Əcubə VƏ MƏHcubəNİn hekayəTLƏRİ



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə20/30
tarix01.07.2018
ölçüsü1,08 Mb.
#52703
1   ...   16   17   18   19   20   21   22   23   ...   30

82 
 
-Ey  məlikə,  mən  bu  bəzirganın  qulu  idim.  Bir 
dəniz  səfərində  vəziyyətimiz  pisləşmiş,  gəmidəki 
adamlara  aclıq  üz  vermişdi.  Bu  bəzirganın  isə  ehtiyatı 
bol idi. Mən öz yemək payımı gəmidə çarəsiz qalan bir 
qıza  verirdim.  Mənim  o  qıza  mərhəmət  eylədiyimi 
görüb,  xəsisliyindən  mənə  əzab-əziyyət  edib,  sonra  da 
dəryaya  atdı.  Axırda  Allahın  inayəti  ilə  nicat  tapıb, 
xilas  oldum.  Sahildə  gəzərkən  o  gövhəri  tapdım.  İndi 
bu  bəzirgan  azğın  tamahı  ilə  bu  cür  acgözlük  edib, 
istəyir ki fırıldaq yolu ilə o gövhəri məndən ala. 
Bəzirgan fəryad edib dedi ki: 
-Bu  qulam  yalan  və  hiyləgərliklə  mənim  malıma 
yiyələnmək  istəyir.  Onun  sözlərinin  doğruluğuna  iki 
ədalətli şahid gərəkdir. 
Məlikə dərhal cavab verib dedi: 
-Bu hadisəyə şahid bir qulamın öz nəfsi və bir də 
mən. Mənəm o qız ki, o gəmidə sizə yoldaş olmuşdu. O 
qulamın  səxavət  və  yaxşılığını,  sənin  isə  xəsislik  və 
paxıllığını müşahidə etmişəm. Bu gün qisas günüdür! – 
deyib,  əmr  eylədi,  o  xəsis  bəzirganın  əl-qolunu 
bağlayıb  dənizə  atdılar.  O  comərd  qulamı  isə  öz 
dövlətxanasına  göndərdi.  Əmr  verib,  qazıları  və 
imamları  hüzuruna  dəvət  eylədi.  Məlikəni  şəriət 
qaydası  ilə o qulama nikah eylədilər. Odur ki,  mülkün 
idarəsini  və  səltənətin  işlərini  ona  təhvil  verib,  bütün 
xəzinə və dəfinələr, nə varsa hamısını qulamın öhdəsinə 
buraxdı.  Qulamı  taxt-tac  sahibi  edib  dedi;  “Yaxşılığın 


83 
 
əvəzi  ancaq  yaxşılıqdır!”
21
  Həmin  qulam  uğurlu 
alicənablığının sayəsində o məmləkətə başçı olub, şan-
şöhrətli padşahlıq məqamına çatdı.  
Məhcubə dedi: 
-Çox  gözəl  söylədin  bu  xoş  hekayəti  və  nadir 
məsəli. Həm də o arşın mal satanın oğlunun hekayətinə 
bənzəyir  ki,  səxavəti  səbəbiylə  əzab-əziyyətdən  xilas 
olub vəzirlik mənsəbinə və əmirlik məqamına yetişdi. 
Əcubə dedi: 
-Necədir o hekayət? 
Məhcubə dedi: 
Səxavətlə bağışlama və yaxşılıq barədə Məhcubənin 
hekayəti 
Hekayət  söyləyənlər  belə  rəvayət  etmiş-lərdir  ki, 
padşah vəzirlərindən birisi həcc ziyarətinə getmişdi. Elə 
ki  məqsədinə  çatıb,  əzəmətli  Kəbənin  camalını 
müşahidə  eylədi,  şəriət  qaydalarını  yerinə  yetirdi, 
vətəninə  dönmək üçün hazırlıqlarını  görüb  yola  düşdü. 
Xeyli  yol  getmişdi  ki,  quldurlar  qarşısını  kəsib,  bütün 
malını və cəmi var-yoxunu əlindən alıb, vəziri bir qara 
qəpiyə  möhtac  etdilər.  Vəzir  bu  müxənnət  zəmanənin 
şiddətli  əzabından  və  o  hadisənin  məyusluğundan 
hədsiz  dərəcədə  xəstəhal  və  ürəyi  sınmış  oldu.  Biçarə 
aciz qalıb, iztirablar içərisində dilənçi kökünə düşdü. O 
diyarda  şəhər-şəhər  gəzib-dolaşdı.  Bir  gün  bir 
                                                           
21
 Rəhman surəsi - 60 


84 
 
arşınmalçının  dükanı  qarşısına  gəlib  gördü  ki  cavan, 
yeniyetmə  bir  oğlan  o  dükanda  oturub.  Gözəl  surətli, 
xoş  əxlaqlı,  əsl  insanlıq  nişanələri  yaradılışından  bəlli 
və əmirlik görkəmi hərəkətlərindən üzə çıxır. 
Bir zamanlar dövlətli vəzir indi bir qismət çörəyə 
möhtac  olmuşdu.  Amma  bir  kimsəyə  ehtiyaclarını 
söyləməkdən  həya  edərdi.  Necə  ki  demişlər; 
“Yaradılmışların içində həyadan xeyirlisi yoxdur!” 
O arşınmalçının dükanı yanında sakitcə oturdu və 
dərin  fikirlərə  qərq  oldu.  Arşın-malçının  oğlu  fərasəti 
və  ağlının  gücü  ilə  o  adamda  böyüklük  əlamətləri  və 
şan-şöhrətlilik  izlərini  müşahidə  edib,  bildi  ki  o  kişi 
hörmət-izzət  mərtəbəsindən  yoxsulluq  və  zəlilliyə 
düşmüşdür.  Ancaq  onun  şərəfli  nəfsi  sirrini  açmağa 
qoymur. Gərək mən əlimdən gəldiyi qədər bu biçarəyə 
yaxşılıq eyləyəm – deyə öz-özünə fikirləşdi. Atası ona 
ehtiyat üçün əlli qızıl vermişdi. Arşınmalçının oğlu min 
üzrlə o qızılları vəzirin önünə qoyub dedi: 
-Bu qızılları al, ehtiyaclarına sərf eylə. 
Vəzir qızılları aldı. Bu yandan da arşınmalçı gəldi 
və  oğlundan  qızılları  istədi.  Sən  demə  bu  arada 
arşınmalçı yeni mal alıbmış, haqqını ödəməliydi. 
Oğlu dedi: 
-Qızılları möhtaclara verdim və axirət üçün azuqə 
eylədim. 
Arşınmalçı  xəsisliyin  üzündən  o  dərəcəyə  gəldi 
ki, atalıq hissini bir kənara qoyub əmr eylədi, əlli qızılı 


85 
 
odda qızdırıb, oğlunun əllərini onunla dağladı. Bununla 
da  o,  guya  öz  dərdinə  əlac  eylədi.  Vəzir  bu  vəziyyəti 
görüb  çox  peşman  oldu  və  istədi  ki  qızılları  qaytarsın. 
Oğlan əzab-əziyyət içində qıvrılarkən, gizlicə işarə edib 
vəziri bu fikrindən daşındırdı və dedi: 
-Mən  o  yaxşılığı  geri  almaq  üçün  eyləmədim  ki, 
sən onu geri qaytarasan. 
Vəzir  o  qızılları  yemək-içməyinə  və  yola 
xərcləyib, bir təhər öz vətəninə gəlib çıxdı. 
O  xəsis  arşınmalçı  bir  neçə  müddətdən  sonra 
oğlunun  xətirini  xoş  edib,  könlünü  almaq  üçün  xeyli 
maya  verdi  və  ticarətə  göndərdi.  Günlərin  bir  günü 
vəfasız  zəmanə  o  cavanı  bədbəxtlik  və  möhnət 
girdabına  salıb,  bütün  malını  əlindən  aldı.  Oğlan 
çarəsizcə  yoxsulluq  zillətinə  və  miskinliyin  şiddətinə 
kiriftar  oldu.  Fikir  eylədi  ki,  indi  ki  bu  fağırlıq  və 
miskinliyə düşdüm, məsləhət odur ki bir sənət öyrənib, 
onunla  özümü  saxlayım.  Bəlkə  bəxtim  yenə  gətirdi, 
vəziyyətim  düzəldi  və  yenidən  var-dövlətə  qovuşdum. 
Bu fikirlə bir şəhərə gəlib çıxdı. 
Bu  oğlanın  çox  gözəl  xətti  var  idi.  Bir  küncdə 
oturub  mirzəliklə  məşğul  oldu.  Ondan  gələn  cüzi 
qazancla bir təhər yaşadı. Bir gün bir şəxs onun yanına 
gəlib,  əlinə  bir  vərəq  kağız  verib  dedi  ki,  filan  möhür 
boyunbağının yazısını bu kağıza köçür. Mən də o yazı 
ilə  məşq  edim.  Sənin  bu  gözəl  yazı  xəttini  mən  də 
öyrənim.  O  səmimi  oğlan  bu  şəxsin  qəlbini  qırmağı 


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə