Ə. H.Əliyev, F.Ə.Əliyeva, V. M. Mədətova



Yüklə 66,66 Kb.
Pdf görüntüsü
səhifə35/102
tarix17.11.2017
ölçüsü66,66 Kb.
#10957
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   102

 
138
tək izotonik təqəllüsü üçündür. İzometrik təqəllüs qüvvəsi 0,12 H. 
 
Tək təqəllüsdə yük ilə  iş arasında münasibət cədvəl 5.3-də 
verilən rəqəmlərə daha yaxın olur. Lakin ləngidilən yük zamanı 
tək  əzələ  təqəllüsündə  məsafə  və  iş, ləngidilən yüklə tetanusa 
nisbətən az olur, belə ki, birinci halda fəallıq dövrü tetanus vaxtı 
olduğu qədər əzələnin qısalması dövründə həddindən çox azdır. 
Uzun  əzələ  yığıldıqda yükü daha çox hündürə qaldırır, 
deməli çox iş görür. 
Orqanizmin adi fizioloji şəraitində əzələ öz uzunluğunun 5%-
i qədər yığılır. Əzələnin işi nəinki əzələ liflərinin uzunluğundan, 
həm də təcrübə şəraitində verilən qıcığın qüvvəsindən də asılıdır. 
Qıcıq qüvvəsini tədricən artırdıqda  əzələnin yığılma qüvvəsi də 
artır. Lakin müəyyən vaxtdan sonra qıcıq qüvvəsinin artırılması 
təqəllüsə  təsir etmir. Çünki əzələdə  də  fəaliyyət potensialı 
tərəfindən oyanmanın  əmələ  gəlməsi «hamısı  və ya heç nə» 
qanununa tabedir. Əzələnin qüvvəsini təyin etmək üçün onun 
maksimal dərəcədə  yığılmasını verən qıcıq qüvvəsi tətbiq 
edilməlidir. 
Əzələnin maksimal dərəcədə  təqəllüs etdirə bilən qıcıq 
verməklə və müxtəlif yüklər asmaqla onun daha qaldıra bilmədiyi 
yük təyin edilir. 
5.14-cü  şəkildə göstərildiyi kimi əzələlər müxtəlif quruluşlu 
olur. Buna görə  də  əzələnin en kəsiyilə bütün liflərin en kəsiyi 
həmişə uyğun gəlmir.  
Bütün liflərin en kəsiyi 5.14-cü şəkildə göstərildiyi kimi təyin 
edilir. Ancaq bütün liflərin en kəsiyinin kvadrat santimetrlərlə 
ölçüsü təyin edildikdən sonra əzələnin qaldırdığı yük həmin 
ölçüyə bölünür və beləliklə  də  əzələnin mütləq qüvvəsi təyin 
edilir. Hesablamalar göstərmişdir ki, insanın nəli əzələsinin müt-
ləq qüvvəsi 5,9 kq/sm
2
-ə, bazunu bükən əzələnin 8,1 kq/sm
2
, çey-
nəmə əzələlərinin – 10 kq/sm
2
, bazunun ikibaşlı əzələsinin – 11,4 
kq/sm
2
, bazunun üçbaşlı  əzələsinin – 16,8 kq/sm
2
  və saya 
əzələlərinin 1 kq/sm
2
-ə bərabərdir. Lələkli əzələlər böyük fizioloji 
kəsiyə malik olduğundan çox güclü olurlar. 
 
139
Əzələ tonusu. Sakit halda insanın  ətraf  əzələlərinin 
sinirlərində çox az gərginlikli fəaliyyət potensialı qeydə alınır.  
Hər bir əzələ öz anatomik quruluşuna görə çox uzana bilər
lakin nədənsə uzanmayıb bir qədər yığılmış halda qalır ki, bu 
onun tonusudur. Bəs belə olduqda əzələni boşalıb həqiqi uzunluğa 
çatmağa qoymayan nədir? Aparılan elektrofizioloji tədqiqat 
göstərir ki, buna səbəb  əzələlərə fasiləsiz surətdə  mərkəzi sinir 
sistemindən və ilk növbədə onurğa beyninin ön buynuzlarında 
yerləşmiş motoneyronlardan (hərəki neyronlardan) gələn 
qıcıqlardır. Bəs o halda motoneyronları kim qıcıqlandırır? Onları 
qıcıqlandıran  əzələlərdə yerləşən  əzələ oxlarında və  hərəkət 
aparatının digər hissələrində (vətərlərdə, bağlarda və s.) yerləşmiş 
proprioreseptorlardan gedən qıcıqlardır. Beləliklə, tonusun 
nəticəsində  əzələnin yığılması (gərilməsi) hərəkət aparatındakı 
proprioreseptorları oyadır, bu oyanma da öz növbəsində afferent 
sinirlərlə gedərək onurğa beynindəki motoneyronları oyadır, 
beləliklə, impulslar dövranı yaranır, başqa sözlə desək,  əzələnin 
tonusu refleksor təbiətə malik olub, sonrakı tonusu təmin edir. 
Brondjestin aşağıdakı  təcrübəsilə bu impulslar dövranını sübut 
etmək olar. Əgər spinal qurbağada bir tərəfdən onurğa beyninin 
hissi köklərini kəssək, o zaman həmin tərəfdə tonusun itdiyi və 
pəncənin sallandığı müşahidə ediləcəkdir. Oturaq sinirin 
tərkibində  əzələlərə  gələn hərəki sinirləri kəssək, yenə  də eyni 
nəticə  əldə etmiş olarıq. Onurğa beyninin zədələnməsi isə 
pəncənin hər tərəfdən sallanmasına səbəb olacaqdır. 
Beləliklə, əzələlərin tonusunu yaradan onurğa beynidir. Lakin 
bununla belə baş beyninin ayrı-ayrı  şöbələri isə onurğa beyninə 
göndərdikləri qıcıqlar vasitəsilə tonusu azaldıb-çoxalda, başqa 
sözlə, onu nizama sala bilərlər. 
Əzələnin tonusu bəzi amillərdən asılı olaraq dəyişə bilər. 
Belə amillərdən biri insanın oyaq və ya yuxuda olmasıdır. İnsan 
yatan zaman mərkəzdən gələn qıcıqların miqdarı azaldığından 
tonus da azalır.  
Əzələlər nisbi sakit halında, tamamilə boşalmır, gərgin 
vəziyyətdə qalırlar ki, buna 
tonus  deyilir. Nisbi sakit halında 
downloaded from KitabYurdu.org


 
140
əzələnin tonusda qalmasına səbəb, onurğa və baş beyində yaranan 
sinir impulslarıdır. 
Əzələlərin tonusunun tənzimi iradidir, insan istədiyi vaxt 
əzələlərini gərginləşdirə və boşalda bilir. 
Eninəzolaqlı əzələlərin tərkibində tetanik və tonik liflər olur. 
Əzələ tonusu və  təqəllüsü  əsasən retikulyar formasiyanın beyin 
qabığına fəallaşdırıcı  və onurğa beyninə  ləngidici təsirindən asılıdır. 
Məsələn, spinal qurbağada ətraf əzələləri tonusda olur. Əgər onurğa 
beyninə arxa köklərdə  əzələ reseptorlarından daxil olan sinir 
impulsların, arxa kökləri kəsməklə ora daxil olmasını, ön kökləri 
kəsməklə əzələlərə cavab siqnallarının gəlməsinin qarşısını alsaq, 
əzələlərə sinir impulsları gəlmədiyi üçün onlar tamamilə boşalır. 
Əzələlər tonusdan düşür, yəni boşalır, ətraflar sallanır (5.15). 
 
Şəkil 5.15. Qurbağada arxa köklər birtərəfli kəsildikdən sonra aşağı 
ətrafda tonusun itməsi.  
 
5.7. Saya əzələ hüceyrələri və təqəllüsü 
 
Saya  əzələlərdə  təqəllüs aktı.  Saya  əzələlərin tərkibində 
olan saya əzələ hüceyrələri boş və borulu orqanların əzələ divarın 
əmələ  gətirir. Saya əzələ hüceyrəsində eninə zolaqlar yoxdur. 
Çünki miofilamentlər eninəzolaqlı əzələyə xas olan miofibrinləri 
əmələ  gətirmir. Skelet əzələsini təqəllüs etdirən minimum qıcıq 
qüvvəsi saya əzələnin və ürək  əzələsinin təqəllüsünə  səbəb ola 
bilmir. 
Skelet  əzələsinin avtomatiya qabiliyyəti ürək  əzələsinin və 
daxili orqanların saya əzələlərinə nisbətən zəifdir. 
 
141
Yuxarıda deyildiyi kimi, ali heyvanların və insanların 
orqanizmində saya əzələləri daxili orqanların, qan damarlarının 
divarında və dəridə yerləşmişdir. 
Saya əzələlərin təqəllüsünü skelet əzələlərinin təqəllüsündən 
fərqləndirən onun son dərəcə yavaş  təqəllüs etməsidir. Məsələn, 
saya  əzələ  təqəllüsünün latent dövrü skelet əzələsinin latent 
dövründən 300 dəfə çoxdur. Saya əzələlərdə  təqəllüsün yığılma 
və boşalma dövrü də çox yavaş  cərəyan edir. Məsələn, 
adadovşanının mədəsinin təqəllüsü 5 san, qurbağanın mədəsi isə 1 
dəq davam edir. Xüsusən təqəllüsün yığılma dövründən sonra 
gələn boşalma dövrü daha uzun sürür. Saya əzələ üçün xarakter 
olan cəhət onun uzun müddət yığılmış halda qalması və bu zaman 
heç bir yorğunluq  əlaməti aşkara çıxarmamasıdır. Belə  təqəllüs 
tipi tonik fəaliyyət adlanır. Saya əzələlərin uzun müddət tonik 
təqəllüs vəziyyəində olması xüsusən boş orqanların 
sfinktorlarında özünü daha aydın göstərir. Onların tonik təqəllüsü 
orqanın möhtəviyyatının xaricə  çıxmasına mane olur. Ödün öd 
kisəsində, sidiyin sidik kisəsində toplanması, nəcisin düz 
bağırsaqda formalaşması bununla təmin olunur. Qan damarlarının 
və xüsusən arteriya və arteriolların divarlarında yerləşən saya 
əzələlər də kəskin tonusa malikdir.  Arteriya divarlarındakı əzələ 
qatı onun mənfəzini, qan təzyiqinin səviyyəsini, orqanların qan 
təchizatını nizama salır. Saya əzələlərdən çoxunun fəaliyyət 
potensialının amplitudası kiçik olub, 60 mv-ə bərabərdir, halbuki, 
skelet  əzələlərində bu 120 mv təşkil edir, fəaliyyət potensialının 
müddəti də çox olub, 1-3 san-yə bərabər olur. 
Aparılan tədqiqat göstərir ki, tək  əzələ  təqəllüsünü, ancaq 
laboratoriya  şəraitində almaq olar. Təbii vəziyyətdə, sağlam 
adamlarda heç vaxt tək  əzələ  təqəllüsünə  təsadüf edilmir. Çünki 
tək  əzələ  təqəllüsü üçün tək-tək qıcıqlar lazımdır. Təbii  şəraitdə 
isə skelet əzələlərinə  qıcıq göndərən mərkəzi sinir sistemidir. 
Mərkəzi sinir sistemi heç vaxt tək-tək qıcıq törədə bilmir. O, 
daima topa-topa, yaylım atəşli qıcıqlar göndərir. Məlum olduğu 
kimi, yaylım atəşli qıcıqlara qarşı isə  əzələ, ancaq tetanik 
təqəllüslərlə cavab verir. Zahirən tək əzələ təqəllüsü kimi görünən 
downloaded from KitabYurdu.org


Yüklə 66,66 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə