Ebedi yol islam kohne indd



Yüklə 4,23 Mb.
Pdf görüntüsü
səhifə33/245
tarix22.07.2018
ölçüsü4,23 Mb.
#57768
1   ...   29   30   31   32   33   34   35   36   ...   245

97

N

o



İP

Ə

KYOLU N

ƏŞ

R

İYY

AT

I

Dulusçu gil ilə işləyər, onu yoğurar, şəkilləndirər və qab düzəldər.. 

Qab, ustası olmadan heç də özü-özünə düzələr və qab şəkli ala bi-

lərmi?

Taxta  dülgərin əlinə sığınmışdır, ona ram olmuşdur! Elə ol ma-

say dı, kəsilib, yonulardımı, başqa taxtaya birləşdirilərdimi?

Paltar bir dərzinin əlinə keçmədən, öz-özünə necə biçilə bilər, 

ne cə tikilər?

Ey ağıl sahibi insan! Su qabı saqinin əlində olmasaydı, öz lü yün-

dən necə dolar, necə boşalardı?

Sən də hər an dolur, boşalırsan. O halda ey hikmət sahibi insan! 

O mislsiz, o böyük Yaradıcının sənət əsərisən. Bir gün olar ki, gö-

zündəki pərdə qalxar, sirr bağı açılarsa, sənətin, sənətkarın əlin də 

haldan-hala düşdüyünü anlayarsan”. 

(Məsnəvi, c. 6, beyt: 3332-3341)



“Dəyirman daşının fırlandığnı görüncə, sən bir də onu fırladan 

ça yın suyuna tamaşa et! Havaya yüksələn toz-torpağı gö rür sən; toz-

torpağı havaya qaldıran, küləyi əsdirəni də gör! Dü şün cə qazanlarının 

qaynadığını görürsən, ağlını başına al və onu qaynadan atəşi gör! 

Nə zamana qədər dünya gərdişinin dö nüşünə tamaşa edəcəksən? 

Başını çevir və bu sürətlə axıb ge dən suya da bax!” 

(Məsnəvi, c. 5, 

beyt; 2900-2905)

Göyləri dirəksiz yüksəltmək, Günəşi və Ayı öz əmrinə amadə 

et mək

42

kimi böyük işlər,  əqli sayəsində  ən qüvvətli varlıq da olsa, 



in sanın edə biləcəyi bir şey deyildir. Bunun öz-özünə meydana gəl-

məsini düşünmək mümkün deyildir. Duyğu orqanlarımızla hiss et di-

yi miz cisimlərin hər zaman ehtiyac içində olduqlarını və durmadan 

də yişikliyə  məruz qaldıqlarını müşahidə edirik. Başqasına möhtac 

olan və dəyişən hər şey əzəli olmayıb, sonradan yaradılmışdır. Ağ-

lımız da eyni xüsusiyyətlərə sahib olan, hərəkət və ətalətdən uzaq 

qala bilməyən kainatdakı əşyaların yaradılmış olduğunu, hər ya ra-

dı lan şeyin də bir yaradıcısı olduğunu qəbul edir.

43

İnsan başda özü olmaqla göylərdə və yerdə canlıların hər şey-



ləri ilə Allah-Təalaya möhtac olduğunu davamlı müşahidə edir. Ən 

sadəsindən bunu görür ki: Digər canlılarla birlikdə insan or qa ni zim in-

də ki fəaliyyətlərin demək olar ki hamısı −məsələn, ürək dö yünməsi, 

nə fəs alıb-vermək, böyrəyin qanı süzməsi, digər bütün orqan və 

42 

ər-Rəd, 2.



43 

Maturidi, Kitabut-Tövhid, səh. 11-19; Prof. Dr. Bəkir Topaloğlu, “Allah” mad., 



DİA, II, 475.

İnsan və Kainat




98

Əbədi Yol Xəritəsi İSLAM

N

t

İP



Ə

KYOLU N

ƏŞ

R

İYY

AT

I

hüceyrədaxili fəaliyyətlərlə bunlar arasındakı  xəbərləşmə  və yar-

dım laşma fəaliyyətləri− insan iradəsinin xaricindəki proqramlarla 

ida rə edilir. İnsan bədənindəki sadəcə tək bir toxuma hüceyrəsinin 

için dəki yüzlərcə növ biokimyəvi reaksiyaların idarəedilməsi və on-

la ra nəzarət edilməsi bizim iradə  və  şüurumuza həvalə edilsəydi, 

bəl kə bir neçə dəqiqə belə dayana bilməzdik. 

44

 Bunu təfəkkür edən 



insan dünya üzərindəki bütün canlı və bitkilərin, həyatda qala bil mək 

üçün necə bir varlığa ehtiyacları olduğunu anlayar.



Təsadüf Mümkün Deyil

Varlıqların meydana gəlişini və möhtəşəm bir ahəng və sistem 

içə risində davam edişini “təsadüf ilə izah etmək mümkün deyildir. 

Prof. Dr. Edvin Konqlin belə deyir:

“Həyatın təsadüf nəticəsində meydana gəldiyini iddia etmək, bir 

mətbəədə kortəbii şəkildə baş verən partlayış nəticəsində çox bö-

yük bir ensiklopediyanın ortaya çıxdığını iddia etmək kimidir.

45

On ədəd marka götürərək üzərinə sıra ilə birdən ona qədər rəqəm 



yaz saq, sonra da bunları cibimizə ataraq yaxşıca qarışdırsaq, sonra 

da rəqəmlərin sırasına görə birdən ona qədər bir-bir çıxarmağa ça-

lış saq, cibimizdən çıxaracağımız hər markanı yenidən içəri qoymaq 

şər tilə üzərində 1 yazılı olan markanı birinci cəhddə çıxarma ehtimalı 

on da birdir. Üzərində 1 və 2 yazılı olan markaları sıra ilə çıxarmaq 

eh timalı yüzdə bir ehtimaldır. Ancaq 1,2,3,4 nömrəli markaları sıra 

ilə  çıxarma ehtimalı on mində birdir. Bütün markarları 1-dən 10-a 

qə dər sırası ilə ard-arda çıxarma ehtimalı isə 10 milyardda birdir.

Bu misalı verən Amerikalı məşhur alim Qressi Morrison sözlərini 

be lə davam etdirir:

“Bu dərəcədə sadə bir misalı verməkdə məqsədim həqiqətlərin 

tə sadüf qarşısında nə  dərəcədə qeyri-mümkün hala gəldiyini izah 

et məkdən başqa bir şey deyildir.

46

Canlı varlıqların həyatı, oksigen, hidrogen, karbondioksid və 



müx  təlif şəkilləri ilə digər karbon qazlarının bir-biriləri ilə qurduqları 

ahəng li tərkiblərə əsaslanır. Bu qazların istənilən nibətdə və həyat 

44 

Dos. Dr. Şakir Kocabaş, Quranda Yaradılış, səh. 115.



45 

The Evidence of God, səh. 174; Prof. Dr. Vahidüddin Xanİslam Meydan Ox-

uyur, səh. 129.

46 


A. C. Morrison, Man Does Not Stand Alone, səh. 21; Prof. Dr. Vahidüddin Xan, 

İslam Meydan Oxuyar, səh. 130-131.


Yüklə 4,23 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə