31
Xam neftin keyfiyyət parametri onda təcəssüm olunan ziyanlı qarışıqlar, xüsusəndə kükürd
və ağır metalların miqdarı ilə təyinat tapır. Qarışıqların təmizlənməsi prosesi müvafiq neftayırma
zavodlarında gerçəkləşdirilir. Müasir neft emalı zavodu
mürəkkəb quruluşlu istehsal
kompleksidir. Emal prosesini həyata keçirən hər hansı bir zavod neftin keyfiyyət fərqini
varmadan öncə hidro təmizlənməsini reallaşdırır. Burada qəbul edilən xam neft rektifikasiyon
kolonlara göndərilərək 385 dərəcəyə qədər qızdırılır. Bu proses xüsusi katalizatorlar vasitəsi ilə
istilik reaktorlarında aparılır və nəticədə azot ammiyaka çevrilir, ağır metallar isə kataliz
çöküntüləri ilə səthə hopurlar. Neft ilkin təmizlədikdən sonra rektivikasiya kolonuna qoyulur və
krekinq prosesinə başlanılır. İngilis mənşəli krekinq sözü tərcümədə /«
cracking»/ ayrılma
mənasını ifadə edir. Termik və katalik olaraq krekinq prosesi iki tiplidir. Termik krekinq 550
dərəcə və 4-6 atmosfer təzyiqlərdən aparılır. Katalik krekinqdə isə katalizatorlardan
istifadə
olunur və proses 500 dərəcə istilik altında həyata keçirilir. Emalın hansı tip üzrə aparılmasının
səmərəliliyini mütəxəssislər müəyyən edirlər. Emal prosesində neft 300-360 dərəcə qızdırdıqda
qaynayır, ən aşağı qatda mazut, ən yüksəkdə benzin buxarı, növbəti pillədə qazoyl, 170-230
dərəcədə isə kerosin və liqroin yığılır. İlk emalda neftdən 5%-ə qədər, emal keçdikdən sonra
mazutdan yüksək təzyiq altında 50 atmosferdə, 450-500 dərəcə temperaturda benzin alınır.
Çeşidli məhsul verimli təbii qazından emal xüsusiyyətləri spesifikdir. Sənayedə və
məişətdə istifadə çevrəsindən aslı olmayaraq bütün hallarda qaz ilkin olaraq emal mərhələsindən
keçməyə məruzdur. Karbohidrogenli təbii qaz metan, kükürd qazı və çox da böyük olmayan ağır
karbohidrogenlər helium, arqon və digər kimyəvi tərkiblərlə yanaşı həm də, su buxarının da
daşıyıcısıdır. Adları çəkilən qarışıqlardan kükürd qazı və su buxarı isə təbii
qazdan birbaşa
istifadə olunmasında daha zərərli sayılır.
Azərbaycanda qazın emalının mühüm hissəsini Bakı Qaz Emalı zavodu reallaşdırır.
Ölkənin köhnə dəniz yataqlarında çıxarılan qaz böyük hissəsi bu zavodda emal və təmizlənmə
prosesindən keçir. Bakı Qaz Emalı zavodunun istehsal gücü ölkədə hasil olunan bütün qazın
emalı və təmizlənməsinin reallaşdırılmasına müvafiq deyildir. Respublikada qaz hasilatının
artacağı perspektivində zavodun istehsal gücünün artırılması və ya müvafiq təyinatlı mini
zavodların tikilməsinə ehtiyac artacaqdır. Belə zavodların inşaası həm də nəqliyyat sistemində
baş verəcək texniki təbəllüdatlarla da bağlıdır. Hazırda avtomobil nəqliyyatında təbii qazdan
istifadədə müəyyən keçici çətinliklər mövcuddur. Yaxın gələcəkdə ikili yanacaq növündə
istismar edilən hibrid avtomobillərin istehsalı da bu sahədə istehlak artımını təmin edəcəkdir.
Texnoloji nailiyyətlər qaz hidratından istifadəni genişləndirəcək və qazın istifadəsi prosesi daha
çox kəmərsiz, sıxılmış halda intişar tapacaqdır. Qeyd olunmalıdır ki, 1 m
3
qaz hidratı sıxılmış
səviyyədə 200 m
3
metana bərabərdir. Xalis təbii və səmt qazı ilə yanaşı neftlə birlikdə hasil
edilən kondensant da energetik və sənaye istehsal təyinatlı effekti vardır. Vurğulanmalıdır ki,
elektron rabitənin artım sürəti, ekoloji qayğının liberallaşması, perspektivdə təbii qazın
energetik
sistemdə tam liderliyini reallığa çevirəcəkdir. Neft və qazın emalı ilə bağlı geniş şərhlər kitabın
5-ci fəslində əksini tapmışdır.
Ölkələrarası müqayisəetmə əhəmiyyətli kəmiyyət nəticələri verməsə də qeyd olunmalıdır
ki, Azərbaycan həm də ÜDM-də enerjitutumluluq faktoruna görə ən çox yükə malik ölkələr
sırasındadır. Bu hal əsaslı olaraq onun karbohidrogen resurslarının bolluğundan irəli gəlir. Belə
uzunmüddətli konyukturu isə o qədər də əhəmiyyətli hesab etmək olmaz. Respublikamızın neft-
qaz resurslarından yalnız ixrac xammalı şəklində istifadəsi perspektivi uzunmüddətli və
dayanaqlı səmərələr verməyəcəkdir. Bunun üçün isə ölkədə emal məhsulun həcmi və çeşidi
genişləndirilməli xam neftin və təbii qazın kimya sənayesində istifadə proporsiyaları
artırılmalıdır.
32
2.3. Eergetik sistem və dayanaqli inkişaf konsepsiyasi
Planetin bütün ölkələri tərəqqi etmək, davamlı sosial rifaha müvəffəq olmaq əzmi və
istəyindədirlər. Lakin sivilizasiyanın müasir tələbləri bu amalların dayanaqlı inkişaf vektorunda
gerçəkləşməsini şərtləndirir.
Bu isə o deməkdir ki, insanların həyat səviyyəsini tükənən resurslar
hesabına yaxşılaşdırmaq məqbul deyildir. Müasir həyati yetərlilər sabah əlçatmaz olacaqdır. Yol
verilməməlidir ki, kasıb ölkələrin yoxsullaşması zəminində varlı məmləkətlər daha da
zənginləşsinlər. Dünyəvi inkişafı təmin etmək üçün bu fərq hökmən gödəlməlidi.
Son yüz ildə cəmiyyətin əmtəə və xidmətlər istehsalı həcmcə hər on beş ildə iki, enerji
resursları istehlakı isə min dəfə artmışdır. Resursların intensiv istismarının rasional istehlak
tələblərinə qeyri-adekvatlığı təbii tarazlığın pozulması ilə müşayiət edilir. Çağdaş zamanda yerin
təkində ildə 80 milyard ton filiz və qeyri-filiz çıxarılır ki, bunun da yalnız 3-4%-dən səmərəli
istifadə olunur. Qalan 96-97% isə təbiətə zəhərli maddələr qismində tullanılır. Dünya okeanına
hər il 50
min ton pestisid, 10 milyon ton neft tökülür. Karbon tərkibli maddələrin atmosferə
buraxılışı istixana effektində azon ekranının deformasiyaya uğradaraq ültrabənövşəyi şualar
təhlükəsi yaradır. Bunlar azmış kimi Yer planetin ətraf orbitində çoxsaylı kosmik texniki
qırıntıların cəmləşmişi hadisəsi də növbəti təhlükədən xəbər verir. Hesab edilir ki, 200 ildən
sonra atmosfer hüdudları və ondan kənarda özüçoxalmanın zəncirvari reaksiyası baş verəcək və
nəticədə fəzada xeyli tullantı buludları yaranaraq optik görünüşü pisləşdirəcək, kosmosdan
istifadəni məhdudlaşmasına səbəb olacaqdır. Bununla belə qeyd olunmalıdır ki, təbii resursların
intensiv istismarı ilə yanaşı kosmosun fəthi də davam edir. Belə perspektiv isə ətraf mühitin yenə
də çirklənəcəyi və bəşəriyyətin daha dərin iqtisadi çətinliklər və ekoloji fəlakətlərlə üzləşməsində
əks olunacaqdır. Bütün bu görüntüləri ifadə edərək 1992-ci
ildə BMT-nin təşəbbüsü ilə
Brazilyanın Rio-de-Canyera şəhərində ətraf mühitə zərər vermədən iqtisadiyyatın irəliləyişinə,
kasıb və varlı ölkələr arasında fərqin azaldılması ilə bütün sferalarında partnyorluq
münasibətlərinin genişlənməsinə nailolmanı hədəf seçən «Yer problemləri üzrə yüksək səviyyəli
görüş» adlı beynəlxalq konfrans keçirilmişdir. Konfransda 172 dövlət başçısı BMT-nin dayanaqlı
inkişafa aid komissiyasını yaradaraq planetin mühüm iqtisadi və ekoloji problemləri sahəsində
beş əhəmiyyətli saziş imzalamış, sosial tərəqqinin ən ümdə prinsiplərində əks olunan «XXI əsrin
gündəliyi» adlı qərardat qəbul etmişlər. Bunlar bəşəri firavanlığa köklənərək dayanaqlı inkişafın
əsas qayğı fiqurantları olan insanların təbiətlə sağlam və harmonik təmaslar qurması, elmi qeyri-
müəyyənliklərin ətraf mühitin deqradasiyasının qarşısınıalma tədbirlərinin təjrid etməməsi, hər
bir dövlətin digərinin mənsub olduğu ətraf mühitinə zərər vurmadan faydalı qazıntıların
istismarında suveren hüquqlara malikliyi kimi əsas prinsiplərdən ibarətdir. Dayanaqlı inkişafa
keçidi təşviq edən həmən konfransdan düz 10 il ötdükdən sonra ötən ilin sentyabrında
yerinə
yetirilmiş işlərin yekunu və gənj nəslin qarşıdakı mərhələdə müvafiq məsələlərin həllində
vəzifələrinin təyinatı məqsədli Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində
«Rio+10» adlı eyni məzmunlu yeni ümumdünya sammiti keçirilmişdir. Tədbiri davamlılıq isə
problemin aktuallığının bitməməsi, əksinə onun qloballığının və təsir dairəsinin bir qədər də
genişlənməsini ifadə edir.
İnsan təkamülü yeni inkişaf müstəvisinə qədəm qoymuşdur. Biz indi təbiətə fərqli yanaşma
və onu əxzetmədə biosferin şüur sferası olan noosferaya keçid epoxasındayıq. XXI əsrin insanın
«bizdən sonra tufan belə» düşüncəsi ilə yaşamamalıdır. O anlamalıdır ki, özünün istehlak
tələblərinin idraklı məhdudlaşdırılması sağlam irsi davamlılıqda əks olunacaqdır.
Məhz buna
görə də tərəqqi strategiyasının əsas meyarını bəşəri istehlak tələbatının miqdarı müqabilində
proporsional, uyğun kəmiyyətli istehsalın yaradılmasına nailolma ifadə etməlidir. Mövcud
müasir industrial sivilizasiya bərpaolunmayan mineral-xammal resurslarının intensiv istifadəsinə
əsaslanır. Belə tendensiyanın fövqündə isə alternativ olaraq bütün nəsillər və hamı üçün bərabər
imkanlar prinsipli dayanaqlı inkişaf konsepsiyası dayanır. Dayanaqlı inkişaf məqsədlərində ayrı-
ayrı adamların, istehsal qurumlarının təbii resurslardan rasional, qənaətli və minimal tullantılı
istifadə davranışlı münasibətləri əks etdirir.