Ə. H.Əliyev, F.Ə.Əliyeva, V. M. Mədətova



Yüklə 66,66 Kb.
Pdf görüntüsü
səhifə40/102
tarix17.11.2017
ölçüsü66,66 Kb.
#10957
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   102

 
157 
urğa beynindən başlayaraq işcil orqanlara kimi uzanır. Onların 
üzəri mielin qaşası ilə örtülü olur. Mielin qişasını da xaricdən 
Şvann qişası örtür. Mielin qişa hər 1-2,5 mm məsafədə  kəsilir. 
Silindrik oxun bu sahəsində (0,5-1 mk enində) qişa olmur. Şvann 
qişasından neyritə atmalar gedərək, onu buğum  şəklinə salır. 
Buna Ranvye buğumları deyilir (şəkil 6.6). Mielin qişa izolyator 
və trofiki funksiyalar daşıyır. Mielinli sinir liflərində oynama yal-
nız Ranvye buğumlarında baş verir. 
Sinir impulslarının əmələ gəlməsi və nəql edilməsində silin-
drik oxun səthi membranı əsas rol oynayır.  
 
Şəkil 6.6. Mielinli sinir lifinin quruluş sxemi. 
 
Mielinli və mielinsiz sinir liflərində oyanmanın nəql olun-
ması. Sinir liflərinin hüceyrələrindən ayrılan akson çıxıntıları 
müxtəlif qalınlıqlı  dəstələrdə toplanaraq, mərkəzi sinir sistemilə 
ayrı-ayrı orqanlar arasında əlaqə yaradan afferent (hissi), efferent 
(hərəki) sinirləri əmələ gətirirlər. 
Efferent sinirlər oyanmanı MSS-dən işcil orqanlara, afferent 
sinirlər isə orqanlardan MSS-nə nəql edir. Hər iki sinir lifləri çox 
vaxt bir yerdə gedir. Trofik sinirləri isə orqan və toxumaların mü-
badilə prosesini nizamlayır. Trofik sinir liflərinin özləri də hissi 
olurlar. 
Hər bir sinir lifi əzələ protoplazmasına daxil olaraq, həlqə 
şəklində löhvə-sinaps əmələ gətirir. Sinir hüceyrəsi, lif-neyrit, si-
naps və  əzələ hüceyrəsi bir yerdə  funksional hərəkət vahidi ad-
lanır. 
 
158 
Sinir lifləri iki qrupa – mielinli və mielinsiz liflərə bölünür. 
Mielinli sinir liflərinə somatik və vegetativ sinir sistemi, mielinsiz 
sinir liflərinə isə əsasən simpatik sinir sistemi aiddir. 
Mielinsiz sinir liflərində oyanma membran boyu fasiləsiz bir 
oyanma sahəsindən digərinə ötürülməklə yayılır. Bundan fərqli 
olaraq mielinli liflərdə oyanma Ranvye buğumlarının birindən o 
birinə tullanır. Belə  nəqlolunma  saltator nəql adlanır. Mielinlə 
örtülü buğumlararası sahə əslində oyanmır. 
Şəkil 6.7-də sinir impulslarının bir buğumdan digərinə tul-
lanması aydın verilmişdir. 
 
 
Şəkil 6.7. Oyanmanın mielinsiz (A) və mielinli liflərdə (B) yayılması. 
Oyanan (a) və qonşu (b) buğumlar arasında  əmələ  gələn cərəyanın 
istiqaməti oxla göstərilmişdir. 
 
Sakit halda oyanan membranın xarici səthində bütün Ranvye 
buğumları müsbət yüklənir. Qonşu buğumlar arasında potensiallar 
fərqi olmur. Oyanmamış – a buğumu qonşu b buğumuna nisbətən 
mənfi yüklənir. Bu zaman əmələ  gələn elektrik cərəyanı (ionlar 
axını) lifi əhatə edən toxumaarası maye, membran və aksoplazma 
ilə yayılır. buğumundan çıxan cərəyan onu oyadaraq membranı 
yükləndirir. buğumunda oyanma hələ davam edir və o müəyyən 
vaxt oyanmaz olur. Ona görə  b buğumu növbəti  v buğumunu 
oyanma vəziyyətinə  gətirir. Buğumlararası sahədə tullanma ona 
görə mümkün olur ki, fəaliyyət potensialının amplitudası  hər 
buğumda qıcıq həddini 5-10 dəfə ötür. İ.Takasaqi müəyyən 
downloaded from KitabYurdu.org


 
159 
etmişdir ki, bir buğumda meydana çıxan fəaliyyət potensialı 
nəinki qonşu buğumu, hətta yanındakı kokainlə zəhərlənmiş daha 
iki buğumu oyada bilər. 
Mielinli liflərdə oyanmanın yayılma sürəti saniyədə 70-120 
metr. Halbuki mielinsiz sinir liflərində 3-14 metrə bərabərdir. 
Sinir liflərində oyanmanın nəql olunmasını öyrənərkən bir 
neçə qanunauyğunluqlar və ya qanunlar müəyyən edilmişdir. 
1.  İkitərəfli nəqletmə qanunu. Sinir lifini qıcıqlandırdıqda 
əmələ  gələn oyanma iki istiqamətdə-mərkəzəqaçma və 
mərkəzdənqaçma istiqamətlərində yayılmasını Nil naqqa 
balığının elektrik orqanı üzərində öyrənmişlər. 
İlk dəfə rus alimi Babuxin sinir lifini kəsərək orqanın orta 
payını  çıxarmış  və paycıqlardan birini-inervasiya edən sinir 
sahəsini qıcıqlandırmışdır. Bu zaman nəinki aşağı hissə, hətta 
orqanın yuxarı yarısı da boşalmışdır. Babuxin təcrübəsinin sxemi 
6.8-ci şəkildə göstərilmişdir. 
 
 
Şəkil 6.8. Babuxin təcrübəsinin sxemi: 1-elektrik orqanına lif 
göndərən sinir hüceyrəsi; 2-sinir gövdəsinin kəsildiyi yer; 3-təcrübə 
zamanı kəsilib götürülən hissə sıx cizgilərlə örtülmüşdür. 
 
Oyanmanın hər iki tərəfə  nəql olunmasını digər bir klassik 
təcrübə ilə  də müşahidə etmək olar. Qurbağanın arxa ətrafından 
 
160 
hazırlanmış preparatda budun arxa hissəsində əzələlər küt sürətdə 
ayrılır və oturaq siniri tapılır. 
Bud və baldır  əzələləri yalnız oturaq siniri ilə  əlaqədə olan 
preparat hazırlanır və siniri dəyişən cərəyanla qıcıqlandırdıqda 
həm bud, həm də baldır əzələləri eyni zamanda təqəllüs edir.  
2. Fizioloji tamlıq qanunu. Sinirin bir sahəsini zəhərlədikdə, 
sapla bağladıqda və ya soyutduqda, həmin sahənin zahirən 
salamat görünməsinə baxmayaraq, fizioloji bütövlüyü pozulur. 
Belə sahədən impuls keçmir. 
3.  İzolə  təcrid olunaraq nəqlolunma qanunu. Bu qanuna 
görə impuls bir lifdən qonşu lifə keçə bilmir. Qurbağanın bud 
nahiyəsində oturaq sinirini liflərə ayırıb, liflərdən birini dəyişən 
cərəyanla qıcıqlandıracaq, hətta pəncənin hər hansı bir hissəsinin 
təqəllüsünü müşahidə etmək olar. Əgər oyanma qonşu liflərə 
(köndələninə) keçsəydi, ayrı-ayrı  əzələ  təqəllüsləri mümkün 
olmazdı və hər bir oyanma çox müxtəlif əzələlərin birgə təqəllüsü 
ilə müşaiyət olunardı. 
 
6.4. Sinir lifinin müxtəlifliyi onda fəaliyyət  
potensialı və oyanmanın yayılması 
 
Sinir hüceyrəsi öz oyanmasına görə «hamı  və ya heç nə» 
sinirlər isə «qüvvələr nisbəti» qanununa tabe olur. 
Fəaliyyət potensialının vasitəsilə oyanmanın hüceyrə və ya lif 
boyunca yayılması mexanizmi çox mürəkkəbdir. Qeyd edildiyi 
kimi sükunətdə olan sinir lifinin, eləcə də sinir hüceyrəsi membra-
nının xarici səthi elektromüsbət, daxili səthi isə elektromənfi 
yüklə yüklənmişdir. Qıcığın təsirindən isə membranda, onun qıcı-
ğa məruz qaldığı sahədə elektrik yüklərinin bu cür qütblüyü 
(polyarlığı) dəyişilir və bu halda membranın xarici səthi mənfi, 
daxili səthi isə müsbət yüklə yüklənir: potensial depolyarlaşır, onun 
qiyməti maksimuma çatdıqdan dərhal sonra həmin nahiyə 
yenidən elektromüsbət olur (bax: IV fəsil). Membranda ilk oyan-
ma sahəsi yarandıqda oyanmış sahə ilə ona qonşu olan 
oyanmamış sahə arasında potensiallar fərqi əmələ gəlir. Bu qayda 
downloaded from KitabYurdu.org


Yüklə 66,66 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə