Ə. H.Əliyev, F.Ə.Əliyeva, V. M. Mədətova



Yüklə 66,66 Kb.
Pdf görüntüsü
səhifə51/102
tarix17.11.2017
ölçüsü66,66 Kb.
#10957
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   102

 
203 
pinsetlə  sıxmaq kifayətdir.  Əgər onun ətrafını pinset vasitəsilə 
şiddətlə  sıxsaq, bükmə refleksini müşahidə etmək olar. Hər iki 
halda reflekslərin latent dövrü xeyli uzanır.  
Bir çox təcrübələr nəticəsində müəyyən edilmişdir ki, beyin 
və ya onurğa beyninin hər hansı nahiyəsini qıcıqlandırdıqda qı-
cıqların güclüsü nisbətən zəif olanını ləngidir. Oyanmalar mərkəzi 
sinir sistemində adətən toqquşur və  nəticədə oyanmaların biri 
digərini zəiflədir. 
MSS oyanma və  ləngimə hadisəsi bir-birini əvəz edən 
fizioloji proseslərdir. 
N.E.Vvedenskiyə görə  ləngimə, həddindən artıq oyanma 
nəticəsində alınan bir hadisədir. 
Sinapsların qarşılıqlı 
təsiri. 
Sinapsların ayrı-ayrı 
hüceyrələrlə qarşılıqlı təsiri ləngiməyə səbəb ola bilər. Bu zaman 
oyandırıcı postsinaptik potensialın qısa qapanması gedir. Bundan 
başqa, ləngimə postsinaptik potensialın (LPSP) membranını 
hiperpolyarizələşdirir, onun fəaliyyət potensialının həddinə qədər 
depolyarizatsiyasına mane olur. Belə ki, çoxlu OPSP və LPSP 
mürəkkəb cəmi son nəticədə aksonda fəaliyyət cərəyanın tezliyini 
müəyyən edir. 
Sinir sistemində  təbiətinə  və lokallaşmasına görə müxtəlif 
ləngimə növləri aşkar edilmişdir (şəkil 6.21). Onlardan biri 
postsinaptik ləngimədir. Müəyyən olunmuşdur ki, beynin ayrı-
ayrı şöbələrində oyandırıcı neyronlarla yanaşı ləngidici neyronlar 
da mövcuddur. Bu neyronlar öz aksonları ilə başqa neyronların 
dendritlərinə və cisimlərinə ləngidici mediator vasitəsilə (qamma-
amin turşusu) təsir göstərir. Ləngidici neyronlar oyandıqda əmələ 
gələn təsir potensialı oyadıcı neyrondakı  təsir potensialından 
fərqlənir. Lakin bu neyronların akson terminallarında impulsların 
təsirindən xaric olan mediator postsinaptik membranı 
depolyarlaşdıra bilmir, əksinə, onun hiperpolyarlaşmasına səbəb 
olur ki, bu hal müsbət elektrik dalğası kimi qeyd olunur və 
ləngidici postsinaptik potensial (LPSP) adlanır. Onun əsasında 
yaranan ləngiməyə postsinaptik ləngimə deyilir. 
 
204 
 
Şəkil 6.21. Qurbağanın beyni və Seçenovun təcrübəsində  həmin 
beynin kəsilən yeri: 1-qoxu siniri; 2-qoxu payı; 3-böyük 
yarımkürələr; 4-görmə qabarı; 5-duz kristalı qoymaq üçün beynin 
kəsilən yeri; 6-iki təpə; 7-beyincik; 8-uzunsov beyin və 
rombaoxşar çuxur. 
Hər bir sinir hüceyrəsinin müxtəlif yerlərində  ləngidici 
sinapslar vardır və onlar qarşılıqlı  əlaqədədir. Ləngidici 
postsinaptik potensial oyadıcı potensialı  zəiflədir və bununla o 
yayılan oyanmanın 
əmələ 
gəlməsi üçün membranın 
depolyarlaşmasının böhran səviyyəsinə çatmasına mane olur. 
Hüceyrələrdə ləngimə formalarını nəzərdən keçirdikdən sonra 
məlum olub ki, ləngimə QAYT əmələ gəlməsi ilə başlayır. QAYT 
oyandırıcı sonluğun reseptorlarına qarşılıqlı  təsir edir, onun xlor 
keçiriciliyini artırır. Beləliklə, bu akso-aksonal sinapsdakı 
presinaptik ləngimə, postsinaptik ləngimənin klassik mexanizmi 
ilə  şərtləndirilir. Nəticədə iki sinapsın birlikdə  fəallığı sinaptik 
ötürmənin effektliyini artır, məsələn, molyusklar və  həşəratlarda 
sinir lifin fəallaşması serotonin ifrazına, o isə membranın 
presinatik ucunda K
+
 - kanalların blokadasına səbəb olur. Bu isə 
depolyarizasının müddətinin uzanmasına və nəticədə iki sinapsin 
downloaded from KitabYurdu.org


 
205 
(heterogen) təsirin uzanmasına səbəb olur. 
Presinaptik ləngimə sinapsın presinaptik membranı ilə 
əlaqədardır. Aksonun presinaptik terminallarında xüsusi ləngidici 
sinapslar  əmələ  gətirə bilən digər neyron çıxıntılarının ucları 
yerləşir. Belə ləngidici sinapslarda əmələ gələn mediatorlar akson 
terminallarının membranını depolyarlaşdırır, nəticədə sinir 
uclarında impulsların keçiriciliyi tamamilə, yaxud qismən 
ləngiyir. 
Pessimal ləngimə. Onurğa beyninin aralıq neyronları, 
retikulyar formasiyanın neyronlarında oyadıcı sinapslarda 
ləngimə postsinaptik membranın fasiləsiz olaraq 
depolyarlaşmasının nəticəsi kimi inkişaf edir. Buna pessimal 
ləngimə deyilir. 
 
Oyanmadan sonrakı ləngimə. Bu tip ləngimə neyrondan və 
ya sinir mərkəzlərindən oyanma dalğası keçdikdən sonra inkişaf 
edir. 
6.12. Reflektor hadisələrin koordinasiyası 
və respirok sinirlənmə 
 
Mərkəzi sinir sistemində müşahidə olunan neyron 
səviyyəsində ki, sinir hadisələri arasındakı qarşılıqlı təsirə koordi-
nasiya nizama salınma deyilir. 
1862-ci ildə İ.M.Seçenov qurbağanın görmə qabarlarının üzə-
rinə duz kristalları qoymaqla sübut etdi ki, mərkəzi sinir sistemində 
oyanma hadisəsilə yanaşı olaraq, eyni zamanda ləngimə hadisəsi də 
baş verir. Müxtəlif reseptorları eyni zamanda və ya ritmik 
qıcıqlandırmaqla müəyyən etmişdilər ki, müxtəlif mühit şəraitinə 
uyğunlaşma daha incə, daha düzgün reflektoru hərəkətlərin koordi-
nasiya sayəsində mümkün olur. Bu iş prinsipi sayəsində orqanizm 
qıcıqların bir qisminə cavab verir, digərlərini ləngidir. 
Mərkəzi sinir sistemində resiprok ləngimənin kəşf olunması 
rus fizioloqu N.E.Vvedenskiyə nəsib olmuşdur. 
Əzələlərdən bir qrupunda oyanmanın, digər qrupunda həmin 
vaxtda ləngimənin baş verməsini və bunun koordinasiya üçün nə 
 
206 
kimi əhəmiyyətə malik olmasını N.E.Vvedenski qiymətləndirdi. 
Respirok sinirlənmə.  Mərkəzi sinir sistemində oyanma 
prosesi  ətrafında ləngimə baş verir. Ləngimə isə beyinin digər 
nahiyələrində oyanmaya səbəb olur. Bunun nəticəsində reflektor 
yolla olduqca mürəkkəb əlaqələndirici hərəkətlər əmələ gəlir. An-
taqonist əzələlər arasında qarşılıqlı əlaqə buna misal ola bilər. İn-
san yeridikdə sol ayaqda diz bükülmüşsə, sağ ayaqda diz açılmış 
olur. 
Buna uyğun olan beyin qabığında sol ayağın bükmə mərkəzi 
oyanmış, açma mərkəzi isə  ləngimiş halda olur. Əks tərəfdə isə 
bunun  əksinə olan qarşılıqlı bir əlaqə yaranır. Sağ ayağı açma 
mərkəzi oyanmış, bükmə mərkəzi isə ləngimiş vəziyyətdə olur. 
Oxşar fəaliyyətə malik sistemlərin qarşılıqlı  əks təsirlərinə 
respirok sinirlənmə deyilir. 
Bildiyimiz kimi, əzələlər icra etdikləri hərəkətlərinə görə iki 
qrupa bölünür: sinergistlər  və  antaqonistlər. Sinergist əzələlərin 
hərəkət aktında iştirakı eyni istiqamət üzrə olduğu halda, antaqon-
ist əzələlər tamamilə əks istiqamətdə hərəkət edən əzələlərdir. Si-
nergist  əzələlərə misal olaraq, ətrafı bir və ya bir neçə oynaqda 
bükən əzələləri, bunların antaqonistlərinə misal olaraq, həmin oy-
naqlarda ətrafı açan əzələləri göstərmək olar. 
Ancaq Vvedenski 1897-ci ildə müəyyən etdi ki, qabıq 
mərkəzlərindən birisini, məsələn ön ətrafın bükücü əzələlərini, 
sinirləndirən mərkəzi qıcıqlandırdıqda, digər yarımkürədəki eyni 
adlı mərkəzin oyanıcılığı enir və həmin mərkəzin antaqonisti olan 
mərkəzin oyanıcılığı isə yüksəlir. 
Beləliklə, elmdə birinci dəfə olaraq antaqonist mərkəzlər de-
yilən mərkəzlərdə oyanıcılığın  əlaqəsi və ya respirok surətdə 
dəyişməsi faktı müəyyən edildi. 
Sinir mərkəzləri arasındakı bir-birinə əks olan qarşılıqlı sinir 
əlaqələrini və respirok ləngiməni göstərən faktlar haqqında Vve-
denski 1896-cı ilin yayında Münxendə psixoloqların III 
Beynəlxalq konqresində məlumat vermişdir. 
Eyni halı 1897-ci ildə Ç.Şerrinqton spinal heyvanda açıcı və 
bükücü əzələ mərkəzlərini qıcıqlandırarkən müşahidə etmişdir. 
downloaded from KitabYurdu.org


Yüklə 66,66 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə