Ə. H.Əliyev, F.Ə.Əliyeva, V. M. Mədətova



Yüklə 66,66 Kb.
Pdf görüntüsü
səhifə55/102
tarix17.11.2017
ölçüsü66,66 Kb.
#10957
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   102

 
219 
tüpürcək ifrazı reaksiyasını təzahür etdirəcəkdir. 
Təcrübə heyvanın üzərində  şərti refleksi almaq üçün 
aşağıdakılara əməl etmək lazımdır: 
1.
 
Şərti reflekslər yalnız fitri, anadangəlmə şərtsiz reflekslər 
üzərində qurula bilər. 
2.
 
Bir qayda olaraq, şərti qıcıq orqanizmə  şərtsiz qıcıqdan 
azacıq  əvvəl və ya onunla birgə  təsir etməli və qüvvəcə ondan 
zəif olmamalıdır. 
3.
 
Şərti reflekslərin yaranması üçün mütləq refleks yolunun 
bütün elementlərinin tamlığı, normal funksiyası  zəruri  şərtdir. 
Mərkəzi sinir sisteminin pozulması, xəstəlik halı  və s. bu kimi 
amillər şərti reflekslərin əmələ gəlməsini çətinləşdirir. 
4.
 
Şərti reflekslərin yaranmasında orqanizmə əlavə təsir gös-
tərən qıcıqlandırıcıların əhəmiyyəti böyükdür. Verilmiş şərti qıcıq 
hər bir kənar, yad qıcıqlandırıcı refleksin baş verməsinə, mənfi 
təsir göstərir. 
Mikroskopik metodlar. Kontrast, flüoressent və elektron 
mikroskopla aparılan neyrohistoloji tədqiqatlar sinir toxumasının, 
onun hüceyrəvi ünsürlərinin və onların törəmələrinin statik və 
dinamik quruluş xüsusiyyətlərini, bu və ya digər funksional 
vəziyyətdə qazandığı incə anatomik dəyişiklikləri müəyyən 
etməyə geniş imkanlar açmışdır. 
Son illərdə icad edilmiş vital mikroskopiya, canlı toxumanın 
mikroskopla öyrənilməsində beynin mikrostrukturlarında bəzi sub-
hüceyrə və molekulyar dəyişikləri müşahidə etməyə imkan verir. 
Mikrotom dəzgahları vasitəsilə bir neçə mikron qalınlığında alı-
nan kəsiklər elektron-mikroskopik tədqiqatlar üçün daha zəruridir.  
Elektrofizioloji üsul. Məlum olduğu kimi sinir, əzələ və bü-
tün digər toxumalar oyanarkən onda fəaliyyət potensialı yaranır, 
əmələ  gələn biocərəyanların gərginliyini (elektroensefaloqrafla) 
xüsusi cihazlar, vasitəsilə (katod ossilloqrafı, elektroensofaloqraf) 
gücləndirib ossiloqrafda müşahidə edir və ossilloqrafda alınan 
biopotensial hərəkət edən fotokağız üzərində yazılır. Mərkəzi və 
mühiti sinir sisteminin ayrı-ayrı nahiyələrində əmələ gələn fəaliy-
yət cərəyanını  və o cərəyanın gərginliyini elektroensofaloqrafla 
 
220 
ölçməklə, biz, o nahiyələrin oyanma və oyanmanı  nəqletmə  də-
rəcəsi haqqında fəaliyyət cərəyanı  və ya oyanma əmələ  gələn 
beyin nahiyyəsinin hansı üzvün (görmə  və ya eşitmə) mərkəzi 
olması haqqında fikir söyləyirik. 
Beyin yarımkürələri qabığının elektrik fəallığı. 
Elektroensefaloqrafiya üsulu ilə beyin qabığının və qabıqaltı 
nüvələrdə yaranan elektrik potensiallarının qarşılıqlı əlaqəsi öyrənilir 
(şəkil 6.25). 
 
 
Şəkil 6.25. Elektroensefaloqramın  əsas ritmləri: I-beta-ritm, II-alfa-
ritm, III-teta-ritm, IV-delta-ritm, V-qıçolma zamanı yaranan 
bioelektrik boşalmaları (E.B.Babkin və b., 1966). 
 
Elektroensefaloqrafiya üsulu. Beyinin elektrik dalğalarını və 
downloaded from KitabYurdu.org


 
221 
ya ritmlərini yazan cıhaza elektroensefaloqraf, alınan  əyriyə 
elektroensefaloqramma 
(EEQ) deyilir. Müasir 
elektroensefaloqraflar xüsusi elektron gücləndiricilərinin 
vasitəsilə beyin potensiallarını bir neçə yüz min və  hətta milyon 
dəfələrlə gücləndirərək qeyd etməyə imkan verir. Hazırda 8, 16, 32 
və daha çox kanallı və yüksək həssaslığa malik elektroensefaloqraf 
vasitəsilə eyni zamanda beyinin çoxlu sahələrindən biopotensiallar 
qeydə alına bilər. 
Heyvanların, o cümlədən, ali məməlilərin EEQ-si, əsasən, 
delta və teta dalğalarının yüksək fəallığı ilə xarakterizə olunur. 
Beyinin müxtəlif nahiyələrinə mikroelektrod qoyub sükunət 
və fəaliyyət halında yaranan potensial dalğaları yazsaq, beta, alfa, 
teta və delta dalğaları müşahidə edilir (şəkil 6.25). 
Alfa-ritm.  Bu, seyrək, uzun və iri amplitudlu dalğalardır. 
Tezliyi 8-13 hers/san, gərginliyi 0,5-0,9 mkB, amplitudu isə 90-
120 mkV-a çatır. Alfa-ritm fiziki və mənəvi rahatlıq vəziyyətində 
və xarici qıcıqların təsiri olmadıqda müşahidə olunur. Kor adam-
larda alfa-ritm ya çox zəif olur, ya da heç olmur. 
Beta-ritm. Bu kiçik, qısa və  sıx dalğalardır. Onun tezliyi 
saniyədə 20-30 hers, gərginliyi 0,13 mkV-dur, əsasən beyin 
qabığının alın nahiyəsində daha yaxşı müşahidə edilir. 
Teta-ritmBu, tezliyi saniyədə 4-8 hers, amplitudası 100-150 
mkV olan dalğalardır. Belə dalğalar yuxu zamanı və bəzi patoloji 
hallarda (hipoksiya və dərin narkoz zamanı) müşahidə olunur. 
Delta-ritmAmplitudu 250-300 mkV, tezliyi saniyədə 0,5-3,5 
hers olan zəif dalğalardır. Delta dalğalar dərin yuxu zamanı, beyin 
yarımkürələri qabığının müxtəlif patologiyalarında və hipoksiyası 
şəraitində yaranır. 
Aparılmış tədqiqatlar göstərir ki, qabığın hüceyrələri mərkəzi 
sinir sisteminin digər neyronları kimi təsir potensialını yaymaq 
qabiliyyətinə malikdir. 
Hipoksiyanın başlanğıc mərhələsində alfa-ritm beta-ritmlə, 
daha sonra isə beta-ritm delta-ritmlə  əvəz olunur. İnsan huşunu 
itirdikdə artıq delta dalğalar əmələ gəlir. 
İnsanın sakit vəziyyətində alfa-dalğalar  əmələ  gəlir. Narkoz 
 
222 
efir buxarı ilə nəfəs aldıqda hərəki və danışıq oyanmasına uyğun 
beta dalğalar üzə  çıxır. Sonra narkoz dərinləşdikdə teta, onlarda 
delta-dalğalarla  əvəz olur, sonra elektrik dalğaları itir, «sakitlik» 
dövrü əmələ gəlir. Ayrılarkən dalğalar əksinə olur. 
Patoloji anatomik üsul. Sağlam adamlar xəstəlikdən sonra
məsələn, MSS-nin müxtəlif  şöbələrində: onurğa beyni, uzunsov 
beyin, orta beyin, beyincik, ara beyin və beyin yarım kürələrində 
şiş  və başqa pozğunluqlar müşahidə edildikdə  xəstə klinik olaraq 
ölənə qədər nəzarət altına alınır, öləndən sonra yarılır, onun MSS-ı 
patoloji-anatomik və histoloji cəhətdən nəzərdən keçirilir, nəticədə 
illərlə  xəstəni narahat edən, fəaliyyətində pozğunluq olan üzvün 
beyinin hansı şöbəsi ilə əlaqədar olduğu müəyyən edilir. 
Kimyəvi üsul. Beyin üzərində aparılan fizioloji təcrübələrdə 
kimyəvi qıcıqlandırma üsullarından ilk dəfə M.İ.Seçenov geniş 
istifadə etmişdir. Qurbağa beyninin görmə qabarları nahiyəsinə 
xörək duzu kristallarını qoymaqla o, baş beynin onurğa beyninin 
hərəki reflekslərinin təzahürünə  təsirini öyrənmişdir. Bu cür təc-
rübələrlə M.İ.Seçenov beyində «mərkəzi ləngimə» hadisəsini kəşf 
etmişdir. 
Təkamülün fizioloji üsulu. Təkamül fiziologiyası 
müqayisəli fiziologiyanın son pilləsi olub, öz fəaliyyətini müxtəlif 
zooloji qruplara aid növlərin və eyni növdən olan canlıların 
müxtəlif inkişaf mərhələlərindəki spesifik xüsusiyyətlərini 
öyrənir. 
Təkamül hadisəsinin ayrı-ayrı inkişaf mərhələlərində olan 
heyvanların sinir sisteminin quruluş və fəaliyyətini, heyvanın hə-
yatında oynadığı rolu müqayisə etmək və öyrənmək vasitəsilə 
sinir sistemi fəaliyyətindəki xüsusiyyətləri, dəyişkənliyi və s. ay-
dınlaşdıra bilirik. 
 
6.17. Onurğa beyninin inkişafı və funksiyası 
 
Embrional inkişaf mərhələlərində onurğa beyni onurğa sütunu 
kanalının bütün boşluğunu doldurur. Yaşlı adamlarda onurğa beyn-
inin ağırlığı 30 qrama çatır, o çeçələ barmaq yoğunluğunda olub, 
downloaded from KitabYurdu.org


Yüklə 66,66 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə