Ə. H.Əliyev, F.Ə.Əliyeva, V. M. Mədətova



Yüklə 66,66 Kb.
Pdf görüntüsü
səhifə39/102
tarix17.11.2017
ölçüsü66,66 Kb.
#10957
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   102

 
153 
Beyin borusunun heyvanda ön (insanda yuxarı) nahiyəsi hələ 
rüşeym inkişafının ilk dövrlərində  aşağılara nisbstən geniş olur. 
Bu genişlik sonralar girdə  şəkil alıb, iki buğum vasitəsilə üç ilk 
beyin qovuqcuğunu verir. Bunlardan birincisi ön beyni (prosence-
phalon), ikincisi orta beyni (mesencephalon), üçüncüsü isə  rom-
baoxşar beyni (rhombencephalon) əmələ gətirir. Bir azdan sonra 
bu, ilk beyin qovuqcuqlarından birinci və üçüncü yenidən hərəsi 
iki yerə, yəni ikincidərəcəli beyin qovuqcuqlarına bölünür. 
Beləliklə, ön beyin qovuqcuğundan  uc beyni (telencephalon) və 
ara beyni (diencephalon), rombaoxşar beyindən isə  arxa beyni 
(metencephalon) və uzunsov beyni (myelencephalon) əmələ gəlir. 
 
 
 
Şəkil 6.5. Erkən ontogenezdə insan embrionunun inkişafda olan be-
yin yarımkürələrinin yandan görünüşü: A-11-həftəlik, B-həftəlik, V–
24-26 həftəlik, Q –32-34 həftəlik döldə, F – yeni doğulmuşda, 1-uc 
 
154 
beyin, 2-orta beyin, 3- beyincik, 4-uzunsov beyin, 5-yan şırımlar, 6-
adacıq, 7-mərkəzi şırım, 8-körpü, 9-təpə payı şırımları, 10-ənsə payı 
şırımları, 11-alın payı şırımları (C.Şade və D.Ford, 1976). 
 
Bu saydığımız şöbələr məməli heyvanlar və insan rüşeyminin 
ilk dövrlərində bir müstəvi üzərində durur. Sonra beynin sürətlə 
böyüməsi nəticəsində bu müstəvi üç yerə  əyilir. Birinci əyrilik 
orta beyin nahiyəsində olub, təpə əyriliyi, ikinci əyrilik arxa beyin 
nahiyəsində olub, arxa beyin əyriliyi, üçüncü əyrilik isə uzunsov 
beyin nahiyəsində olub, ənsə  əyriliyidir. Birinci və üçüncü 
əyriliklərin qabarıq hissəsi arxaya, ikinci əyriliyin qabarıq hissəsi 
isə önə baxır. 
Ayrı-ayrı beyin hissələri bərabər surətdə böyümədiyindən bir 
tərəfdən yuxarıda qeyd etdiyimiz əyriliklər, digər tərəfdən isə 
müxtəlif büküşlər əmələ gəlir və beyin qovuqcuqlarının divarları 
eyni dərəcədə inkişaf etmir. Məsələn, bu divar bəzi yerdə çox 
nazik qaldığı halda başqa yerlərdə qalınlaşıb çox böyük bir qat 
təşkil edir. Nəticə etibarilə  məməli heyvanların, xüsusən insanın 
beyni son dərəcə mürəkkəb quruluş  kəsb edir. Bununla əlaqədar 
olaraq onurğa beynindəki mərkəzi kanalın ardı olan beyin 
qovuqcuqlarının boşluğu, yəni beyin mədəcikləri də 
mürəkkəbləşməyə başlayır. 
Bu ümumi qeydlərdən sonra beynin ayrı-ayrı hissələrinin 
inkişafına qısaca nəzər yetirmək olar. 
Uc beyni insan rüşeymində inkişafın yalnız ilk dövründə, 
başqa beyin şöbələrinə nisbətən ön vəziyyət alır və o şöbələrdən 
kiçik olur. Lakin az zamandan sonra uc beyin sürətlə inkişaf edib, 
başqa  şöbələri geridə buraxır və  tədricən o şöbələrin üzərini 
örtərək arxaya doğru böyüməyə başlayır. Yuxarıda qeyd 
etdiyimiz kimi, uc beyin əvvəllər tək bir qovuqcuqdan ibarət olur. 
Sonra bu qovuqcuq sağa və sola iki qabarıq, yəni beyin 
yarımkürələrini verdiyindən uc beynin boşluğu yan beyin 
mədəciklərinə çevrilir. Yarımkürələr arasındakı yarıq (fissure 
longitudinalis cerebri) get-gedə dərinləşdiyindən yan mədəcikləri 
ikinci beyin qovuqcuğu (diencephalon) ilə birləşdirən dəliyi, yəni 
mədəcikarası  dəlikləri  əmələ  gətirir. Yan mədəcik divarlarının 
downloaded from KitabYurdu.org


 
155 
çox yeri həddindən artıq qalınlaşdığından içəridə qalan boşluq 
həmin yerlərdə çox daralır. Sonra yarımkürələrin səthində  şırım 
və yarıqlar vasitəsilə bir-birindən ayrılan çoxlu qırışıqlar  əmələ 
gəlir. Bu yarıqlardan birinci əmələ  gələni Silvi yarığıdır.  Əmələ 
gələn hər yarımkürə dörd paya bölünür. Yan mədəciklərin divarı, 
ancaq bəzi yerlərdə nazik halda qalır. Buna misal olaraq uc 
lövhəni (lamina terminalis) göstərmək olar. Bu rüşeym beyninin 
ön divarlarını  təşkil edir. Bu uc lövhə  əvvəlcə ön beynin 
boşluğunu ön tərəfdən qapadığı halda, bu qovuqcuq iki yerə 
bölündükdən sonra III mədəciyin ön hüdudunu əmələ gətirir. 
Uc beyinin boz maddəsinə  gəlincə, o nəinki boşluğun 
divarını örtür, hətta beyinin xarici səthinə toplaşaraq 
yarımkürələrin qabığını 
əmələ 
gətirir. Bundan başqa 
yarımkürənin əsasında da çoxlu miqdarda boz maddə inkişaf edib, 
quyruqlu nüvəni (nucleus caudatus) və hasarı (claustrum) əmələ 
gətirir. 
Ara beyin həm quruluşu və  həm də  vəzifəsi etibarilə görmə 
üzvü ilə əlaqədar olduğundan inkişafın lap ilk dövrlərində bu bey-
nin ön divarlarının  əsasa baxan tərəfindən bir cüt qabarıq, yəni 
göz qovuqcuqları  əmələ  gəlir. Həmin bu göz qovuqcuqlarından 
sonralar görmə siniri inkişaf edir. 
Ara beynin divarlarından  ən çox inkişaf edəni ön divar 
olduğundan burada görmə qabarları (thalami optici) inkişaf edir 
ki, bu da bir neçə boz maddə nüvəsinin birləşməsindən törəyir. 
Bununla əlaqədar olaraq ara beynin boşluğu olan üçüncü mədəcik 
sagital vəziyyət tutan dar yarığa çevrilir. Üçüncü mədəciyin başqa 
divarları nisbətən nazik qalıb, ön divarı  tərəfindən bir qabarıq 
inkişaf edir və recessus infundibuli əmələ  gətirir; bunun aşağı 
ucundan beyin artımının – hipofizin arxa payı (beyin payı) inkişaf 
edir. Üçüncü mədəciyin ön divarlarının aşağı hissəsini və dibini 
qabaraltı sahə (hypothalamus) təşkil edir. Bu nahiyəyə bir neçə 
hüceyrə yığını daxil olur ki, bu da boz qabar (tuber cinereum) və 
məməciyəoxşar cisimlər (corpora mamillaria)-dir. 
Eləcə  də üçüncü mədəciyi arxa divarı törəmələrindən üst 
beyin artımını – epifizi göstərmək olar. 
 
156 
Orta beyin qovuqcuğunun inkişafı başqa beyin 
qovuqcuqlarına nisbətən çox sadədir. Bunun divarları, 
ümumiyyətlə, bərabər surətdə inkişaf etdiyindən orta beynin 
boşluğu dar bir kanaldan ibarətdir. Bu kanal beyin suyolu 
(aquaeductus cerebri) olub, üçüncü mədəciyi dördüncü mədəciklə 
birləşdirir. Beyin suyolunun arxa divarında dördtəpəli cisim 
(corpora quadrigemina) əmələ gəlir. Bunun ön divarı qalınlaşaraq 
beyin ayaqcıqlarını (pedunculi crebri) əmələ gətirir. 
İlk arxa beyin və ya rombaoxşar beyin məlum olduğu üzrə iki 
yerə bölünərək arxa və uzunsov beyni əmələ gətirir. İstər arxa və 
istərsə uzunsov beynin inkişafında, onurğa beynində olduğu kimi 
yan lövhələr iştirak edir. Həmin bu yan lövhələr arxa beyni 
nahiyəsində böyüyür və ön istiqamətdə genişlənərək Varol 
körpüsünü  əmələ  gətirir. Bu körpü əvvəlcə eninə istiqamətdə 
yerləşmiş dar bir zolaqdan ibarət olur, bundan arxada beyincik 
inkişaf edir; əvvəlcə onun tək olan orta hissəsi – soxulcan, sonra 
yarımkürələri meydana çıxır. Rombaoxşar beynin divarı isə həm 
yan tərəflərdən, həm də dibdən şiddətlə qalınlaşaraq içərisində bir 
boşluq qalır ki, buna dördüncü mədəcik deyilir. Bu, ön tərəfdən 
beyin suyolu, arxa tərəfdən isə onurğa beyninin mərkəzi kanalı ilə 
birləşir. Dördüncü mədəciyin dibində çoxlu miqdarda boz maddə 
toplanaraq bir sıra mərkəzlər əmələ gətirir və bu beyin sinirlərinin 
çoxu üçün nüvə təşkil edir. 
 
6.3. Sinir lifinin quruluşu, sinir-əzələlərdə  
oyanmanın nəqlolunma qanunauyğunluqları 
 
Sinir liflərinin quruluşu və fizioloji rolu. Sinir sistemi sinir 
toxumasından  əmələ  gəlmişdir. Sinir sisteminin quruluş  və 
fəaliyyət vahidi neyrondur. Sinir hüceyrəsinə cismi və çıxıntıları 
ilə birlikdə neyron deyilir. Neyronda uzun çıxıntıya akson və ya 
neyrit, qısa və şaxəli çıxıntıya protoplazmatik çıxıntı və ya dendrit 
deyilir. 
Mərkəzi sinir sistemində dendritlər ayrı-ayrı sinir hüceyrələri 
arasında əlaqə yaradır. Akson və ya neyritlər isə baş beyin və on-
downloaded from KitabYurdu.org


Yüklə 66,66 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə