187
uyğun gələn sinir təmzimi – hərəkət
mərkəzlərinin ən mühüm
funksiyalarından birdir. Lakin hərəkətin düzgün yerinə yetirilməsi
ançaq gövdə və ətrafların adekvat vəziyyətində mümkündür.
Reflektorlu hərəkətlər. Orqanizmin belə qıcıqlara avtomatik,
sterotipik, məqsədyönlü reaksiyasını Uniser 1771-ci ildə refleks
adlandırmışdır. Refleks termini ilk dəfə 1640-cı ildə R.Dekart
tərəfindən elmə daxil edilsə də, onun elmi izahını çex alimi
Proxaske düzgün vermiş, rus alimləri Seçenov və Pavlov isə onu
daha ətraflı öyrənmişlər.
Refleks termini latın sözü olan reflekto (əks edirəm)
sözündən götürülmüşdür.
Orqanizmin MSS iştirak ilə xarici və daxili qıcığa qarşı
verdiyi cavab reaksiyasına refleks deyilir. Onurğa beyninin
pozulması ilə reflekslər yox olur; deməli, onlar MSS-nin
aktivliyinin nəticəsidir. Reflekslər Pavlov tərəfindən anadangəlmə
(şərtsiz) – bəbək, öskurmə, udma, dartma reaksiyası və s.,
həmçinin bütün həyatı boyu qazanılan reflekslər (şərti)
mədə və
bağırsaqda qidanın həzmi və hərəkətini orqanizmin hazırkı
vəziyyətinə qan dövranı və tənəffüsün daima uyğunlaşması və s.
aiddir.
XIX əsrin ikinci yarısında İ.M.Seçenov refleks təlimini yeni
nəzəri və təcrübi baxımdan işıqlandırdı. O, Dekartın
fizioloji
düalizminə qarşı fizioloji materializm baxışı irəli sürdü. İ.M.Seçe-
nova görə təkcə hərəkətlər deyil, şüur və psixi hadisələr də təbii
fizioloji qanunlara tabedir, psixi fəaliyyətin əsasını da reflektor
prinsipi təşkil edir. İ.P.Pavlov insan və heyvanların bütöv
davranışının reflektor təbiətə malik olduğu fikrini qəbul edərək
onun formalaşmasının üç mühüm prinsipini müəyyən etdi. Bunlar
aşağıdakılardır: 1) səbəbiyyət (determinizm), 2) analiz və sintez,
3) quruluş (struktur) prinsipi – bütün reflektor proseslər mütləq
sinir törəmələrinin iştirakı ilə həyata keçir.
İ.P.Pavlov insanda və heyvanlarda mürəkkəb qarşılıqlı
əlaqələrinin tənzimində beyin yarımkürələri qabığının
rolunu
müəyyən etmişdir. İ.P.Pavlovun şərti reflekslər nəzəriyyəsinin əsas
müddəalarından biri bu idi ki, funksiyaların qabıqüstü
188
mexanizmləri ali, qabıqaltı mexanizmləri isə ibtidai mexanizm
olub, sonradan yaranma, qazanılma şərti reflektor fəaliyyətini
formalaşdırır. Hər iki mexanizm vasitəsilə insan və heyvan
orqanizmi ilk növbədə mühüm həyati funksiyaları – qidalanma,
müdafiə, cinsi və digər mürəkkəb davranış reaksiyalarını həyata
keçirir. Beyin yarımkürələri qabığı və beynin digər ali şöbələrinin
iştirakı ilə anadangəlmə, şərtsiz reflekslər əsasında fərdi inkişaf
prosesində yaranan daha geniş uyğunlanma imkanları qazanan şərti
reflekslər həm də orqanizmin ali sinir fəaliyyəti sferasını müəyyən
edir.
Refleks təlimində dönüş yaradanlardan biri akademik
P.K.Anoxinin fikrinə görə refleks qövsünün qayıdan afferentasiya
xüsusiyyəti var. Qayıdan afferentasiya-reaksiya
baş verdikdən
sonra onun haqqında baş-beyinə xəbər verir.
Hər bir refleks xarici və ya daxili qıcıqların təsir etməsilə
başlayır və bunun nəticəsində üzvlərin fəaliyyətində baş verən
dəyişikliklə qurtarır.
Misal üçün, qurbağanın aşağı ətrafını turşu məhluluna salsaq
və ya ona sancaq batırsaq, o bükmə, döş və ya qarın nahiyəsində
dəri üzərinə turşu ilə isladılmış filtr kağızı qoymuş olsaq – silmə,
yazda erkək qurbağanın döş nahiyəsindəki dərisinə toxunmuş ol-
saq, onda quruldama hərəkətlərinin meydana çıxdığını görərik.
Bu reaksiyalar xassələrinə görə bükülmə, silmə və quruldama
refleksləri adlanır.
İtlərdə müşahidə olunan reflekslərdən bunları misal gətirmək
olar: ayaq altının dərisini mexaniki sürətdə qıcıqlandırmış olsaq,
bu qıcığa qarşı ayağın və ayaq barmaqlarının refleks yolu ilə
büküldüyünü görərik, buna ayaqaltı refleks deyilir. Südəmər
uşaqların ağzına əmziyi saldıqda əmmə hərəkətləri, udlağın arxa
səthini kobud cismlə qıcıqlandırdıqda hamıda qusma hərəkətləri
alındığı kimi, gözün buynuz qişasına toxunmaq göz qapaqlarının
qapanması – konyüktiv refleksini, şiddətli işıq
isə bəbəyin
daralması – bəbək refleksini verir.
Onurğa beynin işilə bağlı olan reflekslər spinal, uzunsov bey-
nin iştirakı ilə həyata keçən reflekslər bulbar, orta beynin iştirakı
downloaded from KitabYurdu.org
189
ilə formalaşan reflekslər mezensefal, aralıq beyin törəmələrinin və
beyin yarmıkürələri qabığının fəaliyyətindən irəli gələn reflekslər
kortikal reflekslər adlanır.
Reflekslər reflektor reaksiyanın son nəticəsinə və onda işçi
üzvlərin iştirakına görə də fərqlənir. Əgər refleks əzələ
fəaliyyətilə əlaqədardırsa, buna motor və ya hərəki reflekslər,
vəzilərdə müəyyən sekretlərin ifrazı ilə nəticələnirsə, sekretor
reflekslər deyilir və i.a.
Bu reflekslər zahirən başqa-başqa olsalar da onların fizioloji
təbiətləri bir-birinə oxşayır. Bunların hamısı
refleksdir. Bunların
bir qismi bədənin xarici səthində yerləşmiş reseptorların
qıcıqlanması ilə başlanır. Bu cür xarici səthdə yerləşmiş
reseptorlara
eksteroreseptorlar deyilir. Reflekslərin ikinci qismi
daxili üzvlərin qıcıqlanması ilə baş verir. Qıcığın bilavasitə selikli
qişaya təsirindən başlayır. Selikli qişadakı reseptorlara
interoreseptorlar adı verilir. Bunlardan başqa bir qism reflekslər
də vardır ki, bunlar oynaq kisələrində, bağ və vətərlərdə,
əzələlərdə yerləşmiş reseptorların qıcıqlanmasına qarşı verilən
reflekslərdir. Bu cür reseptorlara
proprioreseptorlar deyilir.
Proreseptorlardan refleks almaq üçün əzələyə və ya onun
bağlandığı vətərə yüngülcə vurmaq kifayətdir.
Lakin qeyd etmək lazımdır ki, normal fizioloji şəraitdə bu
reflekslər ancaq onurğa beyni, uzunsov
və orta beynin mərkəzləri
ilə əldə edilmir. Burada bütün mərkəzi sinir sistemi, xüsusən
beyin yarımkürələrinin qabığı da iştirak edir. Bu cür refleksləri
yalnız təcrübə şəraitində beynin ali şöbələrinin iştirakı olmadan
almaq mümkündür.
Yuxarıda qeyd etdiyimiz reflekslərdən görünür ki, refleks
hadisələri bədənin müəyyən nahiyələrinin qıcıqlanması ilə
başlayır. Qıcığı qəbul edən sinir uclarının yerləşdiyi bədən
nahiyəsi, xüsusən dəri nahiyəsi reflekslərin
reseptiv sahəsi
adlanır. Qıcıqlanması bu və ya digər refleksin baş verməsinə
səbəb olan bədən nahiyəsi,
refleksogen zona da adlanır.
Hər bir refleksin meydana gəlməsi üçün müəyyən bir yol
lazımdır. Refleks aktında sinir
hadisəsinin getdiyi yola refleks
190
qövsü adı verilir. Refleks qövsü beş hissədən:
1.
Reseptor üzvdən (qıcıqları qəbuledici üzvdən),
2.
Afferent sinir lifindən,
3.
Mərkəzdən,
4.
Efferent sinir lifindən,
5.
Həmin efferent sinir lifinin işcil üzvlərdə qurtaran ucları
və effektor (işcil) üzvdən ibarətdir.
Hal-hazırda refleks qövsünə altıncı komponent – qayıdan
afferentasiya da daxil edilir. Refleks qövsləri
sadə və
mürəkkəb
refleks olmaqla iki yerə bölünür (şəkil 6.20 A.B.). Sadə refleks
qövsündə iki neyron iştirak edir. Birinci
qəbuledici neyron
adlanır. Sinir impulsu ondan ikinci reflektor neyronuna daxil olur.
Hər hansı reflektor aktın həyata keçməsi üçün müəyyən
anatomik və fizioloji əsas lazımdır, əks halda heç bir refleks yarana
bilməz. İkidən artıq neyron iştirak edirsə
mürəkkəb refleks qövsü
deyilir. Sadə refleks qövsündəki birinci neyron, qəbuledici neyron
olub, sinir impulsu bu neyrondan ikinci
effektor neyrona və oradan
da işcil üzvə verilir (şəkil 6.20 A). Belə refleks qövsünə eyni
zamanda bir sinapslı refleks qövsü də deyilir. Çünki burada iki ney-
ronu bir-birindən ayıran bir sinaps iştirak edir. Lakin fizioloqlardan
bir çoxunun rəyinə görə hər bir refleks qövsü ən azı üç neyrondan
təşkil olunur. Bu halda qəbuledici neyronla efferent neyron aras-
ında üçüncü neyron yerləşir ki, ona
birləşdirici və ya
aralıq neyron
deyilir (şəkil 6.20 B). Bu neyronun çıxıntıları mərkəzi sinir sis-
teminin içərisində şaxələnərək müxtəlif mərkəzləri bir-birilə
birləşdirir. Polisinaptik reflekslərdə oyanma hissi neyrondan aralıq
neyrona verilir. Aralıq neyronun olmasının əhəmiyyəti ondan
ibarətdir ki, eyni hərəki neyron müxtəlif reseptor neyronlardan
siqnallar ala bilər, ona görə də eyni
bir refleksin ən müxtəlif
nahiyələrdə yerləşən reseptiv sahələrdən yaratmaq mümkündür.
downloaded from KitabYurdu.org