Ə. H.Əliyev, F.Ə.Əliyeva, V. M. Mədətova


  Mərkəzi sinir sisteminin xüsusi fiziologiyası



Yüklə 66,66 Kb.
Pdf görüntüsü
səhifə54/102
tarix17.11.2017
ölçüsü66,66 Kb.
#10957
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   102

 
215 
Mərkəzi sinir sisteminin xüsusi fiziologiyası. Mərkəzi sinir 
sisteminin fiziologiyası son illərdə əsas sinir proseslərinin fiziki-
kimyəvi təbiətinin mexanizminin öyrənilməsi sahəsində yüksək 
inkişaf yolu keçmişdir. Elektrofizioloji üsullarla ayrıca sinir hü-
ceyrəsində mövcud olan proseslərin öyrənilməsi ayrıca ney-
rofiziologiya sahəsində əldə etdiyi nailiyyətlər beyin fəaliyyətinin 
hüceyrə mexanizminin düzgün analizi üçün yol açdı. Qısa müd-
dətdə sinir impulsunun generasiyası mexanizmini, sinaptik oyan-
ma və tormozlanmanın təbiətini müəyyənləşdirən eksperimental 
material toplandı. Neyrokimya sahəsində sinir hüceyrəsində sinir 
proseslərinin gedişinə effektli təsir göstərən bir sıra kimyəvi 
birləşmələr kəşf olundu. 
MSS-nin fiziologiyası sinir hüceyrəsi tərəfindən 
məlumatların qəbulu və ötürülməsi, yenidən işlənməsi mexaniz-
mini, orqanizmin orqan və sistemlərin həyat fəaliyyətinə müxtəlif 
amillərin təsirini, yaddaş və psixi aktların fizioloji mexanizminin 
qanunauyğunluqlarını öyrənir. MSS-in fizioloji xüsusiyyətlərini 
tədqiq etmək üçün ən müxtəlif metodlardan istifadə edilir. 
Neyrofiziologiyada ən geniş yayılmış tədqiqat formalarından 
biri elektrofizioloji və mikroelektrod metodlarıdır. 
Sinir sistemi funksiyasının öyrənilməsində neyrofizioloji və 
neyrokimyəvi metodlar daha mühüm əhəmiyyətə malikdir. 
 
6.16. Mərkəzi sinir sisteminin funksiyasının  
öyrənilmə üsulları 
 
Ekstirpasiya – beyin şöbələrini kəsib, bədəndən çıxarmaq 
üsuludur. Fizioloji təcrübələrdə beynin funksiyasını öyrənmək 
üçün istifadə olunan klassik üsullardan biridir. Baş-beyin 
şöbələrinin ayrı-ayrı 
çıxarılması 
əməliyyatından sonra, 
orqanizmdə, onun orqan və toxumalarında meydana çıxan 
pozğunluqlar, eləcə  də beyin şöbəsinin orqanizmin hansı funksi-
yası üçün cavabdeh olduğu öyrənilir. 
Kəsiklər aparmaq usulu – Baş ilə onurğa beyni arasında (spi-
nal heyvan) uzunsov beyinlə orta beyin arasında (bulbar heyvan), 
 
216 
orta beyin ilə ara beyin arasında (mezinsefalon) ara beyin ilə be-
yin yarımkürələri arasında (diensefalon) kəsiklər aparmaqda əsas 
məqsəd bu pozğunluqlar zamanı  kəskin və xroniki halda əmələ 
gələn dəyişiklikləri, onların bərpa olunması formaları, beynin 
hansı funksiyalarının yox olması  və ya qalmasını öyrənməkdən 
ibarətdir. 
Qıcıqlandırma üsulları.  Elektriklə  qıcıqlandırma üsulu ilə 
klassik fiziologiyada bir sıra mühüm kəşflər edilmişdir, xüsusilə 
hərəki aparat orqanlarının və daxili orqanların fəaliyyətini idarə 
edən sahələrin yerini müyyən etməkdə bu metodun əhəmiyyəti 
çox böyük olmuşdur. 
Qıcıqlandırıcı vasitə kimi mexaniki, elektrik, kimyəvi, ter-
miki qıcıqlardan istifadə olunur. Mərkəzi və periferik sinir sis-
teminin funksiyasının öyrənilməsində elektriklə  qıcıqlandırma 
üsullarından fiziologiyada daha çox istifadə edilir. Bu halda 
qıcığın qüvvəsi çox dəqiqliklə ölçülə bilər. 
Elektriklə  qıcıqlandırmanın başqa bir üsulu da var. Təcrübi 
heyvanın (məsələn, siçovulun) beyninə ucu mikron qalınlığında 
olan qoşa metal elektrodu qoyulur və elektrodların beynə 
bitişməsi prosesi keçdikdən sonra onlar elektrostimulyator cihaz-
ına birləşdirilir.  Əvvəlcə  tədqiqatçı  təcrübə heyvanının ayağını 
elektrostimulyatorla  əlaqədar olan və  cərəyan dövrəsinin açılıb-
bağlanmasını  təmin edən elektrik dəstəyinə bir neçə  dəfə toxun-
durur. Bu zaman təcrübə altındakı heyvan hər dəfə qısamüddətli 
(təxminən 0,2 saniyə) elektrik qıcığı alır. Qıcıq heyvanda müəy-
yən hiss oyadır. Əgər bu hiss müsbət emosiya doğurarsa, heyvan 
bir vaxtdan sonra stimulyatoru işə salan elektrik dəstəyini özü ay-
ağı ilə basmağa çalışacaq və özünü stimullaşdırmağa başlaya-
caqdır. Təcrübi heyvan buna o qədər aludə olur ki, bəzən o hətta 
saatlarla ayağını dəstəkdən çəkmir, gün ərzində onu yüz dəfələrlə 
basaraq elektrik qıcığı ilə özünü stimullaşdırmaqda davam edir. 
Mənfi emosiya yaranacağı hallarda isə o dəstəyə toxunmaqdan 
imtina edəcəkdir. 
Lakin bu yolla, xüsusilə, beynin hipotalamus törəməsində 
həzz, qorxu, aclıq, toxluq və s. bu kimi hissləri idarə edən vegeta-
downloaded from KitabYurdu.org


 
217 
tiv mərkəzlərin müəyyən edilməsində özünüstimullaşdırma me-
todunun mühüm əhəmiyyəti vardır. 
Stereotaksis aparatı.  Əvvəllər (kəllə qapağını  kəsməklə 
beynin bu və ya digər törəməsinə  cərrahi yolla müdaxilə etmək 
üsulları – tripanasiya və ekstirpasiya və s.) beyində aparılan hər 
fizioloji təcrübə üçün əlverişsiz olduğuna görə beyində müəyyən 
müdaxilə əməliyyatlarının aparılması işini asanlaşdıran stereotak-
sis cihazdan istifadə etməyə başlandı.  Bunun üçün insanın, mey-
munun, itin, pişiyin, dovşanın stereotaksis atlaslarından istifadə 
edilir. 
Stereotaksis aparatı  əsas iki hissədən ibarətdir. Birinci hissə 
kəlləni fiksə edən sistem, ikinci hissə isə beynin müxtəlif 
nöqtələrinə elektrodların yerləşdirilməsini təmin edən sistemdir. 
Baş beyinin müxtəlif qabıqaltı törəmələrini qıcıqlandırmaq 
üçün mikroelektrodlar beyinə stereotaksis cihazın köməyilə 
yeridilir, diş sementi ilə bərkidib, sonra stimulyatora birləşdirilib 
qıcıqlandırılır. Cihaz mikron dəqiqliklə istənilən qüvvədə  qıcığı 
beyinə nəql edir. 
Mikroelektrod texnikası.  Sinir hüceyrələri, onların akson və 
dentritləri, eləcə də sinapsları səviyyəsində elektrofizioloji müayinə-
lərin aparılmasında Amerika alimlərindən Q.Xasser, Q.Linq, R.Ce-
raldın kəşf etdikləri mikroelektrod texnikası geniş imkanlar açmışdır. 
Mikroelektrodlar diametri bir mikron və ya ondan da kiçik 
(0,2-0,3 mkm), qızıldan, platindən və ya xüsusi şüşədən hazır-
lanmış nazik tellərdir. Bu tip elektrodların içərisinə adətən, KCl 
məhlulu doldurulur. Bu cür elektrodla sinir hüceyrəsinin içərisinə 
nüfuz etmək və orada qeydə alınan elektrik yüklərini xüsusi 
gücləndirici cihazlar vasitəsilə katod ossiloqrafa və ya ensefalo-
qrafa ötürməklə onları qeyd edir. 
Şərti refleks üsulu. İnsan və heyvanların ali sinir 
fəaliyyətinin  ən mürəkkəb mexanizmlərinin sirlərini öyrənmək 
üçün bu üsul ilk dəfə  İ.P.Pavlov tərəfindən işlənib hazırlanmış 
fizioloji təcrübələrdə istifadə edilmişdir. 
İ.P.Pavlov öz şərti refleks metodunu heyvanda (itdə) ağız və 
ya mədə  şirəsi ifrazı reaksiyalarının reflektor əsaslarının 
 
218 
öyrənilməsində  tətbiq etmişdir. Bu cür təcrübələr laboratoriya 
şəraitində xüsusi otaqda – səssiz kamerada aparılır.  Əvvəlcə 
cərrahi əməliyyatla itin qulaq dibi tüpürcək vəzisinin ağız boşlu-
ğuna açılan axarının ucu üzün (yanağın) dərisinin xarici səthinə 
çıxarılır və ona dərəcələnmiş kiçik şüşə balon bərkidilir. Yara sa-
ğaldıqdan sonra heyvanı  səs keçirməyən kamerada, xüsusi 
dəzgaha bağlayırlar. Xarici mühitdən tam izolə edilmiş olur, 
təcrübəçinin kamera ilə  əlaqəsi yalnız kiçicik pəncərə ilə  həyata 
keçirilən xüsusi otaq şəklində yaradılır. Təcrübi heyvana təsir 
göstəriləcək amillərin verilməsi təcrübəçinin oturduğu otaqdan 
idarə edilir (şəkil 6.24). 
 
 
 
Şəkil 6.24.  İ.P.Pavlova görə  şərti qida şirə refleksinin yaradılması 
təcrübəsi. Solda – təcrübi heyvan üçün kamera, sağda – tədqiqatçı 
otağı. 
 
Sonra heyvana yemək verməklə yanaşı, onun yerləşdiyi 
kamerada işıq yandırılır. Bu, onun üçün şərti qıcıq olacaqdır. 
Əgər  şərtsiz və  şərti qıcıqların heyvana təsiri dəfələrlə birgə baş 
verərsə, onda heyvan şərtsiz qıcıq almadan tək  şərti qıcığa qarşı 
downloaded from KitabYurdu.org


Yüklə 66,66 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə