Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zəm urə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə111/134
tarix07.07.2018
ölçüsü16,5 Mb.
#53632
1   ...   107   108   109   110   111   112   113   114   ...   134

Ənvər M ete Həmidov, Zəm urə Həmidova
***
A gah  olun  ki,  dünya  qalacaq yer  deyil və nə  də  siz  onun 
üçün xəlq olunm uşunuz.
Ey  A llahm   bəndələri,  sizə  sizi  atm ış  dünyadan  uzaqlaş­
mağı vəsiyyət  ed irəm ...  Görmürsünüzmü  ki,  dünya əhli  dəyiş­
kən  halda  gündüzdən  gecəyə,  gecədən  gündüzə  çıxır?  Biri 
üstündə yas  qurm uş  ölü,  o  biri  başsağlığı verilən kəs,  digəri gi- 
riftarçılıq içində yıxılmış xəstə, bir başqası xəstə yoluxmağa ge­
dən  şəxs,  kimi  can  verən  adam ,  kimisi  ölüm  ardınca  gəzən 
dünyadır, bəzisi də Allahm yaddan çıxardığı qafil!
***
Bu  dünya  ilan  kimidir.  Əl  vursan,  ilan  kimi  yumşaqdır, 
am m a daxilində öldürücü zəhəri vardır.  Cahil adam onun zahi­
ri  gözəlliyi  və  yumşaqlığına  aldam b  ona  tərəf  gedər.  Lakin 
ağıllı şəxslər belə zahiri gözəl,  batini əbədilik, bədbəxtçilik gəti­
rən dünyaya bel bağlamazlar.
D ünya  m əhəbbəti  (dünya  üçün  yaşamaq,  faydasız,  məna­
sız  eşq,  əlaqə)  insam n  ağlmı  aradan  aparıb,  qəlbini  bərkidib, 
haqq olan hikm ətli nəsihətləri eşidib, haqqı qəbul etməyə icazə 
verməyib sahibini k ar edər.
Rəhbəriyyət,  böyüklük,  ağalıq,  ağsaqqallıq  böyük  bir 
dünyaya  bənzər  ki,  ondan  kiçik  çaylar,  göllər  ayrılar.  Əgər 
dəryanın suyu şirin olsa, çayların və göllərin suyu da şirin olar. 
Əgər şor olsa, şor olar.
Bu dünyada rəhbəriyyət (vilayət) kişilik meydanına bənzər.
***
D ünya  (var-dövlət)  insamn  kölgəsinə  bənzər,  dayansan,  o 
da dayanar, yox əgər onu tutm aq istəsən, səndən uzaqlaşar.
476
İntellektual ekologiya
Dünya ilə fərəhlənmək, nadanlıqdır.
Dünyanın acılığı,  axirətin şirinliyidir, dünyanın (haram) şi­
rinliyi isə axirətin acılığıdır.
***
Səni  qorxudanların  qorxusundan  qorxm a,  etdiyin  günah­
ların cəzasından qorx.
İmam Sadiq (ə.) buyurmuşdur:
Allah  bəndəsinə  xeyir  vermək  istədikdə,  ona  dünyada  za­
hid,  dində fəqih qərar verər və onun gözlərini öz eyiblərini gör­
məyə  açar.  Bu  xislətlər  hər  kimə  verilsə,  sözsüz  ki,  ona  dünya 
və axirət xeyri verilib.
İmam Səccad (ə.) buyurmuşdur:
Özünə hörmət qoyan dünyanı bəyənməz.
Həzrətdən  soruşdular:  «Ən  qiymətli  insan  kimdir?»  Buy­
urdu:  «Öz dəyərini dünyada görməyən şəxs».
İmam Hadi (ə.) buyurmuşdur:
Dünya bazardır. O nda biri qazanır, digəri isə uduzur.
Nizami Gəncəvi:
Bu dünyadan köçəndə o dünyanın qoynuna,
D ağdan ağır günahın yük olmasın boynuna.
***
Göydə ol, yerdə ol, fərqi yox bunun,
Torpaqsan, yenə də torpaqdır sonun.
***
Ölçüb,  biçsən işini  bu dünyada sən əgər,
M əhşər tərəzisində qazancın artıq olar.
477


Ənvər M ete Həmidov, Zəm urə Həmidova
İpək k ərxanası bil b u  dünyanı,
Bir yanı sudursa, oddur bir yanı.
***
Çıxarkən b ir sənlik, mənlik ortaya,
A h, necə doym asın cana bu dünya?!
Məhsəti Gəncəvi:
Bu dünya bir qızıl kuzəyə bənzər,
Suyu gah şirindir, gah da ki, zəhər.
Çox da öyünmə ki, uzundur ömrün,
Əcəl köhlənində hazırdır yəhər.
H avada, səhrada olan toz, torpaq,
Key qubad, Firudin torpağıdır bax!
Fələyin təknəsi deyil bu dünya,
O  bir qan  teştidir, qan tası ancaq.
***
X ərab atd an  çıxan bir ay ucaldı,
Fələyin dam ında bir çadır saldı.
Qəflətən ucaldı hətifdən bir səs:
«Bu dünya bir sam an çöpünə dəyməz!»
Əfzələddin Xaqani:
Çox m öhnətin sonu səadətdir bu dünyada,
Qış gedəndə bahar gələr, bir adətdir bu dünyada. 
***
Rəşidim  öləndə dedim: «Ay bala,
N ə arzun var isə söylə müxtəsər»
Gülüb dedi: «Arzu həyat üçündür,
Ölərkən bir arzu qalırmı məgər?!»
478
İntellektual ekologiya
Dünya bir süfrədir, loğması zəhər,
Həyat bir yuxudur, ölümsə təbir.
İbn Sina:
M əkrdən, fırıldaqdan uzaq oldum, bilin mən,
Açdım düyünlərini səmanın mən, küllün mən, 
Dünyada çox müdrikin sözlərini anladım,
Ancaq aça bilmədim sirrini ölümün mən.
***
İnsan  sahib  olduğu  şeylərin  hamısını  hər  an  tərk  edə  bi­
ləcəyini dərk edə bilmir.
Sədi Şirazi:
Bu dünya duracaq illər boyunca,
Lakin torpaq olar bizim bu bədən.
Bir xəyal qalacaq bizdən yadigar, 
Varlıqla yox olub gedəcək həmən.
Qiymətli ömrümüz bu n a sərf oldu,
Ki, yayda nə yeyim, qışda nə geyim?
Ey qarın, bir parça çörəyə döz ki, 
Qulluqda ikiqat olmasın belim.
***
Yaxşı ad qazanar aqil dünyada,
Zalımı nifrətlə salarlar yada.
Məhəmməd Füzuli:
Bu dünyaya uymayanın dərddən-qəmdən yox təlaşı, 
Günahından, qıl körpüdən, cəhənnəmdən yox təlaşı.
479


Ənvər M ete Həmidov, Zərnurə Həmidova
Fitnə-fəsad dinclik verməz bu dünyaya uyan kəsə,
Öz aləmi b ir aləmdir, tənhalığı duyan kəsə.
İmadəddin Nəsimi:
C ah an  m ülkü karvansara, insanlarsa bir qonaqdır,
ö lü m  isə darvazadan asılmış bir əyri çəmbər.
***
Sultan Səncər hökm edərdi bu dünyaya bir zamanlar,
Q əbri üstə b ir iydə də çiçək açıb verməz bəhər.
***
F ən a yeli əsən yolda can bir ovuc toz deyilmi, 
Ömrümüzsə q a r dağıdır, günəş onu tez əridər.
Əvhədi Marağayi:
D ünyanın həqiqətinə vaqif olanlar, həyatın zinət və zirvəsi­
nə çətin baş əyərlər.
Saib Təbrizi:
K im  ağlının gözüylə bu dünyanı seyr edər, 
T orpağın altında d a ra h a t yatıb dincələr.
Əbülxeyr Əbu Səid:
Bu dünyam n hər işini xəbər aldım bir arifdən,
Dedi:  C ah an  qum -torpaqdır, bir küləkdir, əfsanədir. 
Dedim:  K im lər hərisliyə, acgözlüyə mübtəladır? 
Dedi:  Həris insan, bil ki, kordur, kardır, məstanədir.
480
İntellektual ekologiya
Abbasqulu ağa Bakıxanov:
Həqiqət olmasa, olmaz intizam,
Dünya həqiqətlə dolanır müdam.
Mirzə Fətəli Axundzadə:
D ünyada  insan  üçün  ən  böyük  ləzzət  yaxşı  ad  qoyub  get­
məkdir  ki,  belə  bir  adı  da  yaxşı  əməlləri  müqabilində  əldə  et­
mək olar.
Məhəmməd Riza Məhdəvi Kam:
Dünya iki üzü olan kağız vərəqinə oxşayır.  Onun bir üzünə 
baxarkən  o biri üzü görünmür.  Lakin o biri üzün  görünməməsi 
o  demək deyildir ki,  kağızın arxasında heç  bir şey yoxdur.  Bu­
na  əsasən  yerinə  yetirdiyimiz  əməllər  dünyanın  batinində  var­
dır.  Dünyanın  o  biri  səhifəsi  olan  qiyamətdə  isə  bu,  aşkar 
olacaqdır.
Aşıq  Veysəl:
Neçə zənginlərin çarxın çevirdin, 
Neçə qəhrəmanı tapdın, devirdin, 
Bunca fəqirləri kəsdin, qovurdun, 
Hər kəsə bir dürlü qədərsən, dünya.
Bütün qüsurumu torpaq gizləyir, 
Məlhəm çalıb yaralarım  düzləyir, 
Qolun açmış, yollarımı gözləyir, 
Mənim sadiq yarım q ara torpaqdır.
481


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə