Ebedi Mektublar-wers Layout 1



Yüklə 15,65 Mb.
Pdf görüntüsü
səhifə21/41
tarix17.11.2018
ölçüsü15,65 Mb.
#80773
1   ...   17   18   19   20   21   22   23   24   ...   41

Lakin Sizi yada salan təkcə mən olmamışam.
Professor Yavuz Axundlunun sizə həsr etdiyi
məqaləsini həyə cansız oxumaq olmur: 
«Çoxdan üzərində işlədiyim «Әdəbi esta ‐
fet» silsiləsindən prof. Qəzənfər Paşayev haq ‐
qında məqaləmi martın 14‐də tamamlayıb
sabahdan Bəkir Nəbiyevə həsr etmək istədi ‐
yim məqaləni yazacaqdım. Sən saydığını say,
gör fələk nə sayır... Gecə Bəkir müəllimin vəfatı
xəbəri məni sarsıtdı. Çünki ölüm Bəkir müəlli ‐
mə yaraşmırdı. Hərəkəti, yerişi, danı şığı, fəa ‐
liy 
yəti hələ uzun illər yaşayacağına inam
ya ratmışdı... Bəkir müəllim mənim tələbəlik
illərindən dostum idi. Tələbəlik dostunu isə
heç cür yaddan çıxarmaq olmur. Bə kir müəlli ‐
mə uzun ömür, cansağlığı arzu ları mı «Allah
rəhmət eləsin» sözləri ilə əvəz etməli oldum». 
Bəkir müəllim, cəmi iki il keçməsinə bax‐
mayaraq, Sizdən sonra institutumuzda çox
dəyişikliklər baş verdi. Sizin öz arzunuzla 80 il ‐
lik yubileyinizdə – Akademiyanın Rəyasət
Heyətinin böyük zalında təntənəli yığıncaq da
məruzə ilə çıxış edən akademik İsa Hə bibbəyli
Milli Elmlər Akademiyamıza humanitar elm ‐
lər üzrə vitse‐prezident və institutumuza direk‐
tor təyin olundu. Xalq şairi Sabir Rüstəm  xanlı
116


demişkən, Naxçıvan Döv lət Universiteti itirdi,
Milli Elmlər Akade mi yamız və Nizami adına
Әdəbiyyat İnstitutu qazandı. Akademik İsa
Həbibbəylinin ilk cid di addımlarından biri –
arzusunda olduğu nuz institutumuzun 80 illik
yubileyinin  ke çirilmə sini  gerçəkləşdirməsi
oldu. Yubiley tədbirlə rinə başqa ölkələrdən
gələn adlı‐sanlı alimlər də qatılmışdı. Onların
arasında Azərbaycan‐Türkiyə ədəbi əlaqələrin ‐
də müstəsna xidmət ləri olan prof. Dr. Yavuz
Akpinar, görkəmli macar alimi, prof. Georgi
Xəzai (ruhunuz şad olsun! Macarıstan dövləti
Ramil Səfərovu Azərbaycana təhvil verdi. Onu
Milli Qəhrə man kimi qarşıladıq. Möhtərəm
Prezidentimiz İlham Әliyevin sərəncamı ilə
Ramil təyyarədən düşən kimi azadlığa buraxıl ‐
dı), Türkiyənin Әrdahan Universitetinin rek‐
toru, prof. Dr. Ramazan Korkmaz da vardı. 
Yubileyə çox ciddi hazırlaşmışdıq. Yubi‐
ley ərəfəsində institutumuzun «Әdəbiyyat
məc muəsi»nin xüsusi nömrəsi buraxıldı. Məc ‐
muə akademik İsa Həbibbəylinin «Nizami
adına Әdəbiyyat İnstitutu» məqaləsi ilə açılır.
Ölkəmizdə ədəbiyyatşünaslıq elminin baş
qərargahı funksiyasını yerinə yetirən bu elm
məbədinin keçdiyi şərəfli yolu İsa müəllim
117


elmi təfəkkürü ilə işıqlandırdı.  Məcmuənin
«Nizami adına Әdəbiyyat İnstitutunun quru ‐
cu ları» bölümündə Әli Nəzmi, Vəli Xuluflu,
Hənəfi Zeynallı, Bəkir Çobanzadə, Әmin
Abid, Salman Mümtaz, Məmməd Arif Da ‐
daş zadə, Mirzə İbrahimov, Məmmədağa Şi ‐
rə liyev, Mirzağa Quluzadə, Kamal Talıbzadə,
Məmmədcəfər Cəfərov, Әziz Mirəhmədov,
Yaşar Qarayev və Sizin haqqınızda görkəmli
alimlərimizin məqalələri yer alır. Sizin haq ‐
qınızda məqaləni AMEA‐nın müxbir üzvü
Teymur Kərimli yazdı. Məqalə doğma instituta
bağlılığınızı, zamanında onunla nəfəs al dığı ‐
nızı bariz şəkildə göstərən, dərin mə na kəsb
edən cümlə ilə bitir: «Akademik Bəkir Nə bi ‐
yevin müqəddəs ruhu indi də ana quca ğı kimi
əziz saydığı Nizami adına Әdəbiyyat İns ti tu ‐
tunun divarları arasında dolaşmaq dadır».
Bəkir müəllim, təşkilatçı kimi yetişmə ‐
yində böyük əməyiniz olan Teymur Kərimli
Әlyazmaları İnstitutuna direktor təyin edildi.
Məcmuənin «Elm yollarında» bölümündə
institutumuzun ədəbiyyatşünaslıq elmimizə
bəxş etdiyi, dünyasını dəyişmiş görkəmli elm
xadimlərinə həsr olunmuş məqalələr yer alır.
Bu xeyirxah işə, demək olar ki, bütün alim lə ri ‐
118


miz cəlb olunmuşdu. Әməkdar elm xadim lə ri
Mirəli Seyidov və Bəhlul Abdulla haq qın da
məqalələr yazmaq mənə həvalə olunmuşdu. 
İnstitutun 80 illik yubileyi ərəfəsində 
prof. Teymur Әhmədovun «Nizami Gəncəvi
adına Әdəbiyyat İnstitutu» kitabı da işıq üzü
gör dü. Bu böyük həcmli kitabın «Elm xadim ‐
ləri» bölümündə Sizin elmi fəaliyyətiniz
barədə ayrıca məqalə verilmişdir.
Onu da deyim ki, institutumuzun 80 illik
fəaliyyətini daha mükəmməl əhatə etmək
üçün akademik İsa Həbibbəyli və prof. Asif
Rüstəmli keçən ilin sentyabr ayından başla ‐
yaraq Azərbaycan, Gürcüstan və Rusiya Fe ‐
de  ra siyasının  Moskva  və  Sankt‐Peterburq
şə  hər lərində  çoxsaylı  arxiv  materialları  topla‐
yaraq «Nizami adına Әdəbiyyat İnstitutu 80 il ‐
də» adlı fundamental əsər üzərində işlə yirlər.
O ki qaldı institutun yubileyinə, yubiley
çox yüksək səviyyədə keçdi.
Bəkir müəllim, bu məqamda bir nisgilimi
bil dirməsəm ruhunuz məndən inciyər. 2010‐cu
ildə «Heydər Әliyev və Azərbaycan ədəbiy ya ‐
tı» əsərinə görə Siz başda olmaqla, beş nəfər ali ‐
mimizin Dövlət mükafatına layiq gö 
rülən,
hazırda sıralarında 1 akademik, 2 müx bir üzv,
119


49 elmlər doktoru, 80‐dən çox filo lo  giya üzrə
fəlsəfə doktoru, 2 nəfər Әməkdar elm xadimi
çalışan institutumuzun bir nəfər belə əmək ‐
daşının dövlət səviyyəsində fəxri ada, orden
və medallara layiq görülməməsi, təltif edil ‐
məməsi təəssüf doğurdu. Ürəyimizdə Bəkir
müəllimin yeri  bilindi – dedik.
Bununla belə, institutun rəhbərliyi bu işi
böyük səxavətlə görür.
Әziz Bəkir müəllim, tez‐tez qəlbən sevdi ‐
yiniz Әdəbiyyat İnstitutunda Sizdən söhbət
düşür: «Məlum olduğuna görə bu məsələ qa ‐
pa dılsın», «Yanından yel keçmədən növbəti
məsələyə keçək» və s. ifadə və cümlələriniz
yığıncaqlarımızda tez‐tez səslənir.
Bəkir müəllim, böyük insan və alim Abbas
Zamanov xalq qarşısında, Azərbaycan elmi
qarşısında xidmətləri olan, ləyaqətli bir insa ‐
nı son mənzilə yola salanda deyərdi: «Sağ ol,
a filankəs». Mənasını soruşanda deyərdi ki,
o, ölməyib, o, yaxşı adam idi. O bizim qəlbi ‐
miz dədir, o bizimlədir.
Hikmətli kəlam imiş. Neçə ki biz sağıq,
Bəkir müəllim, Siz həmişə bizimləsiniz.
Qəzənfər Paşayev
120


Yüklə 15,65 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə