E. M. Hacizadə T.Ə. Paşayev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə44/58
tarix26.05.2018
ölçüsü2,8 Kb.
#46031
1   ...   40   41   42   43   44   45   46   47   ...   58

 
səhmdar kimi iştirak etməlidir. Aparıcı  iştirakda dövlətə pul 
vəsaitlərini layihə investorları borc verir. Faizlər dövlətin 
aparıcı payından asılı olaraq razılaşdırırlmış  dərəcə ilə tutulur 
və borcun özü dövlətin layihədən  əldə ancaq borclar 
ödəndikdən sonra tam dəqiqləşir. Mahiyyətcə aprıcı  iştirakda 
dövlət özünün səhmdar payını layihə investorunun borc verdiyi 
qeyri-mütərəqqi borc vasitəsilə satın alır. Buna görə  də 
səhmdar iştirakın bu forması daha az risq tələb edir. RRT-nin 
kümulyativ dərəcəsi ilə aparıcı  iştirakda tutulan faiz dərcəsi 
anacaq 35% dərcə  həddində eyni olarsa, onda məsələn, 
kümulyativ dərəcə  və aparıcı  iştirak payı  hər ikisi 20% olan 
lalda, təkcə RRT tutularsa, layihə 20%-i qazanana qədər 
dövlətə heç nə çatmayacaqdır, lakin sonra dövlət 35% əlavə 
mənfəət qazanacaqdır. Yəni RRT dövlətə aparıcı səhmdar kimi 
iştirakın bütün üstünlüklərini verir və onu heç bir risq 
qarşısında qoymur. 
Burada neft məhsulunun bölgüsəndə dövlətin iştirakının 
başqa forması kimi baxmaq lazımdır. Belə ki, dövlət layihədə 
öz neft resursları, investorlar isə layihənin işlənməsi və 
istismarı ilə bağlı xərclərlə iştirak edirlər. Bu əsasda dövlət və 
investorlar hasil ediləcək məhsulun bölgüsü üzrə  də razılığa 
gəlməlidirlər. Əlbətdə, layihədə iştirak edən dövlət çox vaxt öz 
payının da satılmasını investora həvalə edir. Məhsulun bölgüsü 
şərtləri çoxcəhətli olur və  bəzən inzibatçılıq etmək də asan 
olmur. Buna görə  də  məhsulun adi bölgü şərtində dövlət və 
investor məhsulun bölgüsünü ancaq investor özünün kəşfiyyat, 
işlənmə  və istismara ilin xərclərini çıxardıqdan sonra 
başlayırlar. Bu planda məhsulun bölüşdürülməsi üzrə saziş 
əslində dövlətin özünün səhmdar payını almağa məcbur 
etmədiyi üçün daha az risqlıdır.  Əksər ölkələr məhsulun 
bölüşdürülməsi  şərtlərində ilk illərdə  məhsulun 30-40%-nin 
dövlətə çatmasının nəzərdə tutur. 
Hazır məhsulun bölüşdürülməsi haqqında sazişlərdə neft 
xərclərin ödənilməsi üçün neftə  və  gəlir neftinə bölünür. 
 
137


 
Xərclərin ödənilməsi üçün neft layihə  xərclərinin örtülməsi 
üçün nəzərə tutulur. Çox vaxt sazişlərdə bu məqsəd üçün 
ayrılan neftin yuxarı  həddi göstərilir. Bəzi ölkələrdə müxtəlif 
xərclər üçün onun ödənilməsinin yuxarı  həddi daxilində 
amortizasiya qrafiki də verlir. Xərclərin ödənilməsinə  nəzarət 
qrafiklərinin ölçülərinə oxşardır. Başqa sözlə, xərclərin 
ödənilməsi üçün nəzərdə tutulan hazır məhsulun payı nə qədər 
açağı olarsa, hökümətinin qalan gəlir neftindəki payını daha tez 
almağa imkan yaranacaqdır. Təbii ki, gəlir neftindəki payını 
əvvəldən almaqla hökümət investora öz xərclərini çıxarmaq 
üçün daha çox vaxt ayırır. Buna görə  də  həmin məsələnin 
həllində investorları kritik təhlükə altında qoymaq olmaz. 
Tarixən gəlir neftini hökümətlə investorlar arasında 
bərabər (dəyişməz) tarif əsasında bölüşdürürlər. Bu sxem 
mənfəətin dəyişilməsindən az asılı olduğuna görə, 1979-cu 
ildən başlayaraq hazır məhsulda dövlətin gəlir nefti payının 
artırılması geniş yayılmağa başladı. Diferensial renta neftin 
qiyməti və  xərclərindən asılı olduğuna görə bu sxemə 
göstərilən amillərin təsiri məhduddur. 
Bütün bu problemləri həll etmək üçün bəzi ölkələr gəlir 
neftində dövlət payının artırılmasına və investorların  əldə 
eldikləri gəlir səviyyəsinə isə müəyyən hədd qoymağa 
əsaslanan sxemə üstünlük verməyə başladılar. 
Resurslardan istifadəyə görə vergi konsepsiyası  gəlir 
neftində dövlət payının müəyyən edilməsi üçün istifadə edilir 
və bu zaman ayrıca vergi qoyulur. Bu sxemdə  əldə edilən 
gəlirlərin artmasından asılı olaraq dövlət payının da artmasının 
nəzərdə tutan bir neçə bağlayıcı  həlqə olduğuna görə, 
investorlarla hökümət arasında münasibətlərin uzunmüddətli 
sabitliyinə imkan verir. 
İngiltərə yatağın işlənmə hüququna görə haqq tutulmur. 
Neftdən gəlir vergisi kapital qoyuluşuna 35%-lik artımla 75% 
və 10 il ərzində hər il 1 mln. ton həcmində ümumi güzəşt təşkil 
edir. Korporativ vergi 33% təşkil edir. Bu sistem kifayət qədər 
 
138


 
uğurla işləyir. 
Norveçdə də yeni yataqların işlənmə hüququna görə haqq 
yoxdur. Xüsusi vergi 6 il ərzində kapital qoyuluşlarına 5%-lik 
artımla 50% təşkil edir. Amortazasiya da 6 ilə hesablanıb. 
Korporativ vergi 28% təşkil edir. 
Avstraliyada da yeni yataqların işlənmə hüquqlarına görə 
haqq yoxdur. Lakin resursların icarəsinə görə 40%-lik vergi və 
5%-lik hədd rentabelliyi (yataqların işlənməsi üçün) müəyyən 
edilmişdir. Korporativ vergi 39% təşkil edir. 
Çində yataqların işlənmə hüququna görə sürüşkən  şkala 
üzrə haqq, həmçinin gəlir neftinin mütərəqqi bölüşdürülməsi 
sxemi və gəlir vergisi qəbul edilmişdir. 
İndoneziyada hazır məhsulun bölüşdürülməsi sxemi və 
gəlir vergisi tətbiq edilir. Ümumi hökümət rusumları 85% 
təşkil edir. 
Nigeriyada yataqların işlənmə hüququna görə haqq suyun 
dərinliyindən asılı olaraq dəyişir. Mənfəətdən vergi dərəcəsi 
85% təşkil edir. 
Bazar iqtisadiyyatı  şəraitində neft hasilatı sahəsində 
fiskal rejimlər vergilərin cari ildə daxil olmasına, dövlət üçün 
risqin azaldılmasına, vergi və digər inzibatçılıq yükünün 
azaldılmasına səmtlənməlidir. Neft layihələri üçün fiskal 
rejimlərin təşkilində ilk növbədə aşağıdakı məsələlərin həllində 
diqqət vermək lazımdır: 
 
müqavilələrin sabitliyi və möhkəmliyi üçün fiskal 
alətlərin müxtəlif formalarından istifadə edilməlidir
 
neft layihələri ilk növbədə iqtisadiyyatın bütün 
sahələrində olduğu kimi, gəlir vergisinə  cəlb 
edilməlidir. Bu zaman gəlir vergisinə dair müxtəlif 
maddələr, xüsusən səhmdar kapital və transfert 
qiymətləri ilə bağlı kapital çıxımları diqqətlə 
işlənilməlidir; 
 
kapital avadanlıqlarının layihənin ilkin mərhələsində 
 
139


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə