Ə. H.Əliyev, F.Ə.Əliyeva, V. M. Mədətova



Yüklə 66,66 Kb.
Pdf görüntüsü
səhifə47/102
tarix17.11.2017
ölçüsü66,66 Kb.
#10957
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   102

 
187 
uyğun gələn sinir təmzimi – hərəkət mərkəzlərinin  ən mühüm 
funksiyalarından birdir. Lakin hərəkətin düzgün yerinə yetirilməsi 
ançaq gövdə və ətrafların adekvat vəziyyətində mümkündür. 
Reflektorlu hərəkətlər. Orqanizmin belə qıcıqlara avtomatik, 
sterotipik, məqsədyönlü reaksiyasını Uniser 1771-ci ildə refleks 
adlandırmışdır. Refleks termini ilk dəfə 1640-cı ildə R.Dekart 
tərəfindən elmə daxil edilsə  də, onun elmi izahını çex alimi 
Proxaske düzgün vermiş, rus alimləri Seçenov və Pavlov isə onu 
daha ətraflı öyrənmişlər.  
Refleks termini latın sözü olan reflekto (əks edirəm) 
sözündən götürülmüşdür. 
Orqanizmin MSS iştirak ilə xarici və daxili qıcığa qarşı 
verdiyi cavab reaksiyasına refleks deyilir. Onurğa beyninin 
pozulması ilə reflekslər yox olur; deməli, onlar MSS-nin 
aktivliyinin nəticəsidir. Reflekslər Pavlov tərəfindən anadangəlmə 
(şərtsiz) – bəbək, öskurmə, udma, dartma reaksiyası  və s., 
həmçinin bütün həyatı boyu qazanılan reflekslər (şərti) mədə  və 
bağırsaqda qidanın həzmi və  hərəkətini orqanizmin hazırkı 
vəziyyətinə qan dövranı və tənəffüsün daima uyğunlaşması və s. 
aiddir. 
XIX əsrin ikinci yarısında İ.M.Seçenov refleks təlimini yeni 
nəzəri və  təcrübi baxımdan işıqlandırdı. O, Dekartın fizioloji 
düalizminə qarşı fizioloji materializm baxışı irəli sürdü. İ.M.Seçe-
nova görə təkcə hərəkətlər deyil, şüur və psixi hadisələr də təbii 
fizioloji qanunlara tabedir, psixi fəaliyyətin  əsasını da reflektor 
prinsipi təşkil edir. İ.P.Pavlov insan və heyvanların bütöv 
davranışının reflektor təbiətə malik olduğu fikrini qəbul edərək 
onun formalaşmasının üç mühüm prinsipini müəyyən etdi. Bunlar 
aşağıdakılardır: 1) səbəbiyyət (determinizm), 2) analiz və sintez, 
3) quruluş (struktur) prinsipi – bütün reflektor proseslər mütləq 
sinir törəmələrinin iştirakı ilə həyata keçir. 
İ.P.Pavlov insanda və heyvanlarda mürəkkəb qarşılıqlı 
əlaqələrinin tənzimində beyin yarımkürələri qabığının rolunu 
müəyyən etmişdir. İ.P.Pavlovun şərti reflekslər nəzəriyyəsinin əsas 
müddəalarından biri bu idi ki, funksiyaların qabıqüstü 
 
188 
mexanizmləri ali, qabıqaltı mexanizmləri isə ibtidai mexanizm 
olub, sonradan yaranma, qazanılma  şərti reflektor fəaliyyətini 
formalaşdırır. Hər iki mexanizm vasitəsilə insan və heyvan 
orqanizmi ilk növbədə mühüm həyati funksiyaları – qidalanma, 
müdafiə, cinsi və digər mürəkkəb davranış reaksiyalarını  həyata 
keçirir. Beyin yarımkürələri qabığı və beynin digər ali şöbələrinin 
iştirakı ilə anadangəlmə,  şərtsiz reflekslər  əsasında fərdi inkişaf 
prosesində yaranan daha geniş uyğunlanma imkanları qazanan şərti 
reflekslər həm də orqanizmin ali sinir fəaliyyəti sferasını müəyyən 
edir. 
Refleks təlimində dönüş yaradanlardan biri akademik 
P.K.Anoxinin fikrinə görə refleks qövsünün qayıdan afferentasiya 
xüsusiyyəti var. Qayıdan afferentasiya-reaksiya baş verdikdən 
sonra onun haqqında baş-beyinə xəbər verir. 
Hər bir refleks xarici və ya daxili qıcıqların təsir etməsilə 
başlayır və bunun nəticəsində üzvlərin fəaliyyətində baş verən 
dəyişikliklə qurtarır. 
Misal üçün, qurbağanın aşağı ətrafını turşu məhluluna salsaq 
və ya ona sancaq batırsaq, o bükmə, döş və ya qarın nahiyəsində 
dəri üzərinə turşu ilə isladılmış filtr kağızı qoymuş olsaq – silmə, 
yazda erkək qurbağanın döş nahiyəsindəki dərisinə toxunmuş ol-
saq, onda quruldama hərəkətlərinin meydana çıxdığını görərik. 
Bu reaksiyalar xassələrinə görə bükülmə, silmə və quruldama 
refleksləri adlanır. 
İtlərdə müşahidə olunan reflekslərdən bunları misal gətirmək 
olar: ayaq altının dərisini mexaniki sürətdə  qıcıqlandırmış olsaq, 
bu qıcığa qarşı ayağın və ayaq barmaqlarının refleks yolu ilə 
büküldüyünü görərik, buna ayaqaltı refleks deyilir. Südəmər 
uşaqların ağzına  əmziyi saldıqda  əmmə  hərəkətləri, udlağın arxa 
səthini kobud cismlə  qıcıqlandırdıqda hamıda qusma hərəkətləri 
alındığı kimi, gözün buynuz qişasına toxunmaq göz qapaqlarının 
qapanması – konyüktiv refleksini, şiddətli işıq isə  bəbəyin 
daralması – bəbək refleksini verir. 
Onurğa beynin işilə bağlı olan reflekslər spinal, uzunsov bey-
nin iştirakı ilə həyata keçən reflekslər bulbar, orta beynin iştirakı 
downloaded from KitabYurdu.org


 
189 
ilə formalaşan reflekslər mezensefal, aralıq beyin törəmələrinin və 
beyin yarmıkürələri qabığının fəaliyyətindən irəli gələn reflekslər 
kortikal reflekslər adlanır. 
Reflekslər reflektor reaksiyanın son nəticəsinə  və onda işçi 
üzvlərin iştirakına görə  də  fərqlənir.  Əgər refleks əzələ 
fəaliyyətilə  əlaqədardırsa, buna motor və ya hərəki reflekslər, 
vəzilərdə müəyyən sekretlərin ifrazı ilə  nəticələnirsə, sekretor 
reflekslər deyilir və i.a. 
Bu reflekslər zahirən başqa-başqa olsalar da onların fizioloji 
təbiətləri bir-birinə oxşayır. Bunların hamısı  refleksdir. Bunların 
bir qismi bədənin xarici səthində yerləşmiş reseptorların 
qıcıqlanması ilə başlanır. Bu cür xarici səthdə yerləşmiş 
reseptorlara  eksteroreseptorlar deyilir. Reflekslərin ikinci qismi 
daxili üzvlərin qıcıqlanması ilə baş verir. Qıcığın bilavasitə selikli 
qişaya təsirindən başlayır. Selikli qişadakı reseptorlara 
interoreseptorlar adı verilir. Bunlardan başqa bir qism reflekslər 
də vardır ki, bunlar oynaq kisələrində, bağ  və  vətərlərdə, 
əzələlərdə yerləşmiş reseptorların qıcıqlanmasına qarşı verilən 
reflekslərdir. Bu cür reseptorlara proprioreseptorlar deyilir. 
Proreseptorlardan refleks almaq üçün əzələyə  və ya onun 
bağlandığı vətərə yüngülcə vurmaq kifayətdir. 
Lakin qeyd etmək lazımdır ki, normal fizioloji şəraitdə bu 
reflekslər ancaq onurğa beyni, uzunsov və orta beynin mərkəzləri 
ilə  əldə edilmir. Burada bütün mərkəzi sinir sistemi, xüsusən 
beyin yarımkürələrinin qabığı da iştirak edir. Bu cür refleksləri 
yalnız təcrübə  şəraitində beynin ali şöbələrinin iştirakı olmadan 
almaq mümkündür. 
Yuxarıda qeyd etdiyimiz reflekslərdən görünür ki, refleks 
hadisələri bədənin müəyyən nahiyələrinin qıcıqlanması ilə 
başlayır. Qıcığı  qəbul edən sinir uclarının yerləşdiyi bədən 
nahiyəsi, xüsusən dəri nahiyəsi reflekslərin  reseptiv sahəsi 
adlanır. Qıcıqlanması bu və ya digər refleksin baş verməsinə 
səbəb olan bədən nahiyəsi, refleksogen zona da adlanır. 
Hər bir refleksin meydana gəlməsi üçün müəyyən bir yol 
lazımdır. Refleks aktında sinir hadisəsinin getdiyi yola refleks 
 
190 
qövsü adı verilir. Refleks qövsü beş hissədən: 
1.
 
Reseptor üzvdən (qıcıqları qəbuledici üzvdən),  
2.
 
Afferent sinir lifindən,  
3.
 
Mərkəzdən,  
4.
 
Efferent sinir lifindən,  
5.
 
Həmin efferent sinir lifinin işcil üzvlərdə qurtaran ucları 
və effektor (işcil) üzvdən ibarətdir. 
Hal-hazırda refleks qövsünə altıncı komponent – qayıdan 
afferentasiya da daxil edilir. Refleks qövsləri  sadə  və  mürəkkəb 
refleks olmaqla iki yerə bölünür (şəkil 6.20 A.B.). Sadə refleks 
qövsündə iki neyron iştirak edir. Birinci qəbuledici neyron 
adlanır. Sinir impulsu ondan ikinci reflektor neyronuna daxil olur. 
Hər hansı reflektor aktın həyata keçməsi üçün müəyyən 
anatomik və fizioloji əsas lazımdır, əks halda heç bir refleks yarana 
bilməz.  İkidən artıq neyron iştirak edirsə  mürəkkəb refleks qövsü 
deyilir. Sadə refleks qövsündəki birinci neyron, qəbuledici neyron 
olub, sinir impulsu bu neyrondan ikinci effektor neyrona və oradan 
da işcil üzvə verilir (şəkil 6.20 A). Belə refleks qövsünə eyni 
zamanda bir sinapslı refleks qövsü də deyilir. Çünki burada iki ney-
ronu bir-birindən ayıran bir sinaps iştirak edir. Lakin fizioloqlardan 
bir çoxunun rəyinə görə hər bir refleks qövsü ən azı üç neyrondan 
təşkil olunur. Bu halda qəbuledici neyronla efferent neyron aras-
ında üçüncü neyron yerləşir ki, ona birləşdirici və ya aralıq neyron 
deyilir (şəkil 6.20 B). Bu neyronun çıxıntıları  mərkəzi sinir sis-
teminin içərisində  şaxələnərək müxtəlif mərkəzləri bir-birilə 
birləşdirir. Polisinaptik reflekslərdə oyanma hissi neyrondan aralıq 
neyrona verilir. Aralıq neyronun olmasının  əhəmiyyəti ondan 
ibarətdir ki, eyni hərəki neyron müxtəlif reseptor neyronlardan 
siqnallar ala bilər, ona görə  də eyni bir refleksin ən müxtəlif 
nahiyələrdə yerləşən reseptiv sahələrdən yaratmaq mümkündür. 
 
downloaded from KitabYurdu.org


Yüklə 66,66 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə