beyin yarmıkürələri, beyin yarımkürələri və 
onların funksiyaları. Neyroontogenezdə yarımkürələr sinir boru-
sunun ön hissəsində formalaşan iki yan qovuqcuqdan inkişaf edir. 
Mərkəzi sinir sisteminin, daha cavan şöbəsi beyin böyük 
yarımkürələri və onun qabığıdır (şəkil 6.5, 6.31, 6.32). Baş bey-
inin ən iri və mürəkkəb şöbəsi olan beyin yarımkürələrinin əmələ 
gəlməsi nəticəsində  mərkəzi sinir sisteminin ümumi morfofunk-
sional formalaşması başa çatır. 
 
 
 
Şəkil 6.31. Beyin yarımkürələri qabığında bəzi funksiyaların 
yerləşmə sxemi (K.Bıkova görə, 1956): I-onurğa və uzunsov beyin, 
II-beyin sütunu, III-beyin qabığı. 
downloaded from KitabYurdu.org


Yüklə 66,66 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə