Ə. H.Əliyev, F.Ə.Əliyeva, V. M. Mədətova



Yüklə 66,66 Kb.
Pdf görüntüsü
səhifə46/102
tarix17.11.2017
ölçüsü66,66 Kb.
#10957
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   102

 
183 
dendritilə rabitəyə girir. 
3) Akso-aksonal – iki neyronun aksonları arasında əmələ gələn 
sinaps əlaqə formasına deyilir. 
4) Dendro-dendritik – iki neyronun dendritləri arasında əmələ 
gələn sinaps əlaqə formasına deyilir. 
Üzv sinapslarına neyromuskulyar və neyroepitelial (neyrosek-
retor) sinapslar aid edilir. 
2. Elektrofizioloji xüsusiyyətlərinə görə oyandırıcı və ləngidici 
sinapslar ayırd edilir. 
3. Neyrokimyəvi xüsusiyyətlərinə görə xolinergiq, adrenergiq 
və serotoninergiq sinapslar təsnif olunur. 
Bütün xolinergiq sinapslarda mediator asetilxolin, adrenergiq 
sinapslarda isə adrenalin, noradenalin və ya simpatindir. Serotin-
ini (və ya 5 oksitiramini) və 
γ-amino yağ turşusunu da mediator-
lara aid edirlər. Serotonin hipotalamusun bəzi neyronlarında oy-
anmanın ötürülməsində iştirak edir. 
Sinapsda iki membran – pere və postsinaptik membran və 
onlar arasında eni 100-150 A° olan və onları bir-birindən ayıran 
sinaptik yarıq olur. 
Sinapslar oyanmanı bir istiqamətdə – aksondan onunla əlaqəyə 
girmiş neyrona ötürür. 
Sinapsın köməyilə neyron 60 minə  qədər digər neyronla 
əlaqəyə girə bilər. Adətən bir neyron üzərində azı 1200-1800 
sinaps ola bilər. 
Elektrik sinapsı – ibtidai heyvanların sinir sistemi üçün səciy-
yəvidir, iki membran arasında məsafə 20 A°-2 Nm olan 
istiqamətdə ötrür. 
Kimyəvi sinaps peresinaptik və postsinaptik membran arasında 
məsafə 10-50 Nm olması, peresinaptik sahədə çoxlu mediator 50 
Nm vezikulların yerləşməsi və  hər sinapsda çoxlu mediator 
fəaliyyət göstərməsi ilə xarakterizə olunur. 
Sinaptik reseptorlar. Sinaptik reseptorlar haqqında olan təlim 
mediatorların postsinaptik membrana təsir mexanizmini başa 
düşməyə imkan verir. Hazırda müxtəlif mediatorların təsirini 
qəbul edən bir sıra membran reseptorları ayırd edilmişdir. Onlara 
 
184 
asetilxolin, noradrenalin və ya adrenalin, serotonin qamma-amin 
yağ turşusu və başqaları aiddir. 
Reseptorla əlaqəyə girən mediator burada ya parçalanır ya da 
sinaptik ötürülmədə  təkrar istifadə olunur. Təsir göstərən 
asetilxolin postsinaptik sahədə xolinə və asetata parçalanır. Reak-
siyanı asetilxolinesteraza (AXE) fermenti kataliz edir. Reaksiya 
dönəndir: əmələ gələn xolin və asetat yenidən presinaptik sahəyə 
diffuziya edərək asetilxolinin yeni ehtiyatlarının sintezinə sərf ol-
unur. 
Oyanmaların hüceyrəarası verilməsində müasir 
məlumatlar.  Sinaptik ötürmə üçün xüsusi mexanizm lazımdır. 
Kimyəvi sinapslar üçün xüsusi maddə – mediator, amma elektrik 
sinapsların da cərəyanın xüsusi paylanması tələb olunur. Kimyəvi 
sinapslar daha çox maraqlıdırlar, belə ki, onlar hüceyrələrin çox 
mürəkkəb qarşılıqlı  təsirlərini təmin edirlər. Buna görə  də 
kimyəvi sinapsları biz daha diqqətlə nəzərdən keçirəcəyik. 
Kimyəvi sinapslarla oyanmanın ötürülməsi. Kimyəvi sinap-
sların  ən mühüm komponentləri sxematik olaraq şəkil 6.18-də 
verilmişdir. Fəaliyyət cərəyanı sinir hüceyrəsinin «presinaptik» 
ucunu depolyarizə edir. Bu – lokal olaraq ondan pre- və 
postsinaptik hüceyrələr arasında olan yarığa «mediatorun» (ar-
alıq-maddə) ifraz olunmasına səbəb olur. 
Mediator postsinaptik hüceyrənin plazmatik membranına daxil 
olur. Orada o spesifik reseptorlarla əlaqəyə girir; nəticədə mem-
branda ion kanalları açılır. Onlardan keçən ion cərəyanı 
postsinaptik hüceyrənin membran potensialını  dəyişir və onu 
fəaliyyət cərəyanı əmələ gələn hədd səviyyəsinə qədər depolyari-
zasiya edir. 
Sinir lifinin fəaliyyət cərəyanı sinaps önünün ucunu 
deporyarizə edir. Nəticədə ondan mediator xaric olur, hansı ki, 
sinaptik yarığa (mediator) daxil olur və postsinaptik hüceyrənin 
membranın reseptorları ilə birləşir. Onun birləşməsi bu mem-
branda kanalların açılmasına səbəb olur və onlardan spesifik 
ionlar keçərək onun potensialın dəyişilməsinə səbəb olur. 
 
downloaded from KitabYurdu.org


 
185 
 
Şəkil 6.18. Kimyəvi sinaptik nəqletmənin sxemi. 
 
Elektrik vasitəsilə sinaptik ötürmə.  1930-1950-ci illərdə 
kimyəvi sinaptik ötürmə konsepsiyası hamı  tərəfindən qəbul 
edildikdən sonra, mütəxəssislər tərəfindən müəyyən edilir ki, 
oyanmanın hüceyrəarası ötürülməsi elektrik vasitəsilə  də  həyata 
keçirilə bilər. Bu prinsip şəkil 6.19-da göstərilmişdir.  İki qonşu 
hüceyrə bir-birilə  sıx bitişik olur ki, onların ikisinin 
membranından keçən cərəyanın müqaviməti, sinapsı olmayan 
membranın digər nahiyələrinin müqavimətilə müqayisə oluna 
bilər. 
 
 
Şəkil 6.19. Elektrik snapsı.  
 
186 
 
Birinci hüceyrənin oynaması zamanı Na cərəyan (1 Na) ona 
açıq Na-kanalından daxil olur və ondan çıxaraq cərəyanın bir 
hissəsi membran məsaməsi olan yerdə ikinci hüceyrəyə daxil olur 
və onun depolyarizasiyasına səbəb olur. 
Ehtimal etmək olar ki, burada depolyarizasiyanın səviyyəsi, bi-
rinci hüceyrədən 10 dəfə azdır. Lakin o ikinci hüceyrədə fəaliyyət 
cərəyanını generasiya edən həddən yüksək ola bilər. Çox hallarda 
belə depolyarizasiya hədd qıcığından aşağı olur və ikinci hüceyrə 
digər hüceyrədə kimyəvi və elektrik ötürmə  nəticəsində yaranan 
sinaptik potensialların summasiyasının təsiri altında qıcıqlana 
bilir. Beləliklə, kimyəvi elektrik ötürməni elektrik nəqletmədən 
fərqləndirən əsas xüsusiyyətlər: 
1.
 
Kimyəvi sinapsda postsinaptik cərəyan postsinaptik 
membranda olan kanalların açılması hesabına generasiya olunur 
və postsinaptik hüceyrənin ion qradientilə əsaslandırılmışdır. 
2.
 
Elektrik sinapslarında postsinaptik cərəyanın mənbəyi – 
peresinaptik hüceyrənin membranıdır. Burada kimyəvi 
mediatorlar yoxdur və onun xaric olmasına və oyanmanın nəql 
olunmasına təsir edən amillə, məsələn, Ca
2+
 hüceyrə xarici 
qatılığının və ya mediatorların, fermentlərin yox edilməsi 
haqqında danışılmır. 
 
6.9. Hərəkət sistemi. Refleks təlimi 
 
Dayaq və  hərəkətin sinir tənzimi.  İnsan və heyvan 
orqanizminin hərəkət və başqa fəaliyyət formalarının idarə 
olunması mexanizmini izah etmək təşəbbüslərinin qədim tarixi 
vardır. Bu haqda ilk fizioloji izahatlara qədim Roma anatomu və 
həkimi Qalenin işlərində rast gəlinir. O, insanın hərəkətlərini 
şüurlu (iradi) və  şüursuz (qeyri-iradi) hərəkətlərə bölmüş  və bu 
hərəkətlərin sinir sistemi tərəfindən tənzim edildiyini göstərmişir.  
Skelet  əzələlərinin işinin sinir tənzimi hiss hərəki mərkəzlər 
vasitəsilə yerinə yetirilir.  
Bədənin dayaq və  hərəkətinə, onların düzgün təqəllüsünə 
downloaded from KitabYurdu.org


Yüklə 66,66 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə