Ə. H.Əliyev, F.Ə.Əliyeva, V. M. Mədətova



Yüklə 66,66 Kb.
Pdf görüntüsü
səhifə52/102
tarix17.11.2017
ölçüsü66,66 Kb.
#10957
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   102

 
207 
Beləliklə, mərkəzi sinir sistemində antaqonist mərkəzlərin 
mövcudluğu müəyyənləşdirildi. 
Sinir mərkəzlərinə  gəlincə Vvedenski 1896-cı ildə müəyyən 
etmişdir ki, beyin qabığının müxtəlif nöqtələrindən bədənin hər 
bir əzələsinə, o əzələnin fəal və ya sakit halından asılı olmayaraq 
belə, ləngidici səciyyəvi təsir göstərmək olar. Əzələ sakit hal-
dadırsa, o zaman beyin qabığında, hərəkət nöqtəsinin 
qıcıqlandırılması onun fəaliyyətə  gəlməsinə, fəal haldadırsa, 
həmin qıcıq əzələnin boşalmasına səbəb olur. 
Mərkəzi sinir sistemində induksiya hadisəsini  Şerrinqiton 
öyrənmişdir. Məlum olmuşdur ki, ardıcıl induksiyanın mənfi və 
müsbət induksiya adlanan dövrləri vardır. Mərkəzlər arasında qar-
şılıqlı təsirdən asılı olaraq, əgər bükücü əzələlərə sinir impulsları 
göndərən mərkəz qıcıq verməklə oyandırılarsa, onda açıcı 
əzələlərin mərkəzi ləngiyir. Mərkəzlər arasındakı belə qarşılıqlı 
təsirə ardıcıl induksiya deyilir. Oyanmadan sonra mərkəzin 
ləngimə qabiliyyətinin artmasına mənfi induksiya, ləngimədən 
sonra isə  həmin mərkəzin oyanma qabiliyyətinin yüksəlməsinə 
müsbət induksiya deyilir. Deməli, mərkəzi sinir sistemində məkan 
və zaman daxilində oyanma ləngimə ilə, ləngimə isə oyanma ilə 
əvəz olunur. Bunu Şerrinqtonun təcrübəsindən də müşahidə 
etmək olar. Belə ki, o heyvanın pəncəsinə qüvvətli qıcıq 
verməklə, qaşınma refleksinin ləngidiyini – mənfi induksiya; 
qıcıq kəsilən kimi isə refleksin qüvvətləndiyini – müsbət induk-
siya, müşahidə etmişdir. 
 «Ötürülmə» fenomeni və ritmik reflekslər. Ötürülmə re-
fleksi dedikdə, bir refleksin dərhal başqa  əks refleksə keçməsi 
nəzərdə tutulur. Belə ki, qüvvətli bükücü refleks verən qıcıq 
kəsildikdən sonra, həmin ətrafın açıcı əzələləri təqəllüsə gəlir və 
bükülmüş ətrafın açılmasına səbəb olur. 
Zəncir reflekslər. Hər hansı bir ətraf büküldükdən sonra, öz-
özünə də açılır. Demək, bir refleks ikinci refleksin, ikinci refleks 
isə onun əksinə olan üçüncü, dördüncü və i.a. reflekslərin mey-
dana çıxmasına səbəb olur. Digər refleksi törədən və onun yerinə 
keçən bu cür mürəkkəb reflektor hərəkət aktları zəncir refleksləri 
 
208 
adlanır. 
Zəncir reflekslərə onurğa beyni kəsilmiş it üzərində aparılan 
təcrübələri misal göstərmək olar. Belə itlərdə bir qıcığa qarşı arxa 
ətrafın  əzələləri normal yeriş zamanı müşahidə olunan bir sıra 
ritmik hərəkətlər verir. 
Ritmik reflekslər. Bəzən zəncir refleksləri zamanı eyni sadə 
reflektor aktlar müəyyən ardıcıllıqla, ritmik şəkildə  təkrarlanır. 
Belə reflekslər ritmik reflekslər adlanır. Qurbağanın silmə reflek-
sini, itin qaşınma refleksini və s. buna misal göstərmək olar. 
Qayıdan  əlaqə prinsipi. Bu və ya digər afferent 
qıcıqlandırıcılarla törədilən bütün hərəki aktlar əzələlərdə, 
vətərlərdə və oynaq kisələrində yerləşən propreoreseptorların oy-
anması ilə müşayiət olunur. Bunlardan sinir impulsları  mərkəzi 
sinir sisteminə daxil olur. Əgər insanın yerişi görmə ilə  tənzim 
olunursa, onda proprioreseptor impulslara görmə siqnalları da qo-
şulur. Digər tərəfdən hərəkət hər hansı bir səsin (məsələn, bar-
maqlar royalın dillərini sıxırsa)  əmələ  gəlməsinə  səbəb olursa, 
onda mərkəzi sinir sisteminə səs siqnalları daxil olur. 
Orqanizmdə orqanlar və toxumaların fəaliyyəti nəticəsində 
meydana çıxan belə impulslar ikinci afferent impulslar adlanır ki, 
bunlar da orqanizmin və ya onun ayrı-ayrı hissələrinin 
fəaliyyətinə  səbəb olan birinci impulslardan fərqlənir.  İkinci af-
ferent impulsların koordinasiya hadisəsinin mexanizmində çox 
böyük əhəmiyyəti vardır. 
İkinci afferent impulsların həyata keçirdiyi funksiya texni-
kada «qayıdan əlaqə» adını almışdır. 
Qayıdan  əlaqə müsbət və  mənfi ola bilər. Müsbət qayıdan 
əlaqə o vaxt baş verir ki, periferiyadan gələn impulslar hər hansı 
reflektor reaksiyaları gücləndirir.  İmpulsların reflektor reaksiya-
ları ləngitməsi mənfi qayıdan əlaqə adlanır. Çox vaxt müsbət və 
mənfi qayıdan əlaqələr birlikdə fəaliyyət göstərir. Belə ki, skelet 
əzələlərində meydana çıxan hər hansı refleks bir mərkəzi oyadır, 
digərini isə  ləngidir. Sinir mərkəzlərilə  işçi aparat arasındakı bu 
cür  əlaqə qanunauyğun  şəkildə effektlərin, başqa sözlə, 
hərəkətlərin baş verməsinə səbəb olur. 
downloaded from KitabYurdu.org


 
209 
 
6.13. Divergensiya, konvergensiya 
və okklüziya 
 
Eyni bir afferentin başqa neyronlara şaxələr verməsinə diver-
gensiya deyilir.  
Periferik reseptorların afferentləri öz yolunda və  mərkəzi 
sinir törəmələrində çoxlu yan kollateral və uc şaxələri verərək 
müxtəlif aralıq və efferent neyronlarla əlaqələnir. 
Görmə, eşitmə, açlıq və s. haqqında olan sinir impulslarının 
beyin qabığının hərəki şöbəsinin piramid nahiyəsinin neyronlarına 
daxil olduğunu ilk dəfə Ç.S.Şerrinqton müəyyən etmişdir. Eyni 
neyrona müxtəlif mənbələrdən sinir impulsları daxil olması kon-
vergensiya prinsipi adlanır. Deməli, konfergensiya müxtəlif 
afferentlərin eyni bir aralıq və ya efferent neyronda, yaxud da 
mərkəzi sinir sisteminin müəyyən bir məhdud sahəsində qur-
tarmasıdır. Bu halda ən müxtəlif reseptorlardan və beyin 
şöbələrindən gələn oyanmalar bir yerə konvergensiya olunur 
(şəkil 6.22, B). Mərkəzi sinir sistemində  əksər motoneyronlar 
külli miqdarda afferent neyronlardan impulslar alır. 
Konvergensiya məkan daxilində summasiyanı  və okku-
lyuziya hadisəsini aydınlaşdırır. Müəyyən edilmişdir ki, iki 
müxtəlif mənbədən gələn qıcıqların təsirinə qarşı substratın 
cavabı, qıcıqların eyni anda və ya tək-tək verilməsindən asılı olur. 
Belə ki, bir vaxtda verilən qıcıqlara tək qıcığa qarşı olan reaksi-
yadan artıq cavab alınır. Qıcığa cavablarının cəmindən az olur. 
Məsələn, itin bir ətrafında 1-ci dizaltı sinirini maksimum 
qıcıqlandırdıqda ön qamış  əzələsinin 1,57 kq, 2-ci dizaltı siniri 
qıcıqlandırdıqda 1,58 kq qüvvədə təqəllüs baş verir. Hər iki siniri 
eyni vaxta qıcıqlandırdıqda isə  əzələ 1,81 kq qüvvə ilə  təqəllüs 
edir. Belə bir effektin konvergensiyadan asılılığı şəkil 6.22-də ay-
dın görünür. 
İki mənbə eyni vaxtda qıcıqlandırıldıqda alınan cavabın 
həmin mənbələri tək-tək qıcıqlandırdıqda alınan cavabların 
cəmindən az olmasına funksional okklüziya deyilir. 
 
210 
 
 
 
Şəkil 6.22. Okklüziya hadisəsini  əks etdirən sxem: (S.Şerrinqtona 
görə) Dairə daxilində çoxlu miqdarda hərəki hüceyrələr verilmişdir. 
Altı hüceyrə onlardan xaric olanaksonlarla göstərilmişdir. A və B-
hərəki neyrona periferiyadan oyanmanı gətirən sinir lifləri; Maksimal 
qıcıqlanmada A və B lifi ilə  gələn impuls 4 neyronda oyanma baş 
verir. Eyni vaxtda oyandıqda isə 6 neyron oyanır. 
 
Əgər iki mənbəyi qıcıqlandırdıqda qıcığın qüvvəsi zəifdirsə, 
qıcıq qapısından aşağıdadırsa məkan daxilində yekunlaşma, 
əksinə, qıcıq qüvvəlidirsə funksional okklüziya baş verir. 
 
6.14. Oyanmanın irradiasiyası 
 
Mərkəzi sinir sistemində oyanmanın yayılması  irradiasiya 
adlanır.  İrradiasiya sayəsində ayrı-ayrı neyronlar bir-birilə 
qarşılıqlı əlaqəyə girə bilir. 
Oyanmanın onurğa beynində irradiasiya etməsi qurbağa 
üzərində göstərilmişdir. Qurbağanın yan tərəfinə turşu ilə 
isladılmış kağız parçası qoyduqda qıcıqlanan tərəfdəki  ətraf 
təqəllüs edərək silmə refleksi verir. Ətrafın hərəkətinə mane 
olunursa, dərinin qıcıqlanması  əks tərəfdəki  ətrafın hərəkətinə 
səbəb olur.  
Şübhəsiz, bu hadisəni sabit və dəyişməz iki neyronlu refleks 
downloaded from KitabYurdu.org


Yüklə 66,66 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə