161
ilə oyanma fəaliyyət potensialı vasitəsilə mielinləşməmiş sinir
liflərilə sanki membranın bir sahəsindən
digər sahəsinə tədricən
hərəkət edir (şəkil 6.7A). Mielinləşmiş sinir lifində isə Ranvye
buğumu ilə oyanmanın əmələ gəlməsi və sıcrayışlarla
ötürülməsində əsas rol oynayır.
Sinirlərdə oyanmaların nəqlolunma sürəti. Sinir lifi üzrə
oyanmaların hərəkət sürətini dəqiq ölçmək mümkündür.
Sinirlərdə impulsların hərəkət sürətini təyin etmək sahəsində ilk
təcrübələr məşhur alman fiziki və fizioloqu Q.Helmols (1821-
1894) tərəfindən aparılmışdır. O, müəyyən etmişdir ki, sinir lifi
oyanmaları 120 m/san sürəti ilə nəql edir.
Dəqiq analizlər göstərmişdir ki, sinir lifində oyanmanın nəql
olunma sürəti təxminən onun diametri ilə düz mütənasibdir. Yəni
lifin diametri (qalınlığı) artdıqca oyanmanın nəqlolunma sürəti də
artır.
Hazırda oyanmanın nəqlolunma sürətinə görə sinir liflərini A,
B, S hərflərilə işarə edilən üç əsas tipə bölürlər. A qrupuna aid
olan liflər dörd yarım qrupa - A
α
, A
β
, A
γ
… və A
δ
ayrılır. Onlar
mielin qişası ilə örtülür. Ən
böyük diametri A
α
lifləridir. İnsanda
və istiqanlı heyvanlarda onların diametri 1-22 mk, oyanmanın
nəqlolunma sürəti 5-120 m/san-dir. Onlar oyanmanı onurğa
beynindən skelet əzələlərinə və əzələ reseptorlarından sinir
mərkəzlərinə daşıyırlar.
Əsrimizin 30-cu illərinin axırlarında C.Erlenger və Q.Qasser
dəqiq ölçmələr əsasında periferik sinirlərdə elektrik impulslarını
müxtəlif sürətlə nəql edən üç tip liflərə birinci tip (A tip) liflər im-
pulsları 5-100 m/san, ikinci tip (B-tip) liflər impulsları 3-14 m/san,
üçüncü tip (C-tip) liflər impulsları 0,3-3 m/san nəql edir) təsadüf
edilir. Qeyd etmək lazımdır ki, bu tədqiqatlara görə Erlenger və
Qasser 1944-cü ildə Nobel mükafatına layiq görülmüşlər.
Sinirdə maddələr mübadiləsi və yorulmazlığı. Oyanma
zamanı sinir liflərində zülal mübadiləsi güclənir, qanda çoxlu
azotlu maddələr toplanır.
Sinir uclarından ifraz olunan asetilxolin və noradrenalin sinir
impulslarının kimyəvi ötürüçüləri-mediatorlardır.
162
Sakit halda və oyanma zamanı sinirdə maddələr
mübadiləsinin vəziyyəti bununla əlaqədar enerji mənbəyi olan
fosfor birləşmələri-adenozintrifosfat və kreatinfosfat parçalaması,
qlükoza və qlikogenin hesabına daha çox süd turşusu əmələ
gətirməsi və onun istilik əmələ gətirməsi ilə müəyyən etmək olar.
Sakit vəziyyətdə sinir oksigen mənimsəyir, karbon qazını bu-
raxır. Oksigensiz mühitdə maddələr mübadiləsinin pozulması
nəticəsində natrium-kalium nasosunun işi dəyişilir.
Siniri oksi-
genli mühitə qaytardıqda sükunət potensialı tezliklə bərpa olunur
və oyanmanın nəql olunması qaydaya düşür.
1884-cü ildə N.E.Vvedenski ilk dəfə müəyyən etmişdir ki,
atmosfer havasında siniri uzun müddət (8 saata qədər) fasiləsiz
qıcıqlandırdıqda oyanmanın nəql olunması dəyişmir. Yəni açıq
havada sinir, təcrübi olaraq yorulmur və ya az yorulur.
Sinirin tamamilə yorulmadığını düşünmək səhv olardı. Onun
fəaliyyəti zamanı bir sıra fizioloji dəyişikliklər-refraktor dövrün
uzanması, nəqletmənin zəifləməsi və s. baş verir.
6.5. Oyanıcılıq, qıcıq qüvvəsi xronaksiya,
refraktorluq, parabioz, adaptasiya
Canlı hüceyrənin oyanıcılığı vardır. Yəni hər bir canlı
hüceyrə mühitin dəyişikliklərinə qarşı maddələr mübadiləsini
dəyişdirməyə qabildir. Oyanıcılığa malik toxumalardan bəhs
edərkən sinir, əzələ və vəzi toxumasını nəzərdə tuturlar.
Hazırda fiziologiya elmi son dərəcə incə tədqiqat üsullarına –
istilik
və elektrik hadisələrini, milyon dəfə gücləndirən cihazlara,
saniyəni mində biri içərisində baş verən hadisələri qeyd etməyi
qabil aparatlara, maddələr mübadiləsini öyrənməyə imkan verən
incə kimyəvi metodlara malikdir.
Oyanma bütünlükdə orqanizmin və eləcə də onun üzv
toxuma və hüceyrələrinin mühitin təsirinə qarşı verdikləri cavaba
deyilir. Üzv, toxuma və hüceyrələrin nisbi sakitlik halından
fəaliyyət halına keçməsinə səbəb olan amillərə
qıcıq,
qıcıqların
üzv, toxuma və hüceyrələrə göstərdiyi təsirə
qıcıqlanma deyilir.
downloaded from KitabYurdu.org
163
Təbiəti etibarilə qıcıqlar
mexaniki, istilik, elektriki və
kimyəvi
olaraq bir neçə növə bölünür. Bioloji əhəmiyyətinə görə isə
qıcıqlar
adekvat (xüsusi) və
inadekvat (ümumi) adlanaraq iki yerə
ayrılır. Adekvat qıcıqlar təbii şəraitdə ancaq müəyyən
üzvə təsir
edən qıcıqlara deyilir. Təkamül – hadisəsində üzvlər
müəyyən
qıcıqlara qarşı uyğunlaşmışdır. Məsələn, gözün torlu qişası üçün
işıq spektrinin görünən hissəsi, daxili qulaqda birləşmiş Korti
üzvü üçün səs dalğaları, dildəki dad mədəcikləri üçün qida
içərisində olan müxtəlif kimyəvi maddələr, skelet əzələləri üçün
hərəki sinirlər vasitəsilə gələn impulslar adekvat qıcıqlanır.
İnadekvat qıcıqlar ümumi qıcıqlara, üzvlərdən ötrü
xüsusiləşməmiş qıcıqlara deyilir. Belə qıcıqlar üzvlərin bir
çoxuna təsir edir. Məsələn, turşu, əsas elektrik cərəyanı, zərbə və
sairə təsirilə əzələni, siniri, vəzi oyatmaq olar.
Əslində hər bir diri hüceyrə yuxarıda saydığımız qıcıqlar
(mexaniki, istilik, elektriki və kimyəvi) təsiri altında müəyyən
dərəcədə oyanmağa qabildir.
Elektrik qıcığının inadekvat qıcıq olmasına baxmayaraq
fizioloq təcrübə zamanı əksərən bu qıcıqdan istifadə edir. Ona
görə ki, elektrik qıcığının başqa qıcıqlara nisbətən bir çox
əhəmiyyətli və bütün cəhəti vardır. Bu üstün cəhətlərdən birincisi
odur ki, elektrik qıcıqlandırıcı başqa qıcıqladıcılara nisbətən
toxumaları az zədələyir. İkinci üstün cəhəti ondan ibarətdir ki, bu
qıcıqlandırıcının qüvvəsini asanlıqla dəyişdirmək olur. Bir çox
təcrübələr vasitəsilə müəyyən edilmişdir ki, toxumanın oyanması
üçün, qıcıqladıcı müəyyən qüvvəyə və müəyyən təsir müddətinə
malik olmalıdır. Qıcığın ən kiçik oyanma törədən ən kiçik qüv-
vəsinə
aşağı qıcıqlama qapısı deyilir.
Fərz edək ki, 0,40 volt elek-
trik cərəyanı təqəllüs törətmədiyi halda 0,41 volt həmin əzələni
çox zəif təqəllüsünə səbəb olur. Deməli, əzələnin ən zəif təqəllüs
verməsinə səbəb olan ən kiçik cərəyan gərginliyi 0,41 voltdur. Bu
gərginlik həmin əzələ üçün aşağı qıcıqlama qapısı və ya reobaza
sayılır. Qıcıqların aşağı qıcıqlama qapısına qədər olan
qüvvələrinin verdiyi oyanmalara
subliminal (qapıaltı), aşağı qı-
cıqlama qapısından yuxarı olan qüvvələrinin verdiyi oyanmalara
164
supraliminal (qapıüstü) oyanmalar deyilir. Supraliminal oyanma-
lar da
submaksimal, yəni maksimumdan aşağı,
maksimal, yəni
maksimum və
supramaksimal, yəni maksimumdan çox oyanmalar
olmaq üzrə üç yerə bölünür.
Subliminal qıcıqlara qarşı, yuxarıda
qeyd etdiyimiz kimi
təqəllüs alınmır. Lakin buradan belə nəticə çıxarmamalıdır ki,
subliminal qıcıqlar əzələdə heç bir dəyişiklik törəmir. Kimyəvi
analiz göstərmişdir ki, subliminal qıcıqların təsirinə məruz qalan
əzələ çoxlu miqdarda fosfor ifraz edir. Deməli, belə qıcıqlar əzələdə
nəzərə çarpan oyanma törətmirsə də, əzələnin daxilində oyanma
üçün səciyyəvi olan dəyişikliklərə səbəb olur.
Böyük qüvvəyə maliki qıcıqlar verməklə skelet əzələsinin
fəaliyyətini ya tamamilə dayandırmaq və ya da zəiflətmək müm-
kündür. Bu hadisəni ilk dəfə kəşf edən rus fizioloqu Vvedenski bu
hala
pessimum hal (ən pis hal) və bu halı törədən sıx və qüvvəli
qıcıqlara isə
pessimal qıcıqlar adı vermişdir. Əzələnin maksimum
təqəllüsünə səbəb olan, yəni əzələnin fəaliyyəti üçün ən əlverişli
şərait yaradan qıcığa isə yenə də Vvedenski
tərəfindən optimal
(ən yaxşı) qıcıqlar adı verilmişdir.
Oyanma hadisəsini tədqiq edən ilk alimlər elə zənn edirdilər
ki, oyanmanın alınması üçün elektrik qıcığının təsir müddəti rol
oynamır. Yəni cərəyanın toxumadan neçə müddətə: 1 saniyə, 5 sa-
niyə və ya 1 dəqiqə və i.a. keçməsinin oyanmanın alınması üçün
heç bir əhəmiyyəti yoxdur. Onlar elə zənn edirlər ki, oyanmanın
əmələ gəlməsi yalnız qıcığın qüvvəsindən, özü də qıcığın mütləq
qüvvəsindən yox, o qüvvənin artıb əksilmə sürətindən asılıdır.
Lakin sonrakı tədqiqat göstərdi ki, oyanmanın alınması üçün elek-
trik cərəyanının toxumaya təsir etdiyi müddətin də əhəmiyyəti
vardır. Məsələn, qurbağanın mədə əzələsini təqəllüsə gətirmək
üçün qıcığın təsir müddəti 1/2 saniyəyə bərabər olmalıdır. Qıcığın
təsir müddəti 1/2 saniyədən az olsa, o zaman belə qıcıq aşağı
qıcıqlama qapısından çox olsa da təqəllüs törətməz. Bu sahədə apa-
rılan bir sıra tədqiqat nəticəsində aydın
olmuşdur ki, təqəllüslərin
alınması üçün qıcıq müəyyən müddət təsir göstərməlidir.
Qüvvəsi iki reobaza olan cərəyanın təsir göstərə bilməsindən
downloaded from KitabYurdu.org