Ə. H.Əliyev, F.Ə.Əliyeva, V. M. Mədətova



Yüklə 66,66 Kb.
Pdf görüntüsü
səhifə50/102
tarix17.11.2017
ölçüsü66,66 Kb.
#10957
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   102

 
199 
kəsildikdən sonra diafraqmanın itirdiyi ritmik tənəffüs hərəkətləri 
yenidən bərpa olunmağa başlanmışdır. 
Üz sinirinin iflici kimi bəzi xəstəliklər zamanı insanda da, 
müxtəlif əhəmiyyətli vəzifə daşıyan sinirlər bir-birinə tikilmişdir. 
Bu zaman qonşu sinirlərdən birisinin mərkəzi ucu iflic olmuş 
sinirin ucqar ucuna tikildiyindən, nəticədə üz əzələlərinin 
hərəkətləri və sinirlənməsi tamamilə bərpa edilmişdir. 
Sinir mərkəzlərinin refrakterliyi. Sinir mərkəzlərinin 
xassələrindən doqquzuncusu, onların refraktor dövrünün sinirlərə 
nisbətən daha uzun olmasıdır. 
Məlum olduğu kimi hər bir oyanmış hüceyrə müəyyən 
müddət
 
yeni qıcığa qarşı refrakter halda (oyanmamazlıq dövründə) olur. 
Məsələn, hərəki sinirin refrakter dövrü 2 milli/san, skelet 
əzələsinin refrakter dövrü isə 5 milli/san-yə bərabərdir. Refrakter 
dövr sinir mərkəzlərində  də müşahidə olunur. Lakin fərq 
orasındadır ki, burada refrakter dövr çox uzun sürür. Məsələn, 
bəzi tədqiqatçıların məlumatına görə onurğa beyni mərkəzlərinin 
mütləq refrakter dövrü 16 milli/san, digərlərinə görə 10 milli/san, 
bu dövr hətta 30 milli/saniyəyə  bərabərdir. Pişiyin onurğa beyin 
mərkəzlərinin nisbi refrakter dövrü 0,1-1 saniyə və bəzi hallarda 
daha çox olur. 
Sinir mərkəzlərinin fizioloji xüsusiyyətlərindən onuncusu, 
onların sinir liflərindən fərqli olaraq çox tez yorulmasıdır. 
Sinir liflərindən fərqli olaraq sinir mərkəzləri daha tez 
yorulur. Afferent sinirin uzun müddət qıcıqlanması reflektor 
reaksiyaların tədricən zəifləməsinə, sonralar isə tamamilə 
kəsilməsinə  səbəb olur. N.E.Vvedenski afferent siniri 
qıcıqlandırdıqdan 10-40 saniyə sonra reflektor reaksiyanın 
zəiflədiyini və tamamilə  kəsildiyini müşahidə etdikdən sonra 
qıcığı qonşu afferent sinirə keçirərək refleks əmələ  gətirdiyini 
müşahidə etmişdir. Bu şəraitdə  əvvəlcə sinir mərkəzinin 
yorulduğunu isbat etmək üçün bilavasitə  əzələyə gedən efferent 
siniri qıcıqlandırmaq kifayətdir. Buna cavab olaraq əzələ təqəllüs 
edəcəkdir. 
N.E.Vvedenski xüsusi təcürbələrlə refraktor təsir nəticəsində 
 
200 
əzələ yorulmasını müşahidə etmişdir.  Əvvəlcə  kəsilmiş oturaq 
sinirin afferent sinirini qıcıqlandırmaqla yorulma əldə etmişdir. 
Sonra efferent siniri qıcıqlandırdıqda  əzələ  əvvəlki qayda ilə 
təqəllüs etmişdir. Deməli,  əvvəlcə  mərkəz, sonra mionevral 
sinaps, sonra əzələ yorulur, sinirlər isə demək olar ki, 
yorulmazdır. 
Tədqiqatçılar göstərir ki, onurğa beyni kəsilmiş itdə qaşınma 
refleksinin davam etdiyi müddətdə qıcığı dərinin bir nöqtəsindən 
digərinə köçürdükdə 300-400 qaşınma hərəkəti alınır. Halbuki, 
dərinin eyni nöqtəsi qıcıqlandırıldıqda az müddətdən sonra 
qaşınma hərəkətlərinin arası  kəsilir. Bu təcrübələr göstərir ki
yorulma hadisəsi refleks qövsünün efferent hissəsinə  qədər olan 
sahəsində baş verir. 
A.A.Uxtomskinin fikrinə görə  ən tez yorulan birinci hissi 
neyrondur. Başqalarına görə isə ikinci neyron, yəni hissi neyronla 
hərəki neyron arasında yerləşmiş ara neyron tez yorulur. 
Yorulma zamanı sinir mərkəzlərində baş verən fiziki-kimyəvi 
dəyişikliklərin təbiəti bu vaxta qədər tamam 
aydınlaşdırılmamışdır. Çox ehtimal ki, sinir mərkəzlərinin 
yorulması, yalnız o mərkəzlərdə baş verən dəyişikliklərlə deyil, 
eyni zamanda beyin qabığının halı  və bütün orqanizmdə gedən 
maddələr mübadiləsindəki dəyişikliklərlə  əlaqədardır. Deyilənə 
görə neyronlararası sinapslarda əlaqənin pozulmasıdır. 
Sinir mərkəzlərinin fəaliyyətindəki xüsusiyyətlərdən biri də 
subordinasiya, yəni tabelikdir. Normal fizioloji şəraitdə, mərkəzi 
sinir sisteminə  gələn hər bir impuls, beyin yarımkürələrinin 
qabığına qədər hərəkət edir. Morfoloji və fizioloji tədqiqat 
göstərir ki, bu zaman sinir impulsu ardıcıl surətdə bir-birilə 
birləşmiş bir sıra neyrondan keçir. Eləcə  də  mərkəzi sinir 
sisteminin ali şöbələrində doğan impulslar, üzvlərə  gəlincəyə 
qədər bir-birilə  əlaqədar bir sıra neyronlardan keçməlidir. Bu 
neyronlardan nisbətən aşağıda olanı, nisbətən yuxarıda olanına 
tabedir və daima onun təsiri altındadır. Lakin bununla bərabər
hər bir neyron müəyyən dərəcəyə  qədər müstəqil fəaliyyətə 
qabildir. Hər bir neyron, onun çıxıntısından ayrılan  şaxələr və 
downloaded from KitabYurdu.org


 
201 
saysız-hesabsız kollateral liflər vasitəsilə bir qrup neyrona təsir 
göstərir. 
Sinir hüceyrələri arasında olan bu cür qarşılıqlı  əlaqə 
sayəsində beyinin mərkəzləri onurğa beyinin neyronlarından bir 
çoxunun fəaliyyətini özünə tabe edir və bu fəaliyyəti özündə 
birləşdirir. Məsələn, uzunsov beyində olan vazomotor mərkəz 
onurğa beynindəki vazomotor mərkəzi, orta beyində yerləşmiş və 
bədəndəki  əzələlərin tonusunu nizama salan mərkəz, onurğa 
beynində olan ayrı-ayrı  əzələ  və  əzələ qruplarının mərkəzini 
özünə tabe edir və onların fəaliyyətini nizama salır. 
Bunların da vəzifələrini nizama salan ali mərkəz, beyin 
yarımkürələrinin qabığında yerləşmişdir. 
Sinir mərkəzlərin tonusu. Elektrofizioloji tədqiqatlar göstərir 
ki, sinir mərkəzlərindən müvafiq orqanlara və toxumalara impulslar 
selinin axını  nəinki reflektor reaksiyalar zamanı, habelə sakit 
vəziyyətdə də davam edir. Sinir mərkəzlərindən mühitə gələn tək-
tək impulslar skelet əzələlərini və damarları tonusda saxlayır. 
Sinir mərkəzlərinin belə daimi oyanmış vəziyyətdə olması si-
nir mərkəzlərinin tonusu adlanır. Bunun əmələ gəlməsində fasiləsiz 
olaraq reseptorlardan mərkəzi sinir sisteminə  gələn afferent 
impulslar, eləcə  də müxtəlif humoral qıcıqlandırıcılar (hormonlar, 
CO
2
 və sair) iştirak edir. Sinir mərkəzlərinin tonusunu təmin edən 
afferent impulsların rolunu Brondjestin təcrübəsilə göstərmək olar. 
Əgər qurbağanın arxa pəncəsini sinirləndirən onurğa beyni 
hissi seqmentləri kəsilərsə bu zaman hərəki sinirlərin kəsilməsi 
zamanı baş verən proses, yəni  əzələ tonusunun itməsi müşahidə 
olunur. Bu isə əzələlərdən və başqa periferik reseptorlardan gələn 
afferent impulslarla həyata keçirilir. 
Sinir mərkəzləri funksiyalarının oksigen təminatından 
asılılığı. Sinir mərkəzlərinin başlıca xüsusiyyətlərindən biri də 
qaz mübadiləsinin və qan dövranının ən kiçik dəyişikliklərinə çox 
həssas olmasıdır. 
Məsələn, sinir toxuması daha çox oksigen sərf edir. İtin 100 
qram beyninə bir dəqiqədə 10 ml, eyni miqdar qaraciyərə 10 dəfə, 
əzələyə isə 22 dəfə az oksigen lazım gəlir.  İnsan beyninin 
 
202 
oksigenə  tələbatı daha çox olur. Qısa müddət  ərzində beyin qan 
dövranının dayanması  nəticəsində, bəzən adam huşunu itirir. Ən 
çox beyin yarımkürələrinin qabığı qan dövranı pozğunluğuna tab 
gətirmir, 5-6 dəqiqə ərzində hüceyrələr tələf olurlar. 
Sinir hüceyrələri və sinapslar bəzi zəhərlərə qarşı seçici 
həssaslığa malikdir. 
Strixinin təsirindən ləngidici hüceyrələrin funksiyası 
blokadaya alınır və  nəticədə  mərkəzi sinir sisteminin oyanma 
qabiliyyəti artır. Kiçik dozada strixinin yeridilmiş heyvan hətta 
zəif qıcıqlara belə çox şiddətli cavab verməyə başlayır. 
Sinapslarda oyanmanın keçməsini ləngidən preparatlara 
qanqlioblokatorlar deyilir. Sinapslar zəhərlərin təsirinə çox 
həssasdır. Məsələn, kurare nikotinə həssas, atropin isə muskarinə 
həssas sinapsları sıradan çıxarır. 
 
6.11. Mərkəzi sinir sistemində ləngimə 
 
Mərkəzi sinir sistemində ləngimə hadisəsi isə ilk dəfə 1862-ci 
ildə rus fiziologiyasının banisi İ.M.Seçenov tərəfindən kəşf 
edilmişdir. Bunun üçün Seçenov qurbağanın beyin 
yarımkürələrini çıxardıqdan sonra, pəncəsini 0,5% HCl 
məhluluna salaraq refleks vaxtını  təyin etmişdir. Sonra görmə 
qabarları üzərinə duz kristallarını qoymuş və bir müddətdən sonra 
həmin refleksin vaxtını  təyin etdikdə onun xeyli uzandığını 
müşahidə etmişdir. Beləliklə, Seçenov fiziologiya tarixində ilk 
dəfə olaraq sinir sistemində  ləngimə hadisəsinin olduğunu 
müəyyən etmişdir. Seçenov belə güman edirdi ki, mərkəzi sinir 
sistemində görmə qabarları nahiyəsində beyində  ləngimə 
mərkəzinin olduğunu müəyyən etdi. 
F.Hols görmə qabarlarını  çıxarmaqla onurğa beyni 
reflekslərinin ləngidiyini təcrübə ilə isbat etdikdən sonra, beyində 
ləngimə mərkəzinin olmasının əleyhinə çıxdı. Qurbağa üzrərində 
təcrübə aparmaqla müəyyən edilmişdir ki, quruldama refleksi 
almaq üçün döşün yan səthindəki dəriyə yüngülcə  təzyiq 
göstərmək kifayətdir. Onu ləngitmək üçün isə  pəncənin dərisini 
downloaded from KitabYurdu.org


Yüklə 66,66 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə