116
Elza İsmayılova
İfadə
Bu yazı növündə tələbələr oxuduqları mətni öz sözləri ilə məntiqi
ardıcıllıqla ifadə edirlər. İfadə həm tələbələrin rabitəli nitqini inkişaf
etdirir, həm də onların müstəqil düşünməsində mühüm rol oynayır.
Tələbələr oxunmuş sadə mətn üzrə ifadə yazırlar. Seriya şəkillər
üzrə də ifadə yazdırmaq olar. Bu zaman əvvəlcə şəkillər üzrə mü-
sahibə aparılır, sonra isə tələbələr bu müsahibə əsasında ifadə yazırlar.
İfadə yazını aşağıdakı ardıcıllıqla aparmaq olar:
1.Kiçik bir mətn ya lövhəyə yazılır, ya da proyektorla ekrana ve-
rilir.
2.Müəllim mətni ifadəli oxuyur.
3. Mətn üzərində iş aparılır, yəni çətin söz, ifadə və cümlələr
izah edilir.
4. Mətnin məzmunu tələbələr tərəfindən nağıl edilir (Güclü
qruplarda nağıl etməyə ehtiyac qalmır).
5. Mətn ikinci dəfə oxunur.
6. Plan əvəzinə mətnə aid suallar lövhəyə yazılır.
7. Mətn lövhədən silinir (Suallar lövhədə qalır ki, tələbələr istifa-
də etsinlər).
8. Tələbələr mətni yazmağa başlayırlar.
İnşa
Yazılı rabitəli nitqin inkişafı zamanı yaradıcı iş nümunələrinə –
kiçik inşalara, ekskursiyalardan alınan təəssüratları əks etdirən sərbəst
yazılara geniş yer verilir.Tələbələrin yazdıqları inşalar danışıq təcrü-
bəsi üçün bir vasitədir. İnşa yazı vasitəsilə tələbələrin mövzunun məz-
mununu açmaq, düzgün yazı qaydalarını mənimsəmək vərdiş və ba-
carıqları yoxlanılır.
İnşa yazmaq üçün tələbələr dolğun lüğət ehtiyatına malik olmalı,
müstəqil cümlə qurmalı, suallara cavab verməyi bacarmalıdırlar. İnşa
yazı zamanı tələbələrin müşahidələri, onu əhatə edən həyat hadisələri
haqqında təəssüratları əsas tutulur.
Ən çox şəkil və sərbəst mövzular üzrə inşalardan istifadə edilir.
Müəllim inşa mövzularını əvvəlcədən düşünməli, tələbələrin anlaq sə-
Əcnəbilərə azərbaycan dilinin tədrisində Oxu dərslərinin təşkili və yazili rabitəli...
117
117
viyyəsini nəzərə almalıdır. Bu cür inşaların yazılmasında tələbələrə
sərbəstlik verilməlidir.
Tələbələrin müstəqil yaradıcılıq qabiliyyəti və məntiqi təfəkkü-
rünü inkişaf etdirmək məqsədilə şəkil üzrə inşa yazılardan da istifadə
etmək olar. Şəkil üzrə işin müvəffəqiyyəti nitq obyektinin məntiqi və
emosional dərk olunmasından, təqdim edilən tablonu tələbələrin bir
rəsm əsəri kimi yox, həyatın özü kimi qəbul etməsindən çox asılıdır.
Çalışmaq lazımdır ki, tələbələr rəsm əsərində ifadə edilmiş fikri, mə-
nanı düzgün dərk etsinlər. Əvvəlcə tələbələrlə şəkil üzrə söhbət apa-
rılır, onların şəkil haqqında fikirləri müzakirə edilir. Belə söhbətlərdən
sonra mövzu hissə-hissə tələbələrə danışdırılır, məzmunca yığcam in-
şa yazılır.
Şəkil üzrə inşa tələbələrin həm şifahi, həm də yazılı nitqini inki-
şaf etdirir, onlara sərbəst düşünmə, mühakimə yeritmə imkanları verir,
tələbələri daha da fəallaşdırır.
Film üzrə də inşa yazdırmaq olar. Tələbələr müəllim tərəfindən
əvvəlcədən seçilmiş filmə baxır və film haqqında rəy yazırlar.
Müəllim tələbələrə belə bir tapşırıq da verə bilər:
Aşağıdakı plan əsasında bu yaxınlarda gördüyünüz film haqqın-
da danışın.
Plan
1. Hansı filmə baxdınız?
2. Filmdə nədən danışılır?
3. Filmdə kim xoşunuza gəldi? Niyə?
4. Filmin hansı obrazını bəyənmədiniz?
5. Hansı mövzuda film çəkmək istərdiniz?
6. Baş rolda oynamaq istərdinizmi? ...
Müsahibədən sonra müəllim təklif edir ki, danışıq, söhbət və mü-
zakirəni qısa şəkildə olsa da yazıya köçürsünlər.
Ümumiyyətlə, şəkil və ya film üzrə inşalar yazdırmaqda məqsəd
hər hansı film, obyekt, hadisə haqqında tələbələrin müstəqil fikir yü-
rütmələrini, müşahidə qabiliyyətlərini, dil normalarına riayət edib-
etməmələrini yoxlamaqdır.
Tələbələrin şəxsi həyat təcrübəsi ilə əlaqədar kiçik inşalar da
yazdırılır. Ən yaxşı və müvəffəqiyyətsiz yazılmış inşaların hərəsindən
bir nümunə proyektorla ekrana verilir. Hər iki nümunə üzərində iş
118
Elza İsmayılova
aparılır. Müəllim tələbələrə təklif edir ki, bu yazılar haqqında öz fikir-
lərini bildirsinlər.
İnşa yazıdan tez-tez istifadə edilməlidir. Tələbənin bir neçə dəfə
inşa yazması, bir əla inşadan daha yaxşıdır. Tələbənin işlətdiyi hər bir
yeni söz, müxtəlif ifadə və cümlələr onun dil təcrübəsinin genişlənmə-
sinə və lüğət ehtiyatının zənginləşməsinə gətirib çıxarır.
Bir sözlə, ifadə və inşa yazılarla tələbələrin məntiqi təfəkkürü,
müstəqil yaradıcılıq qabiliyyətləri, nitqi inkişaf edir. Tələbələrin müs-
təqilliyi artır, onların şifahi və yazılı nitqləri səlisləşir, zənginləşir.
Oxu dərslərinin təşkili və yazılı rabitəli nitqin inkişafı zamanı dərs-
lərdə texniki təlim vasitələrindən istifadənin əhəmiyyəti böyükdür.
O, tələbələrin bilik və bacarıqlarını daha düzgün istiqamətləndirir. Bu
zaman tələbələrin dərsə maraq və fəallığı artır. Dərs çox canlı və ma-
raqlı keçir . Ona görə də, dərsdə səmərəliliyi artırmaq üçün hər bir
müəllim texniki təlim vasitələrindən istifadə etməlidir. Texniki təlim
vasitələrinin aşağıdakı növlərindən istifadə etmək olar:
1.Vizual vəsait (ekran vasitələri). Diafilmlər, diapozitivlər, səssiz (lal)
filmlər və s . belə vəsaitlərdir.
2. Audiovizual vəsait (səs-ekran vasitələri). Bu qrupa tədris filmləri,
sənədli filmlər, televiziya verilişləri, video-maqnitofon yazıları
daxildir.
3. Akustik vəsait (səsli vəsaitlər). Bu qrupa isə qrammofon və maq-
nitofon yazıları, radio verilişləri, həmçinin, universitetin radio
qovşağının verilişləri daxildir.
Tələbələrin şifahi nitqini inkişaf etdirmək üçün ən çox istifadə olu-
nan texniki təlim vasitəsi maqnitofon yazılarıdır. Əksər mövzuların
tədrisində maqnitofon yardımçı rolunu oynayır və müəllimin kömə-
yinə çatır. Məsələn, “Say” mövzusunun tədrisi zamanı maqnitofon
səsləndirilir.Musiqili dəqiqələr başlayır:
Kim sevirsə idmanı
(bir, iki, üç, dörd).
Poladtək olar canı
(bir, iki, üç, dörd).
İdmanı sevirik biz
(bir, iki, üç, dörd).
Bərkiyir bədənimiz
(bir, iki, üç, dörd).
Dostları ilə paylaş: |