Ə. H.Əliyev, F.Ə.Əliyeva, V. M. Mədətova



Yüklə 66,66 Kb.
Pdf görüntüsü
səhifə56/102
tarix17.11.2017
ölçüsü66,66 Kb.
#10957
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   102

 
223 
ağ qaytana oxşayır. Onurğa beyni yuxarıda uzunsov beyinə girir. 
Aşağıda isə 1-11 oma fəqərələri səviyyəsində konusvarı daralaraq 
büzdüm fəqərələri boşluğuna keçən sinir saçını əmələ gətirir. 
Onurğa beyni xaricdən sərt qişa ilə örtülüb, onun altındakı 
qişa hörümçək qişa, daxildəki qan damarları ilə zəngin olan qişa 
isə yumşaq qişa adlanır. Yumşaq və hörümçək qişalar arasında 
geniş limfa boşluğu vardır ki, o şəffaf servoz maye (beyin mayesi, 
likvor) ilə dolmuşdur. Onurğa beyninin boyun və bel 
nahiyələrində iki qalınlaşma nəzərə çarpır. O, uzununa ön və arxa 
şırımla sağ  və sol paya bölünmüşdür. Boz maddə daxildə, ağ 
maddə isə xaricdə yerləşmişdir. Boz maddə  H  hərfinə  və ya 
qanadlarını açmış kəpənəyə oxşayır. 
Boz maddənin ağ maddənin içərisinə girmiş hissəsinə onurğa 
beyni buynuzları deyilir. 
Boz maddə, bir cütü öndə, o biri cütü arxada olmaqla iki cüt 
buynuz əmələ gətirir. 
Onurğa beynindən arxa buynuzlar istiqamətində arxa köklər 
çıxır. Bu köklər cisimləri fəqərəarası düyünlərdə yerləşən hissi 
neyronların liflərindən ibarətdir. Arxa köklər vasitəsilə oyanmalar 
toxuma və orqanlardan onurğa beyninə daxil olur, ona görə  də 
onlara hissi köklər deyilir. Ön köklər vasitəsilə oyanmalar onurğa 
beynindən  əzələlərə  və başqa orqanlara verildiyi üçün onlar 
hərəki köklər adlanır. 
 
 
Şəkil 6.26. Onurğa beyninin ağ maddəsində  nəqledici yolların 
yerləşməsini göstərən sxem: 1-zərif dəstə, 2-pazaoxşar dəstə, 3-
 
224 
vergüləoxşar dəstə, 4-yan piramid dəstə, 5-dorzal onurğa beyni-
beyincik dəstəsi, 6-qırmızı nüvə onurğa beyin dəstəsi, 7-ventral 
onurğa beyni, 8-onurğa beyni-qabar dəstəsi, 9-onurğa beynin ön 
buynuzu, 10-dəhliz onurğa beyin dəstəsi, 11-ön sütunun piramid 
dəstəsi, 12-qısa onurğa beyin lifləri. 
 
Ön və arxa köklər onurğa beyninin yaxınlığında və çox vaxt 
fəqərəarası dəliklər bərabərliyində birləşərək qarışıq onurğa beyni 
sinirlərini əmələ gətirir. 
Döş nahiyəsində ön və arxa buynuzlar arasında yan 
buynuzlar  əmələ  gəlmişdir. Onurğa beyninin yan buynuzlarının 
boz maddəsində simpatik sinir sisteminin vegetativ mərkəzləri 
yerləşmişdir. Yan buynuzların hüceyrələri çıxıntılarla birlikdə ön 
köklərdən keçərək simpatik sinir sisteminin orqan və toxumalara 
gedən sinir yollarını təşkil edən ilkin neyronlar hesab olunur. 
Arxa buynuzlarda, boz maddənin ortasında və qismən ön 
buynuzlarda sütun və Holci hüceyrələri deyilən neyronlar 
yerləşmişdir. Holci neyronları çoxşaxəli çıxıntılara malik olub, 
demək olar ki, təkcə boz maddə daxilində  şaxələnir. Həmin 
şaxələr ön buynuzlarda olan hərəki neyronları arxa köklər 
vasitəsilə hissi neyronlarla rabitələşdirir, deməli, assosiativ 
neyronlar funksiyasını daşıyır. 
Onurğa beyni seqmentar quruluşa malikdir. Seqmentarlıq 
əsasən onurğa beyni boyunca boz maddənin yerləşməsində və on-
dan sinir köklərinin çıxması ardıcıllığında təzahür olunur. 
Seqment onurğa beyninin boz maddəsinin üzərində bir parça sinir 
olan hissəsinə deyilir. 
Deməli, bütün fəqərə boyunca, hər fəqərə səviyyəsində (büz-
düm fəqərələrindən başqa) bir onurğa beyni seqmenti 
yerləşmişdir.  İnsanda onların ümumi sayı 30-31-ə çatır. 
Seqmentlərin 8-i boyun və ya servikal (C), 12-i döş və ya torokal 
(Th), 5-i bel və ya lümbal (L), 5-i oma və ya sakral (S) seqmenti-
dir. Hər seqmentdən bir ön və bir arxa sinir kökü çıxır, onlar 
fəqərəarası  dəliklər səviyyəsində birləşərək qarışıq onurğa beyn-
inin sinirlərini  əmələ  gətirir. Beləliklə, onurğa beynində 31 cüt 
sinir çıxır ki, bunların tərkibində  həm hissi, həm də  hərəki sinir 
downloaded from KitabYurdu.org


 
225 
lifləri vardır. Bu sinirlər baş  əzələlərindən başqa bədənin bütün 
skelet əzələlərini və daxili orqanları sinirləndirir. 
Onurğa beyninin arxa köklər mərkəzəqaçan, hissi (afferent və 
ya sensor), ön köklər isə  mərkəzdənqaçan hərəki (efferent və ya 
motor) sinir liflərindən ibarətdir. Bu funksional fərqi ilk dəfə Bell 
və Majandi tərəfindən müəyyən edildiyindən ona onurğa beyin 
köklərinin paylanmasının Bell-Majandi qanunu deyilir. Bu 
qanunu təcrübədə yoxlamaq üçün onurğa beynin ayrı-ayrı 
köklərini kəsməklə və yaxud onları elektrik qıcığı ilə qıcıqlandır-
maqla yaranan reaksiyaların xarakterini müəyyən etmək lazımdır. 
Spinal  şok.  Onurğa beynin köndələn olaraq tam kəsilməsi 
spinal şoka səbəb olur. Bu zaman kəsilən yerdən aşağıdakı bütün 
sinir mərkəzlərinin oyanıqlığı  zəifləyir, reflektor funksiyalar itir. 
Kəsilən yerdən yuxarı  mərkəzlər isə öz funksiyalarını saxlayır. 
Məsələn, onurğa beyninin diafraqma sinirinin aşağı nahiyəsindən 
kəsilməsi, kəsikdən aşağıda yerləşən mərkəzlərdə onurğa beyin 
reflekslərinin sönməsinə  səbəb olur. Bununla belə diafraqmanın 
tənəffüs mərkəzləri diafraqmanı innervasiya edən hərəki ney-
ronları ritmik impulslarla təmin edir. 
Bədbəxt hadisələr zamanı insanda onurğa beyni müəyyən 
nahiyələrdə  zədələnə bilər. Zədə çox böyük deyilsə  və ölümlə 
nəticələnmirsə  xəstə  təxminən üç həftə  ərzində  şok vəziyyətində 
qalır. Sonra şok vəziyyəti keçdikcə onurğa beynin reflektor 
fəaliyyəti tədricən bərpa olunur.  
Onurğa beyni orqanizmin bir çox üzv və sistemlərinin 
fəaliyyətini tənzim edən  əsas reflektor mərkəzlərdən biridir. Bu 
baxımdan onurğa beyni mərkəzi sinir sistemində funksiyaları işə 
salan başlıca işçi mərkəzdir. Məsələn, I və II döş seqmentləri 
səviyyəsində  bəbək daraldıcı  və genəldici mərkəz, döş  və bel 
seqmentləri səviyyəsində  tər ifrazı, damargenəldici və daraldıcı 
(vazomotor) mərkəzlər, oma seqmentləri səviyyəsində sidik-
tənasül orqanlarının və düz bağırsağın reflektor mərkəzləri 
yerləşmişdir. Diz refleksi və digər bükücü hərəki reflekslər, 
həmçinin, onurğa beyninin bilavasitə iştirakı ilə həyata keçir. Bütün 
onurğa beyin mərkəzlərinin baş beynin hərəki və vegetativ 
 
226 
mərkəzlərinə tabedir. 
 
6.18. Onurğa beyninin nəqledici yollarının funksiyaları 
 
Onurğa beyninin əsas funksiyalarından biri oyanmaları  nəql 
etməkdir. Afferent sinirlərlə onurğa beyninə gələn hissi oyanma-
lar hərəki neyronlara ötürülməklə yanaşı, nəqledici yollar 
vasitəsilə baş beynin müxtəlif şöbələrinə daxil olur. Eləcə də baş-
beyində əmələ gələn impulslar enən sinir yolları vasitəsilə onurğa 
beynində yerləşən effektor neyronlara ötürülür. 
Onurğa beyninin anatomik quruluşundan göründüyü kimi, 
aparıcı yollar onun ağ maddəsinin arxa sütunlarında və yan 
sütunların xarici hissələrində, gətirici yollar isə ön sütunda və yan 
sütunların daxili tərəfində yerləşmişdir. 
Qalxan nəqledici hissi yollara aşağıdakı lif dəstələri aiddir: 
Arxa sütunun qalxan yollarına – Nazik dəstə (Holl 
dəstəsi).  Bədənin aşağı hissəsinin və  aşağı  ətrafların reseptor-
larından lamisə  təzyiq və  əzələ-dayaq hissiyyatı (proprioseptiv) 
siqnalları nəql edir. 
Pazvarı dəstə (Burdax dəstəsi). Bədənin yuxarı hissəsinin və 
yuxarı  ətrafların reseptorlarından lamisə  və proprioseptiv siqnal-
ları daşıyır. 
Yan sütunların qalxan yollarına – Arxa onurğa beyni-be-
yincik yolu (Fleksii dəstəsi).  Onurğa beyninin hissi köklərindən 
başlanır və beyinciyin qabıq hissəsinə daxil olur, beyinciyə pro-
priosetiv siqnalları nəql edir. 
Ön onurğa beyni-beyincik yolu (Hovers dəstəsi). Fleksi 
dəstəsi kimidir, lakin onurğa beyninin ön tərəfində yerləşən arxa 
buynuzlardan başlanır. 
Onurğa beyni-talamus yolu.  Onurğa beyninin yan 
buynuzlarından başlayıb baş beynin görmə qabarları sahəsinə 
qalxır. Temperatur, ağrı, lamisə və təzyiq siqnallarını daşıyır. 
Dəstələrdəki lifləri qısa və uzun liflərə bölürlər. Qısa liflər 
arxa sütunun tərkibində bir neçə seqment qalxaraq onurğa beyn-
inin boz madəsinə daxil olur və onun refleks qövslərinin ya aralıq 
downloaded from KitabYurdu.org


Yüklə 66,66 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə