Ə. H.Əliyev, F.Ə.Əliyeva, V. M. Mədətova



Yüklə 66,66 Kb.
Pdf görüntüsü
səhifə53/102
tarix17.11.2017
ölçüsü66,66 Kb.
#10957
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   102

 
211 
qövsü ilə izah etmək heç vəchlə mümkün deyildir. Bunu ancaq 
oyanmanın mərkəzi sinir sistemində irradiasiyasını  və müxtəlif 
neyronlar arasındakı qarşılıqlı təsiri nəzərə alınmaqla izah etmək 
olar.  
Baş-beyin yuxarı şöbəsini aşağı şöbəsindən ayıran beyin sü-
tunu kəsilmiş pişiyin arxa ətraflarından birinin ayaqaltı nahiyədə 
dərisini zəif qıcıqlandırdıqda həmin ayağın aşıq oynağında bükmə 
hərəkəti baş verir. Qıcıq xeyli qüvvətli olarsa, qıcıqlandırılan bir 
tərəfin  ətrafının oynaqlarında bükmə, digər tərəfdə isə açma 
hərəkətləri  əmələ  gəlir. Qıcığın qüvvəsini tədricən artırdıqda diz 
oynağı, sonra isə bud-çanaq oynağı da bükülür. Tədqiqatçıların 
fikrincə cəmi iki neyron iştirak edən proprioseptiv reflekslər kimi 
nisbətən sadə reflektor reaksiyalar belə, həqiqətdə  mərkəzi sinir 
sistemində çox geniş yayılan və böyük sahə tutan oyanmaların 
nəticəsidir. 
Demək, belə xüsusi reflekslərdə sinir impulsu yalnız onurğa 
beynində qalmayıb, mərkəzi sinir sisteminin ali şöbələrinə yayılır 
və o şöbələrin də müəyyən irradiasiya prosesinə yeni doğulmuş 
uşaqlarda daha çox təsadüf edilir. Oyanmanın geniş sahə tutması 
döldə daha yaxşı  nəzərə çarpır. Minkovskinin 23 insan dölü 
üzərində apardığı maraqlı  tədqiqatlar bunu təsdiq etmişdir. O 
cərrahi yolla çıxarılmış və ilıq fizioloji məhlula salınmış 3-6 aylıq 
dölləri müayənə edərkən göstərmişdir ki, tələf olana qədər döl 
qıcığa qarşı hərəkət şəklində reflektor cavab verir. 
Morfoloji və elektrofizioloji tədqiqatlar göstərir ki, mərkəzi 
sinir sistemində oyanmanın yayılma imkanı sinir hüceyrələri 
çıxıntılarının (akson və dendritlərin) saysız-hesabsız  şaxələri 
sayəsində  və sinir mərkəzlərini bir-birilə  əlaqələndirən ara 
neyronların köməyilə  təmin olunur. Oyanmanın irradiasiya 
mexanizmində retikulyar formasiya daha çox rol oynayır. 
Oyanmanın irradiyasiyası  məhdudluğunda ləngimənin 
əhəmiyyətini mərkəzi sinir sistemində ləngidici sinapsları blokadaya 
alan strixinin heyvana yeridilməsilə müşahidə etmək olar. Qurba-
ğanın dərisi altına 0,1 % strixnin məhlulu yeridildikdən bir neçə 
dəqiqə sonra onun pəncəsinə toxunmaq və ya yerləşdiyi stola yüngül 
 
212 
zərbə vurmaq kifayətdir. Bu zaman bütün skelet əzələlərinin qıclığı 
ilə müşayiət olunan mərkəzi sinir sisteminin qüvvətli oyanması 
meydana çıxır. Təcrübə göstərir ki, ləngidici sinapsları fəaliyyətdən 
saldıqda mərkəzi sinir sistemində oyanma geniş yayılır. 
Hər hansı afferent yolla gələn oyanma bir tərəfdən afferent 
sinirin kollaterali vasitəsilə retikulyar formasiyaya, digər tərəfdən 
isə qabıq nüvələrinə çatır (şəkil 6.23). Hərəki neyronlardan 
periferiyaya gedən impulslar skelet əzələlərinə yayılmaqla 
bərabər kollaterallarla geri qayıdıb Renşoy hüceyrəsini oyadır və 
nəticədə  hərəki neyronların bütün fəaliyyəti ləngiyir. Hərəki 
neyronlar intensiv oyandıqca periferiyaya daha yüksək tezlikli 
impulslar göndərir və Renşou hüceyrələrinin qüvvətli oyanmasını 
törədir. Buna uyğun hərəki neyronun fəaliyyəti ləngiyir. Beləliklə, 
sinir hüceyrələrinin həddindən artıq oyanmasını avtomatik şəkildə 
qoruyan mexanizm vardır. 
 
 
 
Şəkil 6.23. Renşou hüceyrəsilə hərəki neyronlar arasındakı əlaqənin 
sxemi: 1-3-motoneyronlar; 2-Renşou hüceyrəsi. 
Renşou hüceyrələrinin iştirakı ilə əmələ gələn ləngimə dönən 
ləngimə adını almışdır. 
downloaded from KitabYurdu.org


 
213 
A.K.Anoxinin laboratoriyasında oyanmanın 
generalizasiyasının daha bir yolu kəşf edilmişdir. Təcrübələr 
göstərir ki, beyin qabığının hər hansı sahəsini strixnində 
qıcıqlandırdıqda qabığın bütün nöqtələrində generalizə olunmuş 
şəkildə strixnin potensialları qeyd edilir. Lakin retikulyar 
formasiyanı pozduqdan sonra strixnin potensialı qeyd olunmur. 
Demək, generalizə olunmuş oyanma beyin qabığından kortifukal 
yollarla retikulyar formasiyaya adrenergiq çatır və onu yenidən 
oyadır. Anoxin buna dönən generalizasiya adı vermişdir. 
Aminazin yeritdikdə isə strixninin təsiri itir. Oyanmanın 
irradiyasiyası mexanizmində B.Renşounun onurğa beynində kəşf 
etdiyi ləngidici neyronlar böyük əhəmiyyətə malikdir.  
 
6.15. Dominantlıq prinsipi 
 
A.A.Uxtomskiyə görə, mərkəz sinir sistemində  əmələ  gələn 
hakim oyanma nahiyəsinə  dominant mərkəz deyilir. Dominant 
mərkəz  əvvəlcə  mərkəzlərə  gələn oyanmaları özünə  cəlb edərək 
onların hesabına qüvvətlənir, sonra adi şəraitdə olan refleksləri de-
yil, dominant mərkəz üçün səciyyəvi olan reaksiyaya səbəb olur. 
Ona görə  də reflekslər bu hallarda təhrif edilir, yəni müəyyən bir 
yerin qıcıqlanması, o yer üçün heç də  səciyyəvi olmayan digər 
cavabın alınmasına səbəb olur. Aşağıdakı  təcrübələr dominant 
prinsipini təsdiq etmək üçün kifayətdir. Defaksiya aktı icra 
olunduqda heyvanın dal ətraflarının bükülməsini təmin edən 
qabığın hərəki mərkəzini qıcıqlandırsaq, ətrafın sonrakı bükülməsi 
baş vermir, əvəzində heyvanda defekasiya sürətlənir. Eyni 
mərkəzləri udma refleksi zamanı  qıcıqlandırmış olsaq, bu dəfə 
skelet  əzələlərinin təqəllüsü deyil, udma hərəkətlərinin 
qüvvətləndiyi müşahidə ediləcəkdir. 
Əgər strixninlə isladılmış kağız parçasını qurbağanın silmə 
refleksi  əmələ  gətirən onurğa beynin mərkəzləri üzərinə qoysaq
həmin mərkəzdə oyanma artacaq və silmə  hərəkətləri baş verə-
cəkdir. Bu zaman başqa reflekslər verən nahiyələr qıcıqlandırılsa 
silmə refleksi daha da güclənir. 
 
214 
Dominant hadisəsi bir çox psixi halları başa düşməyə imkan 
verir və akademik İ.P.Pavlovun ali sinir fəaliyyəti haqqındakı 
təlimini zənginləşdirir. 
Son zamanlar retikulyar formasiyanın funksiyasının 
öyrənilməsinə dair aparılan tədqiqat işləri, dominantlıq 
prinsipinin bəzi fəallaşma mexanizmlərini öyrənməyə imkan 
vermişdir. 
Sinir sisteminin trofiki funksiyası.  İlk dəfə 1887-ci ildə 
İ.P.Pavlov ürəyi innervasiya edən simpatik sinirlərin tərkibində, 
onun ritmini dəyişmədən qüvvəsini artıran liflər olduğunu kəşf 
etmişdir.     
Orqanizmə trofik təsirin, yəni maddələr mübadiləsi və 
qidalanmanın tənziminin həyata keçirilməsində  mərkəzi sinir 
sisteminin hər bir şöbəsi, ən çox hipotalamusun aclıq və toxluqla 
əlaqədar olan venterolateral və venteromedial nüvələri və baş-
beyin yarımkürələri qabığı  iştirak edir. Hipotalamusda maddələr 
mübadiləsini tənzim edən mərkəz yerləşir. 
Sinir sisteminin trofik funksiya yerinə yetirməsini sinirlərin 
kəsilməsi zamanı həmin sinirlərin innervasiya etdiyi toxumalarda, 
üzvlərdəki vəziyyəti təhlil etməklə isbat etmişlər 
Akad.A.İ.Qarayev və  əməkdaşları simpatik sinirlərin və 
onların mərkəzlərinin skelet əzələlərinə  təsirindən qlükogenez 
hadisəsinin sürətləndiyini apardıqları təcrübə ilə isbat etmişlər. 
Simpatik sinirlərin qıcıqlandırılması əzələdə qlükogenin qlü-
kozaya çevrilməsinə səbəb olur. 
Alman alimi Heydenhayn simpatik sinirləri 
qıcıqlandırılmaqla müəyyən etmişdir ki, ağız suyu vəzilərini 
innervasiya edən simpatik sinir lifləri ağız suyu vəzi 
hüceyrələrinin trofikasını, qidalanmasını tənzim edir. 
İ.P.Pavlov tərəfindən sonralar sinir sisteminin trofik funksi-
yası haqqındakı təlim inkişaf etdirilərək ürək əzələsi təqəllüsünü 
qüvvətləndirən və  zəiflədən sinirlərin kəşf olunması ilə 
nəticələnmişdir. Həmin sinirlərin ürəkdə rolu onların ürək 
əzələsinə qidalandırıcı təsiri ilə izah olunur. İndi elmə məlumdur 
ki, bütün üzvlər və toxumalar trofik sinirlərə malikdir.  
downloaded from KitabYurdu.org


Yüklə 66,66 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə