Ə. H.Əliyev, F.Ə.Əliyeva, V. M. Mədətova



Yüklə 66,66 Kb.
Pdf görüntüsü
səhifə48/102
tarix17.11.2017
ölçüsü66,66 Kb.
#10957
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   102

 
191 
 
Şəkil 6.20.  İkineyronlu (A) və üçneyronlu (B) onurğa beyni 
refleks qövsünün sxemi. R –spinal düyünlərin reseptor neyronu
M-motoneyron. 
 
Hər hansı reflektor aktın həyata keçməsi üçün müəyyən 
anatomik və fizioloji əsas lazımdır,  əks halda heç bir refleks 
yarana bilməz. 
Refleks qövsündə iştirak edən hissələrdən birini kəssək və ya 
zədələsək, o zaman refleks almaq mümkün olmur. Bunu bir sıra 
təcrübələrlə isbat etmək mümkündür. Məsələn, dəri reseptorlarının 
rolunu göstərmək üçün dəriyə kokain deyilən zəhərin sürtülməsi 
kifayətdir. Bu zəhər dərindəki hissi sinir üclarını (reseptorları) 
keyləşdirdiyindən verilən qıcıqlar qəbul oluna bilmir, buna görə də 
dərisi kokain ilə keyləşdirilmiş heyvanda dəri refleksi alınmır. Af-
ferent və efferent sinir liflərini kəsirlər. Belə hallarda da refleks 
əldə etmək mümkün olmur. Mərkəzin rolu isə onun zədələnməsi və 
ya xarab edilməsi ilə aydınlaşdırılır. Beləliklə, refleks hadisəsinin 
ortaya çıxması üçün refleks qövsündə iştirak edən hissələrin hamısı 
öz histoloji tamlığını mühafizə etməlidir. 
Hər bir refleksdə, sinir impulsu bir çox neyronu əhatə edir. 
Digər tərəfdən saysız-hesabsız sinir lifləri ilə  nəql olunan oy-
anma, mərkəzi sinir sistemində geniş surətdə yayılmağa qabildir. 
Oyanmanın sinir sistemi hüceyrələrində yayılmasına oyanmanın 
irradiyasiyası deyilir. İrradiyasiya sayəsində ayrı-ayrı neyronlar 
 
192 
bir-birilə qarşılıqlı əlaqəyə girə bilir. 
 
6.10. Sinir mərkəzlərinin xüsusiyyətləri 
 
İndi elmə məlumdur ki, funksiyaların dinamik bir sistem kimi 
ondan asılı olaraq həyata keçməsində beyinin müxtəlif nahiyə-
lərində olan neyronlar qrupu arasında olan qarşılıqlı təsir və təsir 
ilə əlaqədar olan mexanizmlərin birgə fəaliyyəti lazımdır. 
Eyni fizioloji funksiya daşıyan mürəkkəb reflektoru aktların 
yerinə yetirilməsi üçün birgə  fəaliyyət göstərən sinir hüceyrələri 
(neyronqliya ependem) qruplarının funksional birləşməsi  şərti 
olaraq mərkəz adlanır. Dar mənada mərkəz müəyyən reflektoru 
aktı təmin edən neyronlar yığınıdır.  
Bir neçə misal göstərək.  İtin beyin yarım kürələri qabığının 
sensomotor  şöbəsini qıcıqlandırdıqda onun ön ətrafları  yığılır, 
deməli, həmin  şöbə ayağın yığılmasını  təmin edən mərkəzdir. 
Beyin qabığının  ənsə payını  kəsib götürsək, itdə görmə 
qabiliyyəti itir. Bu onu göstərir ki, ənsə payında görmə  mərkəzi 
yerləşmişdir. Beyin borusunu uzunsov beyin nahiyəsində 
kəsdikdə heyvanda tənəffüs hərəkətləri dayanır, deməli, uzunsov 
beyində tənəffüs mərkəzi yerləşmişdir. Lakin itirilmiş funksiyalar 
çox çəkmir ki, digər mərkəzlər tərəfindən kompensasiya olunur 
və tezliklə üzvün normal fəaliyyəti bərpa olunur. Deməli, sinir 
sisteminin ayrı-ayrı  şöbələrinin daşıdığı  vəzifələrin dəyişməz ol-
madığı haqqında fikirlər düzgün deyil. 
Yuxarıda refleks qövsündən bəhs edərkən onun beş hissədən, 
yəni reseptordan, afferent sinir lifindən, sinir mərkəzindən, effer-
ent sinir lifindən və effektor cihazdan ibarət olduğunu gös-
tərmişdik. Bu hissələrdən reseptorlar haqqında analizatorların 
fiziologiyasında, afferent və efferent sinir lifləri və effektor cihaz 
haqqında isə sinir-əzələ fiziologiyasında bəhs edilmişdir. Burada 
isə refleks qövslərinin mərkəzlərini, bu mərkəzlərin fiziologi-
yasını və malik olduqları bir sıra fizioloji xüsusiyyətləri öyrənmək 
lazımdır. Qeyd etməliyik ki, sinir mərkəzlərinin oyanıcılıq və 
keçiricilik qabiliyyəti ilə sinir liflərinin oyanıcılıq və keçiricilik 
downloaded from KitabYurdu.org


 
193 
qabiliyyəti arasında bir çox oxşarlığı olduğu halda, ancaq sinir 
mərkəzlərinə aid bir sıra səciyyəvi xüsusiyyətlər də vardır.  
1)
 
Bunlardan birincisi, mərkəzlərin oyanmasını ancaq bir 
istiqamətdə  nəql etməsidir. Məlum olduğu üzrə, oyanma sinir 
lifində hər iki tərəfə nəql oluna bilər. Hər hansı bir siniri ortasın-
dan qıcıqlandırmış olsaq, o zaman sinirin qıcıqlandırdığımız 
yerindən aşağı  və yuxarı hissəsində  fəaliyyət cərəyanı  əmələ 
gələr. 
Qeyd etmək lazımdır ki, normal fizioloji şəraitdə sinir 
hadisəsi daima bir istiqamət üzrə: afferent sinirlərdə reseptorlar-
dan mərkəzə doğru, efferent sinirlərdə isə mərkəzdən işcil üzvlərə 
doğru nəql olunur. Buna səbəb oyanmanın mərkəzi sinir 
sistemində bir istiqamət üzrə nəql olunmasıdır. 
Əgər qurbağa bədəninin üzərində onurğa beyinin ön və arxa 
kökləri olan və ya sinirin hər iki tərəfində  əzələsi olan preparat 
hazırlayıb siniri ortasından qıcıqlandırsaq sinirin hər iki tərəfində 
olan əzələlər təqəllüs edəcəkdir. Deməli, sinir oyanmanı hər ikitə-
rəfli nəql edir. İndi mərkəzdə oyanmanı  hər birtərəfli nəql olun-
masını müşahidə etmək üçün reseptorlardan oyanmanı afferent 
sinirlərlə onurğa beyninə daxil olduğu arxa kökü biostimulyatorla 
qıcıqlasaq, ön kökləri oyanmanı  nəql etdiyi efferent sinirlərdə 
fəaliyyət cərəyanını müşahidə etməklə bərabər, innervasiya etdiyi 
əzələnin təqəllüsünü müşahidə etmək olar. Lakin efferent 
sinirlərlə əlaqəli olan ön kökləri qıcıqlandırsaq, əzələ təqəllüs et-
mir. Deməli, sinir mərkəzləri oyanmanı birtərəfli nəql edir. Buna 
oyanmanın sinir mərkəzlərində bir istiqamət üzrə və ya qütb üzrə 
yayılması qanunu deyilir. 
Diffuz, səpkin sinir sistemində də oyanma hər iki tərəfə nəql 
olunur. Lakin sinir sistemi inkişaf etdikdə oyanmanın sinir sistemi 
içərisində  nəql olunması  məhdudlaşır və onurğalı heyvanlarda 
ancaq bir istiqamət üzrə yayılır. Buna səbəb, yəni MSS-də 
yerləşmiş, iki neyronun bir-birinə  təmas etdiyi yerlərdə sinap-
sların olmasıdır. 
2)
 
 Sinir  mərkəzlərinin fizioloji xüsusiyyətlərindən ikincisi, 
oyanmanın mərkəzlərdə  ağır nəql olunmasıdır. Məlum olduğu 
 
194 
üzrə oyanma, qurbağanın sinirində saniyədə 40 metr, insanın 
sinirində isə saniyədə 120 metrlik bir sürətlə  nəql olunur. Hal-
buki, mərkəzi sinir sistemində oyanmanın nəql olunması son 
dərəcə  ağırdır. Buna görə  də refleksin gizli dövrü, yəni qıcığın 
verildiyi momentlə reaksiyanın alındığı moment arasında keçən 
dövr nisbətən çox uzun olur. Reflektor reaksiyanın gizli dövrü 
refleks vaxtı adlanır. Refleks vaxtında bir sıra hadisələr baş verir; 
bu hadisələrdən hər biri üçün müəyyən vaxt tələb olunur. Resep-
torun qıcıqlanmasına sərf olunan zamanı I, oyanmanın afferent 
sinirlə mərkəzə nəql olunmasına lazım gələn vaxtı II, oyanmanın 
mərkəzi sinir sistemi daxilində  nəql olunması vaxtını III, oyan-
manın efferent sinirdən işcil üzvə  nəql olunması vaxtını IV və 
işcil üzvün fəaliyyətə hazırlanması üçün sərf olunan zamanı V ilə 
işarə etsək, ümumi refleks vaxtı V=I+II+III+IV+V olacaqdır. 
Oyanmanın mərkəzi sinir sistemi daxilində afferent neyron-
dan efferent neyrona nəql olunması müddəti (III), həqiqi refleks 
vaxtı adlanır. Bunu tapmaq üçün ümumi refleks vaxtından, yux-
arıda qeyd etdiyimiz hadisələrin gedişi üçün sərf edilən vaxtı 
çıxmaq lazımdır: III=V-(I+II+IV+V). Refleks vaxtını təyin etmək 
üçün sürətlə  hərəkət edən kimoqrafın hislənmiş silindri üzərində 
qıcıq verilən momentlə reflektor hərəkətin  əyrisini (mexano-
qrammasını) və ya əzələnin fəaliyyət cərəyanının əyrisini elektro-
qrammasını xüsusi cihazla yazırlar. 
Bu metodun köməyilə refleks vaxtı saniyənin mində bir 
hissəsi dəqiqliyilə təyin edilə bilir. Məsələn, müəyyən edilmişdir 
ki, qurbağanın onurğa beynində oyanmanın nəql olunması üçün 
0,01-0,03 saniyə vaxt tələb olunur. Oyanma onurğa beynin sim-
metrik tərəfinə keçdikdə isə refleks müddəti təxminən 1,5 dəfə 
artır. 
Daha çox refleks müddəti insanın göz qapağı qıcıqlandırıldıq-
da və ya gözə güclü işıqla təsir etdikdə alınır və 0,05-0,2 saniyə 
çəkir. 
Son zamanlarda mərkəzi sinir sistemində oyanmanın ləng 
yayılmasını sinapslarda nəql olunmanın xüsusiyyətlərilə 
əlaqələndirirlər. 
downloaded from KitabYurdu.org


Yüklə 66,66 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə