Ə. H.Əliyev, F.Ə.Əliyeva, V. M. Mədətova



Yüklə 66,66 Kb.
Pdf görüntüsü
səhifə38/102
tarix17.11.2017
ölçüsü66,66 Kb.
#10957
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   102

 
149 
özündən sonrakı düyünlərlə əlaqələnmişdir (şəkil 6.3). 
Qurdların sinir qanqlilərində
500-1500-ə  qədər neyron vardır. 
Belə sistemdə reseptor hüceyrə
periferiyada olur və öz uzun
çıxıntısını (aksonunu) düyünə
göndərir. Aralıq neyron öz
çıxıntıları ilə birlikdə düyündə
yerləşir, o hissi neyronu hərəki
neyron ilə  əlaqələndirir. Hərəki-
effektor və ya icraedici neyronun
cismi düyündə, çıxıntıları isə
periferiyada olur. 
Bütün onurğalılarda yeni tip, 
borulu sinir sistemi əmələ gəlmiş-
dir. Beyin borusunun genişlənmiş
ön, baş hissəsi kəllə boşluğunda, 
qalan hissəsi isə onurğa kanalında
yerləşmişdir. Onurğalılarda  əksər
sinirlər ilk növbədə akson lifləri
mielin qişa ilə örtülür ki, bu da
ayrı-ayrı sinir liflərilə
oyanmaların nəql olunması
prosesini asanlaşdırır. Məsələn, 
əgər xərçəngin nəhəng akson
liflərində sinir impulsları 5 m/san, 
molyuskanın həmin tipli liflərində
20-25 m/san-dirsə, məməlilərin
mielinləşmiş periferik sinirlərində
oyanmaların yayılma sürəti 120 
m/san-ə qədər artmışdır. 
 
Şəkil 6.3. Yağış qurdunun düyünlü
sinir sistemi. 1 – udlaqüstü düyünü, 
2 – birləşdirici liflər, 3 – udlaqaltı
düyün, 4 – qarın düyünləri zənciri. 
Onurğalıların beyin ölçülərinin sürətlə artması  əsasən in-
terneyronların hesabına baş verir. 
Filiologenezdə onurğa beynin baş beyindən asılılığı artır. 
Xordalılardan – neştərçədə qoxu beyni tez formalaşır, xordalı 
 
150 
heyvanların digər siniflərinin nümayəndələrindən 
dəyırmiağızlılar, balıqlar suda-quruda yaşayanlar, sürünənlər, 
quşlar və məməlilərdə beyin öz morfo-funksional quruluşu baxı-
mından daha yüksək pilləyə yüksəlmişdir. 
 
Şəkil 6.4. Onurğalılarda beynin inkişafı; A – balıqlarda, B – suda-
quruda yaşayanlarda, V – sürunənlərdə, Q – quşlarda, F – məməlilər-
də, D – insanda (R.Tryusku və Karpenterə görə, 1964): 1-görmə payı, 
2-ön beyin, 3-qoxu soğanağı, 4-beyincik, 5-qoxu yolu, 6-hipofiz, 7-
alın payı, 8-aralıq beyin, 9-qıf, 10-qoxu payı, 11-görmə yolu, 12-
epifiz, 13-9 və 10 cüt beyin sinirləri. Digər sinirlər isə Rum rəqəmi ilə 
göstərilmişdir. 
 
Balıqların bütün növlərində aydın seçilən ön, orta və arxa 
downloaded from KitabYurdu.org


 
151 
beyin vardır. Görmə, qoxu, eşitmə, müvazinət və dəri hissi, eləcə 
də spesifik hiss orqanı olan yan xətlər yaxşı inkişaf etmişdir. 
Balıqlardan başlayaraq bütün sonrakı onurğalılarda beyin 
sinirlərinə başlanğıc verən sinir kökləri formalaşır. Suda-quruda 
yaşayanlarda hərəkət orqanı kimi ön və arxa ətrafları əmələ gəlir. 
Qurbağanın mərkəzi sinir sistemində beyincik funksiyalarını 
qismən öz üzərinə götürmüş bir sıra hərəki mərkəzlər formalaşır. 
Qurbağada beyincik balığa nisbətən bir qədər zəif inkişaf 
etmişdir. 
Sürünənlərdə (reptililər) beyin böyük dəyişikliklərə  məruz 
qalmır. Bunlarda orta və arxa beyin, xüsusilə beyincik yaxşı 
inkişaf etmişdir. 
Sürünənlərdən mənşə alan quşlarda beynin sürətlə inkişafı 
aydın nəzərə çarpır. Quşların orta və aralıq beyin şöbələrində 
müxtəlif davranış aktlarının sinir mərkəzləri formalaşır. 
Məməlilərdə aralıq beyində  hələ quşlarda rast gəlinən 
talamus, hipotalamus, hippokamp kimi törəmələrlə yanaşı bir sıra 
yeni nüvələr və strukturlar əmələ gəlmişdir. 
Beynin böyük yarımkürələri qabığı məməlilərdə, o cümlədən, 
insanda mərkəzi sinir sisteminin ali şöbəsidir. 
Funksiyaların qabıqda mərkəzləşməsi-funksiyaların 
kortikallaşması borulu sinir sisteminin təkamüldə qazandığı  ən 
mühüm xüsusiyyətlərindəndir. 
İnsan mühitin qıcıqlarına qarşı daha düzgün və  məqsədəuy-
ğun cavab reaksiyalarına ikinci siqnal sistemi – nitq sistemi 
vasitəsilə nail olur. 
  
 
6.2. Sinir sisteminin ontogenezdə inkişafı 
 
Erkən ontogenezdə sinir sisteminin formalaşması. 
Orqanizmin ontogenezində (fərdi inkişafında)  əvvəlcə mayalan-
mış yumurta hüceyrə-ziqota ardıcıl olaraq bölünmələrə  məruz 
qalıb rüşeym qovuqcuğunu əmələ gətirir. Sonra onun xarici ekto-
derma təbəqəsinin bölünməsi nəticəsində sinir lövhəsi  əmələ 
 
152 
gəlir. Belə ki, ektodermanın üst səthinin bəzi hüceyrələri diferen-
siasiya edərək neyroepitel hüceyrələrə çevrilir. Əmələ gələn ney-
roepitel hüceyrələri rüşeym cisminin arxa hissəsində müstəvi üzrə 
yerləşərək sinir lövhəsini  əmələ  gətirir. Bu lövhə rüşeymin arxa 
və ya quyruq (kaudal) hissəsindən başlayaraq, ağız və ya baş (ros-
tral) hissəyə  qədər uzanır. Sonrakı  mərhələlərdə sinir lövhəsinin 
kənarları bükülərək bir-birilə birləşərək sinir və ya beyin bo-
rusunu  əmələ  gətirir. Sinir borusunu əmələ  gətirən hüceyrələrin 
bir qismindən  əvvəlcə neyroblastlar, sonra isə neyronlar əmələ 
gəlir. Digər qismindən  əmələ  gələn spongioblast hüceyrələrdən 
isə neyroqliya və ependim hüceyrələri başlanğıc alır. Sinir lövhəsi 
borusunun üst səthinin hüceyrələrindən sonra qanqlioz hüceyrələr 
adlanan neyron təbiətli hüceyrələr yaranır. Qanqlioz hüceyrələr 
tədricən ektoderma ilə sinir borusu arasına keçir və sinir 
düyünlərinin formalaşmasında mühüm rol oynayır. 
Embrional inkişaf zamanı sinir borusu divarı  təxminən eyni 
qalınlıqda olur. Sonralar sinir borusunun arxa və ön divarları bir 
qədər inkişafdan qalır və  dərinləşərək, xüsusilə onurğa beyninin 
boylama  şırımlarını  əmələ  gətirir. Borunun daxili boşluğu 
ətrafında hüceyrələrin çoxalıb artması  nəticəsində onun diametri 
getdikcə kiçilir və nəhayət, dar mərkəzi kanal əmələ gətirir. Ney-
roblastların cismləri kanal ətrafında toplaşaraq boz maddə yığın-
ını əmələ gətirir. İlk dövrlərdə beyin borusunun ön (heyvanda) və 
ya yuxarı (insanda) nahiyəsi aşağı nahiyələrə nisbətən 
genişlənməyə başlayır. Tədricən dairə  şəkli olan bu hissə iki 
yerdən sıxılaraq üç qovuqcuğa, ön, orta və arxa qovuqcuqlara 
bölünür. Bunlara ilk beyin qovuqcuqları deyilir. Onlardan uc 
beyin, ara beyin, orta beyin, arxa beyin və uzunsov beyin şöbələri 
əmələ gəlir. Dördhəftəlik insan embrionun sinir borusunda aydın 
şəkildə buğumlaşmış beyin aydın görünür. Bətndaxili inkişafının 
6-7-ci həftələrində onun uc qovuqcuğu iki yan qovuqcuğa bölünür 
ki, bunlardan da beynin sağ  və sol yarımkürələri  əmələ  gəlir. 
Erkən ontogenezdə insanın sinir borusunun yuxarı nahiyəsində 
əmələ  gələn morfoloji dəyişikliklərin sxematik təsviri 6.5-ci 
şəkildə verilmişdir.  
downloaded from KitabYurdu.org


Yüklə 66,66 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə